Filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiqin ideyası və təşəbbüsü ilə Hədəf Nəşrlərinin təsis etdiyi, “Kitabevim.Az” və Dövlət Gənc Tamaşaçılar Teatrının təşkilatçılığı ilə həyata keçirilən “Anamın Kitabı” pyes müsabiqəsi layihəsində Münsiflər Heyəti öz işini başa çatdırdı. Layihənin rəhbəri yazıçı Müşfiq XANın bildirdiyinə görə, səsvermə iyulun 20-də onlayn səsvermə ilə yekunlaşdı. Azərbaycanda milli ədəbiyyatın və teatrın inkişafına dəstək məqsədi ilə təsis olunan “Anamın Kitabı” Ədəbi Mükafatı builki pyes müsabiqəsinə fevral ayının 21-də start verilmişdi.
Teqlərə baxış
Kitabevim.az
Son zamanlar kitabın oxunmamasına etiraz olaraq “yandırma” aksiyaları peyda olub. İlk öncə bir müəllif kitabını satılmaması səbəbindən yandırdı. Və bunu bu gün hamımızın tənqid etdiyi, yuxarıdan baxdığı şou-biznes piyarı kimi reklam etdi. Müəllif bu hərəkəti satışın az olması ilə əlaqələndirdi.


