Şəmil Sadiq adı ədəbi kuluarlarda ardıcıl olaraq görünməkdədir. Düşüncəsinin məntiqi yetərincə davamlı olan bu ədəbi sima orijinal ədəbi layihələri və bir-birinin ardınca işıq üzü görməkdə olan əsərləri ilə “ciddi ədəbiyyatın” (Elçin Mehrəliyev) milli ruh daşıyıcısı kimi özünü təsdiq etməkdədir. Biz milli ruh dedikdə etnosun daxili-mənəvi hərəkətverici gücünü düşünürük. Milli ruh daşıyıcısı da o sənətkarlar ola bilir ki, onlar etnosun daxili hərəkətverici qüvvəsini, gücünü mənimsəmiş olur və ədəbi mübarizələrinin mahiyyətində etnosun gələcəyə doğru yolundakı qaranlıqları qovmaq amalı dayanır. Davamına bax
Teqlərə baxış

