Elmi-pedaqoji

Tanrının sirri sözlərdədir

Dünya yaranandan insan sözün əsiridir. Söz formasını dəyişməsə də, zaman – zaman məna yükünü, təqdimat formasını dəyişib. Sözü təqdim edənlər onun alt şüuruna gizlin sirləri ya bilərəkdən, ya da fərqinə varmadan yerləşdirib. Onu oxuyanlar isə öz istədikləri formada yozub, sübut etməyə çalışıb.

Söz Tanrının sirri olduğu üçün insan hələ də onun sehrindən çıxa bilmir, ifadə etdiyi mənanın çoxluğu arasında başını itirir. Qətran Təbrizi sözün həqiqətə, varlığa münasibətindən danışarkən yazır: “Söz varlığı olmayan, həqiqi aləmdən kənar bir anlayışdır.” Həqiqi aləmdən kənar, bizim dərk edə bilməyəcəyimiz yeganə varlıq isə Tanrıdır. Füzuli fəlsəfəsində deyildiyi kimi, sözün qüdrəti, gücü əli qılınclı böyük ordulardan daha böyükdür. Tanrı haqq və ədalətin bərpası üçün insana iki böyük silah vermişdi: Söz və qılınc. Amma insanlar sözün dəstəyindən tutub onu yüksəklərə qaldırıb, şərin başını kəsə bilmədiyi təqdirdə daha asanını – silahı əlinə alıb və qan töküb. Min illərdir ki, Tanrının sirrinin sözdə olduğunu dərk edənlər onun yarandığı mücərrəd elementləri araşdırıb, bunu əldə etmək üçün institutlar, akademiyalar yaradıb. Həqiqətin başının zorla kəsilə bilməyəcəyini müəyyənləşdirən əsilsizlər qılıncı kənara qoyub, söz oyununa girişmiş, onun sehri ilə bükülməyən dizləri büküb, qırılmayan iradələri qırıb, kəsilməyən başları kəsmişdir. Artıq dünyanın idarəçiliyinin sözün əlində olduğunu çoxları dərk edir, amma ona qarşı dura bilmirlər. Uçuruma aparan sehirli sözlərin ardınca gedirlər. Uçuruma düşdükləri zaman bunu dərk etsələr də, artıq gec olur.

Bu gün dilimizdə tez-tez səslənən bir ifadə var: informasiya əsridir. Əslində, həmişə informasiya əsri olub. Amma indi informasiya yox, informasiyanın təhlilinin əsridir. Bunu dərk edə bilməyən bəşəriyyət artıq aldığı informasiya dəryasında boğulur. Halbuki hər damlasında böyük mətləblər gizlənən su kimi, sözün də hər hecasında gizlin mətləblər gah xoruldayır, gah da mışıl – mışıl yatır. Susuzluqdan yandığın zaman sənə yetəcək bir damla su əvəzinə, özünü dəryaya vurub acgözlüklə, birnəfəsə informasiyaları içirsən və beləcə boğulursan. Deməli, sözün təhlili və anlamını başa düşmək daha əhəmiyyətlidir.

Ver sözə ehya ki, tutduqca səni xabi – əcəl,

Edə hər saət səni ol uyqudan bidar söz.

Sözün bu qədər qüvvətli, kəsərli olduğu dövrdə əsrlərin süzgəcindən süzülərək gah lillənib, gah da şəffaflanıb bu günə gəlib çıxan qüdrətli və zəngin bir dilin olduğu üçün özün xoşbəxt hesab etmək ən ali hissdir. Mənim də dilim var Azərbaycan -Türk dili

Azərbaycan dili köklü və əbədi yaşayacaq bir dildir. Heç bir dil bu qədər təsirə məruz qalmayıb. Sasanilərin, ərəblərin, çar rusiyasının repressiyalarına məruz qalan Azərbaycan türk dili, təkcə keçən əsrdə adı 4 dəfə dəyişdirilib. Amma bütün bunlara baxmayaraq, dilimiz bu gün dünyanın zəngin dilləri içərisində öz yerini qoruyub saxlamaqdadır. Bu dilimizin tarixi keçmişindən, sağlam bünövrəsindən xəbər verir.

Bunun səbəblərindən biri də dilimizə olan dövlət qayğısıdır. Hörmətli Prezidentimizin dil haqqındakı məlum sərəncamları bunun bariz nümunəsidir. Hər bir təşkilat, hər bir institut, hər bir vətəndaş bu sərəncamdan irəli gələn məsələlərə öz töhfəsini versə və dilin inkişafı üçün mübarizə aparsa, Ana dilimiz hər ügn bir az saflaşar və inkişaf edər.

Azərbaycan türk dilinin yaşamasında, bədii çalarla zənginləşməsində bədii nümunələrin rolu çox böyükdür. Dilin yaşadığı problemləri zaman-zaman istər xalq, istərsə də aşıq və şairlərimiz öz şeirlərində canlandırıb, onu ifadə imkanlarını müxtəlif rəngli sözlərlə rəngləmişlər.

Бу дцнйа да бир щагг диван,

О дцнйада ъяннят мякан,

Гой вар ол сун ТЦРКИ зябан,

Шащ Хятайи, Шащ Хятайи.

