Bölmə baxışı

Xəbərlər

Xəbərlər

Azərbaycan Naşirlərinin I Forumu | Şəmil Sadiq

Azərbaycan Naşirlərinin I Forumu

Hədəf gələcəyə daha güclü Azərbaycanın intellektual, bilikli və savadlı gəncliyi ilə birlikdə addımlamaqdır

Elə ötən həftənin sonlarında Bakıda keçirilən Azərbaycan Naşirlərinin I Forumu və bu forum çərçivəsində təşkil edilən “Oxu günü-10” sərgi-yarmarkasını da bu cür ali xidmətlərdən biri kimi dəyərləndirə bilərik.

Bu tədbirlər bizi həm də savadsızlıq, kitabsızlıq təhlükəsindən qoruyur

Forum və sərgi-yarmarka barədə ətraflı məlumata keçməzdən öncə onu vurğulayaq ki, insan oğlunun getdikcə kitabdan daha çox uzaq düşdüyü bir dövrdə belə tədbirlərin keçirilməsi əhəmiyyətli olduğu qədər də vacibdir. Çünki bu cür, gələcəyə hesablanmış tədbirlər bizi həm də savadsızlıq, kitabsızlıq təhlükəsindən qoruyur. Ona görə də çəkinmədən qeyd edə bilərik ki, bizə şüuraltı “Oxuyaraq inkişaf edək” mesajını ötürən bu tədbirlərdə hədəf gələcəyə daha güclü Azərbaycanın intellektual, bilikli və savadlı gəncliyi ilə birlikdə addımlamaqdır.

Beləliklə, aprelin 26-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında öz işinə başlayan Azərbaycan Naşirlərinin I Forumu maraqlı çıxışlar, səslənən təkliflər və fikirlərlə yadda qaldı. Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa, ANAİB sədri, Naşirlər Forumu və Oxu gününün layihə rəhbəri Şəmil Sadiq, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Türkiyə Mətbəə və Nəşriyyatları Birliyinin sədri Mustafa Karagüllüoğlu, Bakı Yunus Emre İnstitutunun müdiri Selcuk Karakılıç, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu, millət vəkilləri, nəşriyyat evlərinin direktorları, əməkdaşları, naşirlər, yazıçılar, oxucular və aidiyyəti şəxslər iştirak edirdilər.

Azərbaycan Nəşriyyatları Assosiasiyası (ANAİB), Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Mədəniyyət Nazirliyi və Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə keçirilən tədbirdə ilk çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli oldu.

İsa Həbibbəyli: Ənənəvi kitablar öz oxucusunu qoruyub saxlaya bilib

Azərbaycan Naşirlərinin I Forumu

Çıxışında elmin, texnologiyanın, sənayenin inkişafı nəticəsində baş vermiş dünya sənaye inqilablarının tarixinə və onun nəticələrinə nəzər salan akademik qeyd etdi ki, “texnologiyanın sürətli inkişafı ilə elektron kitablar və elektron kitabxanalar meydana gəlsə də, ənənəvi kitablar da öz oxucusunu qoruyub saxlaya bilib, hətta son illərdə kitab dövriyyəsində artım müşahidə edilib”.

Natiq çıxışında bu qənaət ifadə etdi ki, Azərbaycan kitabçıları və naşirləri öz fəaliyyətlərini həm real, həm də virtual bazarın tələblərinə uyğun qurmalı, kağız kitabların qalmasında, eyni zamanda elektron kitabların inkişafında maraqlı olmalıdırlar.

Akademik çıxışında Azərbaycanda elektron kitabxana işinin təşkilində müəyyən problemlərin olduğuna da diqqət çəkdi. Onun sözlərinə görə, bir sıra hallarda elektron kataloqlar elektron kitabxana adlandırılır.

O da vurğulandı ki, naşir və kitabçılarımızın dünyaya çıxması baxımından bu istiqamətin təkmilləşdirilməsi vacibdir.

Azərbaycan Naşirlərinin I Forumu

İlk dəfə təşkil olunan Azərbaycan Naşirlərinin I Forumunun AMEA-da keçirilməsinin önəminə toxunan akademik İsa Həbibbəyli tədbirin bu sahədəki redaktor, korrektor, kitab menecmentliyi kimi mövcud problemlərin müzakirəsi və həlli yollarına öz töhfəsini verəcəyini dedi.

Şəmil Sadiq: Bu tədbir təkliflərin formalaşmasına, yeni layihələrin hazırlanması üçün şəbəkələşmənin təmin olunmasına töhfə verəcək

Azərbaycan Naşirlərinin I Forumu

Sonra söz ANAİB sədri, Naşirlər Forumu və Oxu gününün layihə rəhbəri Şəmil Sadiqə verildi: “Azərbaycan Naşirlərinin I Forumu ölkənin müstəqillik dövründə inkişaf edən özəl nəşriyyat sektorunun bir növ hesabatlılığına, ümumi problemlərin həlli ilə bağlı təkliflərin formalaşmasına, yeni layihələrin hazırlanması üçün şəbəkələşmənin təmin olunmasına töhfə verəcək”.

Çıxışı zamanı ANAİB-in hesabatını təqdim edən Şəmil Sadiq hazırda Assosiasiyanın 28 üzvü birləşdirdiyini, nəşriyyat işinin təşkili, sistemləşdirilməsi, nəşriyyatlararası əlaqələrin yaradılması və dünya kitab festivallarında iştirakı baxımından mühüm rol oynadığını diqqətə çatdırdı. O, həmçinin nəşriyyatların tərcümə problemləri, Azərbaycan ədəbiyyatının dünyaya tanıdılması, bölgələrə kitabların çatdırılması, uşaq mütaliəsinə dəstəyin verilməsi, kitabların reklamı və s. probemlərdən danışıb, həlli yolları ilə bağlı təkliflərini səsləndirdi.

Fazil Mustafa: Forum Azərbaycan cəmiyyətinin kitaba olan diqqətini yenidən artırmaq baxımından olduqca önəmlidir

Azərbaycan Naşirlərinin I Forumu

Tədbirdə çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa dedi ki, Forum Azərbaycan cəmiyyətinin kitaba olan diqqətini yenidən artırmaq baxımından olduqca önəmlidir: “Bu gün ölkəmizdə redaktor, korrektor, naşir problemləri olduğu kimi, oxucu problemi də var və sözügedən problemlərin aradan qaldırılması ilə bərabər kitaba olan marağı artırmaqla oxucu kütləsini də qorumaq lazımdır. Kitaba olan marağı artırmaq üçün kitabların reklamının ödənişsiz olması vacibdir”.

Çıxışında, həmçinin kitabın zəruri ehtiyac malları kateqoriyasına daxil edilməsinin önəmini vurğulayan F.Mustafa regionlarda mədəni mühitin artırılmasının vacib olduğunu da bəyan etdi.

Tədbirinn rəsmi hissəsi Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Türkiyə Mətbəə və Nəşriyyatları Birliyinin sədri Mustafa Karagüllüoğlu və Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlunun çıxışları ilə davam etdi.

Problemlər ümumi olduğu üçün onlardan çıxış yolu üçün də ümumi hərəkət etməyin vaxtıdır

Azərbaycan Naşirlərinin I Forumu

Sonra isə Forum “Nəşriyyat menecmentliyi və kitab marketinqi”, “Redaktə və tərcümə problemləri”, “Müəllif hüquqları və beynəlxalq əməkdaşlıqlar”, “Tərtibat, dizayn və qrafika”, “Uşaq nəşrləri və yeni yanaşma” mövzusunda panellərlə davam etdirildi.

Panel iclaslarında çıxışlarda o nəticə hasil oldu ki, bu gün sözügedən sahədəki problemlər, əslində qlobal problemlər kimi dəyərləndirilə bilər.

Çünki bu gün Azərbaycanda da, Türkiyədə də nəşriyyatlar, o cümlədən müəlliflər eyno problemlərlə baş-başa qalırlar. Deməli problemlər ümumi olduğu üçün onlardan çıxış yolu üçün də ümumi hərəkət etməyin vaxtıdır.

Azərbaycan Naşirlərinin I Forumu

Onu da qeyd edək ki, Forum çərçivəsində aprelin 27-28-də Milli Elmlər Akademiyasının həyətində “Oxu günü-10” sərgi-yarmarkası təşkil olundu. Azərbaycanın 40-dan çox aparıcı nəşriyyatı və kitab evinin, eləcə də 70-ə yaxın yazıçı və ziyalının iştirakı ilə reallaşan yarmarka-sərgi həm də maraqlı bir sıra məqamlarla yadda qaldı.

Azərbaycan Naşirlərinin I Forumu

Tanınmış ədiblərin iştirakı ilə təqdimatların, imza mərasimlərinin, konsert proqramlarının, şeir gecələrinin, uşaqlar üçün nağıl saatlarının və master-klasların da təşkil edildiyi mərasim ümumilikdə yaddaşımızda dərin iz buraxdı.

Bu məqamda dəyərli dostumuz Əkbər Qoşalının imza mərasiminə qatılaraq, gözəl kitabını əldə edə bildik.

Bu tədbirlərdə daha çox gənc nəslin və məktəblilərin iştirakını görmək isə o ümidləri yaradır ki, təşkilatçılara qarşılarına qoyduqları hədəfə çatacaqlar. Bu gün də olmasa sabah…

Xəbərlər

Şəmil Sadıqovun Pedaqoji Universitetdə tələbələrlə görüşü baş tutdu.

