Azərbaycan Elmi Elmi-pedaqoji

ÇOXFƏNLİ İNTEQRASİYA (Şəmil Sadiq, Muşfiq Fərziyev)

Təhsil sistemində inteqrasiya nə qədər önəmlidirsə, inteqrasiyanın kateqoriyalarının mənimsənilməsi və tədrisi də bir o qədər önəmlidir. İnteqrasiyanın çoxfənli, fənlərarası, transdisciplinar (fəndən fənnə keçən) kimi kateqoriyaları var. Bu məqaləmizdə çoxfənli inteqrasiyanın mahiyyətini və qiymətləndirilimə yollarını araşdırmağa çalışacağıq.


Kuriklumun tətbiqinin əsas mahiyyəti ondan ibarətdir ki, yetişdirilən vətəndaş həyati bacarıqlara yiyələnsin. Həyati bacarıqların da yüksək səviyyədə olması üçün şagird bütün fənlərdən ilkin məlumata sahib olmalı, öyrəndiklərini tətbiq edə bilməlidir. Bu baxımdan təlim prosesində fənlərarası əlaqənin tətbiqi daha əhəmiyyətlidir. Şagirdin ətraf aləmi və özünüdərki düzgün əlaqələndirmə, müqayisə və nəticəçıxarmadan asılıdır. Fikrimizcə, fəndaxili, fənlərarası və çoxfənli inteqrasiyanın tədris prosesində qabardılması ən vacib faktorlardandır. Bunun üçün də öyrənməyi necə öyrənmək? Sualına cavabın axtarılması bugünkü təhsil sistemində qarşıya qoyulan əsas məsələdir.Çoxfənli inteqrasiya bizə nə verər? Əlbəttə, çox düşünmədən verilən cavab bu olamlıdır: çox şey. Təcrübəli müəllim istənilən mövzunun izahında fənləri bir-biri ilə əlaqələndirməyi bacarmalı, rahatlıqla fənlərin dostluğunu – bir-birinə bağlılığını sübut edə və aşılaya bilm’lidir. Lakin bu gün əksəriyyət müəllimdən hansını fənləri bir-biri ilə əlaqələndirmək olar sualına alacağımız cavab belə olar: fizika, riyaziyyat, coğrafiyanı; tarix və ədəbiyyatı; coğrafiya ilə biologiyanı, kimya ilə fizika, riyaziyyatı; xarici dillə ana dilini. Lakin bizim təqdim edəcəyimiz modellər bizə göstərəcək ki, bütün fənləri bir-biri ilə əlaqələndirmək olar. Əlbəttə, inteqrasiyanın həm üfüqi, həm də şaquli vəziyyətini nəzər almaqla. “Fənlərarası əlaqə təkcə müxtəlif fənlərin bir-biri ilə əlaqələndirilməsindən ibarət deyil. O, bizim təhsil məsələlərini necə başa düşməyimiz, onu necə həyata keçirməyimizlə bağlı məsələdir. İnteraktiv kurikulumdan istifadə edən müəllimlər, adətən, şagirdləri mənalı öyrənməyə cəlb edən yaradıcı sinif mühiti təşkil edir.” (1.İnteraktiv kurikulum: mahiyyəti və nümunələr. F.Kərimova, Mehriban Əhmədova, Gəri Varella, Əlis Reyli. Bakı. Adiloğlu. 2005)
Ayrı-ayrı fənlər arasında müəyyən bir mövzu ilə əlaqəsini göstərən çoxfənli inteqrasiyada məzmun bəlkə də o qədər çətin olmaz, sadəcə müəllimdə yaradıcılıq və istək olmalıdır. Lakin çoxfənli inteqrasiyanın qiymətləndirilməsi ilə bağlı əlimizdə yetərincə material yoxdur. Bunun üçün aşağıda bir neçe yeni model tapşırığın verilməsinə daha çox yer ayrılacaq və əhəmiyyətindən danışacağıq.
Təqdim edilmiş inteqrativ məzmunun tələblərinə cavab verən, test formalı, çətinliyi getdikcə artırılan, tədris müəssisəsi məzunlarının hazırlıq səviyyəsinin yekun diaqnostikasına yönəldilmiş çoxfənli test tapşırıqları inanırıq ki, müəllimlərimiz tərəfindən maraqla qarşılanacaq.

