Get, istəyirsən, gəlmədiyin yerə get…
Hara gəldin ki, hara gedəsən?
Axı səni yalnız könlüm gətirdi,
Axı sənin ruhun mənə ətirdi…
Gəldiyin yerdə nəyin kəsirdi?
Bir ürək verdim ki sənə şərabla dolu
Bir dilək verdim ki sənə sabahla dolu
Bir çiçək verdim ki sənə ləçəklə dolu
Axı niyə astanada durub, baxırsan elə…
Səni düşündürən nədir ki, axırsan elə
Yağmayan yağışlar kimi yağırsan,
Niye sevginin yolunda belə fağırsan?
Əgər qorxudursa səni bu sevgi sözü,
Onda mən də unudum.
Unutdum artıq…
Adını gəl özümüz qoyaq…
Kimsə belə qoyub bu adı qədimdə,
Gəl indi biz qoyaq adını məhəbbətin də…
Amma birinci, içəri gəl sən!
Qəlbimin evində hüzur görərsən!
Sonra yaşayarıq qapısız bacasız eşq otağında…
Diləyin döyünər, bal dodağında…
Saçların dağılar öz otağında…
Özünü özünə tanıdaram mən…
Özünü görərsən sən bizə gəlsən.
Gəl gör və yaşa…
Adını sonra qoyarıq...
İstəsən bu adsız dostluğu
Gözündən axmayan yaşa oyarıq.
Qorxma gəl, addım at, yapış elimdən…
Güvən bu əllərə, güvən bu gözə…
Gözlərin qonaq çağırmasa, gəlmərəm üzə…
Ya gəl, ya da …Ya da gəl…
Getmək istədiyində yolun açıqdı,
Əgər dönməyəcəksənsə, demək ki, heç gəlməmişdin…