Aylıq arxivlər

Noyabr 2017

Köşə

Onlar və bunlar

Onlar çoxdan var idi. Onlar elə bilirdilər ki, onlardan başqa heç kim yoxdur və olmayacaq da. Bir gün bunlar gəldilər. Çox da uzaqdan yox, elə onların yanından. Onların şinelindən çıxan bunlar başladılar onlara daş atmağa, onları tənqid etməyə, onlardan üz döndərməyə. Onlar əvvəllər bunların səslərini civ-civ kimi başa düşüb önəm vermədilər. Kreslolarından, şanlarından, şöhrətlərindən, uğurlarından, titullarından, nüfuzularından elə möhkəm yapışmışdılar və ya asılmışdılar ki, Bunları – dimdiyi sarıları görmürdülər. Davamına bax

Köşə

Qələbəyə ehtiyacı olan xalqım!

Hər dəfə bu ifadəni qəlbimin dərinliyində səssizcə səsləndirirəm: susuzluqdan cadar-cadar olmuş torpaq kimi qələbəyə ehtiyacımız var…

Bir dəfə Qarabağ futbol klubunun qələbəsini görəndə elimizin sevincinə gözlərim martda budağı kəsilmiş ağac kimi yaşarmışdı. Mənim kimi milyonlorla insan buna sevinmişdi… Davamına bax

Köşə

Müəllifinə bənzəyən əsər

Siz heç tanıdığınız, amma şəxsiyyət olaraq bəyənmədiyiniz bir yazarın əsərini oxumağa cəhd etmisinizmi?
Üz əzələlərinizin istənilən hərəkəti sizin də bu məcburiyyət qarşısında qaldığınızı ifadə edir. Davamına bax

Köşə

Ədəbiyyatın Onları və Bunları və ya bir bezin qırağı

Onlar çoxdan var idilər. Və elə bilirdilər ki, onlardan başqa heç kim yoxdur, heç vaxt olmayacaq da. Amma bir gün Bunlar gəldilər. Çox uzaqdan yox, elə Onların öz yanından, düzünə qalsa, “şinellərinin altından”… Amma eyni şineldən çıxmalarına baxmayaraq, çox keçmədi ki, başladılar Onlara daş atmağa, tənqid etməyə, hətta məqamı gəldikdə üz döndərməyə.

Davamına bax

Köşə

Yaradanamı inanaq, Allahamı?

İnsan gərək o qədər axmaq olsun ki, bir insanın fətvasına gedəcək duruma düşsün! Elmli insan heç bir zaman kiminsə fətvasını qeyri-insani varlığın çağırışı kimi qəbul edə bilməz. Ona görə qeyri-insani deyirəm ki, hamımız insanıqsa, şüurumuz varsa, ağıllı sözə xub, amma kiminsə sükan olub birini təkər kimi döndərməsi qəbul edilməz və başa düşülməzdir. Lakin qeybdən səs gələrsə, onun qaynağın, yaranma səbəbin, kimə aid olduğunu bilmirik. Ona görə də bilmədiyimizin əsiri ola bilərik, amma bildiyimizin yox.

Davamına bax