1.Verilmiş anaqramı həll edərək, aşağıdakı sxemə əsasən bütün fikirlərin aid olduğu sözü müəyyən edin.
A) fotr B) röküm C) zivü D) irotpk E) tfen

Təqdim edilmiş bu test tapşırığı biologiya, kimya, coğrafiya və Azərbaycan dilinin qrammatikası üzərində qurulan məntiqi-sxem testidir. Kimya fənnindən anlayışı olan şagird, sözsüz ki, bərk yanacaq növlərini: kömür, torf, uran və s. olduğunu yada salmalı və qeyd aparmalı, biologiyanı mənimsəmiş şagird ikinci fikri görən kimi, biologiyaya aid biliklərini yada salacaq torf olduğunu müəyyənləşdirəcək. Coğrafiyadan yetərli biliyə sahib olan tayqa meşələrindəki torpaq xüsusiyyətlərini bilirsə, birmənalı olaraq torf olduğunu qeyd edəcək. Dördüncü fikir isə Azərbaycan dilinin qrammatikası əsasında qurulmuşdur. Əldə etdiyi cavabların fonetik təhlilini apardığı zaman verilmiş xüsusiyyətlərin torfa aidliyini dəqiqləşdirəcək və anaqramı həll edərkən artıq müəyyən cavab üzərində işləyib A bəndini qeyd edəcək. Tədrisi zamanı müəllimlər şaxələndirmə üsulundan istifadə edərək, sözsüz ki, fənlərarası inteqrasiyanı nümayiş etdirə bilər. Təsəvvür edin lövhəyə torf yazsaq, şagirdlərdən şaxələndirmə istəsək, birbaşa inteqrasiya görərik.

2. Aşağıda verilən xüsusiyyətlər hansı kimyəvi elmenti xarakterizə edir?
1. Kristallik bünövrənin səthə yaxın olduğu yerlərdə geniş yayılmışdır.
2. Maqnitləşə bilir, güclü elektrik keçiriciliyinə malikdir.
3. Oksigenli birləşmələrinin birində kəsr oksidləşmə dərəcəsinə malikdir.
4. İnsanın qırmızı qan hüceyrələrində hemoqlobinin tərkibinə daxildir.
A) Cu
B) Mo
C) Fe
D) Co
E) Zn

Şagirdin bu testi cavablandırması üçün coğrafiy, fizika, kimya və biologiya biliklərinə istinad etməsi vacibdir. Birinci bənddə verilən mülahizənin dəmirə aid olduğunu müəyyən edir. İkinci müddəada “güclü elektrik keçiriciliyinə malikdir” fikri ən çox mis (Cu) elementinə aid olmasına baxmayaraq, dəmir (Fe) yaxşı maqnitləşmə qabiliyyətli metaldır. Üçüncü fikirdə kimyəvi birləşmə olan dəmir yanığı Fe3O4 birləşməsindən söhbət gedir. Həqiqətən də bu birləşmədə dəmirin bir ədəd +2 və iki ədəd +3 oksidləşmə dərəcələri göstərən atomları vardır ki, bu da qarışıq oksidlərə aid olan dəmir yanığı molekulunda dəmirin kəsr ( ) oksidləşmə dərəcəsi göstərməsinə səbəb olur. Sonuncu – dördüncü mülahizədə isə eritrositlərin tərkibində qlobin zülalı ilə birləşən “hem”-dən, yəni, dəmirdən söhbət gedir. Beləliklə, şagird verilən mülahizələrin dördünün də dəmirə aid olduğunu müəyyən etdikdən sonra, doğru cavab variantını – “C”-ni qeyd edir. Çoxfənli inteqrasiyanın ən böyük əhəmiyyətindən biri də odur ki, bütün fənləri sevməyən, fənnin çətinliyindən qorxan şagird hörmət etdiyi, müəllimin və ya fənnin hesabına digər fənlərə də rəğbəti yaranır. Yuxarıda inteqrasiya olunmuş fənlər içərisində coğrafiyanın daha popliyar olmasını etiraf etməliyik. Bizim də məqsədimiz fənləri şagirdə sevdirmək və ya mənimsətməkdir. Bunun hansı yolla olması o qədər də vacib deyil. Dəmir sözünə məişətdə tez-tez rast gələn şagird onu coğrafiya, fizika, biologiya və kimya ilə əlaqələndirə bilirsə, nə yaxşı. Beləliklə, bəlkə də, yalnız kimyada rast gəldiyini hesab edən şagirdin dəmirin orqanizm üçün əhəmiyyətini, təbiətdəki yerini bir daha yada salmış olacaq.

