Vallahi məni şubhə yeyir xeyli zamandır,
Bir kimsəyə lazımdımı məktəb kimi andır?
Həm tədrisi, həm tərbiyəsi xalqa ziyandır,
Mən söyləməsəm də, hamıya hamsı əyandır.
Məktəb dediyin millət üçün afəti-candır.
Müəllimlik edib günləri ah-vayla keçirdim.
Qiymət verənim olmasa da, dərsi keçirdim.
Gündə neçə yol şərbət umub, zəhri içirdim.
Burda nə isə eyləmək, əlbəttə gümandır.
Məktəb dediyin millət üçün afəti-candır.
Mən hirslənirəm, hey deyirəm: ”Dərs oxu, bədbəxt. ”
Şagird baxaraq gözlərimə lal durur, əlbət.
Təhsil nəyə lazım, edir həll hər şeyi rüşvət.
Müəllim deyə bilməz, balası, kəs, bu yalandır.
Məktəb dediyin millət üçün afəti-candır.
Lap hirslənirəm, qışqırıram: ”Dərs oxu, övlad. ”
Övlad gülərək söyləyəcək ki, nə elm-zad?
Rüstəm dayının oğlu məgər dərslə alıb ad?
İnsan kimi, əlbət, yaşayan pullu olandır.
Məktəb dediyin millət üçün afəti-candır.
Hər gün bizə müəllim nə deyir anla, düşün sən.
Vardırsa pulun sən əziyyət görməyəcəksən.
Evrodu, ya dollardı-nədi, ver, deyim əhsən!
Burda çatacaq istəyinə, kim ki kalandır.
Məktəb dediyin millət üçün afəti-candır.
Şagird gələrək dərsə girib əylənəcəkmiş,
“Xalqın pulu bizlərdə”, -deyib şellənənəcəkmiş,
Yersiz olaraq hər sözə lağ dillənəcəkmiş,
Bəs mən nə deyim? Çün bu mənim dərsim alandır.
Məktəb dediyin millət üçün afəti-candır.
Cabbarlı Cəfər çadranı atsın dedi, övrət.
Qız dərs oxuyub eyləsin öz xalqına xidmət.
Gəl indi bizim gül balalar çöldə qoyub ət.
Şagird oğul hərdən də deyir: ”Gör necə candır? !”
Məktəb dediyin millət üçün afəti-candır.
Məktəbdə olan günlərimiz hoqqadır indu.
Sandıqda qalan yaylığımız şapkadır indi.
Keçmişdə olan donlarımız yubkadır indi.
Sadiq, dilə gəl, söylə ki, bu hansı tumandır?
Məktəb dediyin millət üçün afəti-candır.