Bölmə baxışı

Manşet

Manşet Xəbərlər

Şəmil Sadiq yaradıcılığı

2000-ci illərdə yaradıcılığa başlayan, ədəbiyyat aləminə şeir və nəsr nümunələri ilə daxil olmaqla bərabər, elmi və müəllimlik fəaliyyəti ilə də məşğul olan Şəmil Sadiq (Şəmil Kamil oğlu Sadıqov) 1978-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublika­sında, Babək Rayonunun Nehrəm kəndində doğulmuşdur. C.Məm­mədquluzadə adına 1 №-li orta məktəbdə təhsil aldıqdan sonra 1996-cı ildə BDU-nun filologiya fakültəsinə qəbul olunmuş, baka­lavr və magistr pillələrini fərqlənmə diplomu ilə bitirmişdir.

Ədəbi fəaliyyətə başlamamışdan əvvəl– 2003-2006-cı illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspirantı olmuş, 2007-ci ildə “Hüseyn Cavid yaradıcılığında qəhrəmanlıq konsep­siyası“ mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Uzun illər fəaliyyəti daha çox müəllimliklə əlaqədar olmuşdur.

Şəmil Sadiqin ilk mətbu əsəri 2002-ci ildə “Yeni Azər­bay­can” qəzetinin Ədəbiyyat əlavəsində işıq üzü görmüşdür. O, uzun müddət əruz vəznində şeirlər yazmışdır. İlk kitabı 2003-cü ildə Ağa Laçınlının ön sözü ilə çap edilmiş “Qəlbin Fəryadı” şeirlər kitabı idi ki, burada da əruz və heca vəznli şeirləri və “Türkün faciəsi” adlı birpərdəli pyesi, həmçinin Hüseyn Cavidin “Azər” poemasının təsiri ilə qələmə alınmış “Əsrimizin Azəri” adlı poeması yer al­mışdır.

Daha sonra Şəmil Sadiq “Kitabi Dədə Qorqud” dastanının motivləri əsasında “Qana qan qarışdı” pyesini yazmış, bu əsər 2005-ci ildə çap edilən eyni adlı kitaba salınmış və pyes 2010-cu ildə Naxçıvan Dram Teatrında səhnələşdirilmişdir.

Şeirlərində Nəsimi və Cavidin təsiri duyulan Ş.Sadiqin, nəsr əsərlərində Cəlil Məmmədzuqulzadə üslubunun, İsa Muğanna ideologiyasının izləri aydın görünür.

2005- 2012-ci illər arasında bədii yaradıcılığında durğunluq hiss edilsə də, Şəmil Sadiq 2013-cü ildə çap edilən “Bu türk daha o türk deyil” şeirlər kitabı ilə yenidən ədəbi mühitdə varlığını gös­tərmişdir.

Şəmil Sadiq daha çox türkçülük ideologiyası ilə bağlı əsərlər yazmağa üstünlük versə də, diqqətə layiq olan əsərlərindən biri kimi, 2012-ci ildə Müşfiq Xanla birgə yazdığı “Ümidlərin izi ilə” romanının adını qeyd etmək olar. Oxucular tərəfindən ciddi rəğ­bətlə qarşılanan bu əsər 2016-cı ildə rus dilində çap edilmişdir.

Roman Xocalı soyqırımında azərbaycanlıların başına gətirilən faciələrdən, gördükləri dəhşətli işgəncələrdən bəhs olunur və bütün bu hadisələr əsərin əsas qəhrəmanı olan Aytəkinin timsalında ümu­miləşdirilir. Roman həmmüəllifli olsa da, verilən müsahibə­lərdən, aparılan təhlillərdən hiss olunur ki, əsərin detektiv-araşdırma his­səsini Müşfiq Xan, lirik-psixoloji təsvirlərini isə Şəmil Sadiq qələmə alıbdır. Əsərin ən güclü tərəfi məhz Aytəkinin ruhunun, yaşantılarının lirik-psixoloji təsvirinin verildiyi, hadisələrin həd­din­dən artıq realistik-çılpaq ifadəsinin müşahidə edildiyi hissələrdə özünü göstərir.

Romandakı hadisələr ermənilərə əsir düşmüş Aytəkinin yaz­dığı gündəlik əsasında qələmə alınır. Amma Xocalı faciəsi ancaq bir rakursdan göstərilmir, bu məhdudluq müşahidə edilmir. Əsas qəhrəman Aytəkin olsa da, ümumilikdə əsir götürülən insanların faciəsi tam bir dolğunluqla əks edilir. Bir qızın başına gətirilənlər bir qadının deyil, ümumilikdə düşmən əlinə düşən qadınların fa­ciəsini realistcəsinə oxucuya çatdıra bilir. Xüsusilə də düşməndən uşaq dünyaya gətirən qadının faciəsi də, psixoloju sarsıntısı da çox dəqiqlik və həssaslıqla qələmə alınmışdır. Xocalıda anadan olan, BDU-nun Tarix fakültəsinin birinci kursunda oxuyarkən Ramillə yaşanan sevgi hissi əsərin sonuna qə­dər də Aytəkinin ruhunda – eyni zamanda da Ramilin ruhunda qo­runub saxlanılır. Bu əsərdə nəinki Azərbaycan ədəbiyyatında, eyni zamanda da son dövrlər dünya ədəbiyyatında hiss olunan belletristika xüsu­siyyətləri, detektiv çalarlar qabarıqdır. Əsərin diqqət çəkən tərəfi– dinamika dəyişikliyi də elə bununla bağlıdır. Birinci hissədə Aytəkinin başına gələn hadisələr əsərin yarısına qədər dinamika ilə inkişaf etdirilir. Ancaq romanın yarısından sonra qəribə bir tələs­kənlik, sürətlənmə hiss olunur. Əsər informasiya baxımından ikinci hissədə daha çox yüklənir. O da xüsusi olaraq qeyd edilməlidir ki, əsərdəki əsir qızın başına gətirilən hadisələrin təsvirindəki çıp­laq­lıq, səmimiyyət və hiperrealizm özünü təsdiqləyir. Aytəkin hissləri, yaşantıları ilə oxucunu özünə inandırır. Aytəkinin düşüncələri o qədər maraqlı bir templə dəyişir ki, onun Allaha üsyan etməsi, özü ilə polemikaya girməsi yetərincə maraqlı alınır. O situasiyanı yaşayan adam, həqiqətən də, üsyan etməli idi. Onun birdən-birə fransıza vurulması, daha doğrusu, insani münasibətə qarşı insani reaksiya verməsi də oxucunu inandırır. Amma müəllifin bir qəh­rəman üzərində fokuslanması digər qəhrəmanın – Ramilin daha zəif xarakter kimi alınmasına səbəb olur. Sevdiyi qadın kirlənmiş, düş­mən əlinə düşmüş bir kişinin 20 il müddətində ülvi hisslərlə ya­şamasından söhbət gedir. Amma Aytəkinin 20 il ərzində baş­qaları ilə münasibətdə ola-ola, “Ramilə xəyanət etdim” deyə-deyə özündə yaşatdığı hislərin ifqdəsi daha dəqiqdir. Əsərin başqa uğurlu tərəflərindən biri də iki müəllifin bir-birini əvəzləməsinin yaxşı qurulmasıdır. Oxucu bunu sezmir, vahid bir əsər kimi qəbul edə bilir. Amma qəbul olunmayan süni detallar var ki, bu da romanın detektiv tərəfi ilə bağlıdır. Bizim əməkdaşın gedib orada üç nəfəri öldürməsi, 20 ildən sonra ermənilərin izinə düşməsi, cəzalandırması, ermənilərin bir-birini məhv etməsi və s. Əsərin yaddaqalan əsas surətlərindən biri də Qədim kişidir. Səbri ilə, uzaqgörənliyi ilə seçilən Qədim kişinin xilası bu hadisədə açar rolu oynayır. Çünki Aytəkin haqqında əsas informasiya daşı­yıcısı odur.

“Ümidlərin izi ilə” romanı Şəmil Sadiqin yaradıcılığında əhə­miyyət daşıyan nümunələrdən birincisidir. Onun “Odərlər” romanı isə müəllifin ölkədən kənarda da tanınmasında mühüm rol oynamış, Türkiyədə, daha sonra isə Almaniyada çap edilmişdir. Roman Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl Kəlmə” mükafatına layiq görülmüşdür. “Odərlər” romanının ön sözünü müəllifin özünə ustad hesab etdiyi İsa Mu­ğan­na yazmışdır. “Hüseyn Cavid yaradıcılığında qəhrəmanlıq konsepsiyası” adlı dissertasiya müdafiə edən, filologiya üzrə fəlsəfə elmləri doktoru adını alan yazıçı “Odərlər” əsərində tez-tez Hüseyn Cavidi də yada salır, onun qəhrəmanlarına göndərmələr edir.