şəmil sadiq

Tanınmış pedaqoq, filologiya üzrə fəlsəfə doktoru dosent Şəmil Sadıqovun 23 apreldə Azərbaycan Dövlət Pedaqoji Universitetinin böyük akt zalında tələbələrlə görüşü baş tutdu. ADPU-nun Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə keçirilən görüşdə pedaqoqun “Mənəvi dəyərlər maddi meyarlarla ölçülə bilməz” adlı çıxışı böyük coşqu və maraqla dinlənildi. O bu cür tədbirlərin keçirilməsi və milli-mənəvi dəyərlərin təbliğinin yetişən gənc müəllimin formalaşmasında mühüm rol oynadığını qeyd etdi. Şəmil Sadıqov çıxışın sonunda tələbələrlə səmimi söhbəti etdi və onları maraqlandıran sualları cavablandırdı.

Xəbərlər

Buraxılışda və qəbulda eyni fənlərdən imtahan nəyə lazımdır?

Buraxılışda və qəbulda eyni fənlərdən imtahan nəyə lazımdır?

Bildiyiniz kimi, ali məktəblərə qəbul imtahanlarımız iki mərhələdə aparılır. Birinci mərhələ həm də orta təhsil pilləsini bitirən şagirdlər üçün buraxılış imtahanıdır. Buraxılış imtahanı Azərbaycan dili, riyaziyyat, ingilis dili üzərindən, qəbul imtahanlarının ikinci mərhələsi olan, el arasında hələ də “qrup imtahanları” adlandırılan blok imtahanlarında isə istiqamətlər üzrə fənn imtahanları keçirilir. Çox maraqlıdır ki, ikinci mərhələ imtahanlarında birinci mərhələdə Azərbaycan dilindən imtahan verən şagirdlər III blokda yenidən Azərbaycan dilindən, I və II blokda isə yenidən riyaziyyat fənnindən imtahan verirlər.
Bu heç bir halda qəbul edilə bilən və məntiqli deyil. Rəsmilər bunun “niyə”sini belə izah edirlər ki, abituriyentin seçəcəyi ixtisasa görə blokda eyni fəndən ona görə imtahan verilir ki, bilik daha dərinləməsinə ölçülsün. Bu fikrin özü belə yanlışdır. “Daha dərinləməsi” dedikdə daha çətin suallar nəzərdə tutulur. Bu isə abituriyentlərə əlavə yük, artıq stres, valideynlərə isə əlavə maddi yük, DİM-in özünə əlavə iş, büdcəsinə əlavə təsir (mənfəət və zərər, fərqi yoxdur) deməkdir. Bu dediklərim nəzərə alınsa, DİM-in mart-sentyabr ayları arasında uzun bir qəbul prosesi də asanlaşar. Halbuki DİM-in rəsmiləri də hər dəfə dilə gətirir ki, bu proses ağırdır və ona görə də belə uzun zamanı əhatə edir.
Nəzərə alsaq ki, III blok şagirdlərinin ikinci mərhələdə verdiyi Azərbaycan dili dil fənni sadəcə filologiya fakültələrinə faydalı ola bilər, o da olsa. Belə ki, III blokda tarix, ibtidai sinif, sosial iş və sairə kimi fakültələrdə bu fəndən sadəcə qrammatika üzərindən aparılan ikinci sorğulamanın əlavə yükdən başqa heç bir nəticəsi yoxdur. Heç filologiya fakültələrinə qəbul olmaq istəyənlər üçün də lazım deyil. Eyni prinsipi biz I və II blokda riyaziyyata aid edə bilərik. Sadəcə riyaziyyat və informatika fakültələri üçün qismən faydalı olan ikinci eyni fəndən – riyaziyyatdan imtahan qida sənayesi, kimya mühəndisi, coğrafiya müəllimləri üçün gərəkli deyil.
Biz qəbul imtahanlarına universitetə buraxılış imtahanı kimi baxmamalıyıq. Şagirdlər məktəbi bitirib universitetə ona görə qəbul olurlar ki, öz ixtisasını daha yaxşı mənimsəsin, mütəxəssis olsun. Amma abituriyentdən soruşulan bilik isə mütəxəssisdən soruşulan bilik səviyyəsindədir ki, bu böyük yanlışdır. Axı biz orta məktəb buraxılışını niyə bu qədər çətinləşdirməliyik? Məhz bu cür yanaşma repetitorluğun genişlənməsinə, dərinləşməsinə rəvac verir. Bu isə valideynlərin narazılığına, təhsildən, dövlətdən narazı qalmasına gətirib çıxarır ki, bunu isə heç bir məmur istəməməlidir. Təhsildən narazı kütlə qəbul prosesinin ağırlığından daha şiddətli narazı zümrəyə çevrilir. Çünki yaradılan bu cür çətin qəbul prosesi birbaşa valideynin büdcəsi hesabına başa gəlir ki, bu da məktəblərin nüfuzuna xeyli xələl gətirir.
Soyuq başla düşünəndə bir fəndən iki dəfə imtahan götürmək heç nəyə fayda vermir. Mürəkkəblikdən başqa heç nəyə yaramayan bu sistem aradan qaldırılmalıdır. Bir zamanlar mərkəzləşdirilmiş imtahan söhbəti gedirdi, indiki model guya ona yaxınlaşıb, amma tam deyil. Nə olar ki, buraxılış imtahanında götürülən o üç fənn elə qəbulun nəticəsi kimi də qəbul edilsin. Axı gənclik yazıqdır, valideynlər çətinlik çəkir, dövlət büdcəsindən əlavə xərclər yaranır.
Dediklərimin hər biri üçün hər iki qurumla müzakirəyə də, debata da hazıram. Kimsə məni inandırsın ki, bir filoloq olmaq istəyən üçün iki dəfə sorğu-sual etmək onun gələcək peşə fəaliyyətinə faydalıdır, hələ digər ixtisas sahiblərini demirəm.
Hörmətli Elm və Təhsil Nazirliyinin də, Dövlət İmtahan Mərkəzinin də rəsmiləri dövlətimiz və millətimizin gələcəyi naminə bu məsələlərə geniş vaxt ayırıb, ciddi müzakirələr aparıb, daha uğurlu və sadə model müəyyənləşdirsələr, necə də gözəl olar. Təhsildə başqa maraqlar, eqolar, ambisiyalar heç bir halda qəbul edilən deyil. Təhsil güzəşti sevir, motivasiyanı sevir, inamı sevir, özgüvənin məhv edilməsini, stresi yox!

Xəbərlər

“Hədəf – 15” döş nişanı təqdimatı

“Hədəf – 15” döş nişanı təqdimatı

“Hədəf – 15” döş nişanı təqdimatı

Hədəf Şirkətlər Qrupu fəaliyyətinin 15 illiyi münasibətilə “Hədəf – 15” döş nişanı tərtib edib.

shamilsadiq.az xəbər verir ki, Hədəf Şirkətlər Qrupunun tərkibində Hədəf Kursları, Hədəf STEAM Liseyi, Balabilgə Uşaq Bağçası, Hədəf Nəşrləri, XAN Nəşriyyatı, Sınaq İmtahan Mərkəzi, Karyera mərkəzi, Xaricdə təhsil və olimpiada mərkəzi fəaliyyət göstərir. Şirkətin bütün qolları tədris istiqamətində cənab Prezident İlham Əliyevin təhsillə bağlı islahatlarını nəzərə alaraq yola davam edir.

Hədəf Şirkətlər Qrupu yarandığı gündən təhsilin inkişafı, təhsillə bağlı mütərəqqi layihələrin dəstəklənməsi, dərslik və əlavə dərs vəsaitləri ilə təminat, milli və beynəlxalq təhsil kurikulumlarına əsaslanan və ölkəmizdə ilk STEAM əsaslı liseylərlə bilgə azərbaycanlı yetişdirmək, “Dəyərlər” konsepsiyası yaratmaq və tətbiq etmək sahəsində uğurla fəaliyyət göstərir.

Fəaliyyəti müddətində şirkət bir sıra dövlət və özəl qurumlarla əməkdaşlıq edir, həm dəstək alır, həm də təcrübə proqramları, təlimlər və s. ilə gələcəyin təhsil işçilərinə dəstək olmağa çalışır.

2023-cü ilin dekabr ayında isə Hədəf Şirkətlər Qrupu təhsil sahəsində çalışan və uğurlu fəaliyyəti ilə fərqlənən şəxslər üçün “Hədəf – 15” döş nişanı təsis edib. Bu nişan təhsil sahəsindəki xidmətlərinə görə 100 nəfər üçün müyyən edilib.

PİMSO-nun mükafatlandırma mərasimində bir qrup təhsil işçisi “Hədəf – 15” döş nişanı ilə təltif olunublar:

1. Mehman Həsənli – AMEA Nizami adına Ədəbiyyat İnsitutunun icraçı direktoru;
2. Elçin İbrahimov – türkoloq alim, filologiya elmləri doktoru;
3. Nadir İsrafilov – təhsil eksperti, Azərbaycan təhsilinin ağsaqqalı;
4. Səkinə Həsən – Azərbaycan Gənc Müəllimlər Assosasiyasının sədri;
5. Ayşən Camalzadə – “ASAN könüllüləri” təşkilatının sədr müavini;
6. Almaz Həsrət – 3 nömrəli tam orta məktəbin direktoru;
7. Adil Vəliyev – BMU-nun əməkdaşı;
8. Məzahir Məmmədli – “Məktəb Günəşi” jurnalının baş redaktoru.

Səfər qeydləri və xatirələr Xəbərlər

Azərbaycan repetitorları Sinqapur repetitorlarından zəifdir… Şəmil Sadiq yazır

sinqapur shamil sadiq

Sinqapurdan birinci yazı 

Sinqapura səfərim məhz təhsilyönümlüdür. Bura final mərhələsi Sinqapurda keçirilən SEAMO riyaziyyat olimpiadası üçün gəlmişəm.

