Hekayə

BAYRAĞINIZI GƏTİRİN!

Həmin gün biz qovurmalıq edirdik. Bizim kənddə qovurmalıq xüsusi mərasimdir. Camaat buna avqust ayından etibarən cani-dildən hazır-laşır. Kimi bir quzu, kimi iki quzu, kimi üç quzu, kimi də bir dana bəsləyir ki, oktyabr-noyabr ay-larında kəsib qış üçün qovurmalığını hazırlasın. Adətən, nənəm, əmilərim bizə gələrdilər.

Əvvəl-cə kəsilmiş qoçun içalatını cız-bız edib, elə hə-yətdəcə yeyərdik. Həmişə, əmim bu işi öz üzəri-nə götürərdi;erkəkləri kəsər, soyar, elə isti-isti böyrək yağı ilə erkəyin ürəyini, dalağını, böyrək-lərini, ciyərini qızardardı.Əti doğrayandan sonra isə iş qadınlara dü-şərdi. Onlar əti qazana tökər, pörtlədər, böyük süzgəclərə yığıb suyunu o ki var süzər, qalanmış ocaqda yaxşıca qovurardılar. Ən yaxşı qovur-malıq heyvanın öz yağında bişirilmiş ət hesab edilərdi.

Kəsilmiş heyvan dana olanda isə əvvəlcədən alınmış qoyun quyruğu əridilər, ət onda basdırı-lardı. Bu işi də nənəmdən başqa heç kim edə bil-məzdi. Ata nənəmi deyirəm…
Gəlinlər nə qədər oturuşmuş olsalar da, bü-tün ailənin ətini nənəm qovurardı. Əgər ağbir-çək nənəm bu işi görməsəydi, demək, ailədə nəsə problem vardı. Amma bu da mümkün olan iş de-yildi. Çünki nənəm bu gəlindən küsüb o biri oğ-lugilə getsəydi də, hökmən qovurmalıq günü ge-dib könlünü alar, evə gəlməsi üçün razı salar-dılar.
Ərinmiş quyruqdan çıxan cızlıqdan isə heç xoşum gəlməzdi. “Cızlıq” quyruğun kiçik ti-kələrinin əriyəndən sonra qalan hissəsinə deyilir. Mənim ən çox xoşuma gələn şey isə “cığatar” idi. Pörtlənmiş ətin suyundan hazırlanan bu yeməyə quru lavaş doğrayıb, sonra da yumşaq lavaşla onu yemək bir başqa dad idi.
Pörtlənmiş ətin suyuna bir iki tikə ət-qəylə1 salıb qonşulara paylayardıq. Adətən, bütün qon-şularımız belə edərdi. Bu o demək idi ki, “bizdə bişər, qonşuya da düşər”.
1 Qovurma üçün qızardılmış ət

Bütün qonşular bu cür mərasimlərdə öz ne-mətlərini bir-birilə paylaşardılar. Sanki belə ol-duqda hamı bir-birinin vəziyyətindən də xəbər-dar olardı. Məsələn, əgər bu il İban əmigil qovur-malıq etmədisə,atam onlara göndərilən qəylənin bir az artıq olmasını istəyərdi. Hə, qəylələri həm də qonşu ailənin uşaqlarının sayına görə qoyar-dılar.
– Ay qız, ordan çölməyi1 gətir, cığatarları bö-lüm, – deyə nənəm anamı səslərdi.
Uşaqlıqdan bir xasiyyətim vardı. Yemək biş-məmişdən bir tikə ət, ya da kartofu çölməkdən götürəndə, elə bilirdim, dünyanın ən dadlı yemə-yini yeyirəm. Elə ona görə də göz-gözə vurub nənəmin pörtlətdiyi qəylələrdən birini oğurla-dım. Amma nənəm də nənə idi haaa. Necə gö-rürdüsə, qovurma ağacı ilə yanımdan elə vurur-du ki, gizlincə götürdüyüm qəyləm yerə düşür-dü. Əslində, birini götürəndə söz deməzdi, am-ma ikinci tikə olanda yaman hirslənərdi. Hələ bir-iki qəşəng yağlı söyüş də dalımca söyərdi.
İndi də ətimi birtəhər içəri ötürüb Pıllı əmi-gilə gedəcək çölməyi götürüb aradan çıxdım.
1 Naxçıvanda kiçik qazana çölmək deyilir.