Odərlər Dədə Əfəndi deyilən bir ağsaqqal tərəfindən idarə olunur. Dədə Əfəndi türkün dastanı “Kitabi-Dədə Qorqud”dakı Dədə Qorqudun prototipidir. Postmodern estetikada yazılan əsərdə təsadüfi deyil ki, kəşfiyyata yollanan beş qəhrəmanın, beş igidin əsas tapşırıqlarından biri işğal altında olan Şuşa şəhərində Cıdır düzündəki mağaralardan birində gizlədilmiş kitabı, türkün keçmişindən bəhs edən sirli mətni tapıb gətirmək olur. Vətən müharibəsində qazanılan qələbənin yetişməsində bu cür əsərlərin də rolu az olmayıb və “Odərlər”in də zəfər çalmağımızda olan müəyyən payını qeyd etməliyik. Əsər Milli Qəhrəman Mübariz İbrahimova həsr olunub. Elə romanın qəhrəmanları da Mübariz İbrahimov igidliyində, ruhunda olan gənclərdir. Onlar beşi də ölümün gözünə dik baxaraq, qorxmadan, çəkinmədən düşmənin üzərinə gedirlər. Bu igidlərin hər biri üçün ən ali həqiqət vətənə sevgi, vətənə sədaqətdir. Hətta onların arasında dini əqidələri bir-birindən fərqli olanlar da var. Biri qatı dindardır, biri sünni, biri şiədir, digəri deistdir və sair. Ancaq son məqamda onların hər biri üçün hər şeydən üstün vətən, millət sevgisidir, türkçülükdür.

2015-ci ildə müəllifin “Arvadsız kişi” hekayələr kitabı, 2016-ci ildə isə “Yuxu maşını” adlı uzun hekayəsi işıq üzü görmüşdür. “Arvadsız kişi” adlı hekayələır kitabı Şəmil Sadiqi bu dəfə Cəlil Məmmədquluzadə məktəbinin davamçılarından biri kimi üzə çı­xarır və bu nümunələrdəki yumoristik kalorit, yerli məişətlə, düşün­cə tərzi, xarakter və ruhla bağlı spesifik xüsusiyyətlərin dəqiqliklə tutulması və təsvir edilməsi onda olan yaradıcı potensialın fərqli yönünü nümayiş etdirir. Aparılan yaradıcılıq axtarışlarının hər dəfə müəllifi fərqli istiqamətlərə apara bildiyini, fərqli nəticələr ala bildiyini nümayiş etdirir.

Şəmil Sadiq öz ənənəvi mövzularına, inandığı ideyalara yeni əsərlərində də sadiqdir. Müəllifin “Qorqud atanın dedikləri” və “Qara tut ağacı” əsərlərində türk yurdunun, ulusunun fəlsəfəsinə dair bir çox məsələlərə işıq tutulur. Geniş miqyaslı tədqiqat əsəri təsiri bağışlayan “Qorqud atanın dedikləri” kitabındakı hər yazının özünəməxsus ruhu var. Elə bir ruh ki, oxucuyla müəllif arasında səmimi bir bağ yaradır. “Qara tut ağacı” adlı kitabda isə yazıçının hekayələri və esseləri toplanıb. Amma müəllif hekayələrlə esselərin bir-birindən kəskin konturlarla ayrılmasına qarşıdır. Əksinə, kitabında bu konturların itməsinin, esse ilə hekayənin, ədəbiyyatla həyatın iç-içə keçməsinin tərəfdarıdır.

Şəmil Sadiq eyni zamanda bir maarifçidir. Onun “İnsan mühəndisi” adlı kitabı elmi-kütləvi janrda qələmə alınıb. Kitabda müasir təhsilimizin əsaslı problemləri, hazırkı dünyada işlək olan təhsil konseptlərinin analizi, ən yeni tendensiyaların tətbiqi metodları, məktəb-valideyn-şagird üçlüyünün səmərəli əməkdaşlığı, çağımızın şagirdinə yanaşma üsulları və s. məsələlər geniş şəkildə təhlil olunub. “İnsan mühəndisi” kitabı “Bir kitab oxu, bir ağac ək!” sosial mesajı verən xüsusi tərtibatla hazırlanıb. Belə ki, kitabın üz qapağının arxa tərəfinə, həmin kitabın ərsəyə gəlməsində kəsilən bir ağacın əvəzinə yeni ağac əkmək üçün toxum yerləşdirilib. Oxucular həmin toxumu asanlıqla çıxararaq əkə və bu missiyanı tamamlaya bilərlər. Müəllif bu mesajla XXI əsr təhsilinin yetişdirdiyi insanın təbiəti qorumağa borclu olduğuna işarə edir.

Şəmil Sadiqin elm, maarif sahəsinə verdiyi töhfələr arasında “Hədəf Konsepti”  misilsizdir. Vəsait müəllifin 25 illik pedaqoji təcrübələri və dünyadakı innovativ təhsil metodlarının milli təhsilimizə uyğunlaşdırılması əsasında hazırlanıb. Əsas məqsədi milli dəyərlərə söykənərək müasir təfəkkürlü, yeni dövrün tələblərinə cavab verən “Bilgə” insanlar yetişdirmək olan “Hədəf” konseptinin əsas prinsipləri bunlardır: özünüdərk, sağlamlıq, bacarıq, yaradıcılıq, bilik.

Şəmil Sadiq naşir kimi də fəaliyyət göstərir. Belə ki, o, 2008-ci ildə şəxsi təşəbbüsü və səyi nəticəsində “Hədəf Kursları” MMC-ni, 2009-cu ildə Hədəf Nəşrləri MMC-ni, 2020-ci ildə Azərbaycan Nəşriyyatlar Assosiasiyası İctimai Birliyini təsis etmişdir. “Hüseyn Cavid Yaradıcılığında qəhrəman konsepsiyasi” adlı monoqrafiyanın, orta məktəb şagirdləri üçün “Azərbaycan dili”, “Ədəbiyyat”, xaricdə yaşayan azərbaycanlılar və xarici vətəndaşlar üçün “Azərbaycan dilini öyrənirəm” dərs vəsaitlərinin müəllifi, uşaqlar üçün “Dədə Qorqud” və “Azərbaycanımızı tanıyaq” adlı layihələrin ideya müəllifi və redaktoru, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin keçirdiyi “Oxu Günü” layihəsinin təsisçisidir.

2005-ci ildə “İlin ən yaxşı müəllimi” müsabiqəsində iştirak etmiş, “Ədəbiyyatın İnternetlə Tədrisi” mövzusunda açıq dərs verərək ilin ən yaxşı müəllimi adına layiq görülmüşdür. 2006-2007-ci illərdə  Azərbaycan Respublikası Təhsil Nazirliyinin Qiymətləndirmə şöbəsinin Azərbaycan dili üzrə Kurikulum layihəsində milli məsləhətçi kimi fəaliyyət göstərmişdir. 2010-cu ildə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda  “İlin Ən Yaxşı müəllimi” seçilmişdir. 2010-cu ildə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Fənlərin Dostluğu Olimpiadasını, 2014-cü ildə “Anamın kitabı” ədəbi mükafatını təsis etmişdir. “Yuxu maşını” kitabına görə Rusiya Yazıçılar Birliyinin təşkil etdiyi “İlin yazarı-2018” Ədəbiyyat Mükafatına layiq görülüb.

2016-cı ildə təsis edilən “Ustad” ədəbiyyat və sənət dərgisinin layihə rəhbəri və baş redaktorudur. “Ustad” jurnalının əsas məqsədi ədəbiyyatın ölkədə təbliğini təmin etmək, sənət nümunələrini geniş oxucu kütləsinə çatdırmaq, müxtəlif sənət sahələrində öz möhrünü vurmuş, kulta çevrilmiş şəxsləri cəmiyyətə tanıtdırmaqdan ibarətdir.

I Türk İnteqrasiya Olimpiadasının ideya müəllifi və layihə rəhbəridir. Türk İnteqrasiya Olimpiadası Türk dünyası dövlətləri və milli qurumlarının məktəbliləri arasında ilk dəfə keçirilən olimpiadadır.

Bir müddət “Vətən Övladı” qəzetinin redaktoru olmuşdur.  33 elmi-metodik, 8 bədii kitabın, 50-yə qədər elmi məqalənin müəllifi və ya həmmüəllifi, onlarla kitabın redaktoru və rəyçisidir. 2021-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi”  medalı ilə təltif edilmişdir.

Manşet Xəbərlər

“Odərlər” – yazıçı uzaqgörənliyi

oderler

Şəmil Sadiq sevimli naşirimdir. Amma naşirlikdən əlavə, həmkarımdır, qələm yoldaşımdır. Onu türk dünyasının vurğunu, türk millətini ən ali səviyyədə sevən biri kimi tanıyıram həm də. Şəxsi tanışlığımız 2014-cü ilə təsadüf edir. O zamanlar “Hədəf” nəşrlərinin təsis etdiyi, “Kitabevim.az” və Dövlət Gənc Tamaşaçılar Teatrının birgə təşkilatçılığı ilə keçirilən “Anamın kitabı” pyes müsabiqəsinin qalibi olmuşdum. Müsabiqənin adı da təsadüfi seçilməmişdi. Cəlil Məmmədquluzadənin məşhur əsərinin adından götürülmüşdü. Dilimizə ehtiramın, sevginin göstəricisi idi bu adın seçilməsi. İdeya müəllifi Şəmil Sadiq təkcə ədəbiyyat, təhsil, nəşriyyat sahəsinin yox, müxtəlif sahələrin, o cümlədən, teatr sahəsinin inkişafına töhfəsini vermiş oldu o müsabiqəylə. Müsabiqədə qalib olmağım, ilk pyesimin böyük teatr səhnəsində tamaşaya qoyulması gənc bir yazar üçün böyük hadisə idi. Bu müsabiqə o zamana kimi ilk idi və həqiqətən gənc qələm adamlarının önündə gözəl imkanlar açırdı.