3. ifadəsinin qiyməti aşağıdakı variantlardan hansına uyğun gəlir.
A) Saf suyun qaynama temperaturuna.
B) 11,2 l ammonyakın (n.ş.) katalitik oksidləşməsinə sərf olunan oksigenin kütləsinə.
C) İngilis dilindəki hərflərin sayına.
D) Azərbaycan Respublikasının ilk dəfə müstəqillik əldə etdiyi il ilə ikinci dəfə müstəqillik qazandığı illərin fərqinin moduluna.
E) İnsan beyninin sol yarımkürələrində olan neyronların sayına.

Şagird ilk olaraq testin şərtində verilən ifadənin qiymətini riyazi biliklərinə əsaslanaraq 100 cavabını alır. Sonra digər fənlərə dair biliklərinə əsaslanaraq hansı cavab variantındakı fikrin 100 cavabı ilə eyni olduğunu müqayisə üsulu ilə müəyyən edir. Belə ki, doğru cavab “A” variantıdır, çünki saf suyun qaynama temperaturu da 100 dərəcə selsiyə bərabərdir. Belə ki, “B” variantında 11,2 l ammonyakın katalitik oksidləşməsinə sərf olunan oksigenin kütləsini reaksiyanı yazaraq tənasüb qaydası ilə tapır:
“C” variantında isə ingilis dili əlifbasındakı hərflərin sayı soruşulur, bu isə 26-dır. “D” variantında Azərbaycan tarixi ilə bağlı mülahizə verilmişdir. Məlumdur ki, Azərbaycan Şərq dünyasında ilk demokratik dövlətə sahib olmuşdur. Bu 1918-ci ilin 28 may tarixində M.Ə.Rəsulzadənin rəhbərliyi ilə qurulan Azərbaycan Demokratik Cümhuriyyətidir. XX əsrdə Azərbaycan ikinci dəfə öz müstəqilliyini əldə etdi ki, bu da 1991-ci il 18 oktyabr tarixində Müstəqillik haqqında Konstitusiya aktının qəbul edilməsi ilə baş tutdu. “D” variantında göstərilən fikirdə bu illərin (1918 və 1991) fərqini soruşur ki, bu da 1991-1918=73 edir. “E” variantı – məlum olduğu kimi insan beyninin həm sol, həm də sağ yarımkürələrində təxminən eyni miqdarda 7 milyard neyron olur. Beləliklə, şagird digər cavab variantlarında sözügedən rəqəmlərin 100 olmadığına bir daha əmin olub doğru cavabı – “A” variantını qeyd edir.
Gördüyünüz kimi, bu çoxfənli test tapşırığında dəqiq elmlərin təhriki ilə şagird bir xarici dilin əlifbasını yada salır, azərbaycanlı üçün ən önəmli məsələlərdən biri olan müstəqillik tarixinə bir daha səyahət edir.

4. 20%-i ilə 30%-nin cəmi 100 olan ədədin 25%-i …
A) Oksigenin nisbi molekul kütləsinə bərabərdir.
B) Gücü 240 Vt olan və 6 V gərginlik yaradan generatordan keçən cərəyan şiddətinə bərabərdir.
C) Uzunluğu 100  olan çevrənin radiusu bərabərdir.
D) Dünya okeanlarının sayına bərabərdir.
E) Orta yaşlı sağlam insandakı köpək və azı dişlərinin sayının cəminə bərabərdir.

Əvvəlcə şagird testin şərtində göstərilən faiz hesablamasını həll edir: 0,2x+0,3x=100
0,5x=100
0,25x=50
Göründüyü kimi ifadənin cavabı 50-dir. Sonra isə cavab variantlarına əsasən müqayisə aparmağa başlayır, “A” variantında oksigenin nisbi molekul kütləsi – Mr(O2)=32. “B” variantında P=UJ fiziki düsturuna əsasən hesablayaraq cavabını alır. “D” variantında coğrafiyadan sadə fikir təqdim olunmuşdur – dünya okeanlarının sayı, bu isə 4-dür (Sakit, Atlantik, Hind, Şimal buzlu). “E” variantında biologiya fənnindən fikir verilmişdir – orta yaşlı sağlam insanda 4 ədəd köpək və 20 ədəd azı dişi olur, bunların cəmi isə 24-dür. Doğru cavab isə “C”-dir. Şagird həndəsə fənnindən bilir ki, çevrənin uzunluğu:
düsturu ilə hesablanır. Buradan çevrənin radiusunu hesablayaraq 50 cavabını alırıq ki, bu da doğru cavabdır:

5. Terminlərin izahı verilmiş hansı düzgün fikirdə II növ söz birləşməsi var?
A) Ebonit çubuğu elektrik enerjisini mexaniki enerjiyə çevirir.
B) Daxili bucaqları iti bucaqlar olan üçbucağa itibucaqlı üçbucaq deyilir.
C) Geobotanika bitki xəstəliklərini öyrənir.
D) Qaz qarışığında hər bir qazın ayrılıqda qaba göstərdiyi təzyiqə həmin qazın təzyiqi deyilir.
E) Bir bənddən, dörd misradan, hər misrasında 7 heca olan şeir janrına gəraylı deyilir.

