Teqlərə baxış

OdƏrlər

Bölməsiz Haqqında yazılanlar

“OdƏrlər” – TARİXDƏN GƏLƏCƏYƏ SƏSLƏNİŞ

Şəmil Sadiq əksər filoloqlar kimi hələ tələbəlik illərindən bədii yaradıcılıqla məşğul olmuş, şeirlər yazmaqla yoldaşları arasında seçilmişdir. O, 1996-cı ildən üzü bəri yaradıcılığını püxtələşdirir, durmadan üzərində çalışırdı. 2006-cı ildə o, mənə “Qana qan qarışdı” kitabını korrektə üçün təqdim edəndə anladım ki, bədii yaradıcılıq Şəmil üçün əyləncə, rahatlıq, özünü ifadə, digərlərindən fərqlənmək üçün vasitə deyil, ciddi bir fəaliyyət sahəsidir. O zaman həmin kitabı diqqətlə oxudum, fikirlərimi bildirdim, məsləhətlərimi verdim. Kitabdakı bir əsər “Dədə Qorqud” dastanının motivləri əsasında qələmə alınan “Qana qan qarışdı” dramı nəzərimi daha çox cəlb etmişdi. Davamına bax

Səfər qeydləri və xatirələr

Xəfiyyə ustası Müşfiq XANA açıq məktub

Ümidlərin gözü ilə…
Yaxınlarda Azərbaycan Yazıçılar Birliyində Müşfiq XANla birgə qələmə aldığımız “Ümidlərin izi ilə” romanının müzakirəsi keçirilib. AYB-nin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhminin təşkilatçılığı və moderatorluğu ilə baş tutan tədbirdə tənqidçi f.ü.f.d.Nərgiz Cabbarlı, kitabın redaktorları Elxan Nəcəfov, f.ü.f.d.Arif Əsədov və şairə Nuranə Nur da iştirak ediblər. Davamına bax

Haqqında yazılanlar

ŞƏMİL SADİQİN “ODƏRLƏR” ROMANININ MÜZAKİRƏSİ

“Hədəf Oxucu Klubu”nun idarə heyətinin üzvləri Odər Sərdar və Qəhrəman Qəhrəmanlının moderatorluğu ilə Kitabevim.az kitab marketində filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiqin “Odərlər” romanının müzakirəsi keçirilib. Müzakirədə müəllimlər, ziyalı gənclər, oxucularlayanaşı müəllif də iştirak edib.Müəllifin öncədən müzakirədə sadəcə dinləyici kimi iştirak edəcəyini vurğuladı.

Davamına bax