Bölmə baxışı

Xəbərlər

Xəbərlər

Mədəniyyət Nazirliyi yanında İctimai Şura ilə ANAİB birgə müzakirə keçirib

Mədəniyyət Nazirliyi yanında İctimai Şura ilə ANAİB birgə müzakirə keçirib

Mədəniyyət Nazirliyi yanında İctimai Şura ilə “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB) “Azərbaycan kitabçılığının durumu: dövlət və özəl sektor əməkdaşlığı” adlı birgə müzakirə keçirib. Müzakirə Azərbaycanda Atatürk Mərkəzində iyulun 2-də təşkil olunub.

shamilsadiq.az-a istinadən xəbər verir ki,
Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədr müavini Əkbər Qoşalının aparıcılığı ilə keçən
görüşdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa, Mədəniyyət nazirinin müavini Fərid Cəfərov, nazirliyin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Akif Marifli, eləcə də həmin şöbənin iki əməkdaşı, ANAİB-ə üzv olan iyirmi iki, üzv olmayan üç nəşriyyatın rəhbəri, QHT və media nümayəndələri, təşkilatçı qurumların rəhbərləri – ANAİB İdarə heyətinin sədri Şəmil Sadiq, Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədri, Millət vəkili, akademik Nizami Cəfərov və Şura üzvləri iştirak edib.
Giriş nitqi ilə çıxış edən ANAİB İdarə heyətinin sədri Şəmil Sadiq görüşün məqsədindən, kitabçılıq sahəsində dövlət və özəl sektorun rahat və sıx ünsiyyətinin vacibliyindən danışıb, 27 nəşriyyatın ANAİB-də bir amal uğrunda birləşdiyini dilə gətirib.
Ş.Sadiq Azərbaycan Naşirlərinin I Forumu və III Uşaq Kitab Festivalından söz açıb; kitaba təşviq layihələrinin yetərli olmadığını, gənc ədiblərin əsərlərinin nəşrinin arzuolunan şəkildə stimullaşdırılmadığını, kitabxanalara kitab alışının azlığını, tərcüməyə dəstək proqramının hələ də həyata keçirilmədiyini vurğulayıb.
O bildirib ki, ölkəmizdə özəl qurumların təsis etdiyi ədəbiyyat və sənət dərgilərinin durumu acınacaqlıdır. Dərgi mədəniyyəti demək olar, tənəzzüldədir. Dərgilərin diqqətdən qıraqda qalması, onların kitabxanaların fonduna əlavə edilməməsi, dövlət dəstəyinin yoxluğu nəşriyyat sahəsinin xüsusi problemidir.
ANAİB sədri ictimai-siyasi, idman media orqanlarına edildiyi kimi ədəbi dərgilərə də dəstəyin vacibliyini dilə gətirib.
“Təhsil” nəşriyyatının direktoru Tural Axundov mətbəə ilə nəşriyyat sahələrin vəhdətdə inkişafını önə çəkib və bu sahələri ayırmağın doğru olmadığını vurğulayıb. O, Mədəniyyət Nazirliyi ilə Elm və Təhsil Nazirliyinin kitab alışı siyasətindən razılığını ifadə edib.
Çıxış üçün növbəti söz “Parlaq İmzalar” nəşriyyatının direktoru Nurman Tariqə verilib.
N.Tariq ədəbiyyatın və dilin dövlətin mədəniyyət strategiyasında ən önəmli faktor olduğunu vurğulayıb.
O bildirib ki, kitabxanaların fəaliyyəti genişləndirilməli, bu qurumların fondu üçün kitab alışı artırılmalı, eyni zamanda, kitabxanalardakı kiril qrafikalı kitablar latın qrafikalı olanlarla əvəzlənməlidir.
Nurman Tariq ölkədə Kino Agentliyinin olduğu kimi Kitab Agentliyinə də ehtiyac duyulduğunu bildirib.
“Əlfəcin” nəşriyyatının və Göygöl şəhərində fəaliyyət göstərən “Göygöl” Kitab Evinin rəhbəri Mübariz Həsənov bölgələrdə kitabçılığın əsas problemlərindən söz açıb. Mədəniyyət Nazirliyinin regionda təşkil edilən kitab sərgilərinə dəstəyinin, kitabxanalar üçün kitabların mətbəələrdən yox, nəşriyyatlardan satın alınmasının, hər rayon mərkəzində (ilkin olaraq) bir pilot kitabxananın yaradılmasının və bu təcrübənin daha sonra qəsəbə-kənd kitabxanalarında tətbiqinin, Bakı Beynəlxalq Kitab Sərgisində nəşriyyatlara daha çox yer ayrılmasının önəmini qeyd edib.

Növbəti çıxış üçün söz alan “Ağıllı Bala” nəşriyyatının rəhbəri Fatimə Alxaz ölkədə uşaq kitabları, uşaq yazarları və illüstratorları probleminə diqqət çəkib, uşaq ədəbiyyatının inkişafı ilə bağlı məsələlərdən danışıb.
F.Alxaz uşaq ədəbiyyatı ilə bağlı bir neçə nominasiyada mükafatın təsisi, uşaq yazıçılarının həvəsləndirilməsi, ölkədə və xaricdə tanınması yönündə silsilə tədbirlərin həyata keçirilməsi mövzusunda təkliflər irəli sürüb.
Çıxışçı 6 – 9 iyun tarixlərində keçirilən III Uşaq Kitab Festivalının konsepti barədə danışıb və müvafiq qurumların rəsmilərinin məsələyə daha üstün diqqətinin arzu olunduğunu deyib.

“Altun Kitab” nəşriyyatının rəhbəri Rafiq İsmayılov vurğulayıb ki, özəl sektorun bu sahəyə nə dərəcədə məsuliyyətlə yanaşacağını dövlətin strategiyası təyin edir. Ona görə də kitabçılığın, ədəbiyyatın əsas qoruyucu qurumu olan Mədəniyyət Nazirliyi bu sahəyə diqqətini artırmalı, yeni layihələrlə çıxış etməlidir.

Daha sonra “Libra Kitab” nəşriyyatının direktoru Veysəl Məmmədov çıxışında bu sahə üzrə xarici əlaqələrdən, beynəlxalq kitab sərgilərindən bəhs edib. Ölkəmizdə keçirilən Bakı Beynəlxalq Kitab Sərgisinin hazırlıqlarının il boyu aparılması, naşirlərin bu prosesdə yer alması, il boyu dövlət tərəfindən keçirilən sərgi və tədbirlər barədə geniş məlumatların verilməsi kimi məsələlərinin vacibliyini vurğulayıb.

İctimai Şuranın dədr müavini Vüqar Qədirov öz çıxışında bir sıra köklü məsələlərə, o cümlədən təhsil mövzusuna toxunub.

