Salam, Şamil Bəy qardaşım…
“Gözü ilə görən”i oxudum. Sarsıldım… Qələminə sağlıq…
Sən bu hekayənlə Ramizin “qaranlıq gecə”sini işıqlandırmısan. Bildiyin kimi, Ramiz Rövşən deyirdi ki
…Qəfil gün doğsa bir gecə
Dünya dümağ işıqlansa;
Şəhər-şəhər, küçə-küçə,
Otaq-otaq işıqlansa,
Görərik kimlərin əli,
Kimlerin cibindən çıxır.
Kimlər əyilə-əyilə
Kimlərin evindən çıxır…
Namus, qeyrət simvolu olaraq qoyub gəldiyimiz Azərbaycan’ın bu ədəbi (ve sadəcə ədəbi deyil) əsərdəki ikrahedici sosioloji gerçəyini qəbul etmək istəmirəm, hətta sənin ədəbi əsərinde – hekayəndə yazdıqların belə mənə çooooooox ağır gəlir… Bunların, bir yazıçı təxəyyülü olduğunu düşünmək belə ağırdır, dərdlidir, qəbuledilməzdir…
“Maşını həyətdə olan oğraş” ve onun dişi oynaşı gör neçə adama zülm edir: məşuqə özünə, ərinə (qocasına)…, uşaqlarına; məşuq özünə, xanımına (qarısına), uşaqlarına…Hamısı cəmiyyətə, dövlətə, millətə… Şeir də, ədəbiyyat da kirlənir bu “qəhrəmanlar”la, milli yaddaş, milli hafizə də, çünki Folkner’ə görə “Ədəbiyyat, bir millətin hafizəsidir”…
Gözü ilə görən qurumsaqların, başqalarının evinə pis niyyətlə girib-çıxan dəyyusların, öz halal həyat yoldaşlarını aldadan “kişi” ve “qadın” fahişələrin gündən-günə artdığı bir ölkede ciddi bir ictimai əxlaqsızlıq varsa – sivrisinəklərlə (mığmığalarla) mücadilə etmək yerinə bataqlıqları qurutmaq lazımdır… O bataqlığın bir ucu hara qədər gedib çıxsa da…
Nazim Muradov