Haqqında yazılanlar

YAZIÇI-VƏTƏNDAŞ

Yazıçı-dramaturq, publisist, Filologiya üzrə Fəlsəfə Doktoru Şəmil Sadiqin “Qana qan qarışdı” (“Hədəf” Nəşrləri – 2013) kitabında toplanan əsərlərin hamısından qırmızı xətt kimi keçən bir ədəbi həqiqət vardır: Oxucuya ötürülən elmi-bədii-informatik enerjinin milli təyinatı bəlli və aydın olmalıdır.

“Qana qan qarışdı” tezisini həm fiziksəl, həm də ruhsəl anlamda qavramaq gərək! Mənsub olduğu xalqın ictimai-siyasi-psixoloji təfəkkürünün ziqzaqlı qatlarına enən yazıçı başımıza gələn saysız-hesabsız bəlaların səbəbini təkcə genetik kodumuzun başlıca daşıyıcısı olan qanımıza özgə qanın qarışmasında deyil, o cümlədən, tarixən təmiz, gün kimi aydın milli məfkurəmizə yad qalıntıların qarışaraq onu bulanıq, natəmiz bir hala gətirilişini inandırıcı ədəbi-bədii bir məntiqlə əsaslandırır. Janrıdan və həcmindən asılı olmayaraq müəllif hər bir əsərində real həyat həqiqətlərini təsvir edir. Bəzən hətta ifrat sərt gerçəkliklər oxucunu diksindirir də – “Axı mən də vətən daşıyam” dramında olduğu kimi. Həyat həqiqətlərinə sadiqliyi baxımından Şəmil Sadiq böyük sələfləri Ə.Haqverdiyev, Mirzə Cəlil və H.Cavidin yolunu davam etdirir.

(Mehman Qaraxanov)

Oxşar yazılar