O, məruzəsində son 25 ildə Azərbaycan romanının durumu haqqında danışaraq, postmodernizmin inkişaf meyllərindən bəhs edib. İki saatdan çox davam edən görüş tələbələrin xüsusi marağına səbəb olub.
Tədbir sual-cavab formatında davam edib. Şəmil Sadiq tələbələrin Azərbaycan ədəbiyyatı ilə bağlı müxtəlif suallarını cavablandırıb.
Sonda Ədəbiyyat bölüm başqanı professor doktor Fazıl Gökçek və Çağdaş Türk Ləhcələri və Ədəbiyyatı kursunun müəllimi doktor Yılmaz Özqaya çıxış edərək tədqiqatçıya təşəkkürlərini bildirmiş, ona sertifikat təqdim ediblər. Şəmil Sadiq də tələbələrin xahişi ilə universitetin kitabxanasına öz kitablarını hədiyyə edib.
Tədbir “OdƏr”lər romanının imza mərasimi ilə sona çatıb.