Haqqında yazılanlar

Şəmil Sadıq və Odərlər

Türkiyədə, kifayət qədər olmasa da, Azərbaycanmusiqisi və şeiri bilinir, amma Azərbaycan romanı vəhekayəçiliyi az bilinməkdədir. Təəssüf ki, türkoxucusu İsa Muğannadan, Fərman Kərimzadədən,İsmayıl Şıxlıdan bixəbərdir. Halbuki Azərbaycanyazıçıları romanları, ssenariləriylə Sovetlər Birliyidönəmində Azərbaycandan kənarda digər ölkələrdədə böyük rəğbətlə oxunur və mükafatlar alırdılar.

Yuxarıda adlarını andığım üç yazıçıdan İsa Muğannao dönəmdəki bəzi Sovet ədəbi mühiti tərəfindəndünyaca məşhur yazıcı Çingiz Aytmatovla müqayisəolunur və pıçıltıyla bəzi ədəbi çevrələrdə ÇingizAytmatovun onun təsiri altında yazdığı söylənilirdi.Onun əsərlərindəki təmiz dil, yetişkin dialoqlar, safvə rəngli təsvirlər oxucular tərəfindən rəğbətləqarşılanmış və gənc yazıçıları uzun müddət təsirialtında saxlamışdı.

Azərbaycan 1991-ci ildə baxımsızlığına qovuşar-qovuşmaz özünü acılı bir savaşın və qarışıq bir keçiddövrünün içində gördü. İnsanlardakı bezmişlik, yorğunluq, yaralı ürəklər, bir milyonu aşmış savaş qurbanları,itirilmiş Vətən torpaqları və ədalətsizliyə qarşı yüksələn üsyan istər-istəməz ədəbiyyatda da əksini tapdı. Kimibu durumu şeirləriylə, kimi də hekayə və romanlarıyla dilə gətirdi. Amma bu əsərlər də, təəssüf ki, türkoxucusu çevrəsindən uzaq qaldı. Türk oxucusu və nəşriyyatları gözlərini bir dəfə qərbdən şərqə doğru çeviribdə o tərəfdə nələr baş verir deyə baxmadı. Amma onlar baxmır deyə şərqdə həyat və ədəbiyyat durmadı.Yaralar sarıldıqca,coşqular artdıqca Azərbaycanda həm düşüncə, həm də ədəbiyyat yerli yerindəoturmağa və yeni məcralarla yoluna davam etməyə başladı.

İstədiyimiz kimi olmasa da, indi Türkiyədə yavaş-yavaş Azərbaycan ədəbiyyatından nümunələr çap olunmağabaşlayıb. Son olaraq, önsözünü mərhum İsa Muğannanın yazdığı, gənc yazıçı Şəmil Sadığın “Odərlər” kitabıİstanbulda “2023 Yayınları” arasında çıxdı. “Odərlər’ romanı həm günümüzün, həm də keçmişin hesabınıaparan bir roman və türkcə oxucusu üçün də maraq yarada biləcək bir məzmuna sahibdir.

Jean Frete “Dəlilik” adı ilə türkcəyə çevrilən əsərində ”Böyük sənət hərəkatlarının və ya əsərlərinin dərin ruhivə toplumsal böhranlar dönəmində doğulduğunu” yazmaqdadır.

Azərbaycan bu ruhi və toplumsal böhran içərisində və sonrasında bir-birindən usta şair və romançılaryetişdirdi. Bunlardan biri də gənc yazıçı Şəmil Sadıqdır. Şəmil Sadıq ustadı saydığı İsa Muğannadan dərintəsirlənsə də, getdikcə öz üslubunu yaxalamağa başladı. Onun “Odərlər” isimli romanı Azərbaycan türkcəsindəyeni bir söyləmə şəkli və perspektiv təqdim etməsi baxımından önəmlidir. Romanı ilk oxumağa başladığınızdaklassik xalq hekayəsinin dadını versə də, oxuduqca fərqli bir söyləniş və fərqli bir üslubla qarşı qarşıyaolduğunuzu anlayırsınız. Cümlələr qısa və vurucudur. Dialoqlar süni deyildir. Dil axıcı və həyəcanlıdır. Uzuntəsvirlər olmasa da bir cümlə içində verilən təsvir oxucuya geniş bir pəncərə açmağa nail olur:

“Cırcıramalardan başqa kimsənin oyaq olmadığı bir gecə…”

Və ya

“Bir yanda mavi suları ilə insana gəl-gəl deyən Sərsəng su anbarı, digər tərəfdə sıra-sıra ağaclardan ibarət vəsonu görünməyən meşə” kimi təsvirlər oxucunu bir anlıq dastan havasından ayırıb yeni bir səhnə təqdim edir.

