Bölmə baxışı

Pedaqoji

Elmi-pedaqoji Pedaqoji

Operativ dil mərkəzinə ehtiyac var

On ildən çoxdur ki, ixtisasım üzrə Azərbaycan dili və ədəbiyyat fənnini tədris edirəm. Şagirdlərimlə də, tələbələrimlə də, cəmiyyətin müxtəlif peşə sahibləri ilə də söhbətlərimizdə dilimizlə bağlı qarşımıza çoxlu sayda problemlər çıxır. Əvvəllər bunun yalnız dilçilik elmində olduğunu düşündüyüm üçün “elm mübahisələri sevər, müxtəlif yanaşmalar ola bilər”,– deyib şagirdlərimizi, Azərbaycan dili müəllimi olduğumuz üçün ən müxtəlif dil problemini bizdən soruşanları birtəhər, öz anladığımız qədərincə cavablandırırdıq.

Davamına bax

Elmi-pedaqoji Pedaqoji

Dil xalqındır, o sərbəst olmalıdır, qoyulan qayda həzm edilmirsə…

Azərbaycan dili ilə bağlı ölkə rəhbərliyinin müxtəlif zamanlarda fərmanlarının olmasına baxmayaraq, Azərbaycan dilinin inkişafını təmin edən ən ali qurum olan Azərbaycan MEA Nəsimi adına Dilçilik İnstitutu dilin inkişafını nəinki təmin edə, heç izləyə də bilmir. Dilin inkişafını öz arxasınca aparmalı olduğu halda, dildən dəfələrlə geridə qalır desək yanılmarıq.

Davamına bax