OLIMP.jpeg (298 KB)

Əməkdaşlıq etdiyimiz bu olimpiadaya dünyanın 27 ölkəsindən 500-dən çox şagird qatılmışdı. Ölkəmizdən isə 7 nəfər şagird gətirmişdik. İlk dəfə iştirak etdiyimizi nəzərə alsaq, uşaqların sayı, tutduğumuz yerlər normal idi.

SAGI.jpeg (203 KB)

Bürünc medalla çempionları bu gün yola saldım və köməkçimin öncədən planlaşdırdığı görüşlərə başladım. Qarşıdakı dörd günün birinci növbəsini müəyyən edilmiş mütəxəssislərlə müzakirələr aparacaq, məktəbləri gəzəcək, günortadan sonra da imkan olsa, turist olacağam. İlk günüm pis başlamadı. Sinqapur Təhsil Şəbəkəsinin direktoru Maykl Klemmlə görüşdük.

Klemm təhsil şirkətləri ilə görüşümüzü planlayan şirkətin rəhbəridir və çox maraqlı insandır. Maykl əslən almandır.

MAYKL.jpeg (303 KB)

Amma iyirmi ildən çoxdur Asiyada, on beş ildir Sinqapurdadır. Dediyinə görə, Sinqapur kurikulumunun, təhsil menecerliyi sisteminin qurulmasında xidmətləri olub. İlk görüşümüzdə sualım bu oldu ki, niyə Sinqapur və onun təhsili bu qədər populyardır? Axı İngiltərə, Fransa, Almaniya kimi köklü təhsili olan və olduqca uğurlu dövlətlər var. Səbəb nədir? Güldü və dedi ki, indidən sizin fikrinizi qarışdırmayım, gəlin məktəbləri gəzin, sonda mən münasibətimi bildirərəm. İndi desəm, yön verərəm. Cavab aydın idi. Əslinə qalsa, sualın cavabını da təxminən bilirəm. Sanki məqsədim cavabıma təsdiq almaq idi və formalaşmış fikrimə dəstək axtarırdım.

Bir az tanışlıqdan, ordan-burdan söhbətdən sonra Astor Beynəlxalq Məktəbinin qurucusu Elena Holiveylə görüşə yollandıq. Kiçik ibtidai məktəb idi. Məktəbin adı əvvəl Razum imiş. Məktəb Rusiya-Ukrayna söhbətinə görə “Z” hərfinin badına gedib və təcili dəyişiblər. Biznesdir, nə etmək olar. Lazım gələndə milliliyi qurban verməyi bacaran olmasa, ayaq üstə durmaq olmaz.

Gələk məktəbə… Çox sadə, geniş imkanlara malik olmayan özəl məktəbdir. Yəni bildiyiniz yüksək texnologiya və resursla təmin edilmiş məkan deyil. Axı elə bilirik, xaricdə hər şey bizdəkindən yaxşıdır. Elə bu düşüncə ilə yola çıxsaq, xəyallar suya düşmüş olar. Xanım Elena gülərüz olsa da, Allahın bir suyunu belə təqdim etmədi. Onun üçün apardığım suveniri elə hörmətsizcə aldı ki, verdiyimə peşman oldum. Mən də sancmaq üçün guya unutmuş kimi: “Ukraynalı idiniz, ya rus”, – soruşdum. Bir az təəccüblə baxaraq sanki: “Əlbəttə, rus”, – dedi. Mən də öz ürəyimdə tutduğum mənada: “Aydındır”, – dedim. Məktəb və bu qurucu xanımla görüşümüz o qədər ürəyimcə olmadı, açığı. Adam sovet təhsilini görməyib, qurucu olub. Yəni çox gənc idi…

Çox uzatmadan öyrəndiyim bəzi məsələləri bölüşüm:

– Sinqapurluların özəl məktəblərə getməsinə Sinqapur dövləti yaxşı baxmır və buna şərait yaratmır. Beynəlxalq məktəb kurikulumlarını elə dövlət məktəblərində tədris etməyə şərait yaradır. Məsələn, dövlət məktəbləri rahatlıqla Kembric məktəbi kimi fəaliyyət göstərə bilər.

– Sual etdim ki, mən bir valideyn, sizin məktəbi niyə seçim? Dedi ki, bizim siniflərdə iyirmi nəfər şagird olur və… Sonrası o qədər də maraqlı olmadı. Bu mövzu bizim cəmiyyətdə də son vaxtlar müzakirə edilən məsələ idi. Sinqapur dövlət məktəblərində bir sinifdə otuz-qırx şagird ola bilir. Hətta bəzən daha çox. Elə bu fikirdən ağlıma gələn ikinci sual bu oldu: necə olur ki, hər sinfində bu qədər şagirdlə Sinqapur PISA qiymətləndirməsində ön sıralarda olur? Maykl söhbətə müdaxilə etdi:

“Bəli, səhər demək istədiyim elə bu idi, demək istəmədim. O nəticələrin hamısı dərsdən sonrakı hazırlıqların hesabınadır. Məktəbdən sonra ciddi şəkildə repetitor hazırlığı var. Bir səbəb odursa, digəri də valideynlərin təhsilə ciddi önəm verməsidir”. Barmağımı dişlədim. Sirr açıldı. Deməli, təhsilimizin Sinqapur təhsilinə uduzmasının əsas səbəbi repetitorlarımızın nəticəsidir…

TELIME.jpeg (232 KB)

– “Müəllimlərin performansını necə qiymətləndirirsiniz, il sonunda onların vəzifələrindəki, maaşlarındakı irəliləyişi necə müəyyənləşdirirsiniz?” – sualıma çox sadə cavab aldım: “Müəllim ilin əvvəlində edəcəyi işlərlə bağlı hədəflərini yazır və bizə təqdim edir. Qəbul ediriksə, onun hədəflərinə çatıb-çatmadığını müşahidə edir, beləcə, qiymətləndiririk”. Əslində, bu, Sinqapur modeli deyil, məncə. Amma təcrübə olsun deyə qeyd edirəm. Məncə, çox maraqlı yanaşmadır.

– “Müəllimin dərs yükü necə olur?” – sualıma da qeyri-adi cavab almadım. Dedi ki, iş saatı 08:00-dan 16:00-a qədərdir. O saatlarda nə qədər istəsək, dərs verə bilirik. Düşündüm ki, ya Elena xanım MDB təfəkkürünü bura gətirib, ya da elə belə olmalıdır…

– Məktəbdə oxuyan bütün şagirdlər başqa-başqa millətlərdən, dövlətlərdəndir. Elə müəllimlər də. Maraqlı idi ki, burada sinfi necə idarə edirlər. Hər millətin özünəməxsus kültürü, dünyagörüşü, mətbəxi var. Biz müxtəlif ailələrdən gələn uşaqların adaptasiyasında əziyyət çəkirik. Bunlar necə edir ilahi?! Xanım eləcə məni anladı. Çox çətin olduğunu dedi: “Düşünün, hindli inək yemir, müsəlman donuz, xristian isə hər ikisini”. Nə qədər mənalı cavabdır, ilahi… Fikrə daldım, gecənin yuxusuzluğu da bir az təsir edirdi… Qəfil: “Başqa sualınız varmı”, – dedi. Dedim: “Bir stəkan su olsa, yaxşı olar”, – haradansa birtəhər tapıb adama bir taran su içdik.

– Dərslikdən istifadə etmirlər, hər şey məktəbdə tədris edilir, ev tapşırığı yoxdur. Demək olar ki, daha çox uşaqların oynamasına, idmanla məşğul olmasına, dərnəklərə getməsinə üstünlük verirlər. Dərslər 13:00-a qədər təxminən iyirmi min manat, birdən sonra qalanlara isə iyirmi beş min manatdır. 8:30-da başlayan dərsin ilk otuz dəqiqəsi siniflərdə idmanla, oyunlarla, onun dili ilə desək, tullanıb-düşməklə başlayır. Açığı, səhər-səhər bu tullanıb-düşmək söhbəti xoşuma gəldi. Bəlkə də, tətbiq edərik.

REPİ.jpeg (235 KB)

Sağollaşıb-ayrıldıq və Mayklla sabahın planını qurmaq üçün bir çay içdik. Adam heç cəhd də eləmədi ki, çayı özü alsın. Bunu yaza-yaza düşünürəm ki, bizimki də qarındır. İncidiyim məsələlərə bax, sən Allah; çay almadı, çay təqdim etmədilər. Sonra da gileylənirəm ki, bizim valideynlər il ərzində on şikayət etsələr, onun doqquzu yeməklə bağlıdır, təhsillə yox. Deməli, harada və hansı səviyyədə olursan ol, milli təfəkkür səninlədir, mental dəyərin sənin çiynindədir.

İlk təəssürat olaraq deyim ki, yerli camaat çox gülərüz, mehriban, səmimidir. Vay gəlmələrin halına.

Günortadan sonra Sinqapur Elm Mərkəzinə getdik. Səhərki qarşılanmadan sonra hədiyyə götürmədim və yenə peşman oldum. Elm Mərkəzinin direktoru bizi qarşılayıb elə şirin-şirin: “Mister Şamil”, – deyirdi ki, əliboş getdiyimə utandım. Heyəti ilə qarşıladı. Kiçik bir görüş etdik, sonra mərkəzi özü gəzdirdi. Gün maraqlı keçdi. Hazırda burada saat 03:34-dür. Dedim, qeydlərimi yazım ki, sabahla qarışmasın, ola bilsin ki, sonrakı yazılarda buradakılarla üst-üstə düşməyən fikirlər oldu. Əmin olun, günahkarı mən deyiləm, Elena xanımdır…

Şəmil Sadiq
Sinqapur, Aşngri-la

Xəbərlər

Adəm dindir, Həvva elm! – Şəmil Sadiq yazır

Şəmil sadiq anaib

Adəm dindir, Həvva elm!

