Elmi-pedaqoji
Bəşəriyyət yaradılandan və özünü dərk yolunu tutandan bu günə bir çox elmlərin tədqiqat obyekti insan və onun yaradanı olmuşdur. İnsan kimdir, o, niyə yaradılıb? Öldükdən sonra həyat varmı? Tanrı necədir? Hardadır? – kimi suallar intellektual səviyyəsindən asılı olmayaraq, hər bir insanı zaman-zaman düşündürmüşdür.
Təkcə dövrünün yox, məhəlləsinin yox, regionunun yox bəşəriyyətin şair və ya yazıçısı meyarı ilə araşdırsaq, Azərbaycan ədəbiyyatında yetərincə bu cür şəxsiyyətlər görə bilərik. Bu meyara cavab verən ədiblərimizdən Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Məhəmməd Hadi, Hüseyn Cavid, Yüsif Vəzir Çəmənzəminli, Məmməd Səid Ordubadi, İsa Muğanna və s. kimi şair və yazıçılarımızı misal çəkə bilərik. Davamına bax
Azərbaycan ədəbiyyatında roman janrının nüfuzu XX əsrdən başlayaraq artsa da, XXI əsrin əvvələrində bu janr daha da populyaralıq qazanmağa başladı.
İsa Muğanna yaradıcılığının “Ün” poemasındakı poetik təhlili
Tarix: 15/03/2017Bu yaxınlarda xalq şairi Zəlimxan Yaqub mənə zəng etmişdi. “Zəlimxan müəllimdir, danışan” deyəndə bir az təəccübləndim. Çünki telefon zənginə qədər elə bir ciddi münasibətimiz və ya ünsiyyətimiz olmamışdı.
Şeir incə, dərin məzmunlu fikrin gözəl üslubi ifadələrlə vəznli və qafiyəli ifadəsidir. Şeirin mühüm tərkib hissələrindən biri vəzndir. Bəzən qafiyəsiz, o qədər də məzmuna malik olmayan, lakin vəznlə deyilmiş bədii parçaları şeir də olmasa, nəzm adlandırmaq mümkün olur, lakin şeir və ya nəzmin vəzni olmasa, onları nə şeir, nə də nəzm adlandırmaq mümkün deyil. Davamına bax








