Dünən səhər oyanan kimi öz könül saflığı ilə oruc tutan anama zəng etdim. Anam qatı dindar olmasa da, yaylığını bağlayar, yaşmağını tutar, yas mərasimlərinə gedəndə lap çadrasını da örtər. Amma bu çadranın hicabdan fərqi onun artıq min illərdir özümüzünküləşməsidir. Hicab yox, örpəkdir. O, sadəliyi ilə dinə inanar. Uşaqlığımdan görmüşəm ki, sağlamlığı imkan vermədiyindən həmişə oruc tutmağa cəhd etsə də, baş ağrılarından dözə bilmədiyi üçün bir-iki günlə bu sevdasına son qoymuşdu. Amma son vaxtlar müalicədən sonra, deyəsən, bacarır. Hə, Anama zəng etmişdim axı. Davamına bax
Bədii yaradıcılıq
Müəllim yoldaşlarımızla həftədə bir dəfə futbol oynayırıq. Həmişə oynadığımız yerdə problemlər olduğu üçün meydançanı dəyişməli olduq. Bunun üçün də mərkəzdə yerləşən məktəblərdən birinin direktoruna bizə həftədə bir dəfə bir saat idman zalında futbol oynamağımız üçün yer ayırmağını xahiş etdim. Yəqin ki, əksərtiyyətimizin son illər təmir olunan, yeni tikilən məktəblərdən xəbəri var. Davamına bax
Bu kitabı ilk dəfə adına və müəllifinə görə almışdım. Çünki universitetdə öz müəllimlərimizdən, alimlərimizdən türkün ən qədim xalq, dünyanın ilk insanı olduğunu çox eşitmişdik. Amma bu ifadə bir az özünəaşiqlik kimi görünürdü. Çünki hər kəs, hər xalq özünü həmişə yüksəkdə tutar və dəyərləndirər. Bu, həqiqət olmasa belə. “Ey dünya insanları, hepiniz türksünüz!” adlı kitabı
Amerika əsilli bir Meksika aliminin yazması təəccüb və maraq doğurmaya bilmir. Davamına bax
Saytın redaktoru yazıb ki, bəy, yeni köşənizin vaxtıdır. Aydındır, – yazdım. Əlimi klaviaturadan çəkər-çəkməz yadıma Əliağa Vahidin “Tutalım əsrimizin həzrəti İsası mənəm, bu soxa-soxda nə möcüzə icad eliyim?” beyti yadıma düşdü. Düzdür, hansı kitabdan oxuduğum yadımda deyil, amma dillərdə əzbər bir beytdir. Bu beyt ona görə yadıma düşdü ki, işlərim çox qarışıqdır. Davamına bax
“Müasir elm ortaya çıxarmışdır ki, insan yalan danışdığı zaman beynin Prefrontal Cortex adlanan ön hissəsinin aktivlik dərəcəsi artır, yəni beynin yalan mexanizminə cavabdeh olan hissəsi məhz alnımızın altında yerləşir. İndi mən desəm ki, Quran bunu 14 əsr əvvəl demişdi, inanmayacaqsınız: “Yox, yox! (bu Cəhl bu yaramaz əməllərinə son qoysun). Əgər son qoymasa, and olsun ki, Biz onu kəkilindən yapışıb (Cəhənnəmə) sürükləyəcəyik. Özü də yalançı kəkilindən.” (Əl-Ləq, 15-16)” Davamına bax
Ustadın gəlişi öncəsindəki qayğılarım
Ağlımız kəsəndən ustadlarımızın haqq toy-düyününün ününü eşidir, biz də kiçik bir mağar qurmağa hazırlaşırıqdıq. Amma ya yaşımız çatmırdı, ya başımız, ya da aşımız. Əslində, yaşı çatanlar müstəqillik dövründən sonra sənət üçün milli məfkürəni yaşadan və formalaşadıran çox işlər gördülər. Amma aşı çatanlar bu yaşı çatanlara o qədər “başı çatmır” dedi ki, onlar yavaş-yavaş aşı çatıb başı çatmayanların əfsununda yaşlarını keçirib getdilər. Davamına bax
Ədəbiyyat və mədəniyyətimizin qarmqarışıq bir durumunda dərgi çıxarmaq arzumuz axır ki, gerçəkliklə görüşdü. Əgər bu görüşdən zövq alan mədəniyyət olarsa, gerçəkliyin övladları arzuların övladları kimi daha böyük, daha yaraşıqlı, daha kamil olarlar. Davamına bax
Onlar çoxdan var idi. Onlar elə bilirdilər ki, onlardan başqa heç kim yoxdur və olmayacaq da. Bir gün bunlar gəldilər. Çox da uzaqdan yox, elə onların yanından. Onların şinelindən çıxan bunlar başladılar onlara daş atmağa, onları tənqid etməyə, onlardan üz döndərməyə. Onlar əvvəllər bunların səslərini civ-civ kimi başa düşüb önəm vermədilər. Kreslolarından, şanlarından, şöhrətlərindən, uğurlarından, titullarından, nüfuzularından elə möhkəm yapışmışdılar və ya asılmışdılar ki, Bunları – dimdiyi sarıları görmürdülər. Davamına bax
Hər dəfə bu ifadəni qəlbimin dərinliyində səssizcə səsləndirirəm: susuzluqdan cadar-cadar olmuş torpaq kimi qələbəyə ehtiyacımız var…
Bir dəfə Qarabağ futbol klubunun qələbəsini görəndə elimizin sevincinə gözlərim martda budağı kəsilmiş ağac kimi yaşarmışdı. Mənim kimi milyonlorla insan buna sevinmişdi… Davamına bax
Siz heç tanıdığınız, amma şəxsiyyət olaraq bəyənmədiyiniz bir yazarın əsərini oxumağa cəhd etmisinizmi?
Üz əzələlərinizin istənilən hərəkəti sizin də bu məcburiyyət qarşısında qaldığınızı ifadə edir. Davamına bax
İnsan gərək o qədər axmaq olsun ki, bir insanın fətvasına gedəcək duruma düşsün! Elmli insan heç bir zaman kiminsə fətvasını qeyri-insani varlığın çağırışı kimi qəbul edə bilməz. Ona görə qeyri-insani deyirəm ki, hamımız insanıqsa, şüurumuz varsa, ağıllı sözə xub, amma kiminsə sükan olub birini təkər kimi döndərməsi qəbul edilməz və başa düşülməzdir. Lakin qeybdən səs gələrsə, onun qaynağın, yaranma səbəbin, kimə aid olduğunu bilmirik. Ona görə də bilmədiyimizin əsiri ola bilərik, amma bildiyimizin yox.
Get, istəyirsən, gəlmədiyin yerə get…
Hara gəldin ki, hara gedəsən?
Axı səni yalnız könlüm gətirdi,
Axı sənin ruhun mənə ətirdi…
Davamına bax
Bir qıyıq göz sevgilin ola,
Sən onun, o sənin dilin bilməyə…
Bircə kəlmə üçün zülm çəkəsən…
Hər şeyə ‘’good’’ deyib, güləsən ancaq,
Əlinlə-qolunla yorub özünü,
Gözlərin dil aça, durasan ancaq…
Bu dəm yadına ‘’Very Good’’ düşə,
Ya da başqa dildəki ‘’Krasivaya’’…
Deyəsən, o gülə, sən zənn edəsən,
Könlünə gedən yolları fəth eyləmisən… Davamına bax















