Bölmə baxışı

Haqqında yazılanlar

Haqqında yazılanlar Manşet Xəbərlər

Gəncliyini gənclərin gələcəyinə qurban verib yaşa dolan Ustad

ŞƏMİL SADİQİN 45 İLLİYİNƏ

 

 

Yusif Alıyev, “Ədəbiyyat və incəsənət” üçün

 

Ötən gün Oğuz elində xoş bir gün idi. Milli ətirli, dünya sevdalı, türk biçimli, göy istəkli, qurd talismanlı Şamil Sadiqin doğum günü idi.

 

Şəmil Nehrəmdə Kamil müəllimin ailəsində doğulsa da bu müdrik ağsaqqalın fiziki oğlu olub. Tərbiyəsi, əxlaqı, xeyirxahlığı, savadı, biliyi ilə hamı ona mənəvi övlad sevgisi ilə baxıb.

Şəmil müəllimi tələbəçilikdən tanıyıram. Onu tanıdığım 25 il müddət ərzində onu daha çox adam tanıyıb, lakin hər tanışlığın tarixini özündə yaşadan dəyər toplusu kimi dəyişmədən yaşayıb Şəmil əkə.

Şəmil qağa harada olubsa qısa müddət sonra orada ağılı, bacarığı ilə ilklərdən olub və heç zaman da ora dönük çıxmayıb. Bunun səbəbini bilmək üçün rəml atıb, fala baxmaq lazım deyil. “Şamil Kamil Sadiq” üçlüyünə baxıb şamil mənasının aid olmaq, sahiblənmək, kamil sözünün nöqsansız, bitkin, sadiq kəlməsinin isə sədaqətli, vəfalı olmaq mənaları üzərində sinergetik təhlil aparsaq görərik ki, bu 3 adın hər biri elə Şəmil Kamil oğlu Sadiqi xarakterizə edir.

Şamil Sadiq, 45 yaşın mübarək!

Səni tanıdığım 25 il ərzində çox şey dəyişmisən, özün dəyişməsən də. Saç-saqqalı ağartdın, çox vərdişlərdən uzaq durub çox-çox işlər gördün. Gəncliyini gənclərin gələcəyinə qurban verib yaşa doldun. Dahi Səməd Vurğun sayağı ağarmış saçlarına baxıb Şəmil qocalır deyəndə cavabın belə olur, biixtiyar:

 

Saç ağardı, ancaq ürək

Alovludur əvvəlki tək.

Saç ağardı, ancaq nə qəm!

Əlimdədir hələ qələm…

Bilirəm ki, deməyəcək

Bir sevgilim, bir də Vətən:

-Şair, nə tez qocaldın sən!

 

Elə biz də sənə sonsuz Vətən və ailə sevgisi arzu edirik. Səni 45 illik şərəfli ömür yolu keçmən münasibətilə ürəkdən təbrik edir, bu ömrün qədər də şərəfli, sağlam, həyata şamil, ömrə kamil, vətənə sadiq ömür arzu edirəm. Arzu edirəm ki, Nehrəmin dar küçələrində ayağına hopmuş o bərəkətli torpağın tozu daim sənin immun sistemində olsun.

Oğlun, qızın bəxtiyar olsun

“Ədəbiyyat və incəsənət”

Bədii yaradıcılıq Bölməsiz Haqqında yazılanlar Layihələr Mükafatlar Xəbərlər

Şəmil Sadiq Hədəf Liseyi tərəfindən arxa cəbhənin qəhrəmanlarına verilən mukafatlar barədə Mədəniyyət TV SƏHƏR verlişində çıxış edir.