“Qələm” nəşriyyatının rəhbəri Hafiz Eyyubov bildirib ki, ölkəyə idxal olunan kağız ƏDV-dən azad olsunsa da, bu qayda yalnız Rusiyadan gətirilən kağızlara şamil edilir, Avropadan gətirilənlərə şamil edilmir. O, sözügedən problemin tezliklə həlll edilməsinin vacilbiyini diqqətə çatdırıb.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa bu tədbirə əsasən problem dinləməyə gəldiyini deyib. Ölkədə kitab oxumayan, özünü kadr kimi yetişdirməyən gənc insanların az olmadığından, bunun da səbəbinin müəllif problemi ilə bağlanmadığından, dərin fəlsəfi kitabların yazılmamasından, tərcümələrin isə qənaətbəxş olmadığından, bu sferada terminologiyanın inkişaf etməməsindən, məktəblilərin yazı bacarıqlarının əskikliyindən, məktəblərdə oxuya təşviqin azlığından söz açıb.
F.Mustafa vurğulayıb ki, dövlət son zamanlar aktivləşən kitab sərgilərinə bacardıqca çox dəstək verməli, bunun üçün özəl sektordan layihələr istəməli, bu təşkilatçılıqda öz resurslarından səmərəli istifadə etməlidir.

İctimai Şuranın sədri Nizami Cəfərov öz nitqində Mədəniyyət Nazirliyi Nəşr Planının Tərtibi və Nəşriyyat Məhsullarının Satınalınması üzrə Komissiyasının fəaliyyətinin genişləndirilməsini təklif edib, qurumu ANAİB tərəfindən təşkil olunan silsilə kitab sərgilərinə aktiv dəstək verməyə çağırıb.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov regionlarda keçirilən kitab sərgilərində Mədəniyyət Nazirliyinin həmişə öz resurslarından istifadəyə hazır olduğunu bildirib. Hətta indiyə kimi keçirilən kitab sərgilərinin bir xeylisi üçün müxtəlif bölgələrdə məkan və bəzi imkanların təşkilatçılara təklif edildiyini deyib.
O, xaricdə keçirilən müxtəlif beynəlxalq kitab sərgilərində iştirak üçün həmişə yerli nəşriyyatlara şərait yaradıldığını, bu il bir neçə sərgiyə özəl sektor nümayəndələrinin də cəlb olunduğunu, bütün xərclərin nazirlik tərəfindən qarşılandığını qeyd edib.
F.Cəfərov Mədəniyyət Nazirliyi Nəşr Planının Tərtibi və Nəşriyyat Məhsullarının Satınalınması üzrə Komissiyasının fəaliyyət planının hər il detallı şəkildə elan edildiyini, nazirliyin kiril qrafikalı kitabların latın qrafikalı kitablarla əvəzlənməsi üçün işlər apardığını, Kitab Agentliyinin yaradılmasının planlar arasında olduğunu, Azərbaycan ədəbiyyatına dəstək layihəsi üzərində işlər getdiyini, kitabxanaların effektiv fəaliyyəti ilə bağlı “yol xəritəsi”hazırlandığını və son olaraq ANAİB tərəfindən təşkil olunan Azərbaycan Naşirlərinin I Forumu və III Uşaq Kitab Festivalında Mədəniyyət Nazirliyinin müvafiq şöbənin əməkdaşlarının qatıldığını vurğulayıb.
Nazir müavini müzakirələrin gələcək fəaliyyət və işbirliyi üçün faydalı olacağına inandığını söyləyib.

Xəbərlər

Selin qabağına müəllimlər çıxır…

şəmil sadiq

Selin qabağına müəllimlər çıxır…

Hörmətli Millət vəkilimiz, əziz dostum, Fazil Mustafanın Milli Məclisdəki son çıxışına münasibətimi bildirmək istəyirəm. Amma öncə deyim ki, Fazil müəllimin maarifçiliyə, mədəniyyət və təhsil sahəsinə münasibəti, həmişə ön planda tutması, özünəməxsus yanaşmaları təqdir olunandır və mənə görə nümunədir. Çünki bu mövzularda ya danışılmır, ya da çox dəxlisiz yanaşmalar olur.
Açıqlamada qeyd edilən saxta diplom mövzusu ilə bağlı (“Biz elə bilirik ki, ölkədə sanki saxta diplom alanlar ancaq müəllimlərdir. Müəllimlər zəif bənddir. Biz bunu ciddi araşdırmalıyıq.) bəyə təşəkkür edirəm. Çünki nədənsə həmişə sel gələndə birinci müəllimləri aparır. Seçki olur, müəllimlər danlanır, saxta diplom mövzusu çıxır, yenə müəllimlər öndə gedir, hallandırılır, Sertifikasiya nəticəsinə görə işdən çıxarılma qərarı yenə birinci müəllimlərdən başlanılır. Əslində haqlı yanaşma da olsa, adama maraqlı gəlir, hanı polis, həkim, müəhdis, nə bilim başqa peşələrin rəhbərləri, niyə onlarda belə olmur, amma müəllimlər həmişə mövzu olur. Əmin olun ki, müəllim adının bu qədər hallandırılması, hər şeyləri mövzu olması bir müəllim olaraq bizi çox incidir. Ölkə səhiyyəsi niyə arxa plana atılır, niyə o mövzu belə popliyar olmur? Və digər sahələr də həmçinin. Yəqin ki, müəllimlərə olan sevgidəndir, nənəm deyərdi ki, pişik balasını istədiyindən yeyər. Yəqin bizim də boyumuza bu biçilib. Bu bir ayrı mövzudur.
Amma Fazil müəllimin direktorların 5 illik səlahiyyət müddəti olması fikrinə etirazını (direktorlar üçün səlahiyyət müddəti 5 il müəyyən olunub. Bu müddətdə direktor məktəbi necə toparlaya bilər?) qəbul etmirəm. Çünki Emin müəllim yeni nazir təyin ediləndə yazılı göndərdiyim təkliflər içərisində bu mövzu da var idi. Məncə, çox lazımlı addımdır. Düzdür, təhsil ağır sahədir, 5 ildə böyük işlər görmək çətindir. Amma kresloya yapışıb qalmaq, konfort zonasından çıxmamaq da bir ayrı problemidir. Bu, beynəlxalq yanaşmalarda bütün sahələrdə belədir və vacibdir. Əgər ölkə prezidentləri, millət vəkilləri 5-7 il müddətinə seçilirsə, deməli məktəb direktoruna da bunu şamil etsək, yaxşı olar. Əgər deyildiyi kimi icra olunacaqsa, çox ciddi faydasını görərik. Uzun illərdir ki, mən də Hədəfdəki idarəetməmizdə kurslarda 3, liseylərdə 5 ildən bir dəyişiklik edirəm. Əsas olan burda sistemdir. Sistem olacaq və işləyəcəksə, şəxslərin yerini dəyişdirməklə heç nə itirmərik. Nazirin qeyd etdiyi kimi, direktor və müavinlərinin də sertifikasiyası vacib məsələdir.

