“Valideyn, şagid, məktəb üçbucağı”nda ən ağır öhdəlik hansı bucağa düşür?
“Valideyn, şagid, məktəb üçbucağı”nı çevrə kimi anlayıb, dairəni yaradan nöqtələr funksiyasını daşısaq, doğrudanmı hədəfə daha tez çatarıq?
Uşaqlarımız “necə bilməyi” bilməlidirlər, yoxsa “necə əldə etməyi”?
Övladlarımızı “bilik yarışı”na yönəldək, yoxsa “bacarıq yarışına”?
Niyə toplumlar “qismət və qədərçi” olurlar?
Cəhalətin savaşçıları təkcə müəllimlər olmalıdır?
Və təhsil hər şey bitəndən sonra yadda qalanların cəmidir.
Mütləq oxuyun!
Oxuyun ki, yuxarıdakı o ciddi suallar ətrafında birlikdə düşünək.
Kitab dizayn baxımından da çox maraqlıdır. Hər gün dünyada milyonlarla ağacın məhz kitab istehsalı üçün kəsildiyini nəzərə alaraq, kitabın arxasında xüsusi qabaşdırmada ağac toxumları yerləşdirilib. Biz o toxumları cücərdib yenidən təbiətimizi bərpa edə bilərik. 
