Bölmə baxışı

Səfər qeydləri və xatirələr

Səfər qeydləri və xatirələr Xəbərlər

Azərbaycan repetitorları Sinqapur repetitorlarından zəifdir… Şəmil Sadiq yazır

sinqapur shamil sadiq

Sinqapurdan birinci yazı 

Sinqapura səfərim məhz təhsilyönümlüdür. Bura final mərhələsi Sinqapurda keçirilən SEAMO riyaziyyat olimpiadası üçün gəlmişəm.

OLIMP.jpeg (298 KB)

Əməkdaşlıq etdiyimiz bu olimpiadaya dünyanın 27 ölkəsindən 500-dən çox şagird qatılmışdı. Ölkəmizdən isə 7 nəfər şagird gətirmişdik. İlk dəfə iştirak etdiyimizi nəzərə alsaq, uşaqların sayı, tutduğumuz yerlər normal idi.

SAGI.jpeg (203 KB)

Bürünc medalla çempionları bu gün yola saldım və köməkçimin öncədən planlaşdırdığı görüşlərə başladım. Qarşıdakı dörd günün birinci növbəsini müəyyən edilmiş mütəxəssislərlə müzakirələr aparacaq, məktəbləri gəzəcək, günortadan sonra da imkan olsa, turist olacağam. İlk günüm pis başlamadı. Sinqapur Təhsil Şəbəkəsinin direktoru Maykl Klemmlə görüşdük.

Klemm təhsil şirkətləri ilə görüşümüzü planlayan şirkətin rəhbəridir və çox maraqlı insandır. Maykl əslən almandır.

MAYKL.jpeg (303 KB)

Amma iyirmi ildən çoxdur Asiyada, on beş ildir Sinqapurdadır. Dediyinə görə, Sinqapur kurikulumunun, təhsil menecerliyi sisteminin qurulmasında xidmətləri olub. İlk görüşümüzdə sualım bu oldu ki, niyə Sinqapur və onun təhsili bu qədər populyardır? Axı İngiltərə, Fransa, Almaniya kimi köklü təhsili olan və olduqca uğurlu dövlətlər var. Səbəb nədir? Güldü və dedi ki, indidən sizin fikrinizi qarışdırmayım, gəlin məktəbləri gəzin, sonda mən münasibətimi bildirərəm. İndi desəm, yön verərəm. Cavab aydın idi. Əslinə qalsa, sualın cavabını da təxminən bilirəm. Sanki məqsədim cavabıma təsdiq almaq idi və formalaşmış fikrimə dəstək axtarırdım.

Bir az tanışlıqdan, ordan-burdan söhbətdən sonra Astor Beynəlxalq Məktəbinin qurucusu Elena Holiveylə görüşə yollandıq. Kiçik ibtidai məktəb idi. Məktəbin adı əvvəl Razum imiş. Məktəb Rusiya-Ukrayna söhbətinə görə “Z” hərfinin badına gedib və təcili dəyişiblər. Biznesdir, nə etmək olar. Lazım gələndə milliliyi qurban verməyi bacaran olmasa, ayaq üstə durmaq olmaz.

Gələk məktəbə… Çox sadə, geniş imkanlara malik olmayan özəl məktəbdir. Yəni bildiyiniz yüksək texnologiya və resursla təmin edilmiş məkan deyil. Axı elə bilirik, xaricdə hər şey bizdəkindən yaxşıdır. Elə bu düşüncə ilə yola çıxsaq, xəyallar suya düşmüş olar. Xanım Elena gülərüz olsa da, Allahın bir suyunu belə təqdim etmədi. Onun üçün apardığım suveniri elə hörmətsizcə aldı ki, verdiyimə peşman oldum. Mən də sancmaq üçün guya unutmuş kimi: “Ukraynalı idiniz, ya rus”, – soruşdum. Bir az təəccüblə baxaraq sanki: “Əlbəttə, rus”, – dedi. Mən də öz ürəyimdə tutduğum mənada: “Aydındır”, – dedim. Məktəb və bu qurucu xanımla görüşümüz o qədər ürəyimcə olmadı, açığı. Adam sovet təhsilini görməyib, qurucu olub. Yəni çox gənc idi…

Çox uzatmadan öyrəndiyim bəzi məsələləri bölüşüm:

– Sinqapurluların özəl məktəblərə getməsinə Sinqapur dövləti yaxşı baxmır və buna şərait yaratmır. Beynəlxalq məktəb kurikulumlarını elə dövlət məktəblərində tədris etməyə şərait yaradır. Məsələn, dövlət məktəbləri rahatlıqla Kembric məktəbi kimi fəaliyyət göstərə bilər.