Nə qədər absurd görünsə də, bəli, ümumilikdə Adəm dini ifadə edir. Yum gözünü, inan, taleyinlə razılaş, sənə biçilən qisməti yaşa!

Həvva isə elmdir. Sual et, maraqlan, daim axtarışda ol, özün özünə tale yaz, ağrılı da olsa, özün et! Sorğula, sualdan sual doğsun, sən də ardınca qaç! Qadınlar tarix boyu kişilərdən cısarətli olublar, yeniliyi onlar doğublar, kişilərə qalsa, hər şey gizlin, sirli, olduğu kimi qalardı! Bunun fərqində olan kişilər qadının bu gücündə şeytanilik görüb, şeytanın təmsilçisi adını veriblər qadına! Tövratda yazılanlardan yola çıxsaq, Cem Yılmaz demiş, qadın kişinin inkişaf etmiş modelidir! Çünki kitab deyir ki, birinci kişini, sonra qadını yaratdı Tanrı. Əlbəttə, birincində etdiyi səhvləri Tanrı ikincidə etməzdi! Qadınlar kişilərdən daha çevik zəkalıdırlar! Türk mifologiyasına baxdıqda yenə qadın kişidən üstün modeldir, çünki Umay Ana Tanrının Anasıdır; ona tanrılığını, güclü olduğunu addımbaaddım öyrədəndir!

Qadın eqosu çox güclüdür, əlinə imkan düşəndə kişidən amansız olur. Çünki min illərdir, qadın kişinin əsiridir! İmkan tapıb əsirlikdən qurtaranlar min illərin yığılıb qalan enerjisini idarə edə bilmir və aqressivləşir. Bu aqressivliyin, eqonun da səbəbkarı kişilər olduğu üçün elə zərbə alan da onlar olur!

Bu üstün model necə oldu ki, kişinin əsirinə çevrildi? Yenə iki mifologiya üz üzə durur, yəhudi mifologiyasından xristianlığa, islama keçən Adəm, Həvva və türk mifologoyasından Umay Ana oğlu Erlik xan! Hər ikisindən də yola çlxsaq, nəticə eyni olur: yaratdığı ikinci və üstün modelin zəkasını qısqanan yəhudi tanrısının qadına qarşı sərt qaydalar qoyması, türk mifologiyasındakı Tenqri Erlik xanın Anasını eşitməməsi, onu saymaması və ona bənzəyənlərə qarşı mərhəmətli olmaması!

Bütpərəstıikdən yəhudiliyə, ordan da sonrakı dinlərə ötürülən həyat şərtləri qadına heç zaman meydan verməyib və təəssüf ki, hazırda dünya məhz bu ideoloji sistemin ağuşunda yaşayır. Amma türk mifologiyasında qadına münasibət daha demokratik idi. Təəssüf ki, bu adət bizdə islamın, bir qismində musəviliyin, digər qismində isə xristianlığın təsiri ilə unudulmaqdadır. Avropa zahirdə bu modeli yırtmaqda kimi görünsə də, əslində, xristianlıqdan gələn mühafizəkarlıq buna imkan vermir!

Əminəm ki, bu iki cinsə bərabər şərait, mühit tanınsa, qadının heç bir halda kişidən zəif varlıq olmadığını görərik! Amma bu bərabərliyi təmin etmək üçün minillərin qadın ruhundakı eqonun, aqressiyanın təsirində kişilər bir min illər də əzilməlidir! Ona görə də hazırda qadın təhlükə mənbəyidir, imkan vermək olmaz üzə çıxsın. O əzilməli, basdırılmalı, əsir saxlanılmalıdır!

Şəmil SADİQ

…………

Manşet Xəbərlər

Azərbaycanda ilk: Təhsil Menecerləri Forumu keçirilib.

təhsil menecerləri forumu

Noyabrın 19-da yerli və xarici təhsil müəssisəsi rəhbərlərinin iştirakı ilə Təhsil Menecerləri Forumu keçirilib.

senet.az xəbər verir ki, giriş nitqi ilə çıxış edən Hədəf Şirkətlər Qrupunun baş direktoru Şəmil Sadiq tədbirin məqsədi, perspektivləri barədə məlumat verib, bu sahədə atılan addımlar və problemlərdən söz açıb, onların həlli yollarına diqqət çəkib.

Deputatlar Fazil Mustafa, Ceyhun Məmmədov, Dövlət Gömrük Komitəsi Akademiyasının rəisi Qulu Novruzov Təhsil Menecerləri Forumunun Azərbaycanda ilk dəfə keçirildiyindən, belə tədbirlərin təhsil sahəsi üçün açdığı imkanlardan söz açıblar. Bundan başqa çıxışçılar istər məktəblər, istər kollec və universitetlərdə təhsil sisteminin çatışmazlıqlarından, mövcud problemlərin həlli yollarından danışıb, bunun üçün əlverişli şərait yaradılmasının vacibliyindən bəhs ediblər.

təhsil menecerləri forumu

Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı isə “Təhsildə idarəetmə və keyfiyyət” mövzusunda çıxış edib. Keyfiyyətli təhsilin keyfiyyətli gələcəyə yol açacağından, əvvəl bilmək istəyən, daha sonra öyrənməyə can atan nəsil yetişdirməyin vacibliyindən danışıb.

“Azərbaycanda təhsil idarəçiliyi: reallıqlar və perspektivlər” adlı mövzu qoyan Ceyhun Məmmədov Azərbaycan təhsilinin hazırkı vəziyyəti ilə bağlı qayğılarından, perspektivləri dəyərləndirmənin mümkünlüyündən, təhsil işçilərinin vahid nəticə üçün ortaq qənaətdə birləşməli olduqlarından söz açıb.

təhsil menecerləri forumu

Biznes və karyera məsləhətçisi Fəxri Ağayev “Şirkət nəticələrində rəhbərin rolu və məsuliyyəti”ndən danışıb. O qeyd edib ki, işə götürülən işçinin potensialı və gördüyü işin keyfiyyəti rəhbərin məsuliyyəti deyil. Amma bir il sonra da nəticə dəyişmirsə, bu, təkcə işçi ilə yox, rəhbərlə də bağlı problemdir.

Hədəf Şirkətlər Qrupunun təsisçisi Şəmil Sadiq “Təhsildə Hədəf konsepti”ndən söz açıb, yeni tipli məktəbin yaradılmasının, milliliyi qorumaqla bəşəri yeniliklərin tətbiqinin mümkünlüyündən danışıb.

 

təhsil menecerləri forumu

təhsil menecerləri forumu

“CIBS Europe” təlim mərkəzinin təsisçisi Təbriz Hacınski “Təhsil menecerliyində NLP” mövzusu ilə danışıqların idarə olunmasının, bunun üçün strategiyanın, səs tonunun, sözlərin düzgün seçilməyinin vacibliyini dilə gətirib.

“Azərbaycan İnsan Resursları Assosiasiyası” İctimai Birliyinin təsisçisi Nərgiz Seyidzadə “Ofis başlarında dəyişim”dən danışıb, işçilərin və rəhbərliyin bölündüyü qruplardan, iş yerində düzgün hesab olunan yanlışlardan, işçilərə fərdi yanaşmanın əhəmiyyətindən bəhs edib.

təhsil menecerləri forumu

Forumda jurnalist Orxan Cabbarlının moderatorluğu ilə panel də baş tutub. Bakı Şəhər Təhsil İdarəsində Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə, 291 nömrəli Ekologiya liseyinin direktoru Arif Əsədov, tarix üzrə fəlsəfə doktoru Elvin Əliyev və təlimçi-psixoloq Fərid Seyfullayevin iştirakı ilə reallaşan paneldə uğurlu təhsil konsepsiyaları, təhsildə idarəetmə strategiyası, məktəb idarəetməsindəki yanlışlıqlar, yeni nəslə yeni təhsil, təhsilin onlayn idarəedilməsi və rəqəmsallaşma, eləcə də metamən mövzuları ətrafında bir-birindən maraqlı fikirlər səsləndirilib.

Forum iştirakçıları da tədbirə interaktivlik qatıb, sözügedən mövzularla bağlı məruzəçilərə bir-birindən maraqlı suallar verib, dolğun cavablar alıblar.

təhsil menecerləri forumu

Əlavə məlumat üçün bildirək ki, yüzlərlə təhsil işçisinin qatıldığı forumda Təhsilin İnkişafı Fondu idarə heyətinin sədri Elnur Nəsibov, Elm və Təhsil Nazirliyi yanında ictimai şuranın üzvü İlqar Orucov, Mədəniyyət Nazirliyi yanında ictimai şuranın üzvü Əkbər Qoşalı, təhsil eksperti Kamran Əsədov, müxtəlif universitetlərin rektorları, təhsil sahəsində çalışan mütəxəssislər, media, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

təhsil menecerləri forumu

təhsil menecerləri forumu

təhsil menecerləri forumu

təhsil menecerləri forumu

Forum Hədəf Şirkətlər Qrupunun təşkilatçılığı ilə 20 nömrəli məktəbdə keçirilib.

Sonda bütün iştirakçılara sertifikat verilib.

