Hədəf Multimedia Mərkəzinin layihəsi #Fikircəm-də f.ü.f.d,dosent, Hədəf STEM Liseyinin direktoru Şəmil Sadiq üçüncü sualı cavablandırdı.
Noyabr 2018
Hədəf Multimedia Mərkəzinin layihəsi “Fikircəm”-də f.ü.f.d,dosent, Hədəf STEM Liseyinin direktoru Şəmil Sadiq ikinci sualı cavablandırdı. ❓Tədris proqramının ağırlığı təhsilin keyfiyyətinə necə təsir edir?
Tarix: 21/11/2018Filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadıqov 2018-ci ildə ədəbiyyatşünaslıq elmi sahəsində səmərəli fəaliyyətinə görə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən “İlin Gənc Alimi” adına layiq görülüb. Alimə diplom Nizami Gəncəvi adına Ədəbiyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli tərəfindən institutun 85 illik yubileyi münasibətilə keçirilən tədbirdə təqdim olunub. Bu mükafatı 40 illik yubileyi ərəfəsində alan yazıçı bunu gəncliyin son notlarının mukafatı kimi dəyərləndirib. “Bu mənim üçün surpriz oldu. Ədəbiyyat İnstitutunda işləməsəm də, İlin gənc alimi nominasiyasına layiq görülmək bir başqa zövqdür. Hələ ki bu mukafa layiq görülməyim bədii yaradıcılığımın, həyat fəlsəfəmin ustadı İsa Muğanna haqqında yazdığım monoqrafiya və elmi araşdırmalarım da xüsusi vəsilə olması bir başqa aləmdir”.
Hədəf STEM Liseyinin qurucu direktoru Şəmil Sadiq: Biz niyə dərsdə qiymət almaq istəyirik?
Tarix: 13/11/2018Filologiya üzrə fəlsəfə doktoru, dosent, Hədəf STEM Liseyinin qurucu direktoru Şəmil Sadiq.
Tələbələri karyera yolunda maarifləndirmək məqsədilə Bakı Mühəndislik Universitetinin Tələbə Elmi Cəmiyyəti, Polygon klubu və Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə təşkil olunan tədbirdə “Hədəf” Şirkətlər Qrupunun direktoru f.ü.f.d., dos., Şəmil Sadiq ” Mənim uğur yolum” adlı çıxışında öz uğur hekayəsini danışdı və gənclərə daim öz üzərlərində işləmələrini, iş həyatında səbrli olmalarını və uğursuzluqlara baxmadan hədəflərinə çatmaq üçün daim səylə çalışmalarını məsləhət gördü. Hər bir tələbəyə elm, karyera və həyat yolunda uğurlar arzuladı.