
Bu türk daha o türk deyil…
Nə vaxtadək qalacaqdır yerdə, qardaş,
Suçsuz axmış şəhid qanı?
Nə vaxtadək donacaqdır çöldə, qardaş, Yurdsuz qalan ruhun anı?
Əlbəttə ki, buna dözməz gözdə qan-yaş, Əlbəttə ki, buna dözməz çöldə dağ-daş,
Nə vaxtadək çaqqal gəlib qurd yerində Yabılarla at oynadar?
Gələr yurda çapıb talar?
Kef nə istər onu edər?
De, görmürmü bunu boz qurd?
Nə vaxtadək səbir eyləyər?
Nə vaxtadək rüşvət alıb ətək-ətək,
Kef içində kef eyləyər?
Vətən oğlu, vətən daşı, Qardaşımın qan qardaşı,
Sirdaşımın o sirdaşı, Sirdaşımın bu sirdaşı, Biqeyrətmi türkmənbaşı?
Nəyə dalıb türkün başı?
Bəlkə, durub dilə gəlsin Kəbəmizin qara daşı?!
Yox! Yox!
Bu türk daha o türk deyil!
Yəqin bilin!
Damarında axmır onun türkün qanı,
İstəyirsiz parçalayın, İstəyirsiz məni didin,
Bu türk daha o türk deyil,
Yəqin bilin! Hansı ki, o Asiyadan Avropaya,
Afrikadan Asiyaya xaqan idi. Hansı ki, o, od vuraraq Moskvaya,
Haqq-hesabı soran idi.
Vuran idi, yıxan idi,
Öc qoymazdı, alan idi.
Ya durmayıb igid Qazan Dağa, daşa lərzə salan
Yuxusundan.
Ya da ki,… Ya da ki,…
Dilim gəlmir desin bunu,
Bəlkə, küsər Qorqudumun yatmış ruhu,
Bəlkə, küsər Turan deyən Cavid soyu,
Yox! Yox! Deyəcəyəm…
Deyəcəm ki, bəlkə bilsin!
Türk elinin sabahkı oğlu.
Ya da ki,
Türk qanına girib əlbət,
Tülkü qanı.
Düşmənimlə axır onun birgə qanı, Düşmənimdir ona dayı.
Bəli, budur yıxan bizi, Tapdalayıb əzən bizi, Zirvələrdən salan bizi. And içirəm,
Teymurumun səbrinə mən,
Türkdən qorxan çinlilərin səddinə mən, And içirəm,
Xətayinin qəbrinə mən.
Beyrəyimin igid təkin əhdinə mən.
And içirəm,
yovşanımın ətrinə mən,
Ana dilli laylaların sətrinə mən, And içirəm!
And içirəm, düzdür sözüm, Kor deyiləm, görür gözüm.
Yoxdur daha, yoxdur dözüm, Vardır mənim bircə sözüm. İstəyirsiz belə yozun,
İstəyirsiz elə yozun,
Bu türk daha o türk deyil!…
***
Dədəm Qorqud söyləmişdir o vaxt bizə,
Yalnız gələr Təpəgözdən bəla sizə.
Bəlli deyil Təpəgözdən
Mələk olmuş anası kim.
Mələkdimi, insandımı Fərqimi var?!
Qanası kim? İç Oğuzla Dış Oğuzu
Bir-birinə düşmən edən,
Var-dövlətin zərrəsinə. Üsyan!!!
Boz qurdlara qardaş deyən,
Tülkülərin hiyləsinə. Üsyan!!!
Tülkülərlə birgə yatan,
Qaş-gözündən şəhvət saçan,
Boz qurdların bircəsinə. Üsyan!!!
***
Parçalayıb qəlbimizi,
Cərrah kimi yarmalıyıq Xainləri zorla ordan Çıxardaraq atmalıyıq.
Olmasaydı içimizdə düşmən əgər, Yıldırım qərbə, Teymur şərqə
Xanlıq edər, Torpaqları fəth edər,
İstəsə lap Marsa gedər,
Sancar ora türk bayrağın,
Böyüdərdi türk elinin dağ-yaylağın,
Şah İsmayıl, Sultan Səlim,
Dost olardı bir-birinə,
Uymazdılar heç iblisin şər felinə,
Fars da gəlib minməzdi heç türk belinə,
“Papa”lar da girməzdi heç
“Dədəm” deyən türk dilinə.
Ermənidə nəydi cürət,
Girə türkün yurd, elinə.
Düz deyibdir babam bizə:
“Türkün dostu yoxdur türkdən başqa” Fəqət…
Türkün dostu kimi
Yox düşməni türkdən başqa.
Ey Türk!…
Qüvvət ver özünə, qürrələn sən özünlə! Yaşamısan, yaşa sən, əməyinlə sözünlə,
Türk olduğun bəllidir ərliyinlə, dözümlə!!!
Dön tarixə bir də bax, qıyıq qartal gözünlə, Ki, utanmasın zirvələrdə duran al bayrağın
Yovşan ətri duysun sənin dağ-yaylağın, Anadoludan Tibetəcən olmuş olan,
Yurd oylağın!
Ki, utanmasın zirvələrdə duran al bayrağın!