“Müəllimlərin sertifikasiyasından sonra əməkhaqqı artımına da yenidən baxılmasını zəruri sayıb. Fazil müəllim bildirib ki, 30-a qədər bal toplayanlarla 50-dən yuxarı bal toplayanların eyni şkala üzrə qiymətləndirilməsinə yenidən baxılmalıdır. Onun sözlərinə görə, 30-la 50 arasında böyük məsafə var”. Əslində Fazil müəllimin qeyd etdiyi bu məsələni kökündən həll etmək üçün, ümumiyyətlə, müəllimlərin maaşına ciddi baxılmalı, stafkaya görə maaş artırılmalıdır. O zaman artımlar daha ədalətli ola bilər. Amma 50 faizdən aşağı nəticə gösətənlərin maaşına baxılmasını isə qəbul etmirəm. 50% göstərici nə nəticədir ki, ona da özəl yanaşma edilsin, maaşı digərlərindən fərqləndirilsin. Əslındə mənə görə 80% dən aşağı nəticə toplayanlara bu artım şamil edilməməlidir. Amma biz ümumilikdə müəllim maaşını artırsaq, günün tələblərinə uyğunlaşdırsaq, istənilən müəllim heç olmasa 1000 manatdan yuxarı maaaş alarsa, daha yaxşı nəticə toplayanların maaşı daha yüksək olacaq və burda yaxşı rəqabət də olacaq. Təəssüflər olsun ki, müəllimin bugünkü maaşı heç bir halda qənaətbəxş deyil. Başqa sahələrlə müqayisə edəndə də görürük ki, ən az maaşı müəllim alır, amma ən çox psixoloji basqı da müəllimə edilir.
Son zamanlar Sertifikasiya mövzusunun bu qədər məşhurlaşması da təbii haldır, çünki ilkdir və inciyənlər, küsənlər də olacaq. Zaman-zaman alışılma prosesi gedəcək, bunu təbii qəbul edəcəyik. Fazil müəllimin sonda qeyd etdiyi kimi, “Biz təhsil səfərbərliyinə başlamalıyıq və ciddi dəyişikliklər etməliyik”! Ciddi dəyişikliyə isə hardansa başlanmılmalı və nələrisə qurban verməliyik.

Xəbərlər

Sertifikasiya sualları standartlara uyğun deyil və ya onlar müəllimliyə necə qəbul olunublar?

şəmil sadiq

Sertifikasiya sualları standartlara uyğun deyil və ya onlar müəllimliyə necə qəbul olunublar?

Yenə sertifikasiya, yenə söz-söhbət, yenə müəllimlərin rəğbətini qazanmaq üçün populist fikirlər…

Yazının başlığına çıxardığım sualı uzun illər təhsil naziri işləmiş hörmətli Misir Mərdanov verib. Açığı, bu gün hamını bu sual düşündürür. Bu müəllimləri işə kim, niyə və necə qəbul edib? Gəlin kimin necə və niyə qəbul etməsini bir kənara qoyaq, amma bu müəllimlər 10-15 ildir, necə işləyib, nə tədris edib? Niyə üzərlərində işləməyiblər, keçən dəfə sertifikasiya imtahanından kəsiləndən sonra niyə normal şəkildə hazırlaşmayıblar?

“Elm və Təhsil Nazirliyinin yaydığı məlumata görə, iyunun 8-də keçirilən təhsilverənlər üçün təkrar sertifikatlaşdırma imtahanında iştirak edən 7296 müəllimdən 3909-u test imtahanı mərhələsinin müvafiq keçid balını toplamayıb.

Qeyd olunub ki, onlardan 3424 nəfəri ibtidai sinif, 485-i isə Azərbaycan dili və ədəbiyyat müəllimi olub”.

Nəzər alaq ki, bu müəllimlərə bir il güzəşt verilmişdi, çünki keçən il keçid balını keçməmişdilər.

Hörmətli Misir müəllimin sualına cavabla başlayaq. Bəli, yəqin ki, bu nəticə göstərənlərin əksəriyyəti məhz Misir müəllimin nazir olduğu dövrdə universiteti bitirib diplom alan və işə düzələnlərdir. Məhz o adamlardır ki, əri, qayınatası, atası tərəfindən müxtəlif yollarla məktəbə baş qatmaq, evdə qalıb darıxmamaq üçün işə düzəldilib. Düzdür, məhz o dövrdə hərə bir yolla işə düzəlirdi, istedadlılar da, istedadsızlar da. O istedadlılar öz üzərlərində işlədi, inkişaf etdilər, digərləri isə, elə doğrudan da, baş qatdı, vaxt keçirtdilər. Bunların birbaşa günahkarı keçmiş nazirdirmi, əlbəttə ki, yox. Amma və lakin dolayısı ilə və ya birbaşa səbəbkarlardan idi və bu danılmazdır. Məsələn, mən də Misir müəllimin dövründə universitet bitirən, məhz onun dövründə də işə düzələn müəllimlərdən idim. Mənə görə, mən uğurlu müəlliməm. Onda bunun da səbəbkarı Misir müəllimdir? Əlbəttə ki, yenə yox. Onu da nəzərə alaq ki, o dövrlər işə qəbulu nazirlik yox, yerli qurumlar, maarif müdirləri, məktəb direktorları icra edirdi.

Amma bu gün yaşadığımız bu problemin səbəbi, əlbəttə ki, təhsilimizin sistemsiz və hədəfsiz olmasıdır. “Karvan yolda düzələr”, – deyib baş alıb gedən təhsil sistemi. Məktəbi laboratoriyalara çevirən sistem. Bir türk aktyoru demişkən: “Təhsil sisteminin iki problemi var: “təhsil” və “sistem”. İkisi də problemdir”. Dünənki, bugünkü təhsilimiz də, sistemimiz də problemlidir. Müstəqillik qazanandan sonra keçən 33 ildə yığılıb qalan problemləri bir gündə həll etmək mümkün deyil. Və bu acını, ağrını yaşamaq məcburiyyətindəyik. Bu vəziyyətin günahkarı isə sözsüz ki, uzun illər əlində imkan olan təhsil idarə edənlərdir. Niyə universitetlərimiz bu gündədir, niyə o universitetləri o cür savadla bitirə biliblər, niyə o cür vəziyyətdə işə götürülüblər, niyə indiyə qədər də işləyiblər. Cəmiyyətin hər dəfə narazı olduğu təhsilin problemləri təməlindən başlamayıbmı? Əlbəttə ki, bu gün yaranan mənzərədə suallar yaranacaq, kimdir müqəssir? Bir onu bilirəm ki, mən deyiləm.

Düzdür, 3909 nəfərin bu ağır zamanda işsiz qalması insan olaraq adamı ağrıdır. Heç bir halda ürəkaçan mənzərə deyil. Amma 3909 nəfər müəllimi ən az 20 nəfər şagirdə vursaq, 78180 edir ki, bu da gələcəyin 78000 ailəsinin savadsız olması deməkdir. Düşünürəm ki, bir təhsil mütəxəssisi olaraq bu prosesdə nazirliyin bu addımını sadəcə dəstəkləmək və çıxış yolları göstərmək lazımdır. Çünki yaranı daşımaq olmaz, ya sağaldacaqsan, sağalda bilmirsənsə də, kəsib atacaqsan. Bu fikrim də ağırdır, bilirəm, amma məcaz kimi başa düşək.