Müsabiqə vasitəsilə ilk dəfə dramaturq kimi qələmimi sınadım. Təbii ki, bu imkanın yaradılması, əsərimin böyük teatrın səhnəsinə yol tapması məni digər əsərləri yazmağıma da ruhlandırdı. Bundan sonra üç pyes yazdım. Onlardan biri – “Həyat elə oyun ki” adlı monopyes Füzuli Dövlət Teatrında tamaşaya qoyuldu. Uşaqlar üçün yazdığım “Lokomotiv və vaqonları” adlı pyes üzümüzə gələn mövsüm üçün Kukla Teatrında hazırlanıb.

Vətən müharibəsinə həsr olunan “Çiçək məktublar” adlı pyesim isə Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş, Qarabağ müharibəsində qazanılan tarixi zəfərə həsr edilən müsabiqədə qalib gəldi.

Şəmil Sadiqi bir maarifçi kimi də tanıyır və sevirəm. Elm, təhsil sahəsində gördüyü işlər, “Hədəf” Konsepti misilsizdir. Əsas məqsədi milli dəyərlərə söykənərək müasir təfəkkürlü, yeni dövrün tələblərinə cavab verən savadlı insanlar yetişdirmək olan “Hədəf” konseptinin əsas prinsipləri bunlardır: özünüdərk, sağlamlıq, bacarıq, yaradıcılıq, bilik.

Mənə elə gəlir ki, Şəmil Sadiq öz bədii yaradıcılığında da gəncləri bu konseptin prinsiplərinə uyğun yönləndirməyə can atır. Bu mənada, yazıçının 2012-ci ildə qələmə aldığı “Odərlər” romanının xüsusən yeniyetmələrin, yuxarı sinif şagirdlərinin, gənclərin düşüncələrinə təsir gücü yüksəkdir.

Romanda Arslan adlı gənc “Odərlər” adlı gizli təşkilatın üzvünə çevrilir. Təşkilatın ali məqsədi vətənin düşmənlərinə qarşı kəşfiyyat aparmaq, gizli sirləri və mətnləri üzə çıxarmaq, düşmən cəbhəsinə sarsılmaz zərbələr vuraraq gələcək qələbəyə töhfə verməkdir.

İdeyası İsa Muğannanın “Məhşər” romanından götürülən “Odərlər” əsərinə böyük ustad kiçik bir Ön söz yazaraq, öz xeyir-duasını vermişdi. Yaxşı olardı ki, bu əsəri oxuyan gənclər “Məhşər” romanını da oxusunlar, onda beyinlərində qalan suallara daha yaxşı cavablar tapacaqlar. Çünki kitab türkün tarixinə, dininin keçmişinə, müasir siyasətə dair çoxlu suallar yaradır.

Odərlər Dədə Əfəndi deyilən bir ağsaqqal tərəfindən idarə olunur. Dədə Əfəndi türkün dastanı “Kitabi-Dədə Qorqud”dakı Dədə Qorqudun prototipidir. Postmodern estetikada yazılan əsərdə təsadüfi deyil ki, kəşfiyyata yollanan beş qəhrəmanın, beş igidin əsas tapşırıqlarından biri işğal altında olan Şuşa şəhərində Cıdır düzündəki mağaralardan birində gizlədilmiş kitabı, türkün keçmişindən bəhs edən sirli mətni tapıb gətirmək olur.

Beş igid – Məhəmməd, Komandir, Elçin, Ayxan və nəhayət Arslan canları, qanları bahasına onlara tapşırılan tapşırıqların dalınca sorğu-sualsız yollanırlar. Bu yolda hətta vətən xaini adlandırılmaqlarına, qatil olmağa belə razı olurlar. Təki onlara verilən tapşırıqların öhdəsindən bacarıqla gələ bilsinlər.

Roman boyunca əsərin beş qəhrəmanı müxtəlif dramatik vəziyyətlərdə göstərilir, həmin bu səhifələri həyəcansız oxumamaq mümkün deyil. Döyüş səhnələriylə zəngin əsər xüsusən oğlan uşaqları, gənc əsgərlər üçün çox maraqlıdır.

Əsərdə diqqətimi çəkən cəhətlərdən biri müəllifin döyüş səhnələrində erməni əsgərlərinə qarşı qəzəbidir. Təbii ki, əsər Vətən müharibəsindən qabaq, torpaqlarımız hələ düşmən tapdağında olanda yazıldığından, bu qəzəb daha da alovludur. Düşünürəm ki, Vətən müharibəsində qazanılan qələbənin yetişməsində bu cür əsərlərin də rolu az olmayıb və “Odərlər”in də zəfər çalmağımızda müəyyən payı var. Təsadüfi deyil ki, əsər Milli Qəhrəmanız Mübariz İbrahimova həsr olunub. Elə romanın qəhrəmanları da Mübariz İbrahimov igidliyində, ruhunda olan gənclərdir. Onlar beşi də ölümün gözünə dik baxaraq, qorxmadan, çəkinmədən düşmənin üzərinə gedirlər. Bu igidlərin hər biri üçün ən ali həqiqət vətənə sevgi, vətənə sədaqətdir. Hətta onların arasında dini əqidələri bir-birindən fərqli olanlar da var. Biri qatı dindardır, biri sünni, biri şiədir, digəri deistdir və sair. Ancaq son məqamda onların hər biri üçün hər şeydən üstün vətən, millət sevgisidir, türkçülükdür.

oderler

Şəmil Sadiq səmimi bir türkçüdür. Onun yaratdığı “Hədəf” Konseptinin əsasında da türkçülük, turançılıq durur. Yaradıcılığının əsasını da bu məqsəd təşkil edir.

“Hüseyn Cavid yaradıcılığında qəhrəmanlıq konsepsiyası” adlı dissertasiya müdafiə edən, filologiya üzrə fəlsəfə elmləri doktoru adını alan yazıçı “Odərlər” əsərində tez-tez Hüseyn Cavidi də yada salır, onun qəhrəmanlarına göndərmələr edir.

Roman boyu Dədə Əfəndinin Arslanla söhbətləri də olduqca maraqlı məlumatlarla doludur. Həmin söhbətlərdə müəllif xeyli böyük cəsarətlə, demək olar əsərinin qəhrəmanları kimi qaragözlülüklə, qorxmazlıqla dərin mətləblərə toxunub. İstər din, istər gen, istər siyasət mövzusundakı bu söhbətlərin qayəsi oxucuya millətçilik və türkçülüyün hər şeydən yuxarıda durduğunu anlatmaqdır.

Dədə Əfəndinin söhbətləri oxucunu yormur, əsərə darıxdırıcılıq gətirmir. Əksinə, gərgin, dramaturji vəziyyətlərin arasında oxucunun da gərginliyini azaltmağa xidmət edir, hardasa bir nəfəslik rolu daşıyır.

Əsərin beş qəhrəmanının hər birinin həyat yolu da kitabda öz əksini tapıb. Beş qəhrəmandan yalnız biri, əsərin əvvəlində nalyığan kimi tanış olduğumuz Arslan sağ-salamat geri qayıda bilir. Digər dörd igid getdikləri yolda müxtəlif fədakarlıqlar, vətənə, millətə sədaqət göstərərək, şəhid olurlar. Onların bədənləri, ruhları işğal altında olan torpaqlara qarışır, son sözləri də vətən, millət olur, Azərbaycan Bayrağını sinələrinə sıxıb dünyayla vidalaşırlar. Amma hər biri bu dünyadan köçərkən qəlblərində qələbəyə, zəfərə sarsılmaz bir inamla köçür. Onlar bütün qəlbləriylə bir gün zəfər çalacağımıza, torpaqlarımızın geri alınacağına, qisasın qiyamətə qalmayacağına inanırlar. Və bu inamı da oxucuya təlqin edirlər. Müəllifin də əsas qayəsi oxucuda bu inamı yaratmaq və möhkəmlətməkdir. Bu mənada bu əsərin Vətən müharibəsindəki rolunu qeyd etməyi özümüzə borc bilirik.

Kəşfiyyata yollanan qəhrəmanların sayının beş olması təsadüfi deyil, biz bunu Dədə Əfəndinin söhbətlərindən də anlayırıq. Dədə Əfəndi Arslanla söhbətlərindən birində beş rəqəminin türklərin, ümumiyyətlə dünyanın üzərindəki rolundan bəhs edir. “Yeddi samuray”, “Yeddi oğul istərəm” və sair əsərlərdə igidlərin sayının yeddi olduğunu görürük, amma Şəmil Sadiq beş rəqəminin üstündə dayanıb. Bu da əsərdə öz geniş izahını tapıb.

Döyüş yoldaşlarını müxtəlif gərgin vəziyyətlərdə itirən Arslan ona tapşırılan işi qətiyyətlə, bacarıqla həyata keçirib sağ-salamat geri qayıtsa da, yoldaşlarının başına gələnlər onu bir insan kimi sarsıdır.