Şagird əvvəlcə doğru fikirləri müəyyən etməlidir. “A” variantındakı fikir doğru deyil. Çünki, ebonit çubuq elektrik enerjisini mexaniki enerjiyə yox, mexaniki enerjini elektrik enerjisinə çevirir. “B” variantında olan tərif riyaziyyatda yoxdur, yəni bu fikir də doğru deyil. “C” variantındakı fikir də doğru deyil. Belə ki, geobotanika bitki xəstəliklərini deyil, bitkilərin torpağa uyğunlaşma xüsusiyyətlərini öyrənir. “E” variantındakının izahını bilmədim. Sənlikdir onsuz da… “D” variantında fizika fənninə dair verilən tərif doğrudur və eyni zamanda bu tərif testin şərtini tam olaraq ödəyir. Buna görə də bu testin doğru cavabı “D” olacaqdır. Bu inteqrativ test elmi biliklərin üzə çıxarılmasına xidmət edir. Çünki hər fikrin düzgünlüyünü bilmək üçün şagird biologiya, həndəsə, fizika və ədəbiyyat dərinləməsinə inteqrasiya olunub.
İzahını verdiyimiz qeyri-ənənəvi test tapşırıqlarında bilərəkdən təbiət və dəqiq elmlərə daha çox ağırlıq vermişik. Çünki humanitar fənlərdə əlaqələndirmə daha asan görünür. Lakin təqdim etdiyimiz nümunələr bizə istənilən fənlə istənilən fənnin inteqrasiyasının mümkünlüyünü sübut edir. Sadəcə yaradıcılıq tələb edən bir tapşırıqdır, ən əsası da müəllimin digər fənlərə münasibətini ortalığa çıxarır. Kollektiv əməyin məhsuluna çevirir. “İnteqrasiyaya bu yanaşma zamanı kurikulumu bir neçə fənnin məzmunu əsasında, ümumi öyrənmə məsələləri ətrafında təşkil edirlər. Onlar ayrı-ayrı fənlərdə olan ümumi öyrənmə problemlərini bir yerdə nəzərdən keçirməklə fənlərarası vərdişlərin və konsepsiyaların formalaşmasına xüsusi diqqət verirlər.” (İnteraktiv kurikulum: mahiyyəti və nümunələr. F.Kərimova, Mehriban Əhmədova, Gəri Varella, Əlis Reyli. Bakı. Adiloğlu. 2005) Bəli, interaktiv kurikulumda şagirdlərin bilik və bacarıqlarının nəzərdən keçirilməsi üçün fənlərin vəhdəti əsas götürülür. Şagirdin məntiqi və öyrəndiyi bilik bu cür qiymətləndirmə materialları ilə üzə çıxarılmalıdır. Nəzərə alsaq ki, şagirdlərimiz ondan summativ qiymətləndirmədə nə soruşulursa, onu öyrənməyə daha çox vaxt ayırır. İstər dünya, istərsə də Azərbaycan təhsilində dəqiq və təbiət elmlərinə maraq digərlərinə nisbətdə daha azdır. Bəlkə də, təqdim etdiyimiz bu nümunələrin mütəmadi istifadə edilməsi şagirdlərin digər fənlərə də münasibətində dəyişiklik yarada bilər. Bu cür testlərə marağın yüksək olmasını Hədəf Kursları MMC təsis etdiyi Fənlərin dostluğu olimpiadasının I buraxılışında iştirak etmiş şagirdlərin fikirlərində açıq aydın görürük. FDO-üçün müsahibə verən tanınmış pedaqoq p.e.n.,dos.Ənvər Abbasov çoxfənli inteqrasiya haqqında və olimpada haqqında bunları söyləmişdir: “İnteqrativ testlərdə şagird bir fənnin daxilində yox, bütün fənlərin arealında düşünməyə sövq qedir. Şagird istər istəməz düşünmək, araşdırmaq və müəyyən qərar vermək problemi qarşısınnda durur”.

Oxşar yazılar