Suallar necə imiş, imtahan hansı şəraitdə aparılıb, kim edib o imtahanı?

Suallara baxdım, bununla bağlı fikrimi aşağıda qeyd edəcəyəm. Bir neçə dəfə də sertifikasiya imtahanlarına müşahidəçi kimi dəvət olunmuşam. Şəraitdə hər hansı bir problem olduğunu görmürəm. Amma kimin o imtahanı etməsi, sualları hansı prinsiplərə əsasən hazırlaması məni də maraqlandırır. Gələk sualın birinci hissəsinə. Mətnə yerləşdirəcəyim bir sualla, linkdən isə bütün suallarla tanış ola bilərsiniz. Mənə görə, o suallara cavab verməyən müəllimi heç bir halda müəllim kimi məktəbə buraxmaq olmaz. Çünki sualların hamısının cavabı 3 – 4-cü sinif dərsliklərində var; orta və asan səviyyəlidir. Halbuki müəllimə bu cür sual verməzlər. O, universitet bitirmiş mütəxəssisdir, 7-8 yaşlı uşaq yox. Ortabab bir sinfə bu sualları yazdırmaqla durumun nə qədər faciəvi olduğunu görmüş olarıq. Düzdür, tez-tez qınaq obyektinə çevrilən müəllim bu sualların paylaşılmasını, təbliğ edilməsini özünə sığışdırmır, çünki “niyə həmişə biz?” – sualı onu narahat edir. “Məgər cəmiyyətin başqa problemi yoxdur ki, hər dəfə müəllim şişə taxılıb qızardılır?” – deyə etiraz edir, bəlkə də, haqlıdır. Amma Elm və Təhsil Nazirliyi də haqlıdır ki, suallara baxmayan və sadəcə populist çıxışlarla haqsız tənqid edildiyini gördüyü üçün sualları cəmiyyətə açıqlayıb; hətta statistikası ilə birgə. Məncə, bunda da problem yoxdur, bir növ şəffaflıqdır və təşəkkür düşür.

İbtidai sinif Azərbaycan dili fənnindən bir sualı sizinlə bölüşürəm:

  1. Hansı sözdə incə sait uzun tələffüz olunur?

Yanlış cavablandırma və ya boş qoyma: 51 % – 1868 nəfər

  1. A) məktəbli
  2. B) gündəlik
  3. C) maraqlı
  4. D) xüsusi
  5. E) ecazkar

Bu sualdan da görünür ki, imtahan verənlərin 51 faizi suala düzgün cavab verməyib. Mən cavabı yazmıram, yazını oxuyanlar tapsın, özünü yoxlasın, bu suala cavab verə bilməyən şəxsin müəllim işləməsini isə özü dəyərləndirsin. Sualları bir-bir izah etmək fikrində deyiləm, amma suallar yetərincə sadədir ki, bunu da neçə illər müəllim işləmiş şəxsin yaza bilməsi mümkün idi. Azərbaycan dilində vəziyyət belədirsə, siz riyaziyyatın halına düşünün…
Amma mən burda sualları hazırlayan qurumun və ya şəxslərin işini heç bir halda yüksək qiymətləndirə bilmərəm. Ona görə yox ki suallar asandır, ona görə ki suallar heç bir halda günün şərtlərinə cavab vermir və müasir standartlara uyğun deyil. Sualların, demək olar ki, 99 %-i dil bilgisi, nəzəriyyə üzərində qurulub. Elm və Təhsil Nazirliyinin “Müəllimlərin işə qəbulu müsabiqəsinin qiymətləndirmə çərçivəsi” sənədində qoyduğu tələblər gözlənilməyib. Belə ki, həmin sənəddə qeyd edilir ki, sual bölgüsü aşağıdakı kimi olmalıdır: oxu 8, yazı 2, dil qaydaları 10. Hanı bizim on ildən çox danışdığımız təfəkkür məktəbi, hanı bizim çevik zəkalı uşaqlar yetişdirmək arzumuz, hanı bizim vətəndaş yetişdirmək sevdamız? Sait və samiti, isim və sifəti əzbərləməklə insan yetişdirmək olarmı? Qətiyyən yox. Hanı müəllimlərə verilən təlimlərə yönəlik suallar? Bilirəm, kimsə deyəcək ki, tapşırıqlar mətnlər üzərində və ya məntiqi verilsə idi, nəticə daha da bərbad olardı. O işin bu işə heç bir dəxli yoxdur. Axı Azərbaycan dilinin 4 məzmun xətti var: oxuyub-anlama, dinləyib-anlama, yazı qaydaları və dil qaydaları. Bu vacib məzmun xətlərindən ilk ikisi harda qaldı? Niyə onları ölçən suallar tərtib edilməyib?
Bu sualların tərtib edilməsi onu göstərir ki, bu işi həyata keçirən qurum heç elm və təhsil nazirinin mətbuata etdiyi çıxışları belə dinləmir, fikirləri ilə belə tanış deyil. Axı əlimizdə olan dərsliklər və onların metodik vəsaitləri bunu tələb etmir. Biz müəllimə deyirik, sinifdə başqa şey keç, mən sənə başqa suallar verəcəm. O zaman müəllim niyə özü hazırlaşdığı istiqamətdə dərs keçməsin ki? Bu suallar sanki onu ifadə edir ki, biz dilçi yetişdirmək istəyirik, adam yox. Bütün suallar dilçilik üzərində qurulub və ən yaxşı halda müəllimin dil qaydalarını yoxlaya bilər. PISA-da uzun illərdir, sonuncu yerdə olmağımızın səbəbi bu deyilmi? Çox təəssüf edirəm ki, dərslik siyasətinə cavab verməyən dil qaydalarına aid suallar üzərində aparılıb sertifikasiya. 25 sualdan cəmi iki sual Elm və Təhsil Nazirliyinin apardığı siyasətə uyğundur. Çıxışlarından birində Emin müəllim demişdi ki, əksəriyyət oxuyub-anlamağı bacarmır. Əmin olun ki, bu suallara cavab verən müəllimlər də oxuyub-anlama bilməyən əzbərçi nəsil yetişdirəcək.
