Teqlərə baxış

Şəmil Sadiq

Xəbərlər

“Açıq kitabxana” layihəsinin elektron xidmətlərinin təqdimatı keçirildi

3 May 2017-ci il tarixində Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Milli Kitabxanasının birgə layihəsi əsasında yaradılan “Açıq kitabxana” layihəsinin elektron xidmətlərinin təqdimatı keçirildi. 2016-cı ildən kitabsevərlərin ixtiyarına verilən yeni guşə Milli Kitabxananın Rəşid Behbudov küçəsinə baxan hissəsində olan bağçasında fəaliyyət göstərir. Davamına bax

Səfər qeydləri və xatirələr

Türkmənistan xatirələri

Yazının birinci hissəsi

Dünyanın bu qarışıq zamanında hər şeydən uzaq bitərəf bir ölkə var, adı da Türkmənistandır. Bu ölkənin xalqı firavan və rahat güzaran keçirir. Xalqın nə İŞİD deyilən zaddan xəbərləri vardı, nə də Məkkədəki hadisələrdən. Onların tək qayğısı səhər öz işlərinə gedib, axşam qayıtmaları və həmişə sevimli prezidentlərini göstərən televizorlarına baxmaq idi.

Davamına bax

Xəbərlər

“Anamın Kitabı” Ədəbi Mükafatı pyes müsabiqəsinin qalibləri məlum oldu

Filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiqin ideyası və təşəbbüsü ilə Hədəf Nəşrlərinin təsis etdiyi, “Kitabevim.Az” və Dövlət Gənc Tamaşaçılar Teatrının təşkilatçılığı ilə həyata keçirilən “Anamın Kitabı” pyes müsabiqəsi layihəsində Münsiflər Heyəti öz işini başa çatdırdı. Layihənin rəhbəri yazıçı Müşfiq XANın bildirdiyinə görə, səsvermə iyulun 20-də onlayn səsvermə ilə yekunlaşdı. Azərbaycanda milli ədəbiyyatın və teatrın inkişafına dəstək məqsədi ilə təsis olunan “Anamın Kitabı” Ədəbi Mükafatı builki pyes müsabiqəsinə fevral ayının 21-də start verilmişdi.

Davamına bax

Haqqında yazılanlar

“OdƏrlər” – tarixdən gələcəyə səsləniş

Şəmil Sadiq əksər filoloqlar kimi hələ tələbəlik illərindən bədii yaradıcılıqla məşğul olmuş, şeirlər yazmaqla yoldaşları arasında seçilmişdir. O, 1996-cı ildən üzü bəri yaradıcılığını püxtələşdirir, durmadan üzərində çalışırdı. 2006-cı ildə o, mənə “Qana qan qarışdı” kitabını korrektə üçün təqdim edəndə anladım ki, bədii yaradıcılıq Şəmil üçün əyləncə, rahatlıq, özünü ifadə, digərlərindən fərqlənmək üçün vasitə deyil, ciddi bir fəaliyyət sahəsidir.

Davamına bax