Aylıq arxivlər

May 2017

Bölməsiz Səfər qeydləri və xatirələr

Şəkili Odər

İdari işlərin sıx zamanında telefonuma bir zən gəldi… Ad var idi, amma sadəcə “Şəkili Odər” yazmışdım…

Tanıyıram, amma öz adını bilmirəm… Çünki bu adam ildə bir-iki dəfə zəng edər, yeni kitab varmı deyə soruşardı…

Bir İsa Muğanna aşiqidir. “OdƏrlər” romanımı oxuyandan sonra özlüyündə məni İsa Muğannanın varisi hesab edər, Ustada gələn Ünün artıq mənə ötürüldüynə inanır. Düzdür bir neçə nəfər bu mövzuda fikrini bildirən, gəlib görüşənlər olub. Bir dəfə də Lənkəranda iki Odər gəlmişdi. Davamına bax

Haqqında yazılanlar

“Oxu Günü”nün təəssüratı VƏ YA AKADEMİKİN BAŞLADIĞI FİKRİ MƏKTƏBLİ TAMAMLADI

Şəmil SADİQ

Gündüzlər topladığımız işıq enerjisi yaradıcı adamlarda gecələri aydınladır. İdeyalar, arzular üst-üstə adama hücum edir.

Nə yatmağa, nə dincəlməyə imkan verir. İlin çox az günləri var ki, mən şüursuz məxluqlar kimi yata bilirəm. Yerimin içində bir-iki saat fırlanandan, arzularımın reallaşmasını tam xəyal edəndən sonra yatıram ancaq. Bu hisslərlə tanış olanlar çoxdur, hərədə bir cür olsa da, ümumilikdə çox oxşardırlar. Davamına bax