Əsər boyu müxtəlif vəziyyətlərdə yoldaşlarından gah birinə, gah digərinə şübhələr yaransa da, məlum olur ki, hər kəsin qayəsi vətən, millət yolunda ona tapşırılan tapşırığın öhdəsindən canı bahasına gəlməkdir. Bu yolda onlar bir-birlərini həm qoruyur, həm də fədakarlıqlar edirlər. Komandirin kor bağırsağından ağrı tutur, görür ki, yoldaşları çıxılmaz vəziyyətdə qalıblar, nə onu qoyub gedə bilirlər, nə də qala. Özünü öldürür. Baxmayaraq ki, intihar inandığı dinin qaydalarına, əmrlərinə zidd idi. Hətta onun bu əməli döyüş yoldaşlarını ilk növbədə buna görə təəccübləndirir. Amma bu dramaturji situasiyanın özü ilə müəllif oxucuya fikir aşılayır: söhbət, məsələ vətən, millətdirsə, qalan bütün fikirlər arxa plana atılmalıdır.

Beş qəhrəmana verilən tapşırıqlardan biri də Azərbaycan Bayrağının Xankəndidəki separatçı qurumun qərargahı üstündə dalğalandırmaq olur. Bu vacib və təhlükəli işin öhdəsindən Məhəmməd adlı Odər gəlir. Odərlərlə işləyən, Dağlıq Qarabağa türklərin tarixini araşdırmağa gələn bolqar əsilli türk qızı Məhəmmədin videosunu çəkib lazım olan ünvanlara yollayır. Hətta bu işi görərkən həyatını riskə atır, sonra da ələ keçməsin deyə intihar edir. Məhəmmədsə son damla qanına kimi, lap igid Mixaylo kimi vuruşur, şəhid olur.

Qeyd etdiyimiz kimi, əsər Vətən müharibəsindən, yəni 2020-ci ildən qabaq yazılıb. Oxuduğum kitab 2018-ci il nəşridir. Kitab Böyük Zəfərimizlə bağlı çoxlu proqnozlar verir. Bu proqnozların bir-bir düz çıxmağına, həyata keçməyinə təəccüb edirsən. Müəllif heyrətamiz öngörənlik sərgiləyir, onun qələbəyə olan sarsılmaz inamına heyrət edirsən. Xatırladım ki, o dövrlərdə insanlar qələbəyə ümid bəsləyirdilər, qələbəni arzulayırdılar, amma çox az adamın qəlbində Şəmil Sadiqin qəlbindəki qədər sarsılmaz inam vardı. Əsər boyu müəllif bu inamı bütün gücüylə, bütün qəlbiylə oxucuya ötürməyə çalışır və buna həqiqətən nail olur.

“Odərlər” bu baxımdan təkcə Şəmil Sadiq yaradıcılığında xüsusi yer tutmur, həm də Qarabağ müharibəsindən bəhs edən, vətən, millət, qələbə mövzusunda qələmə alınmış əsərlər sırasında məxsusi yeri və rolu olan bir əsərdir. Bu mənada müəllifə əməlli-başlı qibtə eləmək olar.

Ustad İsa Muğannanın da qeyd etdiyi kimi, “öz xalqına belə duyğular aşılamaq hər yazıçıya nəsib olmur”.

Şəmil Sadiq öz ənənəvi mövzularına, inandığı ideyalara yeni əsərlərində də sadiqdir. Müəllifin “Qorqud atanın dedikləri” və “Qara tut ağacı” əsərlərində türk yurdunun, ulusunun fəlsəfəsinə dair bir çox məsələlərə işıq tutulur. Geniş miqyaslı tədqiqat əsəri təsiri bağışlayan “Qorqud atanın dedikləri” kitabındakı hər yazının özünəməxsus ruhu var. Elə bir ruh ki, oxucuyla müəllif arasında səmimi bir bağ yaradır.

“Qara tut ağacı” adlı kitabda isə yazıçının hekayələri və esseləri toplanıb. Amma müəllif hekayələrlə esselərin bir-birindən kəskin konturlarla ayrılmasına qarşıdır. Əksinə, kitabında bu konturların itməsinin, esse ilə hekayənin, ədəbiyyatla həyatın iç-içə keçməsinin tərəfdarıdır.

Ümidvarıq ki, Şəmil Sadiq yeni kitablarla da öz oxucularını sevindirəcək, yeni əsərlər də ən azı “Odərlər” qədər seviləcək, bol oxucu rəğbəti qazanacaq.

Manşet Xəbərlər

Azərbaycanda ilk: Təhsil Menecerləri Forumu keçirilib.

təhsil menecerləri forumu

Noyabrın 19-da yerli və xarici təhsil müəssisəsi rəhbərlərinin iştirakı ilə Təhsil Menecerləri Forumu keçirilib.

senet.az xəbər verir ki, giriş nitqi ilə çıxış edən Hədəf Şirkətlər Qrupunun baş direktoru Şəmil Sadiq tədbirin məqsədi, perspektivləri barədə məlumat verib, bu sahədə atılan addımlar və problemlərdən söz açıb, onların həlli yollarına diqqət çəkib.

Deputatlar Fazil Mustafa, Ceyhun Məmmədov, Dövlət Gömrük Komitəsi Akademiyasının rəisi Qulu Novruzov Təhsil Menecerləri Forumunun Azərbaycanda ilk dəfə keçirildiyindən, belə tədbirlərin təhsil sahəsi üçün açdığı imkanlardan söz açıblar. Bundan başqa çıxışçılar istər məktəblər, istər kollec və universitetlərdə təhsil sisteminin çatışmazlıqlarından, mövcud problemlərin həlli yollarından danışıb, bunun üçün əlverişli şərait yaradılmasının vacibliyindən bəhs ediblər.

təhsil menecerləri forumu

Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı isə “Təhsildə idarəetmə və keyfiyyət” mövzusunda çıxış edib. Keyfiyyətli təhsilin keyfiyyətli gələcəyə yol açacağından, əvvəl bilmək istəyən, daha sonra öyrənməyə can atan nəsil yetişdirməyin vacibliyindən danışıb.

“Azərbaycanda təhsil idarəçiliyi: reallıqlar və perspektivlər” adlı mövzu qoyan Ceyhun Məmmədov Azərbaycan təhsilinin hazırkı vəziyyəti ilə bağlı qayğılarından, perspektivləri dəyərləndirmənin mümkünlüyündən, təhsil işçilərinin vahid nəticə üçün ortaq qənaətdə birləşməli olduqlarından söz açıb.

təhsil menecerləri forumu

Biznes və karyera məsləhətçisi Fəxri Ağayev “Şirkət nəticələrində rəhbərin rolu və məsuliyyəti”ndən danışıb. O qeyd edib ki, işə götürülən işçinin potensialı və gördüyü işin keyfiyyəti rəhbərin məsuliyyəti deyil. Amma bir il sonra da nəticə dəyişmirsə, bu, təkcə işçi ilə yox, rəhbərlə də bağlı problemdir.

Hədəf Şirkətlər Qrupunun təsisçisi Şəmil Sadiq “Təhsildə Hədəf konsepti”ndən söz açıb, yeni tipli məktəbin yaradılmasının, milliliyi qorumaqla bəşəri yeniliklərin tətbiqinin mümkünlüyündən danışıb.

 

təhsil menecerləri forumu

təhsil menecerləri forumu

“CIBS Europe” təlim mərkəzinin təsisçisi Təbriz Hacınski “Təhsil menecerliyində NLP” mövzusu ilə danışıqların idarə olunmasının, bunun üçün strategiyanın, səs tonunun, sözlərin düzgün seçilməyinin vacibliyini dilə gətirib.

“Azərbaycan İnsan Resursları Assosiasiyası” İctimai Birliyinin təsisçisi Nərgiz Seyidzadə “Ofis başlarında dəyişim”dən danışıb, işçilərin və rəhbərliyin bölündüyü qruplardan, iş yerində düzgün hesab olunan yanlışlardan, işçilərə fərdi yanaşmanın əhəmiyyətindən bəhs edib.

təhsil menecerləri forumu

Forumda jurnalist Orxan Cabbarlının moderatorluğu ilə panel də baş tutub. Bakı Şəhər Təhsil İdarəsində Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə, 291 nömrəli Ekologiya liseyinin direktoru Arif Əsədov, tarix üzrə fəlsəfə doktoru Elvin Əliyev və təlimçi-psixoloq Fərid Seyfullayevin iştirakı ilə reallaşan paneldə uğurlu təhsil konsepsiyaları, təhsildə idarəetmə strategiyası, məktəb idarəetməsindəki yanlışlıqlar, yeni nəslə yeni təhsil, təhsilin onlayn idarəedilməsi və rəqəmsallaşma, eləcə də metamən mövzuları ətrafında bir-birindən maraqlı fikirlər səsləndirilib.

