Azərbaycan Elmi Elmi-pedaqoji

Təbdil “plagiat“ demək deyil

“Kitab yüklü eşşək” əsərini yenidən çapa hazırladım. Bu ərəfədə bir çox tədqiqatçılar tərəfindən əsərin müəllifi haqqında müxtəlif fikirlərin olduğu bir daha diqqətimi çəkdi. Onun üçün də kiçik bir araşdırma ilə bu hissəni ön sözə əlavə etdim. İnanıram ki, bu əsərin çapı daha dəqiq araşdırma aparılacağına stimul verəcək.

Əbdürrəhim bəy Talıbovun “Kitab yüklü eşşək” əsərini sovet dövrünün tədqiqatçıları Azərbaycan ədəbiyyatında yazılan ilk romanlardan biri kimi dəyərləndirirdilər. Lakin müstəqillik qazanandan sonra tədqiqat imkanlarının genişlənməsi nəticəsində dünya ədəbiyyatı, ədəbiyyatşünaslığı haqqında geniş bilgilər əldə edildi. Bu bilgilərə yiyələnəndən sonra bəzi əsərlərin tədqiqatı ilə bağlı fəqrli məqamlar ortaya çıxdı. Bunlardan biri də Əbdürrəhim bəy Talıbovun “Kitab yüklü eşşək” əsəridir. Belə ki, tədqiqatçı Tahirə Həsənzadənin araşdırmalarında əldə etdiyi dəlillər maraqlıdır: “Kitab yüklü eşşək” əsərinin əsli fransız yazıçısı Pol de Koka məxsusdur. Cənubi Azərbaycanda və İranda bu əsəri farscaya tərcümə və təbdil edən isə Marağalı Məhəmmədhəsən Xan Etimadüssəltənədir.
Böyük alim Xeyrulla Məmmədov bu barədə özünün məşhur «Cənablar, börklərinizi qaldırın, əlahəzrət fakt gəlir» məqaləsini çap etdirmiş və qeyd etmişdir: «Əbdürrəhim Talıbov kimi böyük alim və ədibin «Kitab yüklü eşşək» əsəri ilə məşhurlaşmağa ehtiyacı yox Böyük rus tənqidçisi V.Q.Belinskinin (1811-1848) yazdığına görə, «istedadlı Paris hekayəçisi, xeyirxah Pol de Kok»un romanları rus dilində nəşr olunmuşdur. O, «Rusiyanın Homeri» adlandırdığı Pol de Koku, Balzak, V.Hüqo, A.Düma, Jorj Sand kimi dahi yazıçılardan üstün tutmuş, onu Volter Skota bərabər hesab etmişdir. Paris cəmiyyətinin qüsurlarını gərəkdiyində açıq lövhələrlə təsvir edən, istər Fransa geniş dairələrinin, istərsə də Avropa ictimaiyyətinin sevimlisi olan Pol de Kok Məhəmmədhəsən xanın diqqətindən yayınmamışdı.