Tərəfdaşlar: “Hedef Group”, “Hədəf Global”, Hədəf STEAM Liseyi, Dünya Məktəbi, “SİNKOD” yayın və dağıtım şirkəti, Mənəvi Dəyərlərin Təbliği Fondu, Kipr Elm Universiteti, AzTV, EduPress, SİA, Hədəf Təlim və Karyera Mərkəzi, Təhsil Forumu Platforması.
#Tehsilmenecerleriforumu #TMF #TəhsilMenecerləriForumu

Xəbərlər

 Şagird rəhbərliyə müəllimdən şikayət edərsə…

şəmil sadiq

Tövsiyə 2.
Direktor- Salam müəllim, bu gün Aytacla söhbətimiz oldu, məlum oldu ki, sizin dərsi başa düşmür, sual verəndə də ya cavab ala bilmir, ya da siz ona “bu nədir ki bilmirsən?” Deyib uşaqların yanında utandırırsınız. Ona görə də qrupu dəyişmək istəyir. Mən onu başa saldım, siz də bir az metodunuzu dəyişin, onun könlünü alın, amma mənim sizə nəsə dediyimi hiss etdirməyin. Elə edin ki, özünüz müəyyənləşdirmiş kimi görünsün.
Müəllim- Bəli, başa düşdüm, düzdür, mən zarafat etmişəm, həll edərəm, siz narahat olmayın.
Müəllim sinifdə – hə uşaqlar, necəsiniz? Oxumusunuz dərsi? Görək kim hansı sualla gəlib. Qorxmayın, nə qədər istəsəniz sual verə bilərsiniz. Söz, yorulmadan da olsa, cavab verəcəm. Eşitdim, məni bəyənməyənlər var, şikayət edib rəhbərliyə (Aytacın gözünə baxaraq). Belə də ki, dərsimi bəyənməyənlər üçün qapımız açıqdır.)

Dəyərli müəllimlər! Yaxşı bilirik ki, balabilgə müəllim münasibətlərində ara-sıra problemlər olur. Bu problem, adətən, adaptasiya dövründə baş versə də, bəzən bir-birini çoxdan tanıyan müəllim və şagirdlər arasında da baş verir! Səbəblər çox müxtəlif ola bilər, bu təbiidir. Təbbi olmayan bu anlaşılmazlığın aradan götürülməsində müəllim səriştəsizliyidir. Olur ki, məktəbli problemini gizli və ya açıq şəkildə dilə gətirsin. Adətən, uşaqlar böyüklərdən daha duyğusal yanaşıb bu cür problemi birbaşa müəllimə yox, məktəb rəhbərliyindən kim iləsə, sinif rəhbəri və ya valideyni ilə bölüşür. Bunu eşidən şəxs də bunu sizinlə bölüşüb, problemin mahiyyətini müəllimə çatdırır. Siz bir uşağın sizdən incik olduğunu, narazı olduğunu eşidən zaman qətiyyən ona qarşı aqressivləyə, məhz bunun onun üzünə vurmağa, üstüörtülü də olsa, bu şikayətdən xoşlanmadığınızı göstərməyə haqqınız yoxdur. Siz bunu ustaca, şagird hiss etmədən həll etməyi bacarmalısınız. Axı siz rəhbərlikdən eşitdiyinizi tənqidi sinfə girərək bunu uşağa göstərməyiniz, səriştəsizlikdir və bu səriştəsizlik nəticəsində naqis bir insan yetişəcəyinin fərqində olmalısınız. O uşaq bəlkə bir ömür öz problemini kiminsə bölüşməyəcək, dərdini deməyəcək. Halbuki, bunu siz həll edərək, uşağı inandıra və öyrədə bilərsiniz ki, bundan sonra nə problemin varsa, birbaşa özümə de, narahat olma!
Bir sözlə ki, hər hansı bir uşağın sizdən haqlı və haqsız narazı olduğunu eşitdiyiniz anda o uşağa qarşı qəlbinizdə kin, qəzəb formalaşdırmayın, bu kin yaransa belə olsa belə heç olmasa büruzə verməyin!
Həm özünüzü, həm də rəhbərliyi gözdən salır, uşağın özgüvənini qırır, səmimiyyətinə zərbə vurursunuz!

Manşet Xəbərlər

Oxun qutlu uçusu,yaxud, “Şəmil hoca” YoLu – Hədəf Konseptinin fəlsəfəsi

şəmil sadiq

Özünüdərkə aparan yol

Hazırda təhsillə bağlı atılmalı olan ən böyük addım elə təhsilin özünə olan baxışın dəyişməsidir. Çağdaş Azərbaycan təhsili özünə başqa rakursdan, mahiyyətdən, başqa bir energetik müstəvidən baxışı təmin etdiyi halda nöqsanlardan  xilas və inkişaf yolunu təmin edə biləcəkdir. Dünyanın müxtəlif ölkələrində, tarixin fərqli aşamalarında təhsil adlı mahiyyət bu situasiya ilə hər zaman üzləşib. Amma bu yolda ona yardım edən fədakarlar da tapılıb. Həmin  fədakarlar özlərinin yaratdıqları-bəşəri dəyərlərlə milli kimliyin sintezində ərsəyə gətirdikləri konsepsiyalarla əlahəzrət təhsilin yüksəlişinə səbəb olmuşlar.

Tanınmış təhsil texnoloqu, insan mühəndisliyi uzmanı Şəmil Sadiqin Hədəf  Konsepti məhz həmin konsepsiyalardan biridir. Burada heç bir mübaliğə yoxdur, sadəcə, arzuolunmaz bir reallıq da var ki, bütün tarixi əhəmiyyətli konsepsiyalar hər zaman öz  layiqli dəyərini çox sonralar alıb. Lakin Hədəf Konseptinin nə yaxşı ki, bu aqibəti yaşamayacağını indidən tam əminliklə söyləyə bilərik. Çünki cəmi bir neçə il bundan əvvəl formalaşmasına baxmayaraq bu konsept  təhsil fədaisi Şəmil Sadiq və onun zəhmətkeş  komandasının sayəsində bir İşıq kimi irəliləyir. Balabilgələrin sayəsində intellekt və milli dəyər sərhədi kimi uzanır və enerji hüdudları daha da artır. Təhsilin mahiyyəti də bir energetik dəyər olaraq fərddən şəxsiyyət, şəxsiyyətlərdən isə bir DƏYƏR CƏMİYYƏTİ formalaşdırmaq deyilmi?! Şəmil Sadığın bu zaman özü də, ərsəyə gətirdiyi da Hədəf Konsepti də bir ideya olaraq həmin intellektual və dəyər sərhədləri boyu hərəkət etmədədir…

semil sadiq

Dədə Qorqud qoxusunda tədris

Və bu intellektual dəyər sərhədi bilirsinizmi haradan başlayır? – Qədim qan yaddaşımızdan, Dədə Dorqudun qopuzundan, hikmətindən, ağ saçından saqqalından, dürlü sözlərindən… Qədim Oğuz yurdunun qətiyyət və xarakterindən, qədim Oğuzun Qaba ağacından…  Oradan başlanır bu energetik sərhəd… “Hədəf-STEM” liseyində olsanız görəcəksiniz ki, Şəmil Sadiq əslində uzun illərdir ki, elə bu sərhəddə keşiş çəkir (elə lap Bəkil oğlu İmran kimi)… Görəcəksiniz ki, onun Hədəf Konsepti də əslində bu energetik sərhədin müdafiəsi və genişlənməsi üçün bir qala divarıdır… Gələcək “döyüşçülərin” – Balabilgələrin bir ömürlük müdafiə sığnağıdır… Hədəf Konsepti haqqında az sonra ətraflı bilgi verəcəyik, bu, öz yerində… Amma biz yenə də bu konseptin daxili qatında gizli qalan mahiyyətinə, gələcəyə necə böyük ustalıqla hesablanmış hədəfinə ( adı nahaq yerə Hədəf Konsepti deyil ki) toxunaq… Elə burda da mübaliğə etmədən bir paralellik aparmaq yerinə düşər: hər şeyin öz genetik yaddaşı var. Elə bacarıq və qabiliyyətlərin də… Məsələn, Şəmil Sadiqin gələcəyə ustalıqla hesabladığı və böyük hədəfə tuşladığı bu konsept sizcə, nəyə bənzəyir? Deyim – Oğuz elində  hər kəsin yaxşı bacardığı sərrast ox atışına… Yayın ustalıqla dartılması, qartal nəzərli diqqətin ən vacib nöqtəyə kilidlənməsi, qolun harmonik vəziyyəti və ən nəhayətdə “12”-dən vurulan hədəf… Oğuz elində qara donlu kafirlərə qan udduran hər kəs bunu çox gözəl bacarırdı… Və dediyimiz kimi bacarığın da öz genetik yaddaşı var. O heç zaman ölmür, bir enerji olaraq yaşayır, layiqli olan şəxsin əlindəki “yay”ın tələbinə uyğun olaraq öz “ox”unu atır… Şəmil Sadiq də artıq bir neçə ildir ki, bu oxu zərgər dəqiqliyi ilə atıb və ox   mənəvi, tarixi sərhədlər boyunca yorulmadan öz hədəfinə doğru hərəkət edir…

Hədəf Konseptinin balabilgələri də o oxun süzdüyü istiqamətdə  də getmədədirlər – Yaddaşa doğru, müdrik genə doğru, Dədə Qorqud qoxusuna doğru…

Hədəf Konseptinin balabilgəsi bu gün ona görə mutludur ki, o öz YADDAŞının içində böyüyür… O gələcəyin innovativ inkişafına doğru az əvvəl dediyimiz  Oxun  genetik meyarları əsasında yaxınlaşır. Yaddaşındakı ox vıyıltısı ilə, Dədə Qorqud ovqatı ilə çağdaş dövrün bəşəri hədəflərinə doğru yol alır…

Zatən əsrlər boyu da belə olmayıbmı?! – Türkün oxunun vıyıltısından həm də mədrəsə qoxusu hiss olunmayıbmı?!

