Teqlərə baxış

Qarabağ

Azərbaycan Elmi Elmi-pedaqoji

Qarabağ müharibəsi Azərbaycan romanında

 

Ədəbiyyat öncə gözəllikdir. Lakin bəşər övladının dünyanını qan gölünə çevirmək cəhdi ədəbiyyatdan da yan keçmir və bu ədəbiyyatda müharibə kimi mövzuların yaranmasına və inkişafına gətirib çıxarır. Roman janrında bir zamanlar sadəcə tarixi roman anlayışı kimi tanınanan mövzunun içindən artıq müharibə və ya savaş tipli növlər yaranmışdır. Təəssüflər olsun ki, bu gün dünyada gedən müharibələr həyatımızın bir parçasına çevrilmiş və bayrağı gözəlliklə süslənməli olan ədəbiyyat bu mövzuları bədii yolla insanlara çatdırmağa çalışır. Davamına bax

Haqqında yazılanlar

“OdƏrlər”dəki müharibə proqnozları doğru çıxır..

 

Təsadüf, ya uzaqgörənlik?..

 

Təqribən bir il bundan əvvəl mübahisələr yaradan, istər süjet, istərsə də mövzu baxımından birmənalı qarşılanmayan bir əsər oxuculara təqdim olundu. Bəziləri daha çox əsərdəki dini mövzularda olan fikirlərə görə müəllifi tənqid atəşinə tutdu. Əslində isə əsərin ideya xəttində tamam başqa motivlər yer alırdı. Davamına bax

Səfər qeydləri və xatirələr

Hun Qurultayindan reportaj

Bu yaxınlarda Macarıstanda Turan Qurultayi keçirilib. Qurultaya Azərbaycan nümayəndələri də qatılıb. İştirakçılardan biri – AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, fəlsəfə doktoru, dosent Şəmil Sadiq tədbirlə bağlı təəssüratlarını Axar.az üçün yazıb.

Davamına bax

Səfər qeydləri və xatirələr

Xəfiyyə ustası Müşfiq XANA açıq məktub

Ümidlərin gözü ilə…
Yaxınlarda Azərbaycan Yazıçılar Birliyində Müşfiq XANla birgə qələmə aldığımız “Ümidlərin izi ilə” romanının müzakirəsi keçirilib. AYB-nin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhminin təşkilatçılığı və moderatorluğu ilə baş tutan tədbirdə tənqidçi f.ü.f.d.Nərgiz Cabbarlı, kitabın redaktorları Elxan Nəcəfov, f.ü.f.d.Arif Əsədov və şairə Nuranə Nur da iştirak ediblər. Davamına bax

Hekayə

Səni basdırmasam, ölmərəm

Səhər yuxudan ayılanda 81 yaşlı ərim Əliqulu yastığımın yanında dirsəklənib sakit-sakit ağlayırdı. Qəribə bu idi ki, mən onu kənardan görürdüm. Lakin onun ağarmış saçlarımı sığallamasını və üzümə düşən göz yaşlarını hiss etmirdim. Əvvəl elə bildim, yuxu görürəm. Qışqırdım, amma səsimi özüm də eşitmədim. Yenə qışqırdım, yenə də eyni şey. Təəccüb məni bürümüşdü.

Davamına bax

Haqqında yazılanlar

“OdƏrlər” – tarixdən gələcəyə səsləniş

Şəmil Sadiq əksər filoloqlar kimi hələ tələbəlik illərindən bədii yaradıcılıqla məşğul olmuş, şeirlər yazmaqla yoldaşları arasında seçilmişdir. O, 1996-cı ildən üzü bəri yaradıcılığını püxtələşdirir, durmadan üzərində çalışırdı. 2006-cı ildə o, mənə “Qana qan qarışdı” kitabını korrektə üçün təqdim edəndə anladım ki, bədii yaradıcılıq Şəmil üçün əyləncə, rahatlıq, özünü ifadə, digərlərindən fərqlənmək üçün vasitə deyil, ciddi bir fəaliyyət sahəsidir.

Davamına bax

Hekayə

Qazinin ayağı

Senet.az f.ü.f.d.,dos. Şəmil Sadiqin “Aydın Yol” qəzetində çap olunmuş “Qazinin ayağı” hekayəsini təqdim edir.

Davamına bax