Haqqında yazılanlar

Şəmil Sadiqin “Odərlər” romanına İsa Muğanna prizmasından baxış

Yazıçı Şəmil Sadiqin son dövrlərin ən populyar əsərlərindən olan “Odərlər” romanı haqqında bir neçə söz söyləmək ehtiyacını hiss etdim. Bunun səbəbi yazarın özünün bu əsərini İsa Muğannanın təməl ideyası olan OdƏrliklə əlaqələndirməsidir. Roman haqda olan müzakirələrdə də bu məsələnin tam açılmadığını hiss etdim.

Romanda bir neçə cəhət var ki, onlar İsa Muğannanın təməl ideyalarına bütünlüklə zidd olsa da Şəmil Sadiq tərəfindən sanki İsa Muğannanın bu fikirlərin təsdiqedicisi olduğu təlqin edilir. Mövzunu konkretləşdirmək üçün Muğanna düşüncəsinə zidd olduğunu düşündüyüm məsələlərə Muğannanın öz əsərlərindən iqtibasla cavab verməyə çalışacam. Məncə Muğanna düşüncəsinə zidd olan məqamlar bunlardır.
1- Şəmil Sadiqin əsərində vurğuladığı “saf qan” mövzusu.
2-Əsərdə Məhəmməd Peyğəmbərin (s.a.s) türk olmağı göstərilir.
3-Şəmil Sadiq yazır ki, Mübariz İbrahimovun etdiyi qəhrəmanlıq bu əsərin yazılmasına bir zəmin yaratdı.
İsa Muğanna bütün xalqları OdƏr adlanan vahid etnik kökə bağladığı halda insanları saf qan-qeyri saf qana bölmək nə dərəcədə doğrudur? Muğannada bəsit millətçilik, türkçülük yoxdur. Çünki türkün özü OdƏrlikdən uzaqlaşıb təhrif olub. Məsələyə Muğannanın “İdeal” əsərindən (bax: Isa Muğanna. Sеçilmiş əsərləri. Altı cilddə. IV cild. Bakı, “Avrasiya пrеss”, 2009, 576 səh.) istifadə edərək öz sözləri ilə baxaq:
“Çiyinləri kalaşnikovlu qılınc qəhrəmanlarısınız hamınız. Elminizi, zəmanənizi, özünüzü görməyən korlar millətisiniz. Əsl mənada təriksiniz., mənası olmayan “Türk”sünüz!” S.569
“Rus” dili, “Rus” хalqı оlmayıb tariхdə?! “Araz” dеdiyin ƏrÜz çayının о tay-bu tayında ОdƏrcə ƏrÜz adlanan vilayətdən tərik düşüb Tərikə — “Türk”ə, sоnra “Rus”a dönən millətindi о “böyük Rus хalqı”, еy dünyadan хəbərsizim!” S.62
“Vahid kökümüzü dərk еdən “fars”lar da gəlib Qudalıları sənnən bir yеrdə bağırlarına basıb.“Qardaşım, bəradərim — BirОdƏrim dеsələr, nə cavab vеrərsən?! ”Еrməninin də ОdƏr — Türk kökündən оlduğunu sübut еləməyə еhtiyac yохdu, еy zatıqırıq”. s.501
“Yеr”də ОdƏrdi hamı. ЕvƏrЕy ОdƏrlərinə “Yеvrеy” dеyirlər indi, ЕvƏrƏs ОdƏrlərinə “Pеrs”, “Fars” dеyirlər, ƏrЕv ОdƏrlərinə “Ərəb” dеyirlər. S.502.
“Türk”, “Tat”, “Kürd”, “Yəhudi” adlananların ОdƏr — “Dəri” kökü”ndən gəldiyi göstərilir. S.524.
Məhəmməd peyğəmbərin türk olaraq təqdim edilməsi də Muğanna irsinə ziddir. Çünki Məhəmməd Muğannaya görə türk deyil, OdƏrdir, adı da BağHəmOd-Vahid Həqiqət Bağıdır. Quran – GurÜn də əslən OdƏr dili ilə türk dilinin qarışığında ona verilib. s.434. Türk və Odər isə eyni şey deyil. Odər dilinə ən yaxın dil türk dili olsa da Türk təhrif olmuş, Saf Ağ Elmindən tərik düşmüş, öz kökünü unutmuş Odərdir, digər millətlər kimi. s.559.