Deyən Qurbani, hələ 16-cı əsrdə Azərbaycan dilində ilk dəfə rəsmi sənəd hazırlatdıran Şahi İsmayıl Xətaiyə üz tutaraq Azərbaycan türkcəsinin yaşaması üçün dua etmişdir. Dilin var olmasında, yaşamasında xalqın təxəyülü, mədəni irsi nə qədər zəngin olsa da, onu qorumaq və düzgün istiqamətləndirmək üçün liderlərə, sərkərdələrə böyük ehtiyac olmuşdur. Çünki dilin məhv olmasının bir səbəbi də xalqın məhv olmasıdır. Xalqı məhv etmək üçünsə onun dilinin əlindən alınması yetərlidir. Həm söz ustadı, həm da qılınc ustadı olan Şah İsmayıl Xətai öz qayəsini də “Ey millətim, sənə üç şeyi əmanət qoyub gedirəm: dilimiz, qeyrətimiz, vətənimiz” deyərək elan etmişdir. Onun qurduğu Türk-Azərbaycan dövlətinin apardığı siyasət Azərbaycan dilinin Saray dili səviyyəsinə gəlişini təmin etmişdir. Şair və yazıçılarımız bundan ruhlanıb öz ana dilində yazıb-yaratmağın yolların axtarmış, onu nəzmə çəkilməsində cilalamışdır.

Ол сябябдян фарси ляфзиля чохдур нязм ким,

Нязми-назим ТЦРК ляфзиля икян дцшвар олур.

Məndə tovfiq olsa, bu düşvari asan eylerem,
Növbahar olgaç tikandan berg-ü gül izhar olur

Misraların müəllifi böyük şairimiz Məhəmməd Füzuli adətən döyüş dili kimi sərt olan bu dildən ilkbahar gəldiyində necə ki, quru tikanlardan gül yarpaqları çıxmaya başlar, mən də türk dilində gül yarpağı kimi incə şeirlər söylərəm deyə özünə söz vermişdir.

Vəfa hər kimsədən kim, istədim,ondan cəfa gördüm,
Kimi kim, bivəfa dünyada gördüm ,bivəfa gördüm.

Kimə kim, dərdimi izhar qıldım istəyib dərman,
Özümdən həm betər bir dərdə onu mübtəla gördüm.

Və beləcə poetik çalarla zəngin, dilin imkanlarını özündə ehtiva edən mükəmməl nümunələr yaratmış şair Azərbaycan-türk dilinin incə, zərif böyük mənalar daşıyan bir dil olduğunu sübut etmişdir.

Azərbaycan-türk dilinin saflığı daima şair və sənət adamlarımızı düşündürmüşdür. Cənubi Azərbaycanda yaşayan 50 milyonluq bir xalqın dilini nə qədər sərhədlər içində boğub öldürməyə çalışsalar da, Şəhriyar kimi dahiləri olan bir xalqın təfəkkürünü sarsıda bilməmişlər. Əgər 16-cı əsrdə Füzuli bu bildə şeir yazmağın çətinliyindən danışırdısa, Məhəmmədhüseyn Şəhriyar türk dilinin gözəlliyini onun başqa dillərlə qarışmamasında görürdü. Bu dilin sevimliliyinin yaşaması onun öz kökündən qidalanması ilə mümkündür:

Тцркцн дилитяк севэили, istəkli дил олмаз,

Юзэя диля гатсан бу ясил дил ясил олмаз.

demişdir ustad sənətkar.

Tanınmış şairimiz Məmməd Aslan isə sanki dilin xarakterini, onun sevimli, istəkli, əziz olmasının səbəblərini yazmışdır:

Mənim dilim- yırğalanan bir dəniz,

Qayalardan süzüb gələn çeşmədi.

Gahdan onu quzu təki görərsiz,

Gah görərsiz, bulud kimi kişnədi.

Dil bir xalqın varlığıdır, təfəkkürüdür, tarixidir, yaddaşıdır. Onun köməyi ilə biz xalqımızın var olmasını isbatlaya bilirik. O bizim əlimizdən tutub qanlı-qadalı, şanlı-şöhrətli keçmişləri yorğa bir atın belindəki kimi gəzdirir, bizə həqiqətləri, aydınlıqları göstərir. Millət şairi, dahi şəxsiyyət, xalqın ruhundan qidalanan Bəxtiyar Vahabzadənin yaradıcılığı ilə Bütün türk dünyası 20 əsrdə Azərbaycan dilinin rəvanlığına və rəngarəngliyinə heyran qamışdır. Ömrünün çox, yaradıcılığının əsas hissəsini millət və xal üçün sərf etmiş şairimiz dilimiz haqqında böyük qürurla danışmışdır:

Ana dilim, səndədir xalqın əqli, hikməti,

Ərəb oğlu Məcnunun dərdi səndə dil açmış.

Ürəklərə yol açan Füzulinin sənəti,

Ey dilim, qüdrətinlə dünyalara yol açmış.

Səndə mənim xalqımın qəhrəmanlıqla dolu

Tarixi varaqlanır,

Səndə neçə min illik mənim mədəniyyətim,

Şan- şöhrətim saxlanır.

Mənim adım- sanımsan,

Namusum, vicdanımsan!

Bəli dilimiz bizim namusumuz, qeyrətimizdir. Bizim bizliyimiz onun varlığından keçir. Azərbaycan-Türk dilinin soyu çox qədimlərə dayanır. Hətta dünyanın sirləri belə bu gün bu dildə yatır. Min illər bundan öncə böyük bir mədəniyyətə sahib olmuş şumerlər bu dildə danışmış, bu yazmışlar. Bu gün bütün türkoloqlar, dilşünaslar bunu deməkdən bəzən qorxurlar, amma bu bir həqiqətdir. Bu dilin yaşı dünyanın yaşı qədərdir. Elmin gəldiyi bu qənaətləri Zəlimxan Yaqub bu cür ifadə etmişdir:

Dünyanın qəlbinə yatan dilimin

Özülü bir ölməz ruhdadı, bəlkə?

Budağı bu günə çatan dilimin

Kökü Adəmdədi, Nuhdadı, bəlkə?

BPKİYİ-də Azərbaycan dili və əlifbası günü ilə əlaqədar keçirilən konfransdakı çıxışım. 2013.08.01

Oxşar yazılar