Şəmil Sadiq əksər filoloqlar kimi hələ tələbəlik illərindən bədii yaradıcılıqla məşğul olmuş, şeirlər yazmaqla yoldaşları arasında seçilmişdir. O, 1996-cı ildən üzü bəri yaradıcılığını püxtələşdirir, durmadan üzərində çalışırdı. 2006-cı ildə o, mənə “Qana qan qarışdı” kitabını korrektə üçün təqdim edəndə anladım ki, bədii yaradıcılıq Şəmil üçün əyləncə, rahatlıq, özünü ifadə, digərlərindən fərqlənmək üçün vasitə deyil, ciddi bir fəaliyyət sahəsidir. O zaman həmin kitabı diqqətlə oxudum, fikirlərimi bildirdim, məsləhətlərimi verdim. Kitabdakı bir əsər “Dədə Qorqud” dastanının motivləri əsasında qələmə alınan “Qana qan qarışdı” dramı nəzərimi daha çox cəlb etmişdi. Davamına bax
Teqlərə baxış