Şəmil Sadiqin Mübariz Ibrahimovu ideal qəhrəman kimi təqdim etməsi də Muğanna prizmasına ziddir. Çünki Muğanna fəlsəfəsində qan yoxdur, düşmən də olsa onu öldürmək yoxdur, sadəcə elmi izah və təlqin var. Muğannanın özü bu haqda belə yazır:
“Silah işlətmir ОdƏr Bəşəriyyəti, hətta еrməni kimi quduran övladına da əl qaldırmır. Siz isə gеcə-gündüz kalaşnikоvla оynayırsınız! Budur bu “Yеr” üzünün bədbəхtliyi!” S.532
“Çünki Ilana (beynəlxalq imperializm) еrməni ilə türk arasında əbədi düşmənçilik lazımdı. Еrmənilərlə yanaşı sizi də tеrrоrun icraçılarına çеvirib ölkəmizin daхilində bundan da bеtər milli ayrılıqlar, şiə, sünnü bədbəхtlikləri yaradacaqlar.” s.536.

Ən son olaraq Sara Ağayevanın Muğannadan istifadə edərək gətirdiyi bir sitat ilə mövzunu bitirmək istəyirəm. “İmadəddin Nəsimi deyir ki, güclü-gücsüz insan yoxdur. Kamil və cahil insan var. Bu gün bəşəriyyəti cahillik ələ alıb. Dinin müxtəlif və ya vahid olması mütləq deyil. Hər şey insanın kamilləşməsinə xidmət etməlidir. Bizim bir düşmənimiz var o da cahillikdir. İsa Muğannanın “İlan dərəsi” əsərində Süleyman peyğəmbərdən danışılır. Süleyman peyğəmbərin ordusu olur. Yoldaşı ondan soruşur ki, əgər sən bu ordunu istifadə etməyəcəksənsə, bu ordunun vuruşmağa icazəsi yoxdursa onu niyə saxlayırsan? Süleyman peyğəmbər də Bağ Ata-dan icazə istəyir”. Bağ Ata isə buna icazə vermir, müharibədə insan öldürməyi qadağan edir. Muğannanın “İlan dərəsi” əsərində Bağ Atanın dili ilə dediyi kimi:
“Müharibə zorakılığı da olmuyacaq. …Qan töküləndən sonra təzə qan tökülür. Müharibədən müharibə törəyir. Bağ atanın kəlamına şəkk gətirmək dünyamızın Odunu – həqiqətini danmağa bərabərdir. Həqiqəti danmaq dünyamızda əbədi həyatı danmağa bərabərdir. Əbədiyyəti danmaq isə, cəmi Bağlarımızı danmaq deməkdir. Biz ordunu müharibədə insan öldürmək üçün saxlamırıq. İnsan öldürmək qadağası hökmdə qalır. Öldürən əskər ordudan qovulur. …Müharibədə insan öldürmək olmaz. Ərazini tərk etmək olar. Ətraf mühitə zorakı münasibət olmaz
Nəticə olaraq deyə bilərik ki, dünyadakı bütün millətlər qardaşdır, Odərliklərini unutsalar da eyni kökdəndirlər. Torpaq, millət, irq davaları insandakı ilahiliyi məhv edir. Muğanna ədəbi irsinin saflığı naminə onu təhrif etməyək. Gəlin millətçilik və qisas hislərimizə onu alət etməyək.

Hörmətlə Ferhat Ali

Oxşar yazılar