Şəmil Sadiq Hədəf Liseyi tərəfindən arxa cəbhənin qəhrəmanlarına verilən mukafatlar barədə Mədəniyyət TV SƏHƏR verlişində çıxış edir.
Azərbaycan ordusu 44 günlük Vətən Müharibəsində tarixi zəfər çaldı. Biz bu 44 gün ərzində Dövlət və xalq birliyinin təntənəsinin şahidi olduq. Hamımız DƏMİR YUMRUQ ətrafında birləşməyi bacardıq, gücümüzə güc qatdıq və şanlı zəfərə nail olduq. Bu müddətdə ön cəbəhədə canları ilə fədakarlıq edən hərbçilərimizlə yanaşı, arxa cəbhənin də rolu az olmadı. Xalqımız istər mənəvi, istərsə də maddi olaraq Ali Baş Komandanın rəhbərliyi ilə aparılan müharibədə əlindən gələni etdi.
Vətən Müharibəsi başlayan ilk günlərdən dövlətin və ordunun yanında olan Hədəf Şirkətlər Qrupu arxa cəbhənin bir sıra ictimai fəalını “Xarıbülbül” simvolik heykəli ilə təltif edib. Şirkətin rəhbəri Şəmil Sadiqin sözlərinə görə, “Xarıbülbül” simvolik heykəli müharibə vaxtı arxa cəbhədə dəstək çağırışları edib orduya sovqat götürənlər, iş adamları, informasiya cəbhəsində uğurla çalışan jurnalistlər və ictimai fəallara təqdim edilir.

Haqqında yazılanlar

İlahə Eldarqızı “OdƏrlər” romanı romanı haqqında

Atları çox sevirəm… Bilmirəm bu sevgimin əsl səbəbi nədi, bəlkə özüm də at ilində doğulduğum üçündü, bəlkə atlar məğrurluq, güc, gözəllik, yenilməzlik simvolları olduqlarındandı. Səbəbinin nə olmasından asılı olmayaraq çox sevirəm. Ömrümdə ata minməmişdim, lakin bir dəfə dilbər guşələrimizin birində zövq üçün At belinə mindikdən sonra qəlbimdə dərin bir peşmanlıq hissi yarandı. “Niyə belə etdim?!” – deyə özümü çox məzəmmət etdim. Atların gözəlliklərini, məğrurluqlarını, yenilməzliklərini kənardan izləmək daha gözəldi. Şəmil Sadiqin “OdƏrlər” romanı elə ilk səhifələrdən atlarla bağlı olan bu sətirləri ilə Məni özünə bağladı: “At belinə mindinsə özündə bir təpər hiss etməlisən, düşmən üstünə yeriməlisən… Türklər iki halda ata minərdilər: bir yağı düşmən üstünə gedəndə, bir də qələbə çalıb şadyanalıq edəndə… Yoxsa ki, at meymun deyil ki, onunla oynayasan…” Davamına bax

Haqqında yazılanlar

Dilqəm Əhməd “OdƏr”lər haqqında

Bir neçə gün öncə Dövlət bayrağının yaranmasının 95 illiyini qeyd etdik. Həmin gün sosial şəbəkədə yazdım ki, bayrağın yaranması ilə bağlı tarixi faktları da bilmək lazımdır. Bilmək lazımdır ki, əvvəlcə bayrağımız Osmanlının bayrağı kimi olub, yeganə fərqi ulduzun 8 guşəli olması idi. Dövrün imperialist dövlətləri bayrağı qəbul etmədilər, bu bayrağın da fonunda yeni dövləti Osmanlı hegemonluğunda olan bir ərazi kimi elan etdilər. Davamına bax

Haqqında yazılanlar

Şəmil Sadiqin “Yuxu maşını” povesti haqqında düşüncələr

Əvvəla onu deyim ki, bir əsəri oxumağa başlayanda çox gərgin oluram. Yerimdə dura bilmirəm, əsəblərim pozulur, daxili narahatlığım məni əsir edir. Sonra əsəri başlayanda təzyiqim qaydasına düşür, ürəyimə bir sakitlik, dinclik gəlir. Bəlkə də qəribədi, amma kitab oxumaq məni həm də sarsıdır. Bir neçə gün özümə gələ bilmirəm…

Davamına bax

Haqqında yazılanlar

“İsa Muğanna yaradıcılığı “İdeal” işığında” əsərinə baxış – Nizami Cəfərov

“Ədəbi döyüşlər cəngavəri” Mehdi Hüseyn hələ ilk əsərlərini yazıb nəşr etdirdiyi illərdə İsa Hüseynovu zarafatla “etiraf olunmamış dahi” adlandırar, onun ədəbiyyata təsadüfən deyil, xüsusi missiya ilə gəldiyini hiss etdirər, gənc yazıçı isə bundan, təbii ki, məmnunluq duyarmış. Ancaq güman etmək çətindir ki, Mehdi Hüseyn kimi geniş dünyagörüşlü tənqidçi- ədəbiyyatşünas belə, İsa Hüseynovun dünyaya İsa Muğanna olaraq yenidən gələcəyini təsəvvür eləmiş olsun. Davamına bax

Haqqında yazılanlar

Şah İsmayıl Xətai Komissiyasının ilk iclası keçirilib

Bakı, 3 iyun, Zərəngiz Mansurova, AZƏRTAC

Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Şah İsmayıl Xətai Komissiyasının dəstəyi ilə çap edilən “Böyük adam olmuş uşaq – Şah İsmayıl Xətai” kitabının, “Azərbaycan Səfəvi-Qızılbaş imperiyası” məlumat kitabçasının, həmçinin Şah İsmayıl Xətai adına “Qızılbaş” beynəlxalq tarixi hekayə müsabiqəsinin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, AYB-in katibi, Xalq Yazıçısı Çingiz Abdullayev Şah İsmayıl Xətainin həm şah, həm də şair kimi tarixdəki rolundan danışıb. Söyləyib ki, AYB-də yeni yaradılan Xətai Komissiyası da Şah İsmayıl irsinin təbliği istiqamətində mühüm işlər görəcək. Bu məqsədlə “Hədəf Nəşrləri”ndə yenicə çapdan çıxan “Böyük adam olmuş uşaq – Şah İsmayıl Xətai” kitabı çox əhəmiyyətlidir.

Xətai Komissiyasının işinə uğurlar arzulayan AYB-in katibi İlqar Fəhmi Şah İsmayıl Xətai yaradıcılığının təbliği istiqamətində görülən işlərdən söz açıb.

Hüseyn Cavid ev-muzeyinin cavidşünaslıq şöbəsinin müdiri, AYB-in Şah İsmayıl Komissiyasının sədri, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq təqdimatı keçirilən, özünün müəllifi olduğu kitablar haqqında ətraflı məlumat verib. Bildirib ki, uşaqlar üçün nəzərdə tutulan bu kitabda Şah İsmayıl Xətainin yaradıcılığı və sərkərdəliyi onun öz dilindən təqdim edilir.

Bildirilib ki, “Azərbaycan Səfəvi-Qızılbaş imperiyası” kitabı isə Oğuz Müstəqil Araşdırmalar Qrupu tərəfindən hazırlanıb. Hər iki əsər “Hədəf Nəşrləri”nin sponsorluğu ilə çap edilib.

Şəmil Sadiq çıxışında Şah İsmayıl Xətai adına “Qızılbaş” beynəlxalq tarixi hekayə müsabiqəsi haqqında da ətraflı məlumat verib. Onun sözlərinə görə, iki ildən bir keçiriləcək müsabiqənin məqsədi Şah İsmayıl Xətai adının, ideologiyasının, sənətinin əbədiləşdirilməsi, qələm sahibləri arasında ədəbiyyata diqqətin artırılması və dövlətçilik ənənələrininə söykənərək Azərbaycan mədəniyyətini, tarixini tanıtmaq, Şah İsmayıla sahib çıxmaqdır.

Qeyd edək ki, müsabiqənin əsas şərtləri yaxın günlərdə mətbuatda dərc olunacaq.

Haqqında yazılanlar

Allahın barmağı yoxdur ki… – Zülfiyyə Sadiqova

“Yuxu maşını” kitabını oxudum. Təsirli əsər idi. Ən çox xoşuma gələn cəhəti müəllifin sadə dil-üslub xüsusiyyəti, həyatda olan hadisələrdən məqsədəuyğun şəkildə gözəl yararlanmaq bacarığıdır. Düzdür, qeyri-adi, heç rast gəlmədiyim bir mövzu deyil. Amma fantastik əsər olmasına baxmayaraq, hekayənin real heyatla möhkəm bağlılığı olduğunu gördüm. Davamına bax