Aylıq arxivlər

Mart 2017

Hekayə

BAYRAĞINIZI GƏTİRİN!

Həmin gün biz qovurmalıq edirdik. Bizim kənddə qovurmalıq xüsusi mərasimdir. Camaat buna avqust ayından etibarən cani-dildən hazır-laşır. Kimi bir quzu, kimi iki quzu, kimi üç quzu, kimi də bir dana bəsləyir ki, oktyabr-noyabr ay-larında kəsib qış üçün qovurmalığını hazırlasın. Adətən, nənəm, əmilərim bizə gələrdilər.

Davamına bax

Hekayə

Səni basdırmasam, ölmərəm

Səhər yuxudan ayılanda 81 yaşlı ərim Əliqulu yastığımın yanında dirsəklənib sakit-sakit ağlayırdı. Qəribə bu idi ki, mən onu kənardan görürdüm. Lakin onun ağarmış saçlarımı sığallamasını və üzümə düşən göz yaşlarını hiss etmirdim. Əvvəl elə bildim, yuxu görürəm. Qışqırdım, amma səsimi özüm də eşitmədim. Yenə qışqırdım, yenə də eyni şey. Təəccüb məni bürümüşdü.

Davamına bax

Hekayə

İngilisin iti

– Qəmbər, gəl görək bə, qardaş! Acından öldük ki.
– Deyəsən, məni yaman çox istəyirsiniz? Hazırlayın, gəldim. Yaman acmışam.
– Pomidor demişdik, aldın?
– Hə, “ruqzakı” açın, üstə qoymuşam, – deyib Qəmbər hamama keçdi.

Davamına bax

Hekayə

Pıllı əmi

Pıllı əmini çoxdan tanıyıram. Uşaqlıqdan elə bilmişəm ki, onun adı elə anadangəlmə bu cürdür. Nəinki mən, hətta bütün kənd camaatı bu cür bilir. Amma həmişə də camaatda bir şübhə vardı bu ada qarşı. Çünki bizim Pıllı əmi kimi tanıdığımız bu saf insan heç vaxt “pıllı” kimi görünmürdü.

Davamına bax

Hekayə

Surpriz qız

– Salam, Həsən müəllim!
– Salam.
– Necəsiniz?
– Kəmşirin!
– :)) Maraqlıdır, niyə bəs kəmşirin?

Davamına bax

Haqqında yazılanlar

İSA MUĞANNA YENİ TƏQDİMATDA

Bu gün cəmiyyətimiz ücün ən ümdə məsələlərdən biri də milli kimlik, milli şüur məsələləridir. Lakin onlar haqda o qədər gəlişigözəl sözlər deyilib ki, artıq bu ideyalar sanki “özündəşey”ə çevrilib və əməli işlə öz bağlılıqlarını faktiki olaraq itirib.

Davamına bax

Haqqında yazılanlar

“Onda özümə yazığım gəldi” – MÜSAHİBƏ

“Haqqın “verilməsinin” tərəfində olsam da, yalnız “alınmaqla” mümkün olduğunu düşünürəm”

Tanıtım: Sadıqov Şəmil Kamil oğlu 1978-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində anadan olmuşdur. Orta təhsili doğma kəndində alan Şəmil Sadiq BDU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. AMEA-nın ədəbiyyat institutunun aspirantı olmuş, Hüseyn Cavid yaradıcılığında qəhrəman konsepsiyası adlı dissertasiya işini müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

Davamına bax

Haqqında yazılanlar

YAZIÇI-VƏTƏNDAŞ

Yazıçı-dramaturq, publisist, Filologiya üzrə Fəlsəfə Doktoru Şəmil Sadiqin “Qana qan qarışdı” (“Hədəf” Nəşrləri – 2013) kitabında toplanan əsərlərin hamısından qırmızı xətt kimi keçən bir ədəbi həqiqət vardır: Oxucuya ötürülən elmi-bədii-informatik enerjinin milli təyinatı bəlli və aydın olmalıdır.

Davamına bax

Haqqında yazılanlar

ŞƏMİL SADİQİN “ODƏRLƏR” ROMANININ MÜZAKİRƏSİ

“Hədəf Oxucu Klubu”nun idarə heyətinin üzvləri Odər Sərdar və Qəhrəman Qəhrəmanlının moderatorluğu ilə Kitabevim.az kitab marketində filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiqin “Odərlər” romanının müzakirəsi keçirilib. Müzakirədə müəllimlər, ziyalı gənclər, oxucularlayanaşı müəllif də iştirak edib.Müəllifin öncədən müzakirədə sadəcə dinləyici kimi iştirak edəcəyini vurğuladı.

Davamına bax

Haqqında yazılanlar

Şəmil Sadiqin “Odərlər” romanına İsa Muğanna prizmasından baxış

Yazıçı Şəmil Sadiqin son dövrlərin ən populyar əsərlərindən olan “Odərlər” romanı haqqında bir neçə söz söyləmək ehtiyacını hiss etdim. Bunun səbəbi yazarın özünün bu əsərini İsa Muğannanın təməl ideyası olan OdƏrliklə əlaqələndirməsidir. Roman haqda olan müzakirələrdə də bu məsələnin tam açılmadığını hiss etdim.

Davamına bax

Haqqında yazılanlar

Xocalı soyqırımına aid dəyərli roman: “Ümidlərin izi ilə”…

Xocalı soyqırımına aid dəyərli roman: “Ümidlərin izi ilə”…

İstedadlı ədəbiyyatşünas və dilçi alim kimi tanıdığımız, kafedramızın ən perspektivli gənc müəllimi kimi böyük ümidlər bəslədiyimiz Şamil Sadıqov eyni zamanda şair, nasir və dramaturq kimi də şöhrətlənmişdir. Onun “Qana qan qarışdı” dramı Naxçıvan Dövlət Dram Teatrında uğurla tamaşaya qoyulmuşdur. Ş.Sadıqov detektiv yazar Müşfiq XANla birlikdə qələmə aldığı “Ümidlərin izi ilə” adlı kriminal-detektiv romanı isə Xocalı soyqırımı zamanı Azərbaycan vətəndaşlarının başına gətirilən müsibətlərin təsvirinə həsr olunmuşdur.

Davamına bax

Haqqında yazılanlar

Şəmil Sadıq və Odərlər

Türkiyədə, kifayət qədər olmasa da, Azərbaycanmusiqisi və şeiri bilinir, amma Azərbaycan romanı vəhekayəçiliyi az bilinməkdədir. Təəssüf ki, türkoxucusu İsa Muğannadan, Fərman Kərimzadədən,İsmayıl Şıxlıdan bixəbərdir. Halbuki Azərbaycanyazıçıları romanları, ssenariləriylə Sovetlər Birliyidönəmində Azərbaycandan kənarda digər ölkələrdədə böyük rəğbətlə oxunur və mükafatlar alırdılar.

Davamına bax

Haqqında yazılanlar

Əbədi Turan sevdası və…“Odərlər” – idealların davamı…

“Komandirim, əgər mən qayıtmasam, oğlum sizə və xalqa əmanətdir!..” – bu sözləri Heydər Kamandarovdan tapşırıq alan kapitan Altay demişdi. Altaya verilən tapşırıq o idi ki, Azərbaycan bayrağı Xankəndinə sancılmalıdır. Bu tapşırığı hazırlayan-lar hər şeyi düşünmüşdülər. Tapşırıq baş tutduğu anı-bir azərbaycanlını öz torpağında, bayrağını göylərə qaldırarkən kameraya çəkməli, lentə alınmış video “youtube”a yerləşdirilməli idi…”

Davamına bax