Romanın quruluşu ustalıqla Qarabağ savaşı, günümüzün gerçəkliyi və əfsanələrlə iç- içə keçirilmişdir. Əslində“at nalı toplayıcısı” olaraq yola çıxan roman qəhrəmanı keçmiş türk tarixindən və əfsanələrindən bir gerçəyəvarmaq istəyir. Bu gerçəyə varma yolunda əngəllər olduqca çox, amma ona görə bu çətinlikləri aşmanın birtək yolu vardır, o da türk tarixini və fəlsəfəsini yaxşı başa düşməkdir. Milləti məğlubiyyətlərə uğradan, onugünümüzdəki acizliyə sövq edən bağrında saxladığı xəzinədən xəbərdar olmaması və öz keçmişinin, dininin vəgələcəklərinin yorumunda yanlış mühakimələrə varmasıdır. Türk , İslam, Şərq kimi isim və qavramlardan bəhsedildiyində gerçək yorum və mühakimələr ortaya çıxdığında xalqın zəfəri də elan edilmiş olacaqdır. Bu səbəblə“nal toplayıcısı”nın məqsədi əslində naldan çox xalqın ürəyindəki gerçək “türk”ü tapmaqdır.

Bu gerçək “türk” sadəcə qəhrəmanlığı və qurduğu imperatorluqlarıyla deyil, dili, dini və fəlsəfəsiylə ortayaçıxmalıdır. Onun dininin bütün sirləri əslində dilində gizlənib. O sirləri ərəbcə deyimlər verə bilməməkdir.Məsəlçün,”yer haqqı”, “göy haqqı”, “işıq haqqı”, “Tanrı haqqı” kimi qavramlar dərin bir ədalət və paylaşmahüququndan bəhs etməkdədir. O biri yandan İslam öncəsi türk tarixi də “Odər” dilindədir və bütün dinlərinortaq söyləmlərini yüzillər öncəsindən xəbər vermişdir. Türk təkrar “Odər” dilini anlamağa başladığındazehinsəl əskikliyi də ortadan qalxmış olacaq və öz yolunu tapacaqdır.

Şəmil Sadıq bir-birindən maraqlı və fərqli mövzuları oxucunu yormadan romana köçürməyi bacarıb.Günümüzün gəncliyinin problemləri ilə keçmiş insanların problemlərini yan-yana gətirmiş və özünəxasüslubda güncəl bir qarşılaşdırma edib. Hər oxucunun bu fərqli fikirlərdən özünə görə ayrı bir məna çıxaracağşübhəsizdir. Hələ dinə baxışdakı fərqli söyləmlərlə qarşılaşıldığında diksinmə, etiraz da olacaqdır. Ammaromanın üslubundakı istiqanlılıq və axıcılıq o etirazları xoş görülü bir münasibətə doğru götürəcək. Zatən biryazıçının məqsədi də bilinəni təkrar etmək deyil, onu fərqli bir üslub və fərqli bir mənada söyləməsidir.İnsanların inandıqları və ya yüzdə yüz doğru sandıqları bəzi mövzuların müzakirəyə açılması hər dönəmdəçətin və ağrılı olub. Amma mübahisələr sona çatdıqdan sonra bəzən bizi hiddətləndirən etirazın gerçəyin özüolduğunu da görmüş oluruq.

Türklüklə, Turanla bağlı bütün yeni və bizə kimlik qazandıran söyləmlər Şərqdən, yəni ana yurd Türküstandangəlib. Latın əlifbasını ilk olaraq İstanbulda saraya təqdim edən Mirzə Fətəli Axundov, turan fikrinisistemləşdirən Əli bəy Hüseynzadə, Cümhuriyyətin quruluşuna möhür vuranlardan Əhməd Ağaoğlu, Yusuf Akçura kimi aydınlar bizə Türküstandan gəldilər.

Məncə, türk oxucusu üzünü bir dəfə də başqa tərəfə, yəni öz qardaşlarının olduğu yönə çevirə bilsə, təkraryepyeni fikirlərlə üz-üzə gələcək və getdikcə itirilən kimliyi mövzusunda yeni mühakimələrə varacaqdır. ŞəmilSadıq kimi yazıçıların bu mövzudakı əsərlərdə öncül rollar oynayacaqları şübhəsizdir.
Orxan ARAS

Oxşar yazılar