Mart 2017
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görülən işlərlə maraqlanmaq, yeni sədr təyinatından sonra baş verən dəyişiklikləri ictimaiyyətə çatdırmaq üçün institutun direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq ilə əlaqə saxlayıb, oraya yollandıq.
Bir neçə il öncə “Sən türk kişisisən” adlı məqaləmdə indi yazacağım mövzuya toxunmuşdum.
Bəzilərimizin Qanlı, bəzilərimizin isə Şanlı adlandırdığımız 20 Yanvar faciəsinin növbəti ildönümünü milli birlik nümayiş etdirərək başucalığı ilə yola saldıq, qarşıdan isə Xocalı soyqırımı yaxınlaşır. Amma bu faciələrə tədrisimizdə və ədəbi nümunələrimizdəki ürəkaçmayan münasibəti gördüyüm və narahat olduğum üçün yenidən toxunmağı nəzərə aldım.
Ümidlərin gözü ilə…
Yaxınlarda Azərbaycan Yazıçılar Birliyində Müşfiq XANla birgə qələmə aldığımız “Ümidlərin izi ilə” romanının müzakirəsi keçirilib. AYB-nin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhminin təşkilatçılığı və moderatorluğu ilə baş tutan tədbirdə tənqidçi f.ü.f.d.Nərgiz Cabbarlı, kitabın redaktorları Elxan Nəcəfov, f.ü.f.d.Arif Əsədov və şairə Nuranə Nur da iştirak ediblər. Davamına bax
Yasamal rayonundakı 20 nömrəli məktəbin yanından keçirdim bu günlərdə. Qəfil bir hiss yaxaladı məni. Məktəbin keçmiş direktoru rəhmətlik Talıb Şərifov götürmüşdü işə.
– Cavan oğlan, bilirsən, məktəbdə maaş azdı, özün də deyirsən, yeni evlənmişəm. Mən sənə maksimum 10 saat dərs verə biləcəm. Bununla dolana biləcəksənmi? − demişdi ilk görüşümüzdə. Davamına bax
F.ü.f.d.dos. Şəmil Sadiq İzmir Ege Universitetində “Postmodern Azərbaycan romanı” mövzusunda məruzə ilə çıxış edib.
Tarix: 22/03/2017O, məruzəsində son 25 ildə Azərbaycan romanının durumu haqqında danışaraq, postmodernizmin inkişaf meyllərindən bəhs edib. İki saatdan çox davam edən görüş tələbələrin xüsusi marağına səbəb olub.
Yazının birinci hissəsi
Dünyanın bu qarışıq zamanında hər şeydən uzaq bitərəf bir ölkə var, adı da Türkmənistandır. Bu ölkənin xalqı firavan və rahat güzaran keçirir. Xalqın nə İŞİD deyilən zaddan xəbərləri vardı, nə də Məkkədəki hadisələrdən. Onların tək qayğısı səhər öz işlərinə gedib, axşam qayıtmaları və həmişə sevimli prezidentlərini göstərən televizorlarına baxmaq idi.
Qazaxıstan Sənət Akademiyası Şəmil Sadiqi milli geyimlə mukafatlandırıb
Tarix: 20/03/2017“Hədəf” Nəşrlərinin rəhbəri, tanınmış yazıçı, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiqə Qazaxıstan Sənət Akademiyası tərəfindən “Xan Çapanı” milli geyimi təqdim olunub.
Filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiqin ideyası və təşəbbüsü ilə Hədəf Nəşrlərinin təsis etdiyi, “Kitabevim.Az” və Dövlət Gənc Tamaşaçılar Teatrının təşkilatçılığı ilə həyata keçirilən “Anamın Kitabı” pyes müsabiqəsi layihəsində Münsiflər Heyəti öz işini başa çatdırdı. Layihənin rəhbəri yazıçı Müşfiq XANın bildirdiyinə görə, səsvermə iyulun 20-də onlayn səsvermə ilə yekunlaşdı. Azərbaycanda milli ədəbiyyatın və teatrın inkişafına dəstək məqsədi ilə təsis olunan “Anamın Kitabı” Ədəbi Mükafatı builki pyes müsabiqəsinə fevral ayının 21-də start verilmişdi.
Qoz-fındığı almağa pul çatmayır,
Fəhlə yazıq axşamları yatmayır,
Kişmiş nədir, heç mövücü tapmayır,
Dərdləri çox, bəndə necə ölməyə? !
Bayram da vaxt tapdı durub gəlməyə.
Vallahi məni şubhə yeyir xeyli zamandır,
Bir kimsəyə lazımdımı məktəb kimi andır?
Həm tədrisi, həm tərbiyəsi xalqa ziyandır,
Mən söyləməsəm də, hamıya hamsı əyandır.
Məktəb dediyin millət üçün afəti-candır.
“ƏN” müsahibə rubrikasının bu həftəki qonağı tanınmış yazıçı, “Hədəf” şirkətlər qrupunun baş direktoru, f.ü.f.d Şəmil Sadiqdir…
Tarix: 17/03/2017Özünüzü “ƏN” şəkildə təqdim edin…
-MƏN bir müəlliməm!
Ən çox sevdiyiniz ədəbi cərəyan?
-Realizm
Çağdaş ədəbiyyatımızda ən çox oxunan yazarlar kimdir?
-Aldığım statistikaya görə Çingiz Abdullayev, Elxan Elatlı, Müşfiq XAN.
Senet.az F.ü.f.d.,dos. Şəmil Sadiqin yazıçı Orxan Arasla müsahibəsini təqdim edir
Tarix: 17/03/2017Məmməd Əsəd bəyin arxivindən tapılan bu məqalələr “Əli və Nino”nun əsl müəllifini ortaya çıxarır. Orxan Aras bəylə uzun müddət olmasa da, sağlam bir dostluğumuz var. Mənimlə Orxan bəyi onun və mənim dəyərli elmi rəhbərimiz akademik İsa Həbibəyli tanış etmişdi. İmzasını eşidəndə isə artıq çoxdan tanıdığımı dedim.
O, həmişə tək asqırardı. Elə ucadan və ürəkdən asqırardı ki, elə bil, göy guruldayır, ildirim çaxır, ya da meteoritdən zaddan bir şey qəfildən yerə düşürdü. Hələ onun asqırmağa hazırlığını görəydiniz! Asqırmamışdan öncə sanki daha güclü asqırması üçün hazırlaşardı. Bir-iki dəfə tələsik nəfəs alar, sonra da beyninin burunlarından töküləcək gücdə asqırardı.