Hədəf Konsepti

Bayaqdan mahiyyəti ətrafında var-gəl etdiyimiz, intellektual və dəyər sərhədi boyunca gəzişdiyimiz Hədəf Konsepti barəsində qısaca da olsa bəzi bilgilərini diqqətinizə çatdıraq:

Hədəf Konsepti dünyadakı innovativ təhsil metodlarının milli təhsilimizə adaptasiyasıdır.

Hədəf Liseyinin loqosu qədim türk simvolları əsasında hazırlanıb. Loqonun ümumi görünüşü “Kitabi-Dədə Qorqud” dastanında adı çəkilən oğuzların nəsil genezisini və müdrikliyi simvolizə edən Qaba Ağacı ilə ifadə olunur ki, bu da ümumilikdə müdrik insan, Bilgə İnsan deməkdir.

Hədəf Konseptinin müasir insanı beş əsas prinsipə istinad edir: özünüdərk, sağlamlıq, bacarıq, yaradıcılıq, bilik. Hədəf Konseptində məqsəd bilikli, bacarıqlı, yaradıcı, sağlam, özünü dərk edən, milli dəyərlərinə bağlı BİLGƏ İNSAN yetişdirməkdir.

1. Özünüdərk – Hədəf Konseptinə görə özünü dərk edən insan vicdanlı, ədalətli, humanist, hüquqlarını bilən, çalışqan və daima özünü təkmilləşdirən insandır.

2. Sağlam – Sağlam bədən, sağlam xarakter, sağlam düşüncə, sağlam nəsil və sağlam mühit inkişaf üçün vacib amildir. Biz təhsilimizdə “Sağlam təhsil, sağlam millət” şüarını əsas tuturuq.

3. Bacarıqlı – Özünü dərk etmiş sağlam insan bacarıqlı olduqda ətrafındakı insanlara keyfiyyətli həyat təmin edir. O, sərbəst öyrənmə, novatorluq, fikirlərini sərrast ifadə etmə bacarıqlarına malikdir.

4. Yaradıcı – Yaradıcı insan estetik, bədii, texniki və elmi bacarıqlarını müəyyən edib onu inkişaf etdirən, problemlərə yeni yanaşma ilə baxıb orijinal həllər tapan insandır.

5. Bilikli – Özünü dərk etmiş, sağlam, bacarıqlı və yaradıcı insan obyektiv dünyada fəaliyyətini düzgün qurmaq üçün elmi biliklərə ehtiyac duyur. Bilik digər bacarıqları həyata keçirmək üçün əsas zəmindir. (Mənbə: Şəmil Sadiq, “İnsan mühəndisliyi”)

şəmil sadiq

“Dəyərlər” kitabı, “Balabilgə gündəliyi” və “Dəyərlər təqvimi” Hədəf Konsepti əsasında hazırlanmış setdir. Bu set məktəb və ailə həmrəyliyini ifadə edən, inkişaf etdirən yardımçı vəsaitdir. Bu set həm məktəb müəlliminin tövsiyəsi ilə, həm də valideynin müstəqil arzusu ilə istifadə etmək üçün nəzərdə tutulub. Hər bir ailə bu setdən istifadə edərək öz evini bir dəyər məktəbinə çevirə bilər. Tədris ilində 40 dəyər həftəsi var.

Bu məqsədlə Hədəf Liseyinin Elmi-Metodiki Şurasının qərarı ilə “Dəyərlər” kitabı və “Balabilgənin gündəliyi” nəşr edilmişdir. Dəyərlər kitabı 40 dəyəri özündə birləşdirir.

Hər bir dəyər üzrə aşağıdakılar verilir: (Nümunə “Nizam-intizam” həftəsinə uyğun olaraq verilir)

1)Dəyəri ifadə edən şəkil;

2)Nizam-intizam nədir?

3)Bizdə nizam-intizam;

4)Gül və düşün;

5)Hekayə;

6)Əylənək və cavab verək;

7)Nizam-intizam qaydalarına əməl edən şəxs nə qazanır?

8)Doğru-səhv;

9)Ailə layihəsi.

“Balabilgə gündəliyi”ndən danışmasaq olmaz. O “Dəyərlər” kitabı ilə paralel şəkildə istifadə edilir. Burada hər bir dəyərə uyğun balabilgə tərəfi ndən qeydlər aparılır, müəyyən tapşırıqlar yerinə yetirilir. Balabilgə gündəliyi heç kim tərəfindən yoxlanılmır. Bu vəsait balabilgənin özünüqiymətləndirmə vəsaitidir. Balabilgə gündəliyində hər bir həftə üzrə 4 səhifəlik yer ayrılıb.

İlk səhifə:

Burada balabilgə dəyər anlayışı ilə bağlı ilk təəssüratını, dəyəri necə qavradığını esse formasında yazır.

İkinci səhifə:

Bu və 3-cü səhifənin yarısında həftənin 6 günü üçün qaydalar, tapşırıqlar, qeydlər və s. təsvir edilir.

“Nizam-intizam” həftəsi üzrə ilk günə nəzər salaq: Hər gün üzrə balabilgə hava durumunu qeyd edir. Müəllif tərəfi ndən hər gün verilən tapşırığı yerinə yetirməyə çalışır. Bu gün üçün özəl tapşırıq bütün geyimlərin təmiz və səliqəli saxlanılmasıdır. Gün ərzində balabilgə öyrəndiklərini, ev tapşırıqlarını, xatırlamaq istədiyi məlumatları qeydlər bölməsində işləyir. Hər günə özəl bir suala cavab yazmaq üçün xüsusi yer qoyulub. Bu günə özəl sual ən sevdiyin fi lmin hansı olmasıdır. Hər bir gün üzrə balabilgə özünü qiymətləndirir. Gün ərzindəki fəaliyyətini, davranışını, bacarığını və s. 5 ballıq şkala üzrə dəyərləndirir.

Gün sonunda balabilgə əhvalını da qeyd edir. Hər bir həftə üzrə ayrılmış 3-cü səhifədə kitab və ya film tövsiyəsi verilir. Bu fi lmə baxmaq və ya kitabı oxumaq üçün əsasən bazar günü nəzərdə tutulmalıdır.

shamil sadiq

Göründüyü kimi, Hədəf Konseptinin şifrələri, əsas mahiyyəti üçlü setdə -“Dəyərlər” kitabı, “Balabilgə gündəliyi” və “Dəyərlər təqvimi”ndə öz əksini tapıb. Bu set konsept üçün aysberq rolunu oynayır. Yəni, hələ mahiyyətin görünən tərəfidir. Amma aysberqin suyun altında qalan hissəsi təbii ki, daha böyükdür. Balabilgəni əslində asberqin su altında qalan hissəsi formalaşdırır. Konsept qiymətləndirmə  prosesində də uğurlu, deyərdim ki, inqilabi bir  yanaşmanın əsasını qoyur. Balabilgəni öz ilə gün sonunda, həftə qonunda üz-üzə gətirir. O, qiymətləndirmə də özgürdür. Əsl türk ruhu özgürlük içində məsud olduğu kimi o da burada məsuddur. Onu kimsə dəyərləndirmir, onun üçün əsas dəyər bu dəyərlər sisteminə nə qədər sadiqliyidir. Çünki o YADDAŞın içində böyüyür. Onun üçün tədris prosesi bundan kənara çıxa bilməz. O, öz sərhəddini aşmamalıdır. Onun üçün əsl qiymət bilgəsindən aldığı deyil, bilgəsinin ideyalarına nə dərəcədə düzgün riayət etməsindədir…

Təkcə “Balabilgə gündəliyi”nin konteksti özgür bilgəni yetişdirmək, onu fərqli düşüncə boyutuna atmaq üçün görün qədər yararlıdır? Uluqbəy mədrəsəsinin, Rəşidəddin rəsədxanasının, Bəhmənyar kitabxanasının, Biruni “laboratoriyası”nın yetişdirdiyi bilgələrin, oradakı təlimlərin mənəvi ruhu təkcə bu gündəlikdə görün necə sərrast dəqiqliklə hesablanıb. Şəmil Sadiqin oxçuluq qabiliyyətinə söhbətin bu yerində yenidən toxunmasaq, olmaz… Şəxsən, mənim üçün bu konsept həm də “oxçunun yoludur”…

Türkün “itirilmiş maarrif” ovqatının vardığı nöqtəni, o nöqtəyə qədərki halı ilə birləşdirməkdə olan bir yol…

Gələcəyin çağdaş innovativ tələblərinə doğru milli özünüdərk işığında ged ilən bir yol… Bu yolun adı şübhəsiz ki, gələcəkdə Şəmil Sadiq yolu adlanacaqdır…

“Şəmil hoca” YOLunuz açıq olsun, əziz Balabilgələr…

Elmin Nuri

Elm və təhsil məsələləri üzrə tədqiqatçı

Xəbərlər

ANAİB və AGMA-nın növbəti iclası

Şəmil sadiq anaib
Azərbaycan Nəşriyyatları Assosiasiyasının İdarə Heyətinin sədri Şəmil Sadiq və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının İdarə Heyətinin sədri Rüfət Əsədzadə arasında görüş keçirilib.
Görüşdə müəllimlər arasında mütaliə vərdişinə təşviqin artırılması üçün birgə fəaliyyət perspektivləri haqqında müzakirə aparılıb.
Oktyabrın əvvəli başlayacaq Kitabqurdu Payız Oxu Marafonunda müəllimlərin iştirakının təmin edilməsi, kitabxanaçılarla görüş kimi yeni layihələr haqqında danışılıb.