Pıllı əmigil qapı qonşumuz olmasa da, ya-xın qonşu hesab edilirdi. Anamla Afət xala çox yaxşı yola gedirdilər. Bəlkə də, əsas məsələ ikisi-nin dəsadəliyi idi. Bu onları bir-birinə yaxınlaş-dırırdı. İndi də yadıma gəlir ki, Afətxalaheç vaxt heç kimlə dilləşməz, sözləşməzdi. Nə su üstün-də, nə təndirdə əppək yapanda, nə də uşaq üs-tündə. Ona görə də ailəmizin ən yaxın qonşusu hesab edilir, bayramda həmişə ilk olaraq onlara görüşə gedilir, onların payı aparılırdı.
Dəmir qapını çiynimlə birtəhər açıb, içəri girdim. Bizim kəndin özünəməxsus xüsusiyyət-lərindən biri də qapıların heç vaxt bağlı olma-ması idi. Düzdür, sonralar ölkəmizin digər kənd-lərini gəzəndə gördüm ki, bəzi yerlərdə heç bi-zimki kimi hasarlar da yoxdur. Nəinki qapı, qıfıl ola. Bunun da səbəbini özümə izah etmişəm.
Adətən, təbiəti zəngin olan dağ kəndlərində hərənin az qala bir hektar həyəti var idi. Onları da hasarlamaq mümkün deyildi. Amma bizdə yaşıllıq olmadığından, camaat, sanki Naxçıvanın sərt soyuğundan qorunmaq üçün bir-birinə sıx yaşayır, palçıq kərpicdən adam boyunda divarlar hörərdilər.

Həmin gün çölməyi Afət xalaya verib çıxır-dım ki, oğlu Rahil içəri girdi. Ardınca da Pıllı əmi başılovlu gəlib:
– Ay qız, ordan motosikletin açarın ver gö-rüm. Qurumsaqlar deyəsən, yenə qudurublar. Bunların beytərini…
– Gəl, min motosikletə. Bunlar, deyəsən, bilmirlər kimə ilişirlər. Günah səndədir axı, o it-lərə maşın saxlayırsan. Dəqiq danış görüm, necə oldu? – deyə Rahildən soruşdu.
Rahil üçtəkərli motosikletin tərkinə minə-minə dedi:
– Heç nə, ata, mən şəhərdən gəlirdim. Yol polisi əl etdi, saxladım. Sənədlərimi istədi, ver-dim. Baxandan sonradedi ki, sənin etibarnamən Bakıda verilib. Sonra da məni maşından endirib, maşını da, sənədləri də götürüb getdilər. Dedilər ki, gələrsən idarəyə.
Pıllı əmi əsəbi şəkildə motosikletin pedalına bir təpik vurdu və tır-tır səsi aləmi başına götür-dü.
– Sən də min, qapınızda düşərsən, – dedi mənə.

Tələsik “kalyaska”da oturdum. Qapımızda isə nə o saxladı, nə də mən səsimi çıxara bildim. Çünki bütün uşaqlar kimi maşına minmək və uzağa getmək mənim də xoşuma gəlirdi.
Birbaşa şəhər polis idarəsinə yollandıq. Pıllı əmi idarəyə çatar-çatmaz düşüb, onun qabağını kəsərək: “Nə lazımdır, yoldaş?”, – deyən polisi itələdi. “Rəisiniz lazımdır”, – dedi.
– Rəisi neynirsən?
– Rəisinizin bayrağına baxacam.
– Başa düşmədim, necə yəni rəisimizin bay-rağına baxacaqsan?
– Sənə nə var, əəəəə, küçük, mən rəisinizin bayrağına baxacam, ondan sonra deyəcəm nə edirəm.
Pıllı əmi bunu deyib iri addımlarla idarəyə girməyə çalışdı. Bu dəm bir neçə polis də səsə çıxdı.
– Ay yoldaş, bura bazar deyil. Bir durun gö-rək, nə məsələdir?
Pıllı əmi isə elə tutmuşdu ki,“rəisinizin bay-rağına baxacağam”.
Polislər isə vəzifələrini yerinə yetirərək Pıllı əmini içəri buraxmır, sorğu-sual edirdilər. Beləcə,