Kurikulum layihəsi on beş ildir ki, həyata keçirilir və təfəkküryönümlü məktəbə keçirik deyə-deyə dilimizdə tük bitdi. Təfəkküryönümlü məktəbə keçiddə isə müəllimin də təfəkküryönümlü olması və dərslərə də praktik yanaşması vacib amillərdən biridir.
Çox təəssüf edirəm ki, məhz nazirin kütləyə qarşı cəsarətli duruş göstərib nələrisə dəyişmək istəyinə yenə yerlərdəki kadrlar “oxuyub-anlama” bacarığı nümayiş etdirmir.
Belə ki, mənə görə, sertifikasiya təhsilin vazkeçilməzlərindən biridir, hətta olmazsa olmazıdır. Niyə? Çünki sertifikasiya həm təhsilin keyfiyyətini ölçür, həm müəllimlərin öz üzərində işləməsini təşviq edir, həm də ki müəllimlərin haqqı olan maaşlara təsir edən məsələlərdən biridir. Bu baxımdan, Elm və Təhsil Nazirliyinin neçə illərdir, həyata keçirdiyi sertifikasiya prosesini alqışlayıram. Ona da ümid edirəm ki, yaxın illərdə biz sertifikasiyada yeni mərhələyə keçid edəcəyik, müəllimin yalnız bilik yox, pedaqoji, metodoloji və yaradıcı bacarıqlarını, psixoloji durumunu, məktəbdəki performansını da qiymətləndirmənin tərkib hissəsinə daxil edib daha obyektiv dəyərləndirmə aparacağıq.
Sertifikasiya imtahanının ilkin mərhələsində aparılan müşahidələrdən çıxan nəticə belədir ki, imtahanqabağı və sonrası aparılan qaralama kompaniyası iflasa məhkumdur. İmtahandan yüksək bal toplayanların özünəinamı, digərlərinin də hazırlaşma mərhələsində əldə etdikləri bilik və bacarıqlardan yaranan öyrənmə həvəsi əsassız giley-güzarı kölgədə qoyacaq. Digər tərəfdən öz bacarığına inanan müəllim daim öz üzərində işləməklə inkişafını, əməyinin daha yüksək əməkhaqqı ilə dəyərləndirilməsini təmin edəcək. Bu isə müəllimin əməyini stimullaşdırmaqla yanaşı digər təhsilverənlər üçün nümunə olmaqla təhsilin keyfiyyətinin yüksəlməsini təmin edəcək. Düşünürəm ki, imtahan nəticəsində yaranan müəllim özünəgüvəni gələcəyin azad və müstəqil müəllimini formalaşdırır. Azad düşüncəli müəllimin yetişdirdiyi vətəndaş da azad olacaq. Bu baxımdan sertifikasiya imtahanı haqqında qərar hədəfə köklənmiş, uzun proses tələb edən bir qərardır. Lakin fikirləşirəm ki, bu imtahan sadəcə biliyin ölçülməsi ilə kifayətlənməli deyil, daha genişmiqyaslı olmalıdır. Çünki bu günün müəllimi sadəcə biliklə sinifdə lider ola bilməz. Digər tərəfdən müəllimlik üçün bilikdən daha vacib dəyərlər var: nitq, ünsiyyət bacarığı, davranış, psixoloji durum, emosional zəka və s.
Bəzən faktoloji biliyi üst səviyyədə olmayan müəllimlər olur ki, o həm sevilir, həm də ciddi hörmət sahibidir. Onun digər bacarıqları biliyinin tam olmamasını əvəzləyə bilir. Çünki orta məktəbin vəzifəsi təkcə universitetlərə tələbə yetişdirmək deyil. Bu bütün təhsil sənədlərində ifadə edilir. Bu zaman müəllimin dəyərləndirilməsi də sadəcə elmi biliklərlə yox, digər sahələrlə də aparılmalıdır. Çünki bu gün cəmiyyətə bilikli, eyni zamanda vicdanlı, ədalətli, mərhəmətli, çevik zəkalı, tərbiyəli insanların yetişdirilməsi daha çox vacibdir. Buna görə də sertifikasiya imtahanlarının keçirilməsi üçün uzun müddətdir ki, üzərində işlədiyim və Hədəf Konseptinin tərkib hissəsi olduğu üçün artıq sınaqdan çıxardığımız bir sistemi təklif edirəm. Biz bu sistemin adını PKPD – Pedaqoji Kadrların Performans Dəyərləndirilməsi qoymuşuq. Bu sistem düzgün işlədilərsə, bir müəllimin bütün tərəflərini dəyərləndirmək və haqqı olanı vermək imkanına sahib olarıq.
Pedaqoji heyətin dəyərləndirilməsi aşağıdakı meyarlar üzrə ümumi 100 ballıq şkala ilə qiymətləndirilir. Bura aiddir:
Pedaqoji işçinin
– balabilgə dəyərləndirilməsi – 30 bal;
– özünüqiymətləndirmə – 10 bal;
– rəhbərlik qiymətləndirməsi – 10 bal;
– müəllimin peşəkar inkişaf portfoliosu – 50 bal.

