Qubada sahibkarlarla görüş keçirildi!
25 oktyabr 2024-cü il tarixdə “Quba Şahdağ” otelində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Azərbaycan Sahibkarlar Konfederasiyasının, Quba Rayon İcra Hakimiyyətinin, Türkiyənin Azərbaycandakı Səfirliyinin tərəfdaşlığı, “MÜSİAD Azərbaycan”, “Founder Club” və “Quba İş Adamlarına Dəstək” platformasının təşkilatçılığı ilə sahibkarlarla görüş keçirildi. Tədbir zamanı “Quba İş Adamlarına Dəstək” platformasının “Niyə Quba?” adlı təqdimatı oldu.
Hədəf Şirkətlər Qrupunun Baş direktoru Şəmil Sadiq və Baş direktorun müavini Elvin Əliyev görüşdə iştirak etdilər.
Qeyd edək ki, Hədəf Şirkətlər Qrupu layihənin sponsorlarından biridir.