 

Şəmil sadiq anaibŞəmil sadiq anaib

 

Şəmil sadiq anaibŞəmil sadiq anaib

Manşet Xəbərlər

“Bilgə Açıq Hava Kitabxanası”nın açılış mərasimi

Sentyabrın 6-sı Hədəf STEAM Liseyinin Bakı filialında Hədəf Liseyinin qurucu direktoru Şəmil Sadiqin ideya müəllifi olduğu “Bilgə Açıq Hava Kitabxanası”nın açılış mərasimi keçirildi.

Eyni zamanda Şəmil Sadiqin 45-ci ildönümü münasibətilə lisey heyəti tərəfindən türkçülüyün rəmzi olan at hədiyyə edildi.
Açılışda Şəmil Sadiq, Aytən Hüseynova, Nərmin Səlimova çıxış etdilər.
Kitabxananın Hədəf konseptinə sadiq qalaraq hazırlandığı, balabilgələrin şəxsi kitabxanalarını yaratmalarına təşəbbüs məqsədi daşıdığı, gələcəkdə filiallarının açılacağının düşünüldüyü qeyd olundu.
Haqqında yazılanlar Manşet Xəbərlər

Gəncliyini gənclərin gələcəyinə qurban verib yaşa dolan Ustad

ŞƏMİL SADİQİN 45 İLLİYİNƏ

 

 

Yusif Alıyev, “Ədəbiyyat və incəsənət” üçün

 

Ötən gün Oğuz elində xoş bir gün idi. Milli ətirli, dünya sevdalı, türk biçimli, göy istəkli, qurd talismanlı Şamil Sadiqin doğum günü idi.

 

Şəmil Nehrəmdə Kamil müəllimin ailəsində doğulsa da bu müdrik ağsaqqalın fiziki oğlu olub. Tərbiyəsi, əxlaqı, xeyirxahlığı, savadı, biliyi ilə hamı ona mənəvi övlad sevgisi ilə baxıb.

Şəmil müəllimi tələbəçilikdən tanıyıram. Onu tanıdığım 25 il müddət ərzində onu daha çox adam tanıyıb, lakin hər tanışlığın tarixini özündə yaşadan dəyər toplusu kimi dəyişmədən yaşayıb Şəmil əkə.

Şəmil qağa harada olubsa qısa müddət sonra orada ağılı, bacarığı ilə ilklərdən olub və heç zaman da ora dönük çıxmayıb. Bunun səbəbini bilmək üçün rəml atıb, fala baxmaq lazım deyil. “Şamil Kamil Sadiq” üçlüyünə baxıb şamil mənasının aid olmaq, sahiblənmək, kamil sözünün nöqsansız, bitkin, sadiq kəlməsinin isə sədaqətli, vəfalı olmaq mənaları üzərində sinergetik təhlil aparsaq görərik ki, bu 3 adın hər biri elə Şəmil Kamil oğlu Sadiqi xarakterizə edir.

Şamil Sadiq, 45 yaşın mübarək!

Səni tanıdığım 25 il ərzində çox şey dəyişmisən, özün dəyişməsən də. Saç-saqqalı ağartdın, çox vərdişlərdən uzaq durub çox-çox işlər gördün. Gəncliyini gənclərin gələcəyinə qurban verib yaşa doldun. Dahi Səməd Vurğun sayağı ağarmış saçlarına baxıb Şəmil qocalır deyəndə cavabın belə olur, biixtiyar:

 

Saç ağardı, ancaq ürək

Alovludur əvvəlki tək.

Saç ağardı, ancaq nə qəm!

Əlimdədir hələ qələm…

Bilirəm ki, deməyəcək

Bir sevgilim, bir də Vətən:

-Şair, nə tez qocaldın sən!

 

Elə biz də sənə sonsuz Vətən və ailə sevgisi arzu edirik. Səni 45 illik şərəfli ömür yolu keçmən münasibətilə ürəkdən təbrik edir, bu ömrün qədər də şərəfli, sağlam, həyata şamil, ömrə kamil, vətənə sadiq ömür arzu edirəm. Arzu edirəm ki, Nehrəmin dar küçələrində ayağına hopmuş o bərəkətli torpağın tozu daim sənin immun sistemində olsun.

Oğlun, qızın bəxtiyar olsun

“Ədəbiyyat və incəsənət”

Xəbərlər

Sertifikatlaşdırma

şəmil sadiq

 

 

Avqustun 31-də ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat fənni üzrə pedaqoji stajı 3 il olan, həmçinin könüllü şəkildə iştirak etmək istəyən 60 və daha yuxarı yaşda olan təhsilverənlər sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinə cəlb olunublar.
✔️Test imtahanının gedişi ilə yaxından tanış olmaq məqsədilə Elm və Təhsil Nazirliyinin əməkdaşları, millət vəkilləri və tanınmış ictimaiyyət nümayəndələrinin iştirakı ilə imtahanın keçirildiyi Bakı şəhəri 161 nömrəli tam orta məktəbə mediatur təşkil edilib.
☑️Mediaturda iştirak edən elm və təhsil nazirinin müavini Həsən Həsənli qeyd edib ki, ölkə üzrə 13 şəhər olmaqla 22 imtahan mərkəzində təşkil olunan test imtahanlarının ilk seansında 1 172 müəllim iştirak edir. Həsən Həsənli xatırladıb ki, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında edilmiş dəyişikliyə əsasən pedaqoji staj tələbi 5 ildən 3 ilə endirilib, eyni zamanda 60 və daha yuxarı yaşda olan müəllimlərin sertifikatlaşdırılma prosesində iştirakı könüllü şəkildə olub.
Daha sonra qonaqlar proseslə bağlı fikir mübadiləsi aparıblar.
Xəbərlər

“Təhsilimizi kişiləşdirməliyik, yoxsa erkəkləşdirməli?”

samil sadiq

 

Nədənsə həmişə müəllim dedikdə, cins olaraq hamının ağlına kişi cinsi gəlir. Dilimizdəki “kişi” sözü isə artıq öz mənasını dəyişib, başqa dona girib. Bu söz daha çox mərd, ağzıbütöv, ləyaqətli, namuslu insana ünvanlanan bir etalondur. Bu cür insan isə erkək də olur, qadında da. Deməli, izahlı lüğətimizdə bu sözün ilk mənası olaraq yuxarıda qeyd etdiyimiz və bir çoxunu da unutduğumuz müsbət yüklü sözlərin daşıyıcısına verilən ad olmalıdır. Türkiyə türkcəsində “kişi” sözü nəfər mənasında işlədilir. Deməli, bizim dildə də bu söz cins anlayışından uzaqlaşıb və yeni məna kəsb elədiyini qəbul etməliyik.

Hə, gələk mövzuya. Mən də “təhsilimizi kişiləşdirməliyik” dedikdə hamımız kimi “erkəkləşdirməyi” nəzərdə tutmuşdum. Amma məqalənin adını yazan kimi və “kişi” sözünün mənasına varan kimi fikrimi dəyişdirdim. Çünki mən düşünürdüm ki, orta məktəbdə dərs deyən müəllimlərin çoxluğunu kişi cinsindən etsək, ürəyimdə tutduğum bütün problemlər həll olunmuş olar. Fəqət “arvad kimi kişidənsə, kişi kimi arvad yaxşıdır” deyimi də fikrimin dəyişməsinə səbəb oldu. Qaldım çaşbaş. Əlimi klaviaturadan götürüb düşündüm, qərara gəl, kişiləşdirməliyik, yoxsa erkəkləkləşdirməli? Çox düşünsəm də, qərara gələ bilmədim. Lənət şeytana, nə olardı ki, bütün erkək insanlar kişi olardı, mən də bu məqalədə mətləbdən uzaqlaşmaya idim. Amma oxucunun intellektinə və məntiqinə güvənərək “onlar başa düşərlər, mən nə deyirəm”, – deyib keçirəm mətləbə.

Orta məktəb təhsilimizdən narazı olmayan insanımız yoxdur demək olar ki… Sıravi vətəndaşlar düzgün təhsil verilmədiyindən, müəllimlərin məsuliyyətsizliyindən, müəllimlər kurikulumdan, maaşın azlığından, Təhsil Nazirliyi müəllimlərin işinə vicdanla yanaşmamasından, özlərini təkmilləşdirməməsindən narazıdır. Sözün düzü, hamısı haqlıdır. Amma mən elə bilirəm ki, bunların yeganə baiskarı boş-bikar xanımların məktəblərdə kişilərin yerini tutmasıdır.

Bu gün istənilən orta məktəbin müəllimlərinin statistikasını çıxartsaq, ən yaxşı halda 90-nın 10-a olar. Yəni 10%-i kişi olar. O da başqa bir yerdə iş tapa bilməyən, iş qabiliyyətini itirən ahıl kişilər. Yerdə qalanlar isə qadınlardır. Şair təbiətli insan olduğuma görə qadınlara qarşı bir antipatiyam yoxdur. Çünki şeirlərimin baş qəhrəmanları xanımlar, ilham pərimin də cinsi zərifdir.

