Layihələr
Şəmil Sadiq Hədəf Liseyi tərəfindən arxa cəbhənin qəhrəmanlarına verilən mukafatlar barədə Mədəniyyət TV SƏHƏR verlişində çıxış edir.
Tarix: 13/01/2021Şəmil Sadiq Hədəf Liseyi tərəfindən arxa cəbhənin qəhrəmanlarına verilən mukafatlar barədə Mədəniyyət TV SƏHƏR verlişində çıxış edir.
Azərbaycan ordusu 44 günlük Vətən Müharibəsində tarixi zəfər çaldı. Biz bu 44 gün ərzində Dövlət və xalq birliyinin təntənəsinin şahidi olduq. Hamımız DƏMİR YUMRUQ ətrafında birləşməyi bacardıq, gücümüzə güc qatdıq və şanlı zəfərə nail olduq. Bu müddətdə ön cəbəhədə canları ilə fədakarlıq edən hərbçilərimizlə yanaşı, arxa cəbhənin də rolu az olmadı. Xalqımız istər mənəvi, istərsə də maddi olaraq Ali Baş Komandanın rəhbərliyi ilə aparılan müharibədə əlindən gələni etdi.
Vətən Müharibəsi başlayan ilk günlərdən dövlətin və ordunun yanında olan Hədəf Şirkətlər Qrupu arxa cəbhənin bir sıra ictimai fəalını “Xarıbülbül” simvolik heykəli ilə təltif edib. Şirkətin rəhbəri Şəmil Sadiqin sözlərinə görə, “Xarıbülbül” simvolik heykəli müharibə vaxtı arxa cəbhədə dəstək çağırışları edib orduya sovqat götürənlər, iş adamları, informasiya cəbhəsində uğurla çalışan jurnalistlər və ictimai fəallara təqdim edilir.
Atv Kitab layihəsinin rəhbəri Səlim Babullaoğlu və Hədəf Şirkətlər qrupunun həmtəsisçisi Şəmil Sadiq arasında əməkdaşlıq memorandumu imzalanıb.Məqsəd kitaba olan marağı artırmaq və yeni kitablar nəşr etməkdir.Tərəflər memorandumun ədəbi mühitimiz üçün əhəmiyyətli iş olacağını və yeni ab -hava gətirəcəyini, ədəbiyyat üçün stimul olacağını qeyd edib.
12 iyun 2017-ci il Hədəf nəşrləri və Qazax Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı ilə böyük yazıçı İsa Muğannanın doğum günü ilə əlaqədar Fəxri Xiyabanında yazıçının məzarı başında anım günü və həmçinin yazıçı Şamil Sadiqin İsa Muğannaya həsr etdiyi “İsa Muğanna yaradıcılığı “İdeal” işığında” adlı monoqrafiyasının təqdimatı keçirildi. Davamına bax
NİZAMNAMƏ
1. Ümumi müddəalar
1.1. “QIZILBAŞ” Beynəlxalq Tarixi Hekayə Müsabiqəsi
Yazıçılar Birliyinin 2017-ci ildən fəaliyyət göstərən Şah İsmayıl Xətai Komissiyası tərəfindən təsis edilmişdir.
1.2. Bu müsabiqənin keçirilməsində məqsəd Şah İsmayıl Xətainin adının, ideologiyasının, sənətinin əbədiləşdirilməsi, gənc qələm sahibləri arasında ədəbiyyata diqqətin artırılması və dövlətçilik ənənələrininə söykənərək Azərbaycan mədəniyyətini, tarixini tanıtmaq, Şah İsmayıla sahib çıxmaqdır. Davamına bax
Azərbaycanda milli ədəbiyyatın inkişafına dəstək məqsədi ilə Hədəf Nəşrlərinin təsis etdiyi “Anamın Kitabı” Ədəbi Mükafatının pyes müsabiqəsi iki ildir ki keçirilir.
Müsabiqənin Təşkilat Komitəsi əsərlərin mətni üçün işarə sayı məhdudiyyətini ləğv etdi
Layihənin ideya müəllifi filologiya elmləri üzrə fəlsəfə doktoru Şəmil Sadiq, müsabiqənin Münsiflər Heyətinin sədri isə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəylidir. Münsiflər Heyətinin digər üzvlərinin adı isə mükafatlandırma zamanı açıqlanacaq.