– Sual etdim ki, mən bir valideyn, sizin məktəbi niyə seçim? Dedi ki, bizim siniflərdə iyirmi nəfər şagird olur və… Sonrası o qədər də maraqlı olmadı. Bu mövzu bizim cəmiyyətdə də son vaxtlar müzakirə edilən məsələ idi. Sinqapur dövlət məktəblərində bir sinifdə otuz-qırx şagird ola bilir. Hətta bəzən daha çox. Elə bu fikirdən ağlıma gələn ikinci sual bu oldu: necə olur ki, hər sinfində bu qədər şagirdlə Sinqapur PISA qiymətləndirməsində ön sıralarda olur? Maykl söhbətə müdaxilə etdi:

“Bəli, səhər demək istədiyim elə bu idi, demək istəmədim. O nəticələrin hamısı dərsdən sonrakı hazırlıqların hesabınadır. Məktəbdən sonra ciddi şəkildə repetitor hazırlığı var. Bir səbəb odursa, digəri də valideynlərin təhsilə ciddi önəm verməsidir”. Barmağımı dişlədim. Sirr açıldı. Deməli, təhsilimizin Sinqapur təhsilinə uduzmasının əsas səbəbi repetitorlarımızın nəticəsidir…

TELIME.jpeg (232 KB)

– “Müəllimlərin performansını necə qiymətləndirirsiniz, il sonunda onların vəzifələrindəki, maaşlarındakı irəliləyişi necə müəyyənləşdirirsiniz?” – sualıma çox sadə cavab aldım: “Müəllim ilin əvvəlində edəcəyi işlərlə bağlı hədəflərini yazır və bizə təqdim edir. Qəbul ediriksə, onun hədəflərinə çatıb-çatmadığını müşahidə edir, beləcə, qiymətləndiririk”. Əslində, bu, Sinqapur modeli deyil, məncə. Amma təcrübə olsun deyə qeyd edirəm. Məncə, çox maraqlı yanaşmadır.

– “Müəllimin dərs yükü necə olur?” – sualıma da qeyri-adi cavab almadım. Dedi ki, iş saatı 08:00-dan 16:00-a qədərdir. O saatlarda nə qədər istəsək, dərs verə bilirik. Düşündüm ki, ya Elena xanım MDB təfəkkürünü bura gətirib, ya da elə belə olmalıdır…

– Məktəbdə oxuyan bütün şagirdlər başqa-başqa millətlərdən, dövlətlərdəndir. Elə müəllimlər də. Maraqlı idi ki, burada sinfi necə idarə edirlər. Hər millətin özünəməxsus kültürü, dünyagörüşü, mətbəxi var. Biz müxtəlif ailələrdən gələn uşaqların adaptasiyasında əziyyət çəkirik. Bunlar necə edir ilahi?! Xanım eləcə məni anladı. Çox çətin olduğunu dedi: “Düşünün, hindli inək yemir, müsəlman donuz, xristian isə hər ikisini”. Nə qədər mənalı cavabdır, ilahi… Fikrə daldım, gecənin yuxusuzluğu da bir az təsir edirdi… Qəfil: “Başqa sualınız varmı”, – dedi. Dedim: “Bir stəkan su olsa, yaxşı olar”, – haradansa birtəhər tapıb adama bir taran su içdik.

– Dərslikdən istifadə etmirlər, hər şey məktəbdə tədris edilir, ev tapşırığı yoxdur. Demək olar ki, daha çox uşaqların oynamasına, idmanla məşğul olmasına, dərnəklərə getməsinə üstünlük verirlər. Dərslər 13:00-a qədər təxminən iyirmi min manat, birdən sonra qalanlara isə iyirmi beş min manatdır. 8:30-da başlayan dərsin ilk otuz dəqiqəsi siniflərdə idmanla, oyunlarla, onun dili ilə desək, tullanıb-düşməklə başlayır. Açığı, səhər-səhər bu tullanıb-düşmək söhbəti xoşuma gəldi. Bəlkə də, tətbiq edərik.

REPİ.jpeg (235 KB)

Sağollaşıb-ayrıldıq və Mayklla sabahın planını qurmaq üçün bir çay içdik. Adam heç cəhd də eləmədi ki, çayı özü alsın. Bunu yaza-yaza düşünürəm ki, bizimki də qarındır. İncidiyim məsələlərə bax, sən Allah; çay almadı, çay təqdim etmədilər. Sonra da gileylənirəm ki, bizim valideynlər il ərzində on şikayət etsələr, onun doqquzu yeməklə bağlıdır, təhsillə yox. Deməli, harada və hansı səviyyədə olursan ol, milli təfəkkür səninlədir, mental dəyərin sənin çiynindədir.

İlk təəssürat olaraq deyim ki, yerli camaat çox gülərüz, mehriban, səmimidir. Vay gəlmələrin halına.