Forum iştirakçıları da tədbirə interaktivlik qatıb, sözügedən mövzularla bağlı məruzəçilərə bir-birindən maraqlı suallar verib, dolğun cavablar alıblar.

təhsil menecerləri forumu

Əlavə məlumat üçün bildirək ki, yüzlərlə təhsil işçisinin qatıldığı forumda Təhsilin İnkişafı Fondu idarə heyətinin sədri Elnur Nəsibov, Elm və Təhsil Nazirliyi yanında ictimai şuranın üzvü İlqar Orucov, Mədəniyyət Nazirliyi yanında ictimai şuranın üzvü Əkbər Qoşalı, təhsil eksperti Kamran Əsədov, müxtəlif universitetlərin rektorları, təhsil sahəsində çalışan mütəxəssislər, media, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

təhsil menecerləri forumu

təhsil menecerləri forumu

təhsil menecerləri forumu

təhsil menecerləri forumu

Forum Hədəf Şirkətlər Qrupunun təşkilatçılığı ilə 20 nömrəli məktəbdə keçirilib.

Sonda bütün iştirakçılara sertifikat verilib.

Tərəfdaşlar: “Hedef Group”, “Hədəf Global”, Hədəf STEAM Liseyi, Dünya Məktəbi, “SİNKOD” yayın və dağıtım şirkəti, Mənəvi Dəyərlərin Təbliği Fondu, Kipr Elm Universiteti, AzTV, EduPress, SİA, Hədəf Təlim və Karyera Mərkəzi, Təhsil Forumu Platforması.
#Tehsilmenecerleriforumu #TMF #TəhsilMenecerləriForumu

Manşet Xəbərlər

Oxun qutlu uçusu,yaxud, “Şəmil hoca” YoLu – Hədəf Konseptinin fəlsəfəsi

şəmil sadiq

Özünüdərkə aparan yol

Hazırda təhsillə bağlı atılmalı olan ən böyük addım elə təhsilin özünə olan baxışın dəyişməsidir. Çağdaş Azərbaycan təhsili özünə başqa rakursdan, mahiyyətdən, başqa bir energetik müstəvidən baxışı təmin etdiyi halda nöqsanlardan  xilas və inkişaf yolunu təmin edə biləcəkdir. Dünyanın müxtəlif ölkələrində, tarixin fərqli aşamalarında təhsil adlı mahiyyət bu situasiya ilə hər zaman üzləşib. Amma bu yolda ona yardım edən fədakarlar da tapılıb. Həmin  fədakarlar özlərinin yaratdıqları-bəşəri dəyərlərlə milli kimliyin sintezində ərsəyə gətirdikləri konsepsiyalarla əlahəzrət təhsilin yüksəlişinə səbəb olmuşlar.

Tanınmış təhsil texnoloqu, insan mühəndisliyi uzmanı Şəmil Sadiqin Hədəf  Konsepti məhz həmin konsepsiyalardan biridir. Burada heç bir mübaliğə yoxdur, sadəcə, arzuolunmaz bir reallıq da var ki, bütün tarixi əhəmiyyətli konsepsiyalar hər zaman öz  layiqli dəyərini çox sonralar alıb. Lakin Hədəf Konseptinin nə yaxşı ki, bu aqibəti yaşamayacağını indidən tam əminliklə söyləyə bilərik. Çünki cəmi bir neçə il bundan əvvəl formalaşmasına baxmayaraq bu konsept  təhsil fədaisi Şəmil Sadiq və onun zəhmətkeş  komandasının sayəsində bir İşıq kimi irəliləyir. Balabilgələrin sayəsində intellekt və milli dəyər sərhədi kimi uzanır və enerji hüdudları daha da artır. Təhsilin mahiyyəti də bir energetik dəyər olaraq fərddən şəxsiyyət, şəxsiyyətlərdən isə bir DƏYƏR CƏMİYYƏTİ formalaşdırmaq deyilmi?! Şəmil Sadığın bu zaman özü də, ərsəyə gətirdiyi da Hədəf Konsepti də bir ideya olaraq həmin intellektual və dəyər sərhədləri boyu hərəkət etmədədir…

semil sadiq

Dədə Qorqud qoxusunda tədris

Və bu intellektual dəyər sərhədi bilirsinizmi haradan başlayır? – Qədim qan yaddaşımızdan, Dədə Dorqudun qopuzundan, hikmətindən, ağ saçından saqqalından, dürlü sözlərindən… Qədim Oğuz yurdunun qətiyyət və xarakterindən, qədim Oğuzun Qaba ağacından…  Oradan başlanır bu energetik sərhəd… “Hədəf-STEM” liseyində olsanız görəcəksiniz ki, Şəmil Sadiq əslində uzun illərdir ki, elə bu sərhəddə keşiş çəkir (elə lap Bəkil oğlu İmran kimi)… Görəcəksiniz ki, onun Hədəf Konsepti də əslində bu energetik sərhədin müdafiəsi və genişlənməsi üçün bir qala divarıdır… Gələcək “döyüşçülərin” – Balabilgələrin bir ömürlük müdafiə sığnağıdır… Hədəf Konsepti haqqında az sonra ətraflı bilgi verəcəyik, bu, öz yerində… Amma biz yenə də bu konseptin daxili qatında gizli qalan mahiyyətinə, gələcəyə necə böyük ustalıqla hesablanmış hədəfinə ( adı nahaq yerə Hədəf Konsepti deyil ki) toxunaq… Elə burda da mübaliğə etmədən bir paralellik aparmaq yerinə düşər: hər şeyin öz genetik yaddaşı var. Elə bacarıq və qabiliyyətlərin də… Məsələn, Şəmil Sadiqin gələcəyə ustalıqla hesabladığı və böyük hədəfə tuşladığı bu konsept sizcə, nəyə bənzəyir? Deyim – Oğuz elində  hər kəsin yaxşı bacardığı sərrast ox atışına… Yayın ustalıqla dartılması, qartal nəzərli diqqətin ən vacib nöqtəyə kilidlənməsi, qolun harmonik vəziyyəti və ən nəhayətdə “12”-dən vurulan hədəf… Oğuz elində qara donlu kafirlərə qan udduran hər kəs bunu çox gözəl bacarırdı… Və dediyimiz kimi bacarığın da öz genetik yaddaşı var. O heç zaman ölmür, bir enerji olaraq yaşayır, layiqli olan şəxsin əlindəki “yay”ın tələbinə uyğun olaraq öz “ox”unu atır… Şəmil Sadiq də artıq bir neçə ildir ki, bu oxu zərgər dəqiqliyi ilə atıb və ox   mənəvi, tarixi sərhədlər boyunca yorulmadan öz hədəfinə doğru hərəkət edir…

Hədəf Konseptinin balabilgələri də o oxun süzdüyü istiqamətdə  də getmədədirlər – Yaddaşa doğru, müdrik genə doğru, Dədə Qorqud qoxusuna doğru…

Hədəf Konseptinin balabilgəsi bu gün ona görə mutludur ki, o öz YADDAŞının içində böyüyür… O gələcəyin innovativ inkişafına doğru az əvvəl dediyimiz  Oxun  genetik meyarları əsasında yaxınlaşır. Yaddaşındakı ox vıyıltısı ilə, Dədə Qorqud ovqatı ilə çağdaş dövrün bəşəri hədəflərinə doğru yol alır…

Zatən əsrlər boyu da belə olmayıbmı?! – Türkün oxunun vıyıltısından həm də mədrəsə qoxusu hiss olunmayıbmı?!

Hədəf Konsepti

Bayaqdan mahiyyəti ətrafında var-gəl etdiyimiz, intellektual və dəyər sərhədi boyunca gəzişdiyimiz Hədəf Konsepti barəsində qısaca da olsa bəzi bilgilərini diqqətinizə çatdıraq:

Hədəf Konsepti dünyadakı innovativ təhsil metodlarının milli təhsilimizə adaptasiyasıdır.

Hədəf Liseyinin loqosu qədim türk simvolları əsasında hazırlanıb. Loqonun ümumi görünüşü “Kitabi-Dədə Qorqud” dastanında adı çəkilən oğuzların nəsil genezisini və müdrikliyi simvolizə edən Qaba Ağacı ilə ifadə olunur ki, bu da ümumilikdə müdrik insan, Bilgə İnsan deməkdir.

Hədəf Konseptinin müasir insanı beş əsas prinsipə istinad edir: özünüdərk, sağlamlıq, bacarıq, yaradıcılıq, bilik. Hədəf Konseptində məqsəd bilikli, bacarıqlı, yaradıcı, sağlam, özünü dərk edən, milli dəyərlərinə bağlı BİLGƏ İNSAN yetişdirməkdir.

1. Özünüdərk – Hədəf Konseptinə görə özünü dərk edən insan vicdanlı, ədalətli, humanist, hüquqlarını bilən, çalışqan və daima özünü təkmilləşdirən insandır.

2. Sağlam – Sağlam bədən, sağlam xarakter, sağlam düşüncə, sağlam nəsil və sağlam mühit inkişaf üçün vacib amildir. Biz təhsilimizdə “Sağlam təhsil, sağlam millət” şüarını əsas tuturuq.

3. Bacarıqlı – Özünü dərk etmiş sağlam insan bacarıqlı olduqda ətrafındakı insanlara keyfiyyətli həyat təmin edir. O, sərbəst öyrənmə, novatorluq, fikirlərini sərrast ifadə etmə bacarıqlarına malikdir.

4. Yaradıcı – Yaradıcı insan estetik, bədii, texniki və elmi bacarıqlarını müəyyən edib onu inkişaf etdirən, problemlərə yeni yanaşma ilə baxıb orijinal həllər tapan insandır.