Layihənin rəhbəri Müşfiq XANın verdiyi məlumata görə bu il ikinci dəfə keçiriləcək müsabiqə fevral-avqust aylarını əhatə edəcək. Mükafatlandırma isə bu ilin sentyabr ayında təşkil olunacaq.
”Anamın Kitabı” Ədəbi Mükafatının pyes müsabiqəsinə əsərlərin qəbulu haqqında
1. Müsabiqəyə yalnız pyes əsərləri qəbul edilir.
2. Əsərlərin mətni üçün işarə və pərdə sayı məhdudiyyəti yoxdur.
3. Müsabiqədə iştirak etmək üçün maksimum yaş həddi – 40 yaşdır.
4. Mövzu seçimi – sərbəst. Ədəbi mükafatın ideya və nizamnaməsi nəzərə alınmalıdır.
5. Əsərlərin qəbulu :
Başlayır: 21 fevral 2015 – Beynəlxalq Ana dili Günü
Bitir: 1 may 2015 (saat 22:00)
6. Ekspertlər Şurası fəaliyyəti
1 may 2015 – 31 may 2015
EŞ-nın seçəcəyi əsərlərin sayına məhdudiyyət yoxdur. Seçilən əsərlər Onlayn səsverməyə çıxarılmaqla yanaşı, Münsiflər Heyətinə təqdim olunur. Onlayn səsvermənin nəticələri MH-nin qiymətləndirməsinə təsir etmir.
7. Münsiflər Heyətinin əsərləri qiymətləndirməsi: 5 iyun 2015 – 5 avqust 2015
8. Onlayn səsvermə: 5 iyun 2015 – 5 avqust 2015 (saat 22:00)
9. Müsabiqəyə yekun vurulması və qaliblərin elan olunması
1 avqust 2015 – Azərbaycan dili və Əlifbası günü
10. Mükafatlandırma 2015-ci ilin sentyabr ayında keçiriləcək.
Mükafatlar
I yer noutbuk, II yer planşet, III və IV yer netbuk.
Müsabiqə üçün əsərləri info@hedefnesrleri.az ünvanına göndərmək lazımdır. Əsərlər göndərilərkən əlavə bir faylda aşağıda göstərilən məlumatları mütləq qeyd etmək lazımdır:
a) Müəllifin adı, soyadı, atasının adı
b) Müəllifin telefon nömrələri (mobil və ev), yaşadığı ünvan
c) Müəllifin doğum tarixi
d) Müəllifin e-poçt ünvanı (*varsa, fb ünvanı)
e) Müəllifin ədəbi təxəllüsü (*əgər varsa)
Göstərilən məlumatlardan hər hansı biri qeyd olunmayan əsər müsabiqəyə buraxılmayacaq.
Əsərlərin məzmunu, redaktə və korrektə xətaları ilə bağlı məsuliyyəti yalnız müəllif daşıyır.
Təşkilatçılar: AR Mədəniyyət Nazirliyi Dövlət Gənc Tamaşaçılar Teatrı, Kitabevim.az kitab mağazaları şəbəkəsi
İnformasiya dəstəyi: Senet.az ədəbiyyat və sənət dərgisi
Sponsorlar: Soliton, Hədəf Kursları, Medica Hospital
Rəsmi facebook səhifəsi: www.facebook.com/AnaminKitabi
Layihənin adı : Pedaqoji Seminar
Layihə müəllifi : Şəmil Sadiq
İcraçı : Elvin Əliyev
Artıq ənənəyə çevirilən Pedoqoji Seminar layihəsi hər il Hədəf Kurslarının baş direktoru f.ü.f.d Şəmil Sadiqin başçılığı ilə həyata keçirilir.Layihə Hədəf Kurslarında müəllim qəbulu imtahanının test və müsahibə mərhələsini uğurla keçmiş müəllimlər üçün nəzərdə tutulmuşdur və gənc müəllimlərin pedaqoji ustalıqlarının artırılmasına xidmət edir.İştirakçılar 3 gün ərzində dəyərli pedaqoqların seminarlarında iştirak edirək bilik və bacarıqlarını inkişaf etdirirlər.Mövzular aşağıdakı şəkildə təqdim olunur:
“Sinfin təşkili. Pedaqoji bacarıqlar”
“Şagird – müəllim- valideyn üçbucağı”
“Tədris müəssələrimizdə nizam-intizam qaydaları və iş strukturu”
“Tədris proqramları və jurnallara tanışlıq”
“Kurs dinləyicilərinə psixoloji yanaşma”
“Kurrikulumun kurs tədrisinə uyğunlaşdırlması. Mümkün variantlar”
“Layihələrimiz və Sosial həyatımız”
“Liderlik”
Sonda iştirakçılar Sertifikatla mükafatlandırılır.
Layihənin adı: OXU GÜNÜ
“OXU GÜNÜ” mütaliəyə diqqətin artırılmasını nəzərdə tutan layihədir. Həyata keçirməkdə əsas məqsəd yeniyetmə və gənclər arasında oxu vərdişlərinin inkişaf etdirilməsi, mütaliəyə marağın təbliği, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdır. Layihənin ideya müəllifi və rəhbəri: f.ü.f.d., dosent Şəmil Sadiqov
Layihənin icraçısı: t.ü.f.d. Elvin Əliyev
Layihənin şüarı: GƏLİN BİRGƏ OXUYAQ!
“Oxu Günü” layihəsi kitabın, mütaliənin təbliğinə əsaslanan bir kitab bayramıdır. Bu, açıq havada bir neçə saat müddətində təşkil olunan və insanların kitab ətrafında toplaşmasını, kitablarını paylaşması, kitab hədiyyələri etməsi, müəlliflərlə görüşmək, kitablarını imzalatdırmaq imkanı verən bir mədəni aksiyadır. Ötən illərdə (2015, 2016) təşkil olunan Oxu Günü tədbirlərində bədii-konsert proqramı, məktəblilərin kitaba, təhsilə, mədəniyyətimizə aid səhnəcikləri də təşkil olunmuşdur. “Oxu Günü”ndə yaşından asılı olmayaraq hər kəs iştirak edə bilər. Tədbirə qatılmaq üçün Təşkilat Komitəsinin əsas istəyi hər kəsin gələrkən özü ilə hədiyyə edə biləcəyi bir kitab gətirməsidir. Tədbir boyunca bu kitabları “Oxu Günü”ndəki iştirakçılar bir-birinə qarşılıqlı hədiyyə edirlər. Həmçinin öncədən elan olunmuş saatlarda yazıçıların imza saatları təşkil olunur. Müxtəlif stendlərdə eyni gündə baş tutan imza saatlarında oxucular sevimli yazıçıları ilə görüşmək, əsərləri haqqında -fikirlərini bölüşmə, suallarına cavab almaq imkanı qazanır. “Oxu Günü” tədbiri boyunca təşkil olunan və tədbirin əvvəlindən sonuna qədər davam edən aksiyalardan biri də “Əsgərə Kitab, Əsgərə Məktub”dur. Bu aksiya çərçivəsində yazıçı, oxucu və ümumiyyətlə tədbirdə iştirak edənlər gətirdikləri hədiyyə kitablara əsgərlərimiz üçün ürək sözlərini yazaraq stendə təhvil verir. Bu stenddə toplanan məktublu kitablar Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən bu işə təhkim olunan əməkdaşına təhvil verilir. Və kitablar Nazirliyin xətti ilə hərbi hissələrimizdəki kitabxanalara göndərilir. Tədbir boyunca təşkil olunan ənənəvi aksiyalardan biri də cəmiyyətin yaxşı tanıdığı simaların növbə ilə seçdiyi kitabdan kiçik bir parçanı iştirakçılar üçün qiraət etməsidir. Bununla hər kəs bir daha bir-birini kitab oxumağa, mütaliəyə səsləmiş olur. “Oxu Günü”ndə təşkil olunan daha bir aksiya – 5-10 dəqiqə müddətində hər kəsin özü ilə gətirdiyi kitabı səsli oxumasıdır. Bu maraqlı aksiya kitabların, yazıçıların və ədəbiyyat, kitab ətrafında həmrəylik göstərən bütün insanların dostlaşmasına, birliyinə işarədir. “Oxu Günü”nün vacib əhəmiyyət kəsb edən tərəflərindən biri tədbirdə Azərbaycanda fəaliyyət göstərən bütün nəşriyyatların stendləri ilə iştirak etməsi, yeni işıq üzü görmüş kitablarını sərgiləməsidir. Nəşriyyatlarla yanaşı müxtəlif kitab və ədəbiyyat klubları, habelə müəlliflərin fərdi stendlərini nümayiş etdirməsi üçün “Oxu Günü” təşkilat komitəsi tərəfindən stendlər ayrılır. “Oxu Günü” həm də bir xeyriyyə aksiyasıdır. Keçirilmiş tədbirdə uşaq evləri, aztəminatlı ailələr üçün nəzərdə tutulan stendə hədiyyə olunan kitablar layihənin təşkilatçıları tərəfindən toplanaraq ünvanlarına çatdırılır. “Oxu Günü” kitab, ədəbiyyat, Azərbaycan mədəniyyəti, tarixi, incəsənəti, musiqi, habelə təhsili ilə bağlı bütün yaradıcılıq nümunələrinin, onların müəlliflərinin təbliği üçün hər il yeni ideyaları layihəyə birləşdirməklə il-ildən daha geniş, insanlarımızın daha çox marağına səbəb olacaq bir “KİTAB BAYRAMI”nı hədəfləyir. “
Layihə haqqında bütün görüntüləri linkdən izləyə bilərsiniz : https://www.facebook.com/oxugunu/?fref=ts
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə
keçirilən “Fənlərin Dostluğu Olimpiadası ”nın
LAYİHƏSİ
Layihənin ideya müəllifi: Şəmil Sadiq
Olimpiadanın təsisçisi: Hədəf Nəşrləri
Layihənin məqsədi: Fənlərarası əlaqəni möhkəmləndirmək, fənlərin bir-biri ilə bağlılığını şagirdlərə aşılamaq və bu inteqrasiyanın köməyindən istifadə edərək xüsusi istedada malik olan şagirdləri müəyyənləşdirib gələcək fəaliyyətlərində stimul yaratmaqdır.
Mahiyyəti: Gələcəkdə bütün Respublika məktəblərini və xaricdə yaşayan azərbaycanlı gəncləri də öz ətrafı birləşdirməyi hədəf alan “Fənlərin dostluğu Olimpiadası”nın builki buraxılışı Bakı, Sumqayıt və Xırdalan şəhərlərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin Azərbaycan bölməsində təhsil alan 9-cu və 10-cu sinif şagirdləri arasında keçiriləcəkdir. Olimpiadaya Respublikamızın digər bölgələrində təhsil alan şagirdlər də qoşulacaqdır. Bir mərhələdə keçirilməsini nəzərdə tutduğumuz Olimpiadada şagirdlər 2 saat müddətində 50 sualı cavablandıracaqlar. Olimpiadada şagirdlərin iştirakı ödənişsizdir. Olimpiadanın rəsmi elektron ünvanı www.inteqrasiya.az saytında şagirdlər onlayn qeydiyyatdan keçməklə iştirak edə biləcəklər.
Olimpiadada istifadə edilən suallara nümunə olaraq bir neçə sualı təqdim edirik:
Nümunə 1:
Misallardan birində rəqəmlərin cəmi ilə toplananlardakı incə saitlərin cəmi eynidir.
A) 1,5 + 0,5 = B) 4+4= C) 1 + 1= D) 5+5= E) 2,5 + 1,5=
Nümunə 2:
Müxtəlif fənlərə aid verilmiş hansı düzgün fikirdə iştirak bağlayıcısı var?
A) 7,(69)-5,(03)+4,(3) misalının da cavabı səkkizdir.
B) “They” də artikllardan biridir.
C) Həm Qədim misirlilər, həm də mannalılar heroqliflərdən istifadə ediblər.
D) M.Füzuli də divanında heca vəznli şeirdən istifadə etmişdir.
E) Qoşmalar quruluşca sadə və mürəkkəb olur.
Layihə üçün hazırlanmış kitab :FDO_kitab_chapa geden
Layihənin qaydaları haqqında ətraflı məlumat üçün. http://inteqrasiya.az/