Bununla bağlı təklifimlə ətraflı tanış olmaq istəyənlər “Azərbaycan müəllimi” qəzetindəki (Buradan) yazımı oxuya bilərlər.
Şəmil SADİQ
Təhsil texnoloqu, dosent

Xəbərlər

10 GÜN SONRA

Deyirlər ki, yoldaş ürəyincə olanda yolun uzunluğu bilinməz. Həmsöhbətin ürəyincə olanda vaxtın necə keçdiyi bilinməz!
Mayın 24-də 3 müxtəlif klinikada müxtəlif həkimlərin qəbulunda oldum. Axşam vədələşdiyimiz kimi, Şəmil Sadıqov müəllimlə əlaqə saxlayıb işimi tamamladığımı bildirdim. Sabah mütləq görüşəcəyimizi söylədi.
25 mayda “Hədəf”in ofisində 3 saata yaxın Şəmil Sadıqla birlikdə olduq. İlk görüşümüz idi.
Mən alimlərlə, şairlərlə, imkanlılarla və vəzifə adamları ilə görüşəndə çox narahat oluram : görəsən, sona qədər səbrimi basa biləcəyəmmi? Bu dəfə də belə hissi yaşadım! Özü də, bu 4 zümrənin hamısından əlamət var Şəmil müəllimdə!
Qoy bu başdan deyim: söhbətimiz elə şirin oldu ki, bu qədər vaxtın necə keçdiyini heç bilmədim!
Alim olmağa nə var ki! Mənə ən çox insanın şəxsi keyfiyyətləri önəmlidir!
Nədən danışdıq? Dəqiq desəm, nədən danışmadıq? Müəllimik də! Danışdıqca bir-birimizi daha yaxşı tanıdıq. Mən onu, yəqin ki, o da məni.
Yuxarıda adını çəkdiyim zümrədən olanlarda əksərən bir lovğalıq, mənəm-mənəmlik özünü göstərir.
Bundan əsər-əlamət görmədim! Sadə, təvazökar bir insan! Mən onun gördüyü işlərdən danışanda istiqaməti daha çox ona köməyi dəyən insanlara yönəltdi, onlara rəhmət oxuduq. İmkan vermədi ki, onun haqqında təriflər söyləyim. Əksinə, mənim Azərbaycan dili və ədəbiyyat nəzəriyyəsindən çəkdiyim videoları, paylaşdığım izahları çox yüksək dəyərləndirdi. Kömək etmək imkanlarını sadaladı. Hətta işgüzar əməkdaşlıq təklifi ilə məni lap utandırdı. Bu qocalığı nə deyim!( Daha doğrusu, bu gözləri nə deyim!)
Mənim insanlarda dəyərləndirdiyim əsas keyfiyyətlərdən biri də sadəlik, təbiilik, səmimilikdir.
Söhbət etdiyimiz müddətdə dəfələrlə telefonunun zəngi çalındı, bir neçə dəfə mesaj gəldi. Bir neçə dəfə də əməkdaşlarından içəri girib müəyyən suallar verdilər, türk dövlətlərinin bayraqlarını səliqə ilə qruplaşdırdılar. Hiss olunurdu ki, bütün diqqət Türk İnteqrasiya Olimpiadasına yönəlib. Bütün “Hədəf” bu beynəlxalq tədbiri yüksək səviyyədə keçirmək üçün səfərbər olub. Həqiqətən, böyük işdir. Doğrusu, bu gərginlikdə, bu iş-gücün çox vaxtında, Olimpiada ərəfəsində onun vaxtını zəbt etdiyimə görə utandım.
Bu cür vaxt qıtlığında mənimlə görüşdüyünə görə bir daha təşəkkürümü ifadə etmək istəyirəm.
Kabinetində yaraşıqlı bir çərçivədəki portret diqqətimi cəlb etdi. Kimin portreti olsa, yaxşıdır : Şəmil müəllimin ilk “Ədəbiyyat” vəsaitinin portreti.
Altındakı yazı da mənalıdır:
“Həyatda qazandığım çox uğurlara görə bu kitaba borcluyam!”
Bir az əvvəl müəllim kimi işlədiyi ilk günlərdə və müdafiəyə hazırlaşdığı vaxtlarda necə böyük çətinliklərlə rastlaşmağından danışmışdı.
Bu, danılmaz həqiqətdir ki, uğur nə qədər böyük çətinliklərlə qazanılırsa, bir o qədər qiymətli olur. Elə bil portret divardan ona həmişə dünənini, bugünkü uğurlarının ilk tramplinini ona xatırladır.
Görüşümüzün sonunda ofisin digər otaqlarında fəaliyyət göstərən əməkdaşlar və onların işi ilə məni tanış etdi.
Sizə bir həqiqəti deyim: rəhbərin necə insan, necə şəxsiyyət olmağını bilmək istəyirsənsə, onun özünə yox, tabeliyindəki işçilərin davranışlarına diqqət etmək lazımdır. Müdirdən qorxurlarmı? Ona yaltaqlanırlarmı? Münasibətlər rəsmidir, yoxsa səmimidir?
Bütün otaqlarda çox isti, doğma münasibət gördüm. Ən çox xoşuma gələn işçilərin təbəssümlə, mehribanlıqla, yoldaşcasına izah vermələri idi. Sözsüz ki, ən əsas məlumatlar Türk İnteqrasiya Olimpiadasına hazırlıq işləri, qonaqların gəlişi, qarşılanması və yerbəyer edilməsi ilə bağlı idi. Tanımayan olsa, elə sanardı ki, iki əməkdaş hansısa məsələ barəsində məsləhətləşir.
Bilirsiniz, bir adam ki öz şəxsi zəhməti, əməyi, biliyi ilə uğur qazandı, o, həmişə zəhmət adamına, biliyə dəyər verəcək, onları lazımınca qiymətləndirəcək! Mən Şəmil müəllimin öz tabeliyində olan adamlarla belə yoldaşlıq münasibətinin kökünü bunda görürəm.
Ürəyimdə bir : “Əhsən!”- dedim.
Mən otaqları gəzərkən bir qəribə qənaətə gəldim. Kabinetində qarşımda bir müəllim vardı. İşçiləri ilə söhbətlərində mən onun hansı ideyalarla yaşadığını, hansl layihələr üzərində işlədiklərini müşahidə etdikcə görürdüm ki, artıq qarşımdakı böyük işlər qurmağa köklənmiş bir iş adamıdır!
İnanıram ki, o, imkanları çərçivəsində Azərbaycan təhsili üçün xeyli iş görə biləcəkdir! Uğurlar diləyirəm!
Beləcə ayrıldıq!
P. S. Mən belə düşünürəm ki, Şəmil müəllimin mənim tərifli sözlərimə heç bir ehtiyacı yoxdur. Amma bir zəif cəhətimizi qeyd edim ki, bizlər əksərən asılı olduqlarımızı tərifləməyə meyilliyik! Bilməyənlər üçün: mən heç bir işlə məşğul olmayan təqaüdçü əyalət müəllimiyəm!
Mən söhbətimiz və gördüklərim əsasında onun portretini yaratmağa çalışdım. Səhv də edə bilərəm! Bütün bunlara baxmayaraq, xoş təəssüratlarla ayrıldım!
(Elxan Ağayev)
                       

 

Xəbərlər

Bakıda I Türk İnteqrasiya Olimpiadasının (TİO) final mərhələsi keçirilib.

Bakıda I Türk İnteqrasiya Olimpiadasının (TİO) final mərhələsi keçirilib.

Tio.edu.az xəbər verir ki, tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca vətənin bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra səhnəyə Turan və Azərbaycan bayraqları gətirilib.

Tədbiri giriş sözü ilə Türk İnteqrasiya Olimpiadasının ideya müəllifi və layihə rəhbəri, dosent Şəmil Sadiq açıb.

O qeyd edib ki, cənab Prezident İlham Əliyevin andiçmə mərasimində: “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu bizim üçün prioritetdir”, – kimi tarixi fikirləri Türk İnteqrasiya Olimpiadasının mayakı oldu.

Azərbaycan Respublikasının yürütdüyü dövlət siyasəti Türk Dövlətləri Təşkilatına baxışımızı çox aydın şəkildə göstərməkdədir. Məhz bu məqamı vurğulayan dövlət başçısı Türk Dövlətləri Təşkilatını yeganə ailəmiz adlandırdı: “Bu bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.

TİO 10 ildən çoxdur ki, Hədəf Şirkətlər Qrupu tərəfindən keçirilən Fənlərin Dostluğu Olimpiadası (FDO) əsasında yaradılıb. Bir sualın şərtində və cavab variantlarında 2 – 5 fənnin inteqrasiyası öz əksini tapır. TİO-da hər sualda inteqrasiya olunacaq fənlərdən biri mütləq Türk dünyasının coğrafiyası, ədəbiyyatı, tarixi, mədəniyyəti və ortaq elmi barədədir”.

Ş.Sadiq diqqətə çatdırıb ki, dünyada elmin bütün sahələrində inteqrasiya prosesi gedir: “Hazırda fənn kurikulumlarında inteqrativ yanaşma üstünlük təşkil edir. Bu proses elmlər arasında olduğu kimi xalqlar arasında da vacib şərtlərdəndir.

300 milyonluq türk xalqının ortaq dilə, elmə, mədəniyyətə, tarixə, coğrafiyaya, sahib olduqlarını nəzərə almaqla bu ortaqlığı elmlə vəhdətdə təqdim etmək məqsədilə çıxdığımız yolda dörd əsas məqsəd var:

– türk xalqlarının ortaq dil, əlifba və dərslik ideyasına dəstək;

– Türk dünyasında orta məktəb şagirdlərinin ortaq bilgisinin formalaşması və paylaşılması;

– türk xalqları yeniyetmələri arasında TİO vasitəsilə əməkdaşlığın qurulması;

– türk xalqlarının “işdə, dildə, əməldə birliy”i dərk etmələri və ortaq mədəniyyətə sahib olduqlarını əyani göstərmələri”.