Günortadan sonra Sinqapur Elm Mərkəzinə getdik. Səhərki qarşılanmadan sonra hədiyyə götürmədim və yenə peşman oldum. Elm Mərkəzinin direktoru bizi qarşılayıb elə şirin-şirin: “Mister Şamil”, – deyirdi ki, əliboş getdiyimə utandım. Heyəti ilə qarşıladı. Kiçik bir görüş etdik, sonra mərkəzi özü gəzdirdi. Gün maraqlı keçdi. Hazırda burada saat 03:34-dür. Dedim, qeydlərimi yazım ki, sabahla qarışmasın, ola bilsin ki, sonrakı yazılarda buradakılarla üst-üstə düşməyən fikirlər oldu. Əmin olun, günahkarı mən deyiləm, Elena xanımdır…

Şəmil Sadiq
Sinqapur, Aşngri-la

Səfər qeydləri və xatirələr Video

Şəmil Sadiq “Çöldə” uğur sirrini açdı

shamil sadiq colcu
“Çöldə Yaşam Öyüdləri” verilişində bu dəfə öz uğur açarını paylaşan yazıçı, pedoqoq və iş adamı Şəmil Sadiq olub.
BakuPost xəbər verir ki, verilişin yaradıcı və aparıcısı Eltən Qədimbəylinin bir-birindən maraqlı və düşündürücü sullarına dilçi yazarın da maraqlı cavabları olub. Başarılı iş adamı olmağın sirrini açıqlayan Şəmil Sadiqin qəhrəmanlarının kim olduğu da “Çöldə Yaşam Öyüdləri”ndə bəlli olur. Öz uğur açarını paylaşmaqla yanaşı, o, verilişdən gənclərə səslənir. Onun gənclərə səslənişi və öyüdləri verilişi bütün yaş quruplarından olan izləyicilər üçün maraqlı edir. Bütün bunlardan başqa verilişin daimi izləyiciləri üçün verilişin qonağının ərmağanla gəldiyini görmək bir yenilik olacaq.
“Çöldə Yaşam Öyüdləri” verilişinin bu dəfəki buraxılışının bir az debat, bir az diskusiya şəklində olması, verilişin aparıcısının səsləndirdiyi fikirləri də izləyicilər üçün maraqlı edir.
Köşə Səfər qeydləri və xatirələr

Ananı baladan ayıran bayram

Dünən səhər oyanan kimi öz könül saflığı ilə oruc tutan anama zəng etdim. Anam qatı dindar olmasa da, yaylığını bağlayar, yaşmağını tutar, yas mərasimlərinə gedəndə lap çadrasını da örtər. Amma bu çadranın hicabdan fərqi onun artıq min illərdir özümüzünküləşməsidir. Hicab yox, örpəkdir. O, sadəliyi ilə dinə inanar. Uşaqlığımdan görmüşəm ki, sağlamlığı imkan vermədiyindən həmişə oruc tutmağa cəhd etsə də, baş ağrılarından dözə bilmədiyi üçün bir-iki günlə bu sevdasına son qoymuşdu. Amma son vaxtlar müalicədən sonra, deyəsən, bacarır. Hə, Anama zəng etmişdim axı. Davamına bax

Səfər qeydləri və xatirələr

Koreya və türk xalqlarının bağları – Şəmil Sadiqin Seul konfransında çıxışı

F.ü.f.d., dos. Şəmil Sadiqin Koreyada Altay Xalqları festifalı çərçivəsində keçirilən Beynəlxalq konfransdakı çıxışını təqdim edirik.

Biz, adətən, dünyamıza yerdən baxmağa çalışırıq və bu zaman Yer gözümüzün görə bilmədiyi qədər böyük görünür. Amma quş baxışı ilə yeri seyr edəndə o qədər də böyük olmadığının, yerdə yaşayanların hamısının vahid vətəni olduğu qərarına çox asan gələ bilirik… Davamına bax

Səfər qeydləri və xatirələr

Həyatımı dəyişən kitab

Adətən, insanların həyatını oxuduqları kitab dəyişdirir, mənimsə bəxtimə yazdığım kitab düşdü.