aləm dəydi bir-birinə. Bizim kəndlilərdən olan bir polis Pıllı əmini tanıdığından yaxınlaşıb: “Ay Pıllı, belə olmaz axı, yenə içmisən? Sakit-sakit de görək, nə istəyirsən?”– dedi.
– Əşşi, sənə nə var? Mən sənin rəisinin bay-rağını görməliyəm. Sözümü sonra deyəcəm, – deyə Pıllı cavab verdi.
Bu arada kimsə rəisə baş verənlər haqda xə-bər verdi. Rəis də Pıllı əmini tanıdığı üçün “bura-xın gəlsin”, – dedi. Biz də sakit-sakit onun arxa-sınca getdik. Nə baş verəcəyini gözləyirdik. Po-lislərlə belə danışdığına görə, Pıllı əmi mənim qəhrəmanıma çevrilmişdi. Axı uşaqlıqdan bizi həmişə polislərlə qorxudurdular. “Polis gəlib ata-nı tutacaq” ifadəsi, sanki 37-ci illərin yükünü da-şıyırdı. Elə bilirdik ki, istənilən halda polis səni tutub apara və həbsxanaya sala bilər. Bu sovet idarəçilik sisteminin bizə verdiyi tərbiyənin nəti-cəsi idi.
Azərbaycan müstəqil olandan, demokratiya yaranandan sonra öyrəndik ki, sən demə, polis təkcə kimisə həbsxanaya salmaq üçün deyilmiş. Həm də hüquqlarımızı qoruyan bir orqan imiş.

Pıllı əmi rəisin otağına girən kimi: “Sənin bayrağının rəngi necədir?” – deyə qışqırdı.
Polis rəisi də təmkinli şəkildə: “Ay Pıllı, bu nə sözdü? Bəyəm sən bizim bayrağımızın rən-gini bilmirsən? Bax, budur, başımın üstündə: göy, qırmızı, yaşıl. İstəyirsən, mənalarını da izah edim”, – dedi.
Pıllı əmi gülümsündü, sakitləşdi, sanki da-marlarına birbaşa iynə vurmuşdular. Təmkinlə dedi:
– Mən də elə bildim ki, Naxçıvanda Azər-baycan bayrağından imtina ediblər. Bə mənə de görüm, sənin o qurumsaq itlərin niyə uşağın ma-şınını əlindən alıblar? Bəyəm Azərbaycanın bir bayrağı, bir gerbi, bir prezidenti yoxdur? Nə vaxtdan Bakı ilə Naxçıvanı ayırıblar? Orda veri-lən sənəd burda keçmirsə, demək ki, bura ayrı dövlətdi, hııı? Onu çağır bura, paqonların sökə-cəm və soxacam… .
Rəis nəyin baş verdiyini təqribi bilsə də, özü-nü bilməmiş kimi apardı. Maşının nömrəsini so-ruşub, onu saxlayan polis çavuşunu yanına ç-ağırdı. İçəri girən kimi Pıllı əmi oğlundan soruş-du ki, “bu idi?” Rahilin “hə” deməyi ilə Pıllı əmi-

nin çavuşun qulağının dibinə şillə ilişdirməsi bir oldu. Yenə aləm bir-birinə dəydi.
Pıllı əmini tuturdun, tutulmurdu. “Sən qu-durmusan ki, Naxçıvanı Azərbaycandan ayı-rırsan? Sədr bunu bilsə, bilirsən sənə nə edərlər, ay ovrəş”, – deyib, bar-bar bağırırdı.
Pıllı əmini iki polis birtəhər sakitləşdirib, ça-vuşu çölə çıxardılar.
Maşını da, sənədləri də Pıllı əmiyə qaytardı-lar. Və dedilər ki, heç olmasa, orda alınan etibar-naməni burada qeydiyyata saldırsın.
Biz kəndə gələndə qovurma mərasimi hələ də davam edirdi. Pıllı əmi bizə gəldi. Həmin gün atamla yaxşıca içdilər də. Sonra içdikləri araq qə-dəhlərini boşaldıb, zərləri onunla ataraq nərd oy-nadılar. İkisi də cığal olduğu üçün həmişə belə edərdilər. Pıllı əmi etdiklərini həvəslə danışdı. Hərdən də məni şahid göstərdi. Mən isə birinin üstünə beşini qoyub, bir polisi beş, beş polisi on edərək bu qəhrəmanlıqdan, onun polislərə necə dərs verməsindən danışdım. O gündən hamının demaqoq kimi tanıdığı Pıllı əmi mənim üçün haqqını tələb edən insan simvoluna çevrildi.

bayraqi_getirin

Oxşar yazılar