Şəmil Sadiq nəzərə çatdırıb ki, olimpiadanın 2024-cü il üçün əhatə dairəsi – Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Şimali Kipr Türk Respublikası, Kərkük türkləridir.

İdeya müəllifi onu da bildirib ki, ölkəmizin regionda elm mərkəzi olmaq şansı çoxdur: “Bu kimi addımlarla sözügedən prosesi daha da sürətləndirə bilərik. Niyə Türk dünyasına elm günəşi Azərbaycandan doğmasın və bunda bizim də dəstəyimiz olmasın?!”

Şəmil Sadiq əlavə edib ki, hazırda Bakıda final turu – Türk Dünyası Ortaq Mədəniyyət Festivalı keçirilir: “Olimpiadanın filan turunda 8 ölkədən 100-ə yaxın şagird iştirak edir”.

Mükafatlandırma tədbirindən əvvəl bütün təşkilatçı heyət və iştirakçılar ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib, əklillər qoyublar.

Açılış mərasimindən sonra Hədəf Şirkətlər Qrupunun baş direktor müavini Nizami Hüseynov çıxış edib. Olimpiadanın hədəflərindən söz açan Nizami Hüseynov bir neçə sualın izahını verib və beləcə, əyani şəkildə olimpiadanın məqsədini açıqlayıb.

Mükafatlandırma mərasimində Millət Vəkilləri – Nizami Cəfərov, Sabir Rüstəmxanlı, Cavanşir Feyziyev, Təhsilin İnkişafı Fondu İdarə Heyətinin sədri Elnur Nəsibov, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov, Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyev, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Türk PA-nın Bakı ofisinin rəhbəri Mehmet Süreyya Er, dövlət xadimi Həsən Həsənov, Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Mirzəyev, Ədəbiyyat Fondunun rəhbəri Varis, şair Rüstəm Behrudi, sənətçilər Şəmistan Əlizamanlı və Bünyamin Aksunqur  çıxış edib, bu kimi addımların önəmindən danışıblar.

Çıxışçılar TİO-nun Türk dünyasının birləşməsi yolunda əsl flaqman rolu oynayacağına əminliklərini vurğulayıblar.

Bundan başqa, olimpiadanın Azərbaycan üçün yarımfinal mərhələsinə 101 şagird cəlb edilib. Digər ölkələrdə isə yarımfinal mərhələsi strategiyasını hər ölkə özü təyin edib.

Final mərhələsinə ümumilikdə 78 şagird qatılıb, onlardan 56-sı müxtəlif medal və diplomlarla təltif edilib. Birinci yerin sahibləri 100 baldan 80 bal toplayıblar. Ümumilikdə isə olimpiadada 500-dən çox şagird biliyini sınayıb.

Mükafatlandırma mərasimi “Çanaqqala” restoranında baş tutub. Qaliblərə medallar və sertifikatlar təqdim olunub.

Qeyd edək ki, Türk İnteqrasiya Olimpiadası türk dövlətləri və milli qurumlarının məktəbliləri arasında ilk dəfə keçirilən olimpiadadır.

        

Xəbərlər

Bakıda I Türk İnteqrasiya Olimpiadasının finalı keçirilib.


Bakıda I Türk İnteqrasiya Olimpiadasının finalı keçirilib.

Ölkəmizdə baş tutan yarışın final turunda 8 ölkədən 100-ə yaxın şagird iştirak edib.

Final mərhələsinə ümumilikdə 78 şagird qatılıb, onlardan 56-sı müxtəlif medal və diplomlarla təltif olunub. Birinci yerin sahibləri 100 maksimum baldan 80 bal toplayıblar.

Qeyd edək ki, bu olimpiada türk dövlətləri və milli qurumlarının məktəblər arasında ilk dəfə keçirdiyi olimpiadadır.

Xəbərlər

“100 baldan 80 balı toplayan qızıl medal alan şagirdlərimiz var”

“Artıq 6 aydır ki, I Türk İnteqrasiya Olimpiadası davam edir”. SİA xəbər verir ki, bu sözləri Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, dosent Şəmil Sadiq deyib.

Onun sözlərinə görə, ümumilikdə 500-dən çox şagird iştirak edib. Ölkələrdə birinci tur keçirildi. Final mərhələsi Azərbaycanda, Bakıda keçirildi. Təqribən 100-ə yaxın şagirdin, 8 ölkədən gələn məktəblinin Türk dünyası İnteqrasiya Olimpiadasındakı uğurlarının nəticəsini mükafatlandıracağıq.

Cənab Prezidentin çox önəmli bir mesajı var ki, bizim ailəmiz türk dünyası ailəsidir. Bundan başqa ailəmiz yoxdur. Bu baxımdan bu şüar bizim üçün stimul oldu. Təqribən 5-6 ildir bu layihəni həyata keçirmək arzusundayam. Pandemiya, müharibə kimi müəyyən çətinliklər oldu. Bu günə qismət imiş. Azərbaycan zəfər qazanandan sonra türk dünyasındakı birlik alovları bir az da qızışdı. Çünki bu gün Azərbaycan və Türkiyə birlikdə Turanın aparıcı dövlətləridir. Digər türk dünyası insanlarının bir araya gəlməsi, səslənməsi, ortaq dil, mədəniyyət, ortaq ədəbiyyata bizim olimpiada dəstək məqsədi daşıyır. Olimpiadanın formatı bir az fərqlidir. Burada bir sualda 4-5 fənnin inteqrasiyası var. Hər bir sualın mahiyyətində türk dünyasına aid olan bir fikir var. Riyaziyyatdan bir sual var, amma hökmən orada o məsələni həll etmək üçün türk dünyası tarixinin ədəbiyyat, coğrafiyasını bilmək lazımdır.

Biz narahat idik ki, suallar bir az çətin olacaq. Qeyri-adi olimpiadadır. Sevindirici haldır ki, 100 baldan 80 balı toplayan qızıl medal alan şagirdlərimiz var. Bu gün onun bağlanış mərasimindəyik. Sevincli, qürurluyuq. Hüseyn Cavid demişkən: Turana qılıncdan daha kəskin ulu qüvvət, Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!”.