5. Bilikli – Özünü dərk etmiş, sağlam, bacarıqlı və yaradıcı insan obyektiv dünyada fəaliyyətini düzgün qurmaq üçün elmi biliklərə ehtiyac duyur. Bilik digər bacarıqları həyata keçirmək üçün əsas zəmindir. (Mənbə: Şəmil Sadiq, “İnsan mühəndisliyi”)

şəmil sadiq

“Dəyərlər” kitabı, “Balabilgə gündəliyi” və “Dəyərlər təqvimi” Hədəf Konsepti əsasında hazırlanmış setdir. Bu set məktəb və ailə həmrəyliyini ifadə edən, inkişaf etdirən yardımçı vəsaitdir. Bu set həm məktəb müəlliminin tövsiyəsi ilə, həm də valideynin müstəqil arzusu ilə istifadə etmək üçün nəzərdə tutulub. Hər bir ailə bu setdən istifadə edərək öz evini bir dəyər məktəbinə çevirə bilər. Tədris ilində 40 dəyər həftəsi var.

Bu məqsədlə Hədəf Liseyinin Elmi-Metodiki Şurasının qərarı ilə “Dəyərlər” kitabı və “Balabilgənin gündəliyi” nəşr edilmişdir. Dəyərlər kitabı 40 dəyəri özündə birləşdirir.

Hər bir dəyər üzrə aşağıdakılar verilir: (Nümunə “Nizam-intizam” həftəsinə uyğun olaraq verilir)

1)Dəyəri ifadə edən şəkil;

2)Nizam-intizam nədir?

3)Bizdə nizam-intizam;

4)Gül və düşün;

5)Hekayə;

6)Əylənək və cavab verək;

7)Nizam-intizam qaydalarına əməl edən şəxs nə qazanır?

8)Doğru-səhv;

9)Ailə layihəsi.

“Balabilgə gündəliyi”ndən danışmasaq olmaz. O “Dəyərlər” kitabı ilə paralel şəkildə istifadə edilir. Burada hər bir dəyərə uyğun balabilgə tərəfi ndən qeydlər aparılır, müəyyən tapşırıqlar yerinə yetirilir. Balabilgə gündəliyi heç kim tərəfindən yoxlanılmır. Bu vəsait balabilgənin özünüqiymətləndirmə vəsaitidir. Balabilgə gündəliyində hər bir həftə üzrə 4 səhifəlik yer ayrılıb.

İlk səhifə:

Burada balabilgə dəyər anlayışı ilə bağlı ilk təəssüratını, dəyəri necə qavradığını esse formasında yazır.

İkinci səhifə:

Bu və 3-cü səhifənin yarısında həftənin 6 günü üçün qaydalar, tapşırıqlar, qeydlər və s. təsvir edilir.

“Nizam-intizam” həftəsi üzrə ilk günə nəzər salaq: Hər gün üzrə balabilgə hava durumunu qeyd edir. Müəllif tərəfi ndən hər gün verilən tapşırığı yerinə yetirməyə çalışır. Bu gün üçün özəl tapşırıq bütün geyimlərin təmiz və səliqəli saxlanılmasıdır. Gün ərzində balabilgə öyrəndiklərini, ev tapşırıqlarını, xatırlamaq istədiyi məlumatları qeydlər bölməsində işləyir. Hər günə özəl bir suala cavab yazmaq üçün xüsusi yer qoyulub. Bu günə özəl sual ən sevdiyin fi lmin hansı olmasıdır. Hər bir gün üzrə balabilgə özünü qiymətləndirir. Gün ərzindəki fəaliyyətini, davranışını, bacarığını və s. 5 ballıq şkala üzrə dəyərləndirir.

Gün sonunda balabilgə əhvalını da qeyd edir. Hər bir həftə üzrə ayrılmış 3-cü səhifədə kitab və ya film tövsiyəsi verilir. Bu fi lmə baxmaq və ya kitabı oxumaq üçün əsasən bazar günü nəzərdə tutulmalıdır.

shamil sadiq

Göründüyü kimi, Hədəf Konseptinin şifrələri, əsas mahiyyəti üçlü setdə -“Dəyərlər” kitabı, “Balabilgə gündəliyi” və “Dəyərlər təqvimi”ndə öz əksini tapıb. Bu set konsept üçün aysberq rolunu oynayır. Yəni, hələ mahiyyətin görünən tərəfidir. Amma aysberqin suyun altında qalan hissəsi təbii ki, daha böyükdür. Balabilgəni əslində asberqin su altında qalan hissəsi formalaşdırır. Konsept qiymətləndirmə  prosesində də uğurlu, deyərdim ki, inqilabi bir  yanaşmanın əsasını qoyur. Balabilgəni öz ilə gün sonunda, həftə qonunda üz-üzə gətirir. O, qiymətləndirmə də özgürdür. Əsl türk ruhu özgürlük içində məsud olduğu kimi o da burada məsuddur. Onu kimsə dəyərləndirmir, onun üçün əsas dəyər bu dəyərlər sisteminə nə qədər sadiqliyidir. Çünki o YADDAŞın içində böyüyür. Onun üçün tədris prosesi bundan kənara çıxa bilməz. O, öz sərhəddini aşmamalıdır. Onun üçün əsl qiymət bilgəsindən aldığı deyil, bilgəsinin ideyalarına nə dərəcədə düzgün riayət etməsindədir…

Təkcə “Balabilgə gündəliyi”nin konteksti özgür bilgəni yetişdirmək, onu fərqli düşüncə boyutuna atmaq üçün görün qədər yararlıdır? Uluqbəy mədrəsəsinin, Rəşidəddin rəsədxanasının, Bəhmənyar kitabxanasının, Biruni “laboratoriyası”nın yetişdirdiyi bilgələrin, oradakı təlimlərin mənəvi ruhu təkcə bu gündəlikdə görün necə sərrast dəqiqliklə hesablanıb. Şəmil Sadiqin oxçuluq qabiliyyətinə söhbətin bu yerində yenidən toxunmasaq, olmaz… Şəxsən, mənim üçün bu konsept həm də “oxçunun yoludur”…

Türkün “itirilmiş maarrif” ovqatının vardığı nöqtəni, o nöqtəyə qədərki halı ilə birləşdirməkdə olan bir yol…

Gələcəyin çağdaş innovativ tələblərinə doğru milli özünüdərk işığında ged ilən bir yol… Bu yolun adı şübhəsiz ki, gələcəkdə Şəmil Sadiq yolu adlanacaqdır…

“Şəmil hoca” YOLunuz açıq olsun, əziz Balabilgələr…

Elmin Nuri

Elm və təhsil məsələləri üzrə tədqiqatçı

Manşet Xəbərlər

“Bilgə Açıq Hava Kitabxanası”nın açılış mərasimi

Sentyabrın 6-sı Hədəf STEAM Liseyinin Bakı filialında Hədəf Liseyinin qurucu direktoru Şəmil Sadiqin ideya müəllifi olduğu “Bilgə Açıq Hava Kitabxanası”nın açılış mərasimi keçirildi.

Eyni zamanda Şəmil Sadiqin 45-ci ildönümü münasibətilə lisey heyəti tərəfindən türkçülüyün rəmzi olan at hədiyyə edildi.
Açılışda Şəmil Sadiq, Aytən Hüseynova, Nərmin Səlimova çıxış etdilər.
Kitabxananın Hədəf konseptinə sadiq qalaraq hazırlandığı, balabilgələrin şəxsi kitabxanalarını yaratmalarına təşəbbüs məqsədi daşıdığı, gələcəkdə filiallarının açılacağının düşünüldüyü qeyd olundu.
Haqqında yazılanlar Manşet Xəbərlər

Gəncliyini gənclərin gələcəyinə qurban verib yaşa dolan Ustad

ŞƏMİL SADİQİN 45 İLLİYİNƏ

 

 

Yusif Alıyev, “Ədəbiyyat və incəsənət” üçün

 

Ötən gün Oğuz elində xoş bir gün idi. Milli ətirli, dünya sevdalı, türk biçimli, göy istəkli, qurd talismanlı Şamil Sadiqin doğum günü idi.

 

Şəmil Nehrəmdə Kamil müəllimin ailəsində doğulsa da bu müdrik ağsaqqalın fiziki oğlu olub. Tərbiyəsi, əxlaqı, xeyirxahlığı, savadı, biliyi ilə hamı ona mənəvi övlad sevgisi ilə baxıb.

Şəmil müəllimi tələbəçilikdən tanıyıram. Onu tanıdığım 25 il müddət ərzində onu daha çox adam tanıyıb, lakin hər tanışlığın tarixini özündə yaşadan dəyər toplusu kimi dəyişmədən yaşayıb Şəmil əkə.

Şəmil qağa harada olubsa qısa müddət sonra orada ağılı, bacarığı ilə ilklərdən olub və heç zaman da ora dönük çıxmayıb. Bunun səbəbini bilmək üçün rəml atıb, fala baxmaq lazım deyil. “Şamil Kamil Sadiq” üçlüyünə baxıb şamil mənasının aid olmaq, sahiblənmək, kamil sözünün nöqsansız, bitkin, sadiq kəlməsinin isə sədaqətli, vəfalı olmaq mənaları üzərində sinergetik təhlil aparsaq görərik ki, bu 3 adın hər biri elə Şəmil Kamil oğlu Sadiqi xarakterizə edir.