Tədqiqçilərdən P.Ariyanpur, Məhəmməd Şahid Nurayi, Mirhaşim Mühəddis, xan Məlik Sasani də «Müstəqil vəhş, ya əlhimar yəhmilül-əşfəran» əsərini Məhəmmədhəsən xanın əsərləri siyahısında vermişlər. Tahirə Həsənzadəyə görə, İranın görkəmli alimi Səid Nəfisi bu əsəri Məhəmmədhəsən xanın fransız dilindən tərcümə və təbdil etdiyini, əsərin qəhrəmanlarına iranlı adlar qoyduğunu bildirir. İran alimləri F.Adəmiyyət, Y.Ariyanpur, M.Bamdad Ə.Talıbov haqqında tədqiqatlarında «Əlhimar…» -«Kitab yüklü eşşək» əsərini Ə.Talıbovun əsərləri siyahısına daxil etməmişlər.” (A.Y.Abuşova. XIX əsrin sonu – xx əsrin əvvəllərində Cənubi Azərbaycan ədəbi-mədəni mühiti – problemlər, müqayisələr. BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ №3 Humanitar elmlər
Məncə, «Kitab yüklü eşşək» əsərinin bir fransız yazıçısına aid olduğu iddiasını qəbul etmək mümkün deyil. Çünki əsərin ön sözündə yazılan qeydlərdə də müəllifin özü bu mövzuya ondan öncə çox mütəfəkkirlərin toxunduğunu deyir: “Mən bu hekayətin ilk təşəbbüskarı və mündəricəsinin müəllifi deyiləm”. Bu onu göstərir ki, əsərin müəllifi mövzu haqqında geniş bilgiyə sahibdir, elə buna görə də istər Avropa, istərsə də dünya ədəbiyyatında yazılmış təmsil və alleqorik əsərləri işarə Təbdil ədəbiyyatımızda 19-cu əsrdə yaranan janrlardandır. Bu terminin meydana çıxmasına qədər Nizaminin “Leyli və Məcnun”undan bəhrələnərək onlarla əsər yazılmışdır. Əgər bu əsərin hansısa Avropa
mənşəli bir yazıçının əsərindən təbdil edildiyini desək belə, bunun plagiat kimi qəbul edilməsi mümkün deyil və bu cür qələmə vermək istəyənlər böyük yanlışlığın içindədirlər. Əgər təbdil termini ilə, plagiat termininə eyni mənanı versək, onda ən böyük plagiatçı Məhəmməd Füzulidir. Çünki “Leyli və Məcnun” poemasını yazmışdır. Lakin Ədəbiyyat nəzəriyyəsi “nəzirəni”, “təbdili” qəbul edibdir və bir zamanlar şair və yazıçılar bundan istifadə etdikləri üçün fəxr hissi də duymuşlar. Adı çəkilən əsəri oxuduqca, Şərq müdriklərindən çəkilən misallarla, nümunələrlə və Şərq fəlsəfəsini əks etdirən əhvalatlarla tanış olduqca müəllifin əsərə nə qədər doğma yanaşdığını görürük. Sədi Şirazinin, Mövlanə Cəlalədinin əsərdə istifadə edilən ibrətamiz fikirləri dediklərimizə sübutdur.
Əsər fars dilində yazılsa da, əsərdə-Çoşşanın məktublarındakı bəzi dialoqlar Azərbaycan dilində verilib. Əsəri tərcümə edən Mirəli Mənafi də bunu diqqətdən qaçırmayıb, xüsusi qeyd verib bununla bağlı: “Bu dialoq əsərin orijinalında da Azərbaycancadır. Bundan sonrakı bəzi dialoqlar, xüsusilə ləhcə xüsusiyyəti ilə fərqlənən dialoqlar əsərin orijinalında olduğu kimi (azərbaycanca) saxlanılmışdır.” Həmin dialoqlardan biri bu cürdür : ” – Hay canım, hey babam hey, tap hey! Budur, eşşək ləpiri buradan keçib. Orada yatağı məlumdur. Hay axtar, tap hay, odur ha! – deyə o, itləri məni axtarmağa qızışdırırdı.”
Bu dialoq qədim Azərbaycan torpağı olan Zəncanın Şərəfəbad şəhərində eşşəyi axtarmağa çıxan Səfərqulunun dilindən verilib. Bütün bunlar əsərin azərbaycanlı müəllifə aid olduğunun sübutudur.
Bəli, əsərdə ” Hamı sərraf Horş və Rotşild və ya yeni top ixtiraçısı Krup deyildir ki, yüz kürurdan artıq sərmayəsi olsun. Bu cür sərmayədarlıq və varlılıq da bizim əsrimizin hadisələrindəndir. Tarixçilərin dediklərinə görə, dörd yüz il bundan əvvəl inkişaf və mədəniyyət həddi-kəmala çatmamışdı. Bir nəfər də bu dərəcədə təkamül etməmişdi.” ( Horş – görünür ki, müəllifin yaşadığı dövrdə Avropa bankirlərindən biridir.