Nizami adına Ədəbiyyat İnstitutunda aspirant idim. Həm 20 nömrəli məktəbdə, həm kurslarda dərs deyir, repetitorluqla məşğul olurdum. Yeni dərsliklər nəşr edildiyindən o vaxt şagirdlərin istifadə etdiyi akademik Möhsün Nağısoylunun Ədəbiyyat vəsaiti artıq fünksiyasını itirmişdi. Dərslikləri özündə əks etdirən yeni bir ədəbiyyat vəsaitinə ehtiyac var idi. Şagirdlərimə vərəq-vərəq yazıb verdiyim hissələr maraqla qarşılanırdı. Elə ideya da ordan gəlmişdi. Yay ayları ən münbit vaxt idi. Oturdum və yazdım. Davamına bax

Bölməsiz Səfər qeydləri və xatirələr

Şəkili Odər

İdari işlərin sıx zamanında telefonuma bir zən gəldi… Ad var idi, amma sadəcə “Şəkili Odər” yazmışdım…

Tanıyıram, amma öz adını bilmirəm… Çünki bu adam ildə bir-iki dəfə zəng edər, yeni kitab varmı deyə soruşardı…

Bir İsa Muğanna aşiqidir. “OdƏrlər” romanımı oxuyandan sonra özlüyündə məni İsa Muğannanın varisi hesab edər, Ustada gələn Ünün artıq mənə ötürüldüynə inanır. Düzdür bir neçə nəfər bu mövzuda fikrini bildirən, gəlib görüşənlər olub. Bir dəfə də Lənkəranda iki Odər gəlmişdi. Davamına bax

Səfər qeydləri və xatirələr

Kiprdə yaşayan azərbaycanlı qızıl Nazim

İnsan qəribə məxluqdur. Necə ki canının qədrini bilmir, elecə də əzizlərinin. Bəlkə də, bilir göstərə bilmir, ya göstərməyə ehtiyac duymur. Görüldüyünü zənn edir bəlkə də… Bəlkə də bütün bu fikirlər bir təsəllidir. Amma əsas odur ki, bunu özü dərk edir. Dərk edir ki, dəyərlilərin qədrini layiqincə bilmir. Bu dərk prosesi varsa, demək, vicdan hələ də səninlədir. Amma vicdana güvənib bu hissi göstərməyə tələsmirsənsə, bir gün gec ola bilər. Davamına bax

Səfər qeydləri və xatirələr

Hun Qurultayindan reportaj

Bu yaxınlarda Macarıstanda Turan Qurultayi keçirilib. Qurultaya Azərbaycan nümayəndələri də qatılıb. İştirakçılardan biri – AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, fəlsəfə doktoru, dosent Şəmil Sadiq tədbirlə bağlı təəssüratlarını Axar.az üçün yazıb.

Davamına bax

Səfər qeydləri və xatirələr

Xocalı faciəsinin təbliğatı düzgün aparılmır

Bir neçə il öncə “Sən türk kişisisən” adlı məqaləmdə indi yazacağım mövzuya toxunmuşdum.

Bəzilərimizin Qanlı, bəzilərimizin isə Şanlı adlandırdığımız 20 Yanvar faciəsinin növbəti ildönümünü milli birlik nümayiş etdirərək başucalığı ilə yola saldıq, qarşıdan isə Xocalı soyqırımı yaxınlaşır. Amma bu faciələrə tədrisimizdə və ədəbi nümunələrimizdəki ürəkaçmayan münasibəti gördüyüm və narahat olduğum üçün yenidən toxunmağı nəzərə aldım.

Davamına bax

Səfər qeydləri və xatirələr

Xəfiyyə ustası Müşfiq XANA açıq məktub

Ümidlərin gözü ilə…
Yaxınlarda Azərbaycan Yazıçılar Birliyində Müşfiq XANla birgə qələmə aldığımız “Ümidlərin izi ilə” romanının müzakirəsi keçirilib. AYB-nin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhminin təşkilatçılığı və moderatorluğu ilə baş tutan tədbirdə tənqidçi f.ü.f.d.Nərgiz Cabbarlı, kitabın redaktorları Elxan Nəcəfov, f.ü.f.d.Arif Əsədov və şairə Nuranə Nur da iştirak ediblər. Davamına bax

Səfər qeydləri və xatirələr

Cail müəllim

Yasamal rayonundakı 20 nömrəli məktəbin yanından keçirdim bu günlərdə. Qəfil bir hiss yaxaladı məni. Məktəbin keçmiş direktoru rəhmətlik Talıb Şərifov götürmüşdü işə.
– Cavan oğlan, bilirsən, məktəbdə maaş azdı, özün də deyirsən, yeni evlənmişəm. Mən sənə maksimum 10 saat dərs verə biləcəm. Bununla dolana biləcəksənmi? − demişdi ilk görüşümüzdə. Davamına bax

Səfər qeydləri və xatirələr

Türkmənistan xatirələri

Yazının birinci hissəsi

Dünyanın bu qarışıq zamanında hər şeydən uzaq bitərəf bir ölkə var, adı da Türkmənistandır. Bu ölkənin xalqı firavan və rahat güzaran keçirir. Xalqın nə İŞİD deyilən zaddan xəbərləri vardı, nə də Məkkədəki hadisələrdən. Onların tək qayğısı səhər öz işlərinə gedib, axşam qayıtmaları və həmişə sevimli prezidentlərini göstərən televizorlarına baxmaq idi.

Davamına bax