Həmin gün biz qovurmalıq edirdik. Bizim kənddə qovurmalıq xüsusi mərasimdir. Camaat buna avqust ayından etibarən cani-dildən hazır-laşır. Kimi bir quzu, kimi iki quzu, kimi üç quzu, kimi də bir dana bəsləyir ki, oktyabr-noyabr ay-larında kəsib qış üçün qovurmalığını hazırlasın. Adətən, nənəm, əmilərim bizə gələrdilər.
Teqlərə baxış
Naxçıvan
– Qəmbər, gəl görək bə, qardaş! Acından öldük ki.
– Deyəsən, məni yaman çox istəyirsiniz? Hazırlayın, gəldim. Yaman acmışam.
– Pomidor demişdik, aldın?
– Hə, “ruqzakı” açın, üstə qoymuşam, – deyib Qəmbər hamama keçdi.