Rotşild – Mayer Anselm Rotşild (1743–1812) Almaniyanın Frankfurt- Mayn şəhərində ilk dəfə puldəyişmə kontoru açmış məşhur bankirlər nəslinin (Rotşildlərin) ulu babasıdır. “Krupp” – Almaniyada hərbi metallurgiya şirkətinin adıdır. Bu şirkətin adı 1811-ci ildə Essen şəhərindəki kiçik bir fermada açılmış Fridrix Kruppun poladəritmə zavodunun adı ilə əlaqədardır. Kürur – ərəbcə beş yüz min, yarım milyon deməkdir.) kimi fikirlərə də rast gələ bilirik. Lakin bu cür fikirlərin XIX əsr rus və türk ədəbiyyatı vasitəsilə Avropa ilə tanış olan azərbaycanlı mütəfəkkirlərinin əsərlərində görülməsi təbii hal idi. Digər bir tərəfdən isə neft Bakısı dünyanın diqqətində idi. Avropalı iş adamlarının Odlar diyarına gəlişi özləri ilə mədəniyyətlərini də gətirmişdi. Aleksandr Düma kimi bir şəxsiyyətin Qafqaza, Azərbaycana gəlişi, A.Bakıxanov, İ.Qutqaşınlı, M.F.Axundzadə kimi maarifçilərin Avropa ilə əlaqələri də buna sübutdur.
Nəzərə alsaq ki, Əbdürrəhim bəy Talıbov ərəb, fars, rus, ingilis və fransız dillərini yaxşı bilib, deməli, azərbaycanlı ədibin bu əsəri yazması və ya təbdil etməsi mümkün idi. “Kitab yüklü eşşək” romanı bütün ruhu ilə şərq-Azərbaycan mədəniyyətinin məhsuludur. İstər Məhəmmədhəsən Xan Etimadüssəltənə, istərsə də Əbdürrəhim bəy Talıbov yazsın, fərqi Pol De Kukun bu mövzuda yazdığı əsər ola bilər (Amma mən nə qədər araşdırdımsa, xüsusi bir əsəri olduğunu görmədim. Bəlkə də hansısa əsərində kiçik bir haşiyə çıxıb, bu da bu əsərə və müəllifnə xələl gətirə bilməz) lakin bəzi şəxslərin yeni- nəsə qeyri-adi bir şey tapıblarmış kimi, “Sən demə, bu əsər fransız yazıçısı Pol de Kukun imiş” deməsi sadəcə gündəmə gəlmə, bir anlıq diqqət çəkmələri məqsədi Tahirə Həsənzadənin fikri ilə razılaşsaq, əsərin müəllifi Məhəmmədhəsən Xan Etimadüssəltənədir. Bu məqam isə əsərin ciddi bir tədqiqata ehtiyac duyulduğunu göstərir. Nəzərə alsaq ki, Məhəmmədhəsən Xan Etimadüssəltənə Qacarlar dövlətinin tanınmış simalarından olmuş, Nasirəddin şah Qacarın (1831-1896) şəxsi mütərcimi, tərcümə və nəşriyyat naziri olmuşdur, o zaman heç bir vəzifə tutmayan bir ədibin onun əsərini öz adı ilə təqdim etməsi mümkün deyildi. Hələ Əbdürrəhman bəy Talıbovun İranın Birinci Milli Məclisinə deputat seçilməsi (deputat seçilsə də, bundan imtina etmişdir) də göstərir ki, Əbdürrəhim bəyin İran dövləti ilə də əlaqələri güclü imiş.
Bu bir daha sübut edir ki, onun Məhəmmədhəsən Xan Etimadüssəltənəyə aid olan bir əsərə sahib çıxmaq kimi imkanı və arzusu olmamışdır. Xeyrulla Məmmədovun dili ilə desək, «Əbdürrəhim Talıbov kimi böyük alim və ədibin «Kitab yüklü eşşək» əsəri ilə məşhurlaşmağa ehtiyacı yox idi».
Mirəli Mənafinin ana dilimizə tərcümə etdiyi “Kitab yüklü eşşək” əsərini yenidən çapa hazırladıq və ilk dəfə kimin adı ilə nəşr edilmişdirsə, o adla da çap etməyi məqsədəuyğun hesab etdik. Çünki yeni və daha tutarlı faktlar meydana çıxana qədər əsərin Əbdürrəhim bəy Talıbova məxsus olduğu qənaətindəyik. Ümid edirik ki, bu dəyərli əsəri yenidən çap etməklə tədqiqatçıların diqqətini cəlb etmiş olarıq.
