Haqqında yazılanlar

Vaqif Mirzəliyev adına 281 saylı orta məktəbdə f.ü.f.d.,dos., yazıçı Şəmil Sadiqlə görüş keçirilib

Vaqif Mirzəliyev adına 281 saylı orta məktəbdə f.ü.f.d.,dos., yazıçı Şəmil Sadiqlə görüş keçirilib.
Görüşü məktəbin direktoru Əliyeva Gülşən açıb. O, tədbir barəsində iştirakçılara məlumat verib: “Azərbaycan Respublikası Təhsil Nazirliyinin bu il verdiyi qərara əsasən şagirdlərdə “Mütaliə mədəniyyətinin və oxuya motivasiyanın yüksəldilməsi” ilə bağlı silsilə tədbirlər keçirməyə başlamışıq.

Bundan öncə yazıçı Aqil Abbasın, qəhrəmanımız Ramil Səfərovun, hərbi marşların mahir ifaçısı Şəmistan Əlizamanlının və gözəl qiraətçimiz Ağalar Bayramovun iştirakı ilə “Mütaliə bizi məqsədimizə aparan vasitədir” mövzusunda tədbir keçirmişik. Bu gün də dəyərli yazıçımız Şəmil Sadiq qonağımızdır”.

 

Şəmil Sadiq də çıxışında şagirdləri mütaliəyə səsləyib. O, oxumağın insanın həyatını dəyişdirdiyini bildirib.
Daha sonra keçən təbirdən videoçarx nümayiş olunub. Videoçarxda şagirdlərin hazırladığı müxtəlif əsərlərdən kompozisiyalar göstərilib. Məktəbin müəlliməsi Sevinc Hüseynova Şəmil Sadiq barəsində tədbir iştirakçılarına geniş məlumat verib. Şagirdlər Şəmil Sadiqin “Odərlər” romanı əsasında hazırlanmış tamaşadan parçalar göstəriblər. Tədbir sual-cavab formatında davam edib. Şəmil Sadiq suallara cavab verərkən, “Odərlər” romanının “Odərlər – Tanrı Dağı” adlı ikinci yazdığını deyib.
Sonda müəllif imzalı kitablarını oxuculara hədiyyə edib.
Vaqif_Mirzeliyev2
Vaqif_Mirzeliyev3
Vaqif_Mirzeliyev4
Vaqif_Mirzeliyev5
Vaqif_Mirzeliyev7
Vaqif_Mirzeliyev8
Vaqif_Mirzeliyev8
Vaqif_Mirzeliyev9
Vaqif_Mirzeliyev10
Vaqif_Mirzeliyev12
Vaqif_Mirzeliyev13
Vaqif_Mirzeliyev14
Vaqif_Mirzeliyev15
Vaqif_Mirzeliyev16
Vaqif_Mirzeliyev17
Vaqif_Mirzeliyev18
Vaqif_Mirzeliyev19
Vaqif_Mirzeliyev

Oxşar yazılar