Bölmə baxışı

Xəbərlər

Xəbərlər

“Kserokopya” sözünü Azərbaycan dilindən çıxarmaq üçün 10 il vaxt lazımdır”

 

27 oktyabr tarixində Azərbaycan Turizm və Menecment Universitetində Ədəbiyyat dərnəyi və TGT-nin təşkilatçılığı ilə Hüseyn Cavidin 135 illiyinə həsr olunmuş dəyirmi masa ətrafında toplantı keçirildi. Tədbiri ali təhsil müəssisəsinin rektoru cənab İlham Mədətov açıq elan edərək Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını tədbir iştirakçılarının diqqətinə çatdırdı. Davamına bax

Xəbərlər

“Açıq kitabxana” layihəsinin elektron xidmətlərinin təqdimatı keçirildi

3 May 2017-ci il tarixində Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Milli Kitabxanasının birgə layihəsi əsasında yaradılan “Açıq kitabxana” layihəsinin elektron xidmətlərinin təqdimatı keçirildi. 2016-cı ildən kitabsevərlərin ixtiyarına verilən yeni guşə Milli Kitabxananın Rəşid Behbudov küçəsinə baxan hissəsində olan bağçasında fəaliyyət göstərir. Davamına bax

Xəbərlər

“Hədəf Nəşrləri” “Açıq kitabxana”nın elektron xidmətlərinin təqdimatında iştirak edəcək

 

May ayının 3-də, saat 14:00-da Milli Kitabxananın nəzdində fəaliyyət göstərən “Açıq kitabxana”nın elektron xidmətlərinin təqdimatı keçiriləcək. Təqdimat müddətində müəlliflərlə “imzalı görüşlər” də təşkil olunacaq. Həmin gün eyni zamanda Bakı Şopinq Festivalı (Baku Shopping Festival) çərçivəsində kitab satışı da təşkil ediləcək. Davamına bax

Xəbərlər

“Anamın Kitabı” Ədəbi Mükafatı pyes müsabiqəsinin qalibləri məlum oldu

Filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiqin ideyası və təşəbbüsü ilə Hədəf Nəşrlərinin təsis etdiyi, “Kitabevim.Az” və Dövlət Gənc Tamaşaçılar Teatrının təşkilatçılığı ilə həyata keçirilən “Anamın Kitabı” pyes müsabiqəsi layihəsində Münsiflər Heyəti öz işini başa çatdırdı. Layihənin rəhbəri yazıçı Müşfiq XANın bildirdiyinə görə, səsvermə iyulun 20-də onlayn səsvermə ilə yekunlaşdı. Azərbaycanda milli ədəbiyyatın və teatrın inkişafına dəstək məqsədi ilə təsis olunan “Anamın Kitabı” Ədəbi Mükafatı builki pyes müsabiqəsinə fevral ayının 21-də start verilmişdi.

Davamına bax