Təbdil “plagiat” demək deyil
“Kitab yüklü eşşək” əsərini yenidən çapa hazırladım. Bu ərəfədə bir çox tədqiqatçılar tərəfindən əsərin müəllifi haqqında müxtəlif fikirlərin olduğu bir daha diqqətimi çəkdi. Onun üçün də kiçik bir araşdırma ilə bu hissəni ön sözə əlavə etdim. İnanıram ki, bu əsərin çapı daha dəqiq araşdırma aparılacağına stimul verəcək.
Əbdürrəhim bəy Talıbovun “Kitab yüklü eşşək” əsərini sovet dövrünün tədqiqatçıları Azərbaycan ədəbiyyatında yazılan ilk romanlardan biri kimi dəyərləndirirdilər. Lakin müstəqillik qazanandan sonra tədqiqat imkanlarının genişlənməsi nəticəsində dünya ədəbiyyatı, ədəbiyyatşünaslığı haqqında geniş bilgilər əldə edildi. Bu bilgilərə yiyələnəndən sonra bəzi əsərlərin tədqiqatı ilə bağlı fəqrli məqamlar ortaya çıxdı. Bunlardan biri də Əbdürrəhim bəy Talıbovun “Kitab yüklü eşşək” əsəridir. Belə ki, tədqiqatçı Tahirə Həsənzadənin araşdırmalarında əldə etdiyi dəlillər maraqlıdır: “Kitab yüklü eşşək” əsərinin əsli fransız yazıçısı Pol de Koka məxsusdur. Cənubi Azərbaycanda və İranda bu əsəri farscaya tərcümə və təbdil edən isə Marağalı Məhəmmədhəsən Xan Etimadüssəltənədir.
Böyük alim Xeyrulla Məmmədov bu barədə özünün məşhur «Cənablar, börklərinizi qaldırın, əlahəzrət fakt gəlir» məqaləsini çap etdirmiş və qeyd etmişdir: «Əbdürrəhim Talıbov kimi böyük alim və ədibin «Kitab yüklü eşşək» əsəri ilə məşhurlaşmağa ehtiyacı yox Böyük rus tənqidçisi V.Q.Belinskinin (1811-1848) yazdığına görə, «istedadlı Paris hekayəçisi, xeyirxah Pol de Kok»un romanları rus dilində nəşr olunmuşdur. O, «Rusiyanın Homeri» adlandırdığı Pol de Koku, Balzak, V.Hüqo, A.Düma, Jorj Sand kimi dahi yazıçılardan üstün tutmuş, onu Volter Skota bərabər hesab etmişdir. Paris cəmiyyətinin qüsurlarını gərəkdiyində açıq lövhələrlə təsvir edən, istər Fransa geniş dairələrinin, istərsə də Avropa ictimaiyyətinin sevimlisi olan Pol de Kok Məhəmmədhəsən xanın diqqətindən yayınmamışdı.
Tədqiqçilərdən P.Ariyanpur, Məhəmməd Şahid Nurayi, Mirhaşim Mühəddis, xan Məlik Sasani də «Müstəqil vəhş, ya əlhimar yəhmilül-əşfəran» əsərini Məhəmmədhəsən xanın əsərləri siyahısında vermişlər. Tahirə Həsənzadəyə görə, İranın görkəmli alimi Səid Nəfisi bu əsəri Məhəmmədhəsən xanın fransız dilindən tərcümə və təbdil etdiyini, əsərin qəhrəmanlarına iranlı adlar qoyduğunu bildirir. İran alimləri F.Adəmiyyət, Y.Ariyanpur, M.Bamdad Ə.Talıbov haqqında tədqiqatlarında «Əlhimar…» -«Kitab yüklü eşşək» əsərini Ə.Talıbovun əsərləri siyahısına daxil etməmişlər.” (A.Y.Abuşova. XIX əsrin sonu – xx əsrin əvvəllərində Cənubi Azərbaycan ədəbi-mədəni mühiti – problemlər, müqayisələr.

Oxşar yazılar