Həmin gün biz qovurmalıq edirdik. Bizim kənddə qovurmalıq xüsusi mərasimdir. Camaat buna avqust ayından etibarən cani-dildən hazır-laşır. Kimi bir quzu, kimi iki quzu, kimi üç quzu, kimi də bir dana bəsləyir ki, oktyabr-noyabr ay-larında kəsib qış üçün qovurmalığını hazırlasın. Adətən, nənəm, əmilərim bizə gələrdilər.
Bölmə baxışı
Hekayə
Səhər yuxudan ayılanda 81 yaşlı ərim Əliqulu yastığımın yanında dirsəklənib sakit-sakit ağlayırdı. Qəribə bu idi ki, mən onu kənardan görürdüm. Lakin onun ağarmış saçlarımı sığallamasını və üzümə düşən göz yaşlarını hiss etmirdim. Əvvəl elə bildim, yuxu görürəm. Qışqırdım, amma səsimi özüm də eşitmədim. Yenə qışqırdım, yenə də eyni şey. Təəccüb məni bürümüşdü.
– Qəmbər, gəl görək bə, qardaş! Acından öldük ki.
– Deyəsən, məni yaman çox istəyirsiniz? Hazırlayın, gəldim. Yaman acmışam.
– Pomidor demişdik, aldın?
– Hə, “ruqzakı” açın, üstə qoymuşam, – deyib Qəmbər hamama keçdi.
Pıllı əmini çoxdan tanıyıram. Uşaqlıqdan elə bilmişəm ki, onun adı elə anadangəlmə bu cürdür. Nəinki mən, hətta bütün kənd camaatı bu cür bilir. Amma həmişə də camaatda bir şübhə vardı bu ada qarşı. Çünki bizim Pıllı əmi kimi tanıdığımız bu saf insan heç vaxt “pıllı” kimi görünmürdü.
– Salam, Həsən müəllim!
– Salam.
– Necəsiniz?
– Kəmşirin!
– :)) Maraqlıdır, niyə bəs kəmşirin?
Senet.az f.ü.f.d.,dos. Şəmil Sadiqin “Aydın Yol” qəzetində çap olunmuş “Qazinin ayağı” hekayəsini təqdim edir.