Xəbərlər

Kafkasya Sratejik Araştırmalar Merkezi, Şamil Sadık: I TEO nun finali Bakü’de yapılacak

Kafkasya Sratejik Araştırmalar Merkezi, Şəmil Sadiq: I Türkiye Entegrasyon Olimpiyatı’nın finali Bakü’de yapılacak

Türk Entegrasyon Olimpiyatı’nın fikir yazarı ve proje lideri Doç. Dr. Şamil Sadık tarafından ifade edildi.
Şunu kaydetti: Yemin töreni sırasında Sayın Aliyev’in tarihi görüşleri Türkiye Entegrasyon Olimpiyatı’na ışık tuttu: “Uluslararası kuruluşlar konusunda kendi adımlarımızı atacağız, öncelikle Türk Devletleri Teşkilatı çerçevesinde çalışmalarımızı sürdüreceğiz. Bu bizim için bir önceliktir”. Bu noktaya vurgu yapan Devlet Başkanımız, Türk Devletleri Teşkilatı’nı tek ailemiz olarak nitelendirerek, “Bu bizim için temel uluslararası kuruluştur, çünkü ailemizdir. Başka bir ailemiz yok. Bizim ailemiz Türk dünyasıdır”.
TİO, 10 yılı aşkın bir süredir Hedef Şirketler Grubu’nun düzenlediği Bilim Dostluk Olimpiyatı (FDO) temel alınarak kuruldu. 2-5 disiplinin entegrasyonu soru-cevap seçeneklerine yansır. TİO’da her soruda entegre edilecek konulardan biri de mutlaka Türk dünyasının coğrafyası, edebiyatı, tarihi, kültürü ve ortak bilimidir.
Günümüzde bilimin her alanında entegrasyon süreci devam etmektedir. Dünyada şu anda ders müfredatlarında bütünleştirici yaklaşım hakimdir. Bu süreç, bilimler arasında olduğu kadar halklar arasında da önemli şartlardan biridir.
300 milyon Türk halkının ortak dile, bilime, kültüre, tarihe ve coğrafyaya sahip olduğu dikkate alındığında Olimpiyatların dört temel amacı vardır :
1. Türk halklarının ortak dil, alfabe ve ders kitabı fikrinin desteklenmesi;
2. Türk dünyasındaki lise öğrencilerinin ortak bilgilerinin oluşması ve paylaşılması;
3. TİO aracılığıyla Türk halklarının gençleri arasında işbirliğinin kurulması;
4. Türk halkının “iş, dil ve eylem birliği”nin bilincinde olmak ve ortak bir kültüre sahip olduklarını açıkça ortaya koymak. Olimpiyatların Kapsamı – Azerbaycan, Türkiye, Gürcistan, Kazakistan, Kırgızistan, Türkmenistan, Özbekistan, Tacikistan, Güney Azerbaycan, GKTC, Tataristan, Kırım, Karaçaylar, Gagavuzya, Çuvaşistan, Bulgaristan, Başkurt, Altay, Tuva, Saha- Yakutistan, Hakasya, Batı Trakya ve Kerkük Türkleri.
Ülkemizin bölgede bir bilim merkezi olma şansı büyük ve bu adımlarla bunu hızlandırabiliriz. Türk dünyası için bilim güneşi neden Azerbaycan’da doğmasın da bizim desteğimiz olmasın?
TİO’nun ülke etapları bitti, final turu ve Türk Dünyası Ortak Kültür Festivali 27 Mayıs tarihinde Bakü’de yapılacaktır. Olimpiyatlara 10’dan fazla ülkeden yaklaşık 100 öğrenci katılacak.
Şunu da belirtelim, Türk Uyum Olimpiyatı (TİO), Türk devletlerinin ve ulusal kurumların okul çağındaki çocuklar arasında düzenlenen bir olimpiyattır.

Dr. Şəmil Sadiq

“Hedef Group”nun genel başkanı

Xəbərlər

TÜRKSOY baş katibinin kitabı – ilk dəfə Azərbaycan dilində

TÜRKSOY baş katibinin kitabı - ilk dəfə Azərbaycan dilində

Mayın 23-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Qırğızıstan Xalq yazıçısı, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Sultan Rayevin “XAN Nəşriyyatı”nda çap olunmuş “Dəlixana” romanının təqdimat mərasimi keçirilib.

Tədbirdə AYB rəhbərliyi, tanınmış ədəbiyyat və incəsənət nümayəndələri, jurnalistlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AYB sədri, Xalq yazıçısı Anar Sultan Rayevi Azərbaycanda, rəhbəri olduğu ədəbiyyat ocağında salamlamaqdan məmnunluğunu ifadə edib. “Dəlixana” əsərinin müəllifin Azərbaycan dilində ilk çap olunan əsəri olduğunu deyən Anar Türk dünyasının böyük yazıçısının azərbaycanlı oxucular tərəfindən də seviləcəyinə və bu layihənin davamlı olacağına inandığını deyib.

Tədbirin aparıcısı, Ədəbiyyat Fondunun baş direktoru Varis romanın magik-realizm janrının ən əhəmiyyətli nümunələrindən biri olduğunu, ingilis, rus, türk, macar dillərində dərc edilərək geniş oxucu kütləsi topladığını vurğulayıb.

Qeyd edib ki, azərbaycanca nəşr daha mükəmməl, orijinala daha yaxın alınıb. O, romanın əsas mesajını da diqqətə çatdırıb: dünyada heç nə izsiz ötüşmür, bütün pisliklər bumeranq kimi geri qayıdır.

Varis onu da nəzərə çatdırıb ki, sözügedən roman Azərbaycan Ədəbiyyat Fondu və Hədəf Şirkətlər Qrupunun birgə layihəsi olan “Türk xalqları ədəbiyyatı” seriyasının ilk kitabıdır. Layihə rəhbərləri Hədəf Şirkətlər Qrupu, eləcə də Azərbaycan Ədəbiyyat Fondunun baş direktorları Şəmil Sadiq və Varisdir.

Hədəf Şirkətlər Qrupunun baş direktoru Şəmil Sadiq əsərin özəlliklərindən danışıb. Bildirib ki, kitabın tərcüməçisi Aysel Oğuz, redaktorları Cavid Qədir və Yunus Oğuzdur.

Ş.Sadiq deyib ki, romanda yüzlərlə il əvvəl ölmüş tarixi şəxsiyyətlərin ruhunu daşıyan yeddi nəfərin başına gələnlər təsvir olunur. Onlar həm özlərinin, həm də ruhunu daşıdıqları şəxslərin yol verdiyi günahların cəzasını çəkirlər.

Əsərin qəhrəmanları özlərindən də, cəzadan da qaçmaq üçün çöllərə düşür, Müqəddəs torpağın axtarışına çıxır, Musa peyğəmbərin ardıcılları kimi səhrada dolaşmağa başlayırlar…

Milli Məclisin deputatı, akademik Nizami Cəfərov çıxışında ortaq türk ədəbiyyatının və mədəniyyətinin inkişafı üçün bu cür əsərlərin tərcüməsinin önəmindən danışıb.

Layihənin davamlı olacağına inandığını deyən akademik Sultan Rayevin digər əsərlərinin də Azərbaycan dilinə tərcüməsinin önəmini vurğulayıb.

Kitabın redaktorlarından olan Yunus Oğuz tərcümə və redaktə prosesinin özəlliklərindən danışıb, kitabın oxucular tərəfindən maraqla qarşılanacağına inamını ifadə edib.

Azərbaycanın TÜRKSOY-dakı daimi nümayəndəsi Elçin Qafarlı çıxış