Birinci olaraq bunun necə baş verdiyini araşdırmaq istərdim. Necə oldu ki, məktəbdə işləyən insanların çoxu qadınlar oldu? Hamımıza məlum olan səbəblərdən biri orta məktəbdə maaşın az olmasıdır. Elə buna görə də ailə dolandırmaq kimi ağır bir yükü çiyninə götürən kişilər bu az maaşlı, az “xalturalı” işdə işləməkdən yayındılar. İkincisi isə mentalitetimizin günahlarıdır. Hamımız məktəbə ən axırıncı iş kimi baxdıq və müəllimlik sənətinə daha çox qızlarımızı göndərdik. – Qadındır da nə edəcək, qoy gedib müəllimdən-zaddan işləyib başın girələsin, – dedik. Beləcə, bu sənət “arvad peşəsi” kimi formalaşdı. Sonra da qadın müəllimlərin ərləri ən təmiz, namuslu bir yer kimi məktəbi seçdi. Savadlı, savadsız xanımlarını məktəbə düzəltdilər. Sənin mənə pulun lazım deyil, get başını qat, gününü keçir, – dedilər. Hə, bir də ona görə ki, hamı əxlaq baxımından ən saf yer məktəbi bilir axı. Ona görə xanımlarını məktəbə göndərməklə gözləri arxalarınca qalmadı. Bizim üçün əxlaqsızlıq daha çox bir evli kişinin bir qadından və ya bir evli qadının bir kişidən xoşu gəlməsi hesab edildiyindən, qeybət, ara vurmaq, kiminsə ayağının altını qazmaq, evini yıxmaq o qədər də əxlaqsızlıq hesab edilmir.

Və beləcə həm məktəblərimiz, həm tədrisimiz, həm əxlaqımız, həm də oğlanlarımız arvadlaşmağa başladı. Əslində bu da avropa standartlarına yaxınlaşma demək idi. Axı müasir dünyada din, millət ayrımı olmadığı kimi, cinsi ayrım da yoxdur.

Sadəcə bu peşəni sevənlər və bu peşəyə hörmət bəsələyənlər, ən azından bu peşəyə çörək ağacı kimi baxanlar müəllimliyə qayıtsa, bəlkə, onda təhsilimizdə də kişiləşmə gedə. Sözümün üstündə dururam, kişiləşmə ha, erkəkləşmə yox.

Xanımlar məndən inciməsin, amma qəlbimin dərinliyində təhslin erkəkləşməsini də istəyirəm. Çünki ha axtarıram Aristoteldən, Nizamidən, Mirzə Şəfidən, Mirzə Cəlildən, Hüseyn Caviddən, Abdulla Şaiqdən bu yana adlı-sanlı qadın müəllim yadıma düşmür. İstisnalar qaydaları pozmur…

P.S. Müəllimin cinsi olmaz. Ona görə də dilimizdə “müəllimə” ifadəsi yoxdur. Amma təəssüf ki, yazıq uşaqların dili elə vərdiş edib ki, qabaqlarına kim çıxır “müəllimə” deyirlər. Belə getsə, dilimizdə cins kateqoriyası yaranacaq.

Müsahibələr Xəbərlər

Həyatımı dəyişən kitab

Şəmil Sadiq

 

Adətən, insanların həyatını oxuduqları kitab dəyişdirir, mənimsə bəxtimə yazdığım kitab düşdü.

Nizami adına Ədəbiyyat İnstitutunda aspirant idim. Həm 20 nömrəli məktəbdə, həm kurslarda dərs deyir, repetitorluqla məşğul olurdum. Yeni dərsliklər nəşr edildiyindən o vaxt şagirdlərin istifadə etdiyi akademik Möhsün Nağısoylunun Ədəbiyyat vəsaiti artıq fünksiyasını itirmişdi. Dərslikləri özündə əks etdirən yeni bir ədəbiyyat vəsaitinə ehtiyac var idi. Şagirdlərimə vərəq-vərəq yazıb verdiyim hissələr maraqla qarşılanırdı. Elə ideya da ordan gəlmişdi. Yay ayları ən münbit vaxt idi. Oturdum və yazdım.

Kitab bitəndə çap üçün maliyyə vəsaitim yox idi. Dostlardan birinə “Gəl, şərik kitab çxıaraq” dedim, razı olmadı, amma 500 manat borc verə biləcəyini dedi. Atamdan da ala bilməyəcəkdim pulu, çünki buna qədər iki şeirlər kitabım çıxdığından kitabdan xeyir gəlməyəcəyini bilirdilər. Hətta bəzi dostlara həvəslə hədiyyə etdiyim şeirlər kitabımı yataqxanada “pletka”nın ayağı altına qoyub tarazlıq üçün istifadə etdiklərini bildiyimdən mən də tərəddüdlü idim. Amma risk etmək lazım idi. Yoldaşıma aradabir ev almaq üçün verdiyim pulları gətirməsini dedim. 500 manat da o. 1000 manat düzəlmişdi artıq. Elmi və Pedaqoji məsləhəti dostum, tanınmış pedaqoq Ağababa İbrahimovdan almışdım, sonrakı çap işlərində də ondan xeyli dəstək gəldi.

Kitabı dizayn edəndə üzərində vindovsun şəkillərindən biri olan hədəf işarəsini qoyub, oxların lələyin Azərbaycan bayrağı kimi edərək kitaba loqo düzəltdim. Ardınca üzərinə bir şüar yazdım: Tələbənin Qabaqcıllığı Dövlətin  Keyfiyyətidir. Əslində bu, TQDK abreviaturasına verdiyim yozum idi. Kiçik qalmaqallar yaşasam da, qurumun təklifi ilə sonralar bu sözü kitabdan çıxardım.

Kitab çap ediləndə dostum Elxan Nəcəfova bir iş təklifi etdim. Çünki onda o da  işsiz idi. Elxan bəy sevə-sevə kitabın satış işlərinə başladı. Sentyabrda satışa verdiyimiz kitab qısa müddətdə bazarı silkələdi. Min tirajla çıxan kitab yanvara qədər 10000 tiraj satıldı. İl sonuna qədər 20000 tiraja qədər qalxdı, hərçənd, bundan iki dəfə çox plagiat formada satıldı. Çünki yetərincə çox çap etmək üçün maliyyəmiz yox idi. Bir gün Fərman (sonradan dostlaşdıq) adlı bir şəxs mənə zəng edib kitabı sata bilmədiyimiz haqqında şikayətləndi: “Müştərilər öldürür bizi, ya kitab gətirin, ya da “kopya” satacağam” – deyə etiraz etdi.

Kitabın icazəsiz çap edilməsinin qarşısını ala bilmədiyimizdən çox gərgin idik.  Bir gün əziz dostum, unudulmaz məsləhətləri ilə yol göstərən Ağababa İbrahimov müəllim dedi ki, niyə narahatsan, onlar səni reklam edir, bütün Azərbaycana yayılır, işin olmasın. Gələn il daha yaxşı satılacaq, sən ona hazırlaş. Dediyi kimi də oldu. 2007-2008 ci ildə nəşriyyat 30 mindən çox kitab satdı.

Artıq Şəmil Sadiq imzası və kitab bütün ölkədə tanınırdı. Oxucular satıcıdan kitab istəyəndə “Şəmil Sadiq ver bir dənə” deyirdi.

Bir gün oxuculardan şikayət gəldi ki, kitab çox bahadır. Ona görə də mağazaları gəzmək qərarına gəldim. Onsuz da kitabı mağazanın qabağına qədər avtobusla və ya metro ilə özüm gətirirdim, sonra Elxan müəllimə verirdim. Əlbəttə ki, satıcılar məni tanımırdı. Qiymətini soruşanda çox baha olduğunu deyib, etiraz etdim satıcıya. Dedim ki, müəllifə şikayət edəcəm. Satıcı gülərək dedi ki, rəhmətliyin oğlu, bu kitabın müəllifi indi hansısa kabinetdə qıçın aşırıb qıçının üstünə çay içir, sən hara, o hara?!

İndi artıq həmin Ədəbiyyat vəsaitimin 12-ci nəşri çap edilir, yenə sentyabr, yenə təhsil ilinin başlanğıcı… Yenə o kitabdan gələcək gəliri həvəslə gözləyən bir müəllim. Amma indi qocalıb, əvvəlki illər kimi satılmır. Artıq zaman o zaman deyil, lakin həmin yaşıl üzlü Şəmil Sadiq kitabı ayaqdadır, şagirdlərin, magistrlərin, müəllimlərin sevimlisi olan bu kitab həyatıma elə gəldi ki, məni vərəqləri üzərinə alıb Azərbaycanı gəzdirdi, sevdirdi. Təvazökarlıqdan uzaq olsa da deyim ki, indi hansısa kitabın 12 ildir kitab bazarında öz mövqeyini belə sağlam yaşada bilməsinə inanmıram.

Və bü gün İngilis və ərəb dillərinə tərcümə edilərək ədəbiyyatımızın tanıtımı rolunu oynayır.

Oxucularıma, tələbələrimə, şagirdlərimə və müəllim yoldaşlarıma minnətdarlıq hissimi bildirir və bu il bu kitabdan gələn gəliri məhz Ədəbiyyatımızın tanıtımına ayırmağı qərarlaşdırdım. Çünki bu gün qazandığım bütün uğurları məhz bu kitaba, ədəbiyyata borcluyam.

Ədəbiyyatdan qazandıqlarımdan ədəbiyyatın inkişafına ayırmaqla ümid edirəm ki, yüz minlərlə oxucusu olmuş bu kitaba olan minnətdarlıq borcumu kiçik də olsa qaytarıb rahatlıq hissi keçirər, əməlimlə bir daha motivasiya olaram.