Şamil Sadiq, 45 yaşın mübarək!

Səni tanıdığım 25 il ərzində çox şey dəyişmisən, özün dəyişməsən də. Saç-saqqalı ağartdın, çox vərdişlərdən uzaq durub çox-çox işlər gördün. Gəncliyini gənclərin gələcəyinə qurban verib yaşa doldun. Dahi Səməd Vurğun sayağı ağarmış saçlarına baxıb Şəmil qocalır deyəndə cavabın belə olur, biixtiyar:

 

Saç ağardı, ancaq ürək

Alovludur əvvəlki tək.

Saç ağardı, ancaq nə qəm!

Əlimdədir hələ qələm…

Bilirəm ki, deməyəcək

Bir sevgilim, bir də Vətən:

-Şair, nə tez qocaldın sən!

 

Elə biz də sənə sonsuz Vətən və ailə sevgisi arzu edirik. Səni 45 illik şərəfli ömür yolu keçmən münasibətilə ürəkdən təbrik edir, bu ömrün qədər də şərəfli, sağlam, həyata şamil, ömrə kamil, vətənə sadiq ömür arzu edirəm. Arzu edirəm ki, Nehrəmin dar küçələrində ayağına hopmuş o bərəkətli torpağın tozu daim sənin immun sistemində olsun.

Oğlun, qızın bəxtiyar olsun

“Ədəbiyyat və incəsənət”

Manşet Müsahibələr

“Ali məktəblər müasir tələblərə uyğun kadr yetişdirmir”

ALİ MƏKTƏBLƏR MÜASİR TƏLƏBLƏRƏ UYĞUN KADR YETİŞDİRMİR

 

Faktmedia.az Hədəf STEAM Liseyinin direktoru, dosent Şəmil Sadiqdən müsahibə alıb:

– Bu gün Azərbaycan təhsil sisteminin dünya praktikası ilə uzlaşa bilmədiyi hansı məqamlar var? 

– Sovet quruluşunun dağılmasından sonra, bu otuz illik bir dövr ərzində Azərbaycan təhsil sistemində xaotik bir dövr yaşandı. Azərbaycan dinamik ölkədir: istər mədəniyyət, istər təhsil sistemində və ya digər sahələrdə də bu dinamikliyi görmək mümkündür. Amma biz Qərblə Şərqin ortasındayıq. Qərbin və Şərqin düşüncə tərzinin arasında qalmışıq.  Bu aralıqda qalma təhsil sistemimizə təsir etməkdədir. Bu baxımdan bizim ən böyük problemimiz öz milli-mənəvi dəyərlərimizi, regional xarakterimizi nəzərə alıb təhsil konsepti  hazırlaya bilməməyimizdir. Məncə, hədəflərimizi müəyyənləşdirə bilsək, təhsildə çox şeyi bacarmış olarıq. Təəssüflər olun ki, biz hansısa inkişaf etmiş ölkənin modelini götürüb tətbiq edirik, sonra da bunun fəsadlarını görürük. Xarici ölkələrdən gətirdiyimiz sistem bizə məxsus olmadığı üçün zamanla  həmin sistemin oturmadığını anlayırıq. Təməl prinsiplər formalaşmalıdır. Bizim özümüzün xarakterimiz olduğu kimi, bir ölkənin də hər bir sahə üzrə xarakteri olur.  Xarakterə uyğun proqram hazırlanmalıdır. Avropa mentaliteti, düşüncəsini biz tam qəbul edə bilmirik. Sırf Şərqli kimi sərt mövqe sərgiləsək, o da alınmayacaq. Bu regionun özünün uyğunlaşdırdığı psixologiya var. Mənə görə bu problemlərimiz var, çox ciddi tədqiqatlara ehtiyyac görünür bu sahədə. Təhsilin məzmun xətti yenilənməlidir. Misal üçün deyim ki, bundan əvvəl dərslik hazırlayanda şəkildə göstərilirdi ki, ana yemək bişirir, ata divanda oturub istirahət edir. Bu tənqid olunurdu. Səbəbə də bu idi ki, bu gender bərabərliyini pozur, alt şüura təsir formalaşdırır.  Buni tənqid edirdik ki, kişi də qadına kömək etməlidi. Ancaq bunu dildə deyirdik, əməldə isə göstərə bilmirdik. Amma bu bizim xarakterimizə ziddir. Hər bir ölkənin özünə məxsus dəyərlərinə görə sistem qurulmalıdır. Məşhur filmimiz “Ölsəm Bağışla”da sevən şəxslər Rusiyada kafeyə gedirlər. Bir rus gəlib xanımı rəqsə dəvət edir, dava düşür. Rus ola bilsin fəxr edər ki, mənim xanımımı hansısa bəy rəqsə dəvət etdi, xoş söz dedi. Bu kültür Azərbaycanda yaddır. Biz qəbul etmirik, çünki bizim kültürümüz tamam fərqlidir. Ən çox səslənən Finlandiya modelidir, amma çoxluq onu qəbul etməyəcək. Biz hələ də konkret qərar verə bilməmişik ki, təhsildən nə istəyirik, nə gözləyirik.

– DİM sədri kolleclərdə oxuyanlardan narazıdır, deyir diplom alım deyə qəbul olurlar, oxumurlar. İstərdik ki, universitet və kolleclərdə olan problemlərdən danışaq. Nəyə görə təhsil ocaqlarımız köhnə metodlardan, yanaşmadan çıxa bilmirlər? 

– Bu, ən yaralı yerimizdir. Təhsil deyəndə biz adətən məktəbə gedib çıxırıq. Düşünməliyik ki, orta məktəbə qayıdıb gələn də universitet bitirən müəllimlərdi. Etiraf edək ki, universitetlərimizdə vəziyyət ürəkaçan deyil. Yeni fakültə, müasir aüditoriyalar, müasir düşüncəli müəllimlər əksər universitetlərimizdə yoxdur. Bir neçə müəssisə buna doğru addım atır. Ümumilikdə isə ali təhsil müəssisələri, dərs deyən alimlər lazımi kadrlar yetişdirə bilmir. Çünki məktəbin işi insan yetişdirmək, universitetin işi isə mütəxəssis yetişdirməkdi. Bizim universitetlərə də məktəb kimi baxılır. İT sahəsində, tibb sahəsində Azərbaycan təhsili uduzur. Avropanı demirəm heç, qardaş Türkiyə təhsilinə də uduzuruq. Pedeqoji sahəni bitirənlər də məktəbdə işkəmək üçün hansısa prosesləri keçib hazırlanırlar.

 

–  Hardasa 30 ildən artıqdır ki, intensiv şəkildə repetitorluq dəb halını alıb. Standart repetitorluq haçana qədər davam edəcək. Məncə, şagirdlər repetitor yanına getməkdən, müəllim isə bu işdən bezib. Yenilik etməyin vaxtı hələ çatmayıb? 

 

 

Düzü, bu repetitorluq məsələsi məni də narahat edir. Böyük bir kursun rəhbəriyəm. Kurs da repetitorluğun rəsmi formasıdır. Təhsilimiz də bu repetitorluğa alışıb artıq.  Çünki tədris yükünün ağır olması repetitorluğa ehtiyyac yaradır. Dünyanın demək olar bir çox ölkələrində repetitorluq var,  Amma Bizdə isə artıq ibtidai sinifdən başlanır. Hamı istəyir övladı universitetə qəbul olsun. Baxın, elə yanlış düşüncə buradan başlayır. Hamı universitet oxumalı deyil. Bu ölkə üçün aşbaz da, qaynaqçı da, motorçu da lazımdır.  Məsələ budur ki, universitet qurtaran kadrların 50 faizdən çoxu öz sahəsi üzrə işləmir. Çünki universitet xətrinə qəbul olub, amma onun bacarığı başqa sahə üzrədir. Bütün bu düşüncələr toplanıb repetitorluğa marağı artırır. Pandemiyadan sonra repetitorluq ikiqat artdı. 5 yaşlı uşağı da əlavə müəllim yanına göndərirlər. Magistr, dövlət qulluğu bunlar üçün də müəllim yanına gedilir. Repetitorluq həm də təhsilin işinə müdaxilədir. Dərsə girirsən, ürəklə nəsə keçəsən, şagird deyir, müəllim mənim hazırlığım var, biri deyir mən onsuz da bunu hazırlıqda keçəcəm. Və belə halda dərs keçmək mümkün olmur. Məktəb şagirdlər üçün maraqsızlaşıb. Hazırlığı keçən müəllimlər elə məktəbdə də çalışanlardı. Məktəbdə niyə dərs keçmir hazırlıqda keçir kimi suallar da ortaya çıxır. Valideyn də, Şagird də məktəbdə verilən təhsilə inanmır.

– Repetitorlar, kurs və liseylərə görə hər il qəbul faizi artır. Açıqlanır ki, məktəbləri bitirən şagirdlərin qəbul faizi 90 faiz olub. Təhsil nazirliyi, DİM bilmir ki, məktəb umuduna qalsa 5 faiz şagird universitetə qəbul olmaz? Nəyə görə dövlət səviyyəsində məktəblərə qayıdış həyata keçirilmir? 

– Millət mariflənməlidir. Peşə təhsili, məktəbin rolu qabardılmalıdır. Görüləcək iş çoxdur. Tutaq ki, təhsili naziri çıxıb desin ki, repetitorluğu qadağan edirəm, sizcə bitəcək? Əlbəttə ki yox. Nazirlik davamiyyəti yoxlamaqla, tələb etməklə şagirdlərin məktəbə qayıdışını təmin etmək istəyir, amma bununla mümkün deyil. Bu zaman uşaq da gəlib sinifdə başqa-başqa işlərlə məşğul olur. Şagirdi məktəbə bağlamaq üçün iş görülməlidir, onu təmin edib, inandıra bilsək, necə ki könüllü şəkildə repetitor yanına gedilir, eləcə də məktəbə gələcək! Şagirdlər harda hazırlaşmasından asılı olmayaraq, bitirdiyi məktəblə təqdim olunur. Onsuz da repetitorlar da bu ölkənin vətəndaşlarıdır, burada qeyri-adi nəsə yoxdur, qoy məşğul olsunlar. Bir məsələ də var ki, müəllimin maaşı kifayət etmədiyi üçün bu yolu seçir. Azərbaycanda müəllim maaşı kifayət qədər olmayıb. Müəllimlər maaş sıxıntısı yaşayır. Repetitorlar məktəbdən daha çox qazanır. Bəlkə də, maaş kifayət etsə müəllimi də, şagirdi də məktəbə qaytarmaq olar, sevdirmək olar.

– Dərs vəsaitlərindən də danışaq. Dərs vəsaitində səhvlər çox olur, sosial şəbəkələrdə tez-tez tənqid olunur. 

– Paylaşılan, tənqid olunanları görürük, onları hərə öz savadına, şüuruna görə tənqid edir. Elə şeyləri tənqid edirlər, görürsən heç bir problem yoxdu. Dərsliklərimiz ideal vəziyyətdə deyil, məlumdur. Amma insan əli olan yerdə fərqli şeylər ola bilər. Nazirlik də haqlı-haqsız iradları görür. Müəllimlər dərsliyi tənqid edir, amma çəkilib qıraqda dururlar. Söz oyunu oynayırlar: dərsliklər bərbad gündədir. Yaxşı, düzəltmək üçün nə təklif edirsən? Görürsən heç nə… Sadəcə özü üçün deyir də, dərslik pis gündədir. İstinad olmalıdır. Mən Sovet dövründə oxumuşam. Mənim ailəm də təhsilsiz idi. Hansısa dərsdə çətinlik olanda qonşuda tibb bacısı var idi, gedirdik o kömək edirdi. Bu həmişə olub, olacaq da. İndi valideyin təhsilsizdi, qarşına nəsə bir şey çıxır, edə bilmir deyir bizim dövrümüzdə belə deyildi, elə deyildi. Mən özüm əlavə dərs vəsaitlərinin müəllifiyəm, bəzən bizdə də səhv olur. Milyonlarla kitab çap olunur, bəzən xəta olur, gözdən yayınır. Könül istər olmasın, amma olur da.

 

– Siz dediniz kitab müəllifisiniz, həm də alimsiniz. Yəqin ki, elmi işinizi də özünüz yazmısınız. Şübhəylə də yanaşmıram. Sadəcə tez-tez alimlərin elmi işlərini başqalarına yazdırdığı ortaya çıxır. Sizcə, alimlərin sayı çox deyil, akademiyada alim sayı artır, kəşf isə yoxdur. 

 

Mən dissertasiya işimi özüm yazıb, özüm də komputerdə yığmışam. Amma mənlə eyni zamanda bir dostumuz da elmi iş yazmalı idi, amma başqasına yazdırdı. Belə çıxır ki, ikimiz də alimik. Tanışlıq, dostluq məsələsi var. Humanitar sahədə alim, professor çoxdu. Elmi səviyyəmiz isə aşağıdır. Bu təkcə akademiyanın günahı deyil. Burada universitetlərin də günahı var. Ali Attestasiya Komisiyasında da problemlər var idi. Tanışlıqla müdafiə edənlərin sayı kifayət qədərdi. Uzun illərdi icadlar yoxdur, beynəlxalq arenada kəşfimiz yoxdur. Əziyyətə düşmədən alim olanların sayı çoxdur.

– Alimin sayı çoxdursa, niyə dərsliklərə, vəsaitlərə salınmır? 

– Həmişə olduğu kimi müasir dövrün aliminə, yazarına qısqanclıq olub. Biz özümüz də qısqanc yanaşmışıq. Bu gün bir gəncin şeiri kitaba düşsə cəmiyyət olaraq qəbul edə bilmirik. Elmdə də monopoliya var. İndi gənc yazardan nəsə salınsa, camaat durub deyəcək ki, bu uşaqları gör kimlərlə eyni dərsliyə salırlar.

– Nəyə görə Azərbaycan cəmiyyəti və məmurlarımız öz dilimizdə qramatik səhvsiz yaza bilmir? 

– Bu gün əslində xeyli inkişaf etmişik. Azərbaycandilli məmurlarımızın da sayı artıb. Amma biz yaşadığımlz mühitdə dilimizi 50-60 sözlə ifadə edirik. Zənginliyindən istifadə etmədən məişət səviyyəsində idarə edirik. Ən böyük yanlışlıq da budur. İnsanın söz ehtiyyatı nə qədər çox olarsa, nitq də gözəl səslənər. Dilimizə qarşı münasibətlər haqqında fikir bildirmişəm. Sosial şəbəkələrdə dilimizin türkcəyə dəyişilməsi haqqında açılan müzakirə səmimi deyildi. Kimlərsə ironik yanaşdı, amma mən belə yanaşmıram. O ayrı-seçkilik yarada bilən bir müzakirə idi. Gündəm üçün atılmışdı, 3 gün sonra yaddan çıxdı. Dilimizin inkişafına xidmət etmək borcumuzdur.

– Bəlkə uşaqlarımıza düzgün dilimizi çatdıra bilmirik. Çıxardığımız kitablarla, çəkdiyimiz cizgi filmləri ilə və s… 

– Bu gün evimizdə uşaqlar ya rus dilində, ya da türk dilində cizgi filmlərinə baxırlar. O dili çox eşidən uşaq böyüyüb kitabı da o dildə oxumaq istəyir. Bu da dilimizə hörmət etmədiyimizi ortaya qoymuş olur. Bu gün oxucular türk dilində bədii əsərləri oxumaq istəyirlər. Azərbaycan oxucusu uzun müddət keyfiyyətsiz tərcümələrə görə Azərbaycan ədəbiyyatından küsüb. Dilin inkişafı baxımından resurslar olmalıdır. Prezidentin fərmanı ilə kirilcə olan kitablar latın qarafikası ilə çap edildi. Mən özüm də ANAİB-in sədriyəm. Kitabla bağlı addımlar atırıq. İnsanları kitaba qaytarmalıyıq.  Uşaq televiziyamız da yoxdur, olanlar da bu problem üçün kifayət edəcək səviyyədə deyil.

– AYB-yə üzvsünüz, yeni əsər yazırsınız? 

– Bəli üzvəm. Amma yazmağa vaxtım yoxdu. Yaradıcıllıq davam edir. Yeni hekayə üzərində işləyirəm.”Odərlər”in ikinci variantını işləmək barədə düşünürəm, amma vaxt imkan vermir.

– AYB tənqid olunası qurumdu? 

– Yeni baxış olmalıdı. AYB var, ya yox. Mənim yaradıcıllığıma təsiri yoxdur. Bu da birlikdir. Necə balıqçıların birliyi varsa, ədəbiyyatçıların da birliyi var. Bu da yazıçıların mənafeyini müdafiə edir. Bizdə AYB-nin tənqid olunan tərəfi filankəsə ev verdilər, mənə vermədilər. Ona təqaüd verdilər mənə yox. Hər şey maliyyənin üzərinə qoyulur.

– Axı siz dediniz ANAİB yaratmışıq. İşlər görürük. Nazirliklərə müraciət edirik. AYB nə edir? 

– Mənim üçün AYB-nin təsiri yoxdur. Qurultayda da iştirak etdim. Şəffaflıq, demokratiya axtarırıqsa, qapalı seçki keçirilməli idi. Hər şey sədrin üzərində formalaşır. Anar müəllim yaxşı yazıçıdı. Dəyişsə nə olar ki, məncə dünya dağılmaz… Bir gün desin ki, postu cavan kadra verirəm.(gülür). Bəlkə yeni gələn kadr nəyisə dəyişəcək. Biz buna acıq. Bəlkə yeni gələn pis işləyəcək. Sadəcə gənclik yeni ümid axtarışındadır.

Söhbətləşdi: Ruzbeh Məmməd
Foto: Hüseyn Verdiyev

 

Köşə Manşet Mükafatlar Sertifikat Xəbərlər

“Şəmil Sadiq Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edildi”

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə HƏDƏF Şirkətlər Qrupunun qurucu direktoru filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə “Tərəqqi” MEDALI ilə təltif edildi.
Cənab Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə göstərdiyi bu etimaddan dolayı minnətdarlığım bildirirəm!