İsa Muğannanın “Cəhənnəm” əsəri müstəqillik dövrü ədəbiyyatımızın dəyərli əsərlərindən olduğu qədər ədəbiyyatşünaslığımız baxımından da maraqlı əsərdir. Modernist romana xas olan “keçmişə qarşı indiki zamanın daha üstün tutulması” metodu tam şəkildə əks olunub.
“İdeal” romanından sonra İsa Muğannanın mövzusunun artıq yerdən yox, göylə yerin vəhdətindən alındığını görmək o qədər çətin deyil. Qulu Ağsəsin təbirincə desək, İsa Hüseynovun bütün yazdıqlarının mayası yerdən, torpaqdan götürülüb. Yəqin elə ona görə biz İsa müəllimi sevir və təqdir eləyirik. Çünki biz yer adamlarıyıq, boyumuz torpaqdan olsa-olsa onca qarış yuxarıdı. Muğannaya (özü demiş) bütün yazdırılanların mayası isə göydən, Tanrıdan tutulub. Davamına bax

