Haqqında

Yazıçı, şair, dramaturq, publisist, fil.f.d., dos. Şəmil Sadiq
Şəmil Kamil oğlu Sadıqov
Qurucu Direktor

Hədəf Şirkətlər Qrupunun Qurucu Direktoru Şəmil Sadıqov  1978-ci ildə anadan olmuşdur.

1996-2002 – ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində bakalavr və magistr pillələrini fərqlənmə diplomu ilə bitirmişdir. Universitetdə oxuduğu müddətdə fakültə THİK-nin sədri olmuşdur.

2003-2006-cı illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun əyani aspirantı olmuş, 2007-ci ilin may ayında “Hüseyn Cavid yaradıcılığında qəhramanlıq konsepsiyası” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

Əmək fəaliyyətinə 2001-ci ildən Yasamal rayonundakı 20№ li məktəb-liseydə müəllim kimi başlamış, 2008-2014-cü illərdə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda dosent vəzifəsində, 2014-cü ildə isə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda direktor müavini vəzifəsində çalışmışdır.

2006-2007-ci illərdə AR Təhsil Nazirliyinin Qiymətləndirmə şöbəsinin “Azərbaycan dili üzrə Kurikulum layihəsi”ndə milli məsləhətçi kimi fəaliyyət göstərmişdir.

2008-ci ildə şəxsi təşəbbüsü və səyi ilə “Hədəf Kursları” MMC-ni, 2009-cu ildə isə “Hədəf Nəşrləri” MMC-ni təsis etmişdir.

2010-cu ildə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda “İlin ən yaxşı müəllimi seçilmişdir.

50-yə yaxın elmi-metodik, 10 bədii kitabın, 100-ə qədər elmi məqalənin müəllifi və ya həmmüəllifi, onlarla kitabın redaktoru və ya rəyçisidir.

2010-cu ildə Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə Fənlərin Dostluğu Olimpiadasını, 2014-cü ildə “Anamın kitabı” ədəbi mükafatını təsis etmişdir.

2018-ci il tarixində “Hədəf Liseyi” MMC təsis etmişdir.

2020-ci ildə  “İnsan mühəndisi” adlı yeni kitabı elmi-kütləvi janrda qələmə alınıb.

“OdƏrlər” tarixi-fəlsəfi romanı “2023” yayın evi tərəfindən 2014-cü ildə Türkiyə Cümhuriyyəti İstanbul şəhərində Türkiyə türkcəsində cap edilmişdir.

2021-ci il 18 yanvar tarixində “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB)-in İdarə Heyətinin sədri seçilmişdir. Hazırda bu assosiasiyanın 28 üzvü var.

“Oxu Günü” layihəsinin təsisçisi və ilk təşəbbüskarıdır: 2015-ci ildə Hədəf Şirkətlər Qrupu tərəfindən təşkil edilən bu tədbir sonrakı illərdə Heydər Əliyev Mərkəzi, Bakı Şəhər İcra Hakimiyyəti və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilməyə başlayıb (Təhsil nazirinin 4 mart 2019-cu il qərarı ilə “Oxu günü” hər il 23 aprel tarixində bütün ölkədə təşkil olunur). Azərbaycan Nəşriyyatları Forumunun ideya müəllifi və layihə rəhbəridir.

Müxtəlif layihələrin təşkilində Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondu, BP Azərbaycan Şirkəti, Azərbaycan Beynəlxalq Bankı və s. ilə əməkdaşlıq edib.

2021-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən “Nizami Gəncəvinin 880 illiyi”nə həsr edilmiş xatirə nişanı ilə təltif edilmişdir.

2021-ci il 3 noyabr tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə HƏDƏF Şirkətlər Qrupunun qurucu direktoru filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə “Tərəqqi” MEDALI ilə təltif edilib.

2022-ci ildə Şəmil Sadiqin baş redaktoru olduğu “USTAD” dərgisi çap edilmişdir.

Fənlərin Dostluğu Olimpiadası (FDO), Hədəfdə STEAM, Təhsil Menecerləri Forumu (TMF), Türk İnteqrasiya Olimpiadası,  Future of Learning, Elm Faydalılıq və Mühəndislik Festivalı, Təlimdən Bacarığa forumu, Qoşqar-Riyaziyyat və Məntiq Yarışı, Azərbaycan Naşirlərinin Forumu, və Həmürək Xeyriyyə Yarmarkası və s. layihələrinin ideya müəllifidir.

Şəmil Sadiq Şarja, İstanbul, Frankfurt, Türküstan, TÜYAP kitab sərgilərində və Ankarada keçirilən “Türk Dünyası Nəşriyyat Konqresin” də iştirak etmişdir.

2025-ci il 8 oktyabr tarixində Qazaxıstanın Almatı şəhərində yerləşən “Turan” Universitetində Turan Akademiyasının təntənəli təsis konfransı keçirilmişdir. Həmin konfransda Turan Akademiyasının Qurucu üzvü seçilmişdir.

2025-ci il 2 dekabr tarixində Türk dünyası mədəniyyəti və incəsənətinə verdiyi töhfələrə görə “TÜRKSOY”medalı ilə təltif edilib.

2025-ci 5 dekabr tarixində Azərbaycanda  Turan Balabilgə Akademiyası təsis edilmişdir.

Hal-hazırda Hədəf Şirkətlər Qrupunun lisey olaraq 6 kurs olaraq 10 filialı  fəaliyyət göstərir.

Ailəlidir, iki oğlu, iki qızı var.

shamilsadiq@hedefgroup.az


Writer, Poet, Playwright, Publicist, PhD in Philology, Associate Professor

Shamil Sadiq Shamil Kamil oglu Sadigov

Founder and Director

Shamil Sadigov, Founder and Director of Hadaf Companies Group, was born in 1978.

Between 1996 and 2002, he graduated with distinction from both the Bachelor’s and Master’s degree programmes at the Faculty of Philology of Baku State University. During his university years, he served as Chairman of the Faculty Trade Union Committee.

From 2003 to 2006, he was a full-time postgraduate student at the Nizami Institute of Literature of the Azerbaijan National Academy of Sciences (ANAS). In May 2007, he defended his PhD dissertation entitled “The Concept of Heroism in the Works of Huseyn Javid” and was awarded the academic degree of Doctor of Philosophy in Philology.

He began his professional career in 2001 as a teacher at Secondary School-Lyceum No. 20 in Yasamal District. From 2008 to 2014, he worked as an Associate Professor at the Baku Institute for Advanced Training and Retraining of Pedagogical Personnel. In 2014, he served as Deputy Director of the Nizami Institute of Literature of ANAS.

In 2006–2007, he worked as a national consultant on the “Azerbaijani Language Curriculum Project” within the Assessment Department of the Ministry of Education of the Republic of Azerbaijan.

In 2008, through his personal initiative and efforts, he founded “Hadaf Courses” LLC, and in 2009, he established “Hadaf Publishing” LLC.

In 2010, he was named “Teacher of the Year” at the Baku Institute for Advanced Training and Retraining of Pedagogical Personnel.

He is the author or co-author of nearly 50 scientific and methodological works, 10 literary books, and approximately 100 academic articles. He has also served as an editor or reviewer of dozens of books.

In 2010, on the occasion of the World Azerbaijanis Solidarity Day, he founded the Friendship of Subjects Olympiad, and in 2014, he established the “Anamın Kitabı” Literary Award.

In 2018, he founded “Hadaf Lyceum” LLC.

In 2020, his new book entitled “The Engineer of Humanity” was written in the popular science genre.

His historical-philosophical novel “OdƏrlər” was published in Turkish in Istanbul, Republic of Türkiye, in 2014 by “2023” Publishing House.

On 18 January 2021, he was elected Chairman of the Board of the Azerbaijan Publishers Association Public Union (ANAİB). The association currently has 28 members.

He is the founder and initiator of the “Reading Day” project. First organized by Hadaf Companies Group in 2015, the event began to be held in subsequent years jointly with the Heydar Aliyev Center, Baku City Executive Authority, and the Ministry of Science and Education. (By the decision of the Minister of Education dated 4 March 2019, “Reading Day” has been organized throughout the country every year on 23 April.) He is also the originator and project manager of the Azerbaijan Publishers Forum.

He has collaborated on the organization of various projects with the Azerbaijan National Academy of Sciences, the Ministry of Culture of the Republic of Azerbaijan, the Heydar Aliyev Center, the Ministry of Science and Education, the Education Development Fund, BP Azerbaijan, the International Bank of Azerbaijan, and other institutions.

In 2021, he was awarded a commemorative medal by the Ministry of Culture of the Republic of Azerbaijan dedicated to the 880th anniversary of Nizami Ganjavi.

On 3 November 2021, by a decree of the President of the Republic of Azerbaijan, Shamil Sadig, Founder and Director of HADAФ Companies Group and Doctor of Philosophy in Philology, was awarded the “Progress” Medal for his services to the development of education in Azerbaijan.

In 2022, the “USTAD” magazine, of which Shamil Sadig was the editor-in-chief, was published.

He is the originator of the following projects: the Friendship of Subjects Olympiad (FDO), STEAM at Hadaf, the Education Managers Forum (TMF), the Turkish Integration Olympiad, Future of Learning, the Science, Utility and Engineering Festival, the From Training to Skills Forum, the “Qoshqar” Mathematics and Logic Competition, the Azerbaijan Publishers Forum, the “Hamürek” Charity Fair, and others.

Shamil Sadig has participated in book fairs in Sharjah, Istanbul, Frankfurt, Turkistan, and TÜYAP, as well as in the “Turkic World Publishers Congress” held in Ankara.

On 8 October 2025, the inaugural conference of the Turan Academy was held at Turan University in Almaty, Kazakhstan. At this conference, he was elected a Founding Member of the Turan Academy.

On 2 December 2025, he was awarded the “TÜRKSOY” Medal for his contributions to the culture and art of the Turkic world.

On 5 December 2025, the Turan Balabilgə Academy was established in Azerbaijan.

Currently, Hadaf Companies Group operates 6 lyceums and 12 branches of its courses.

He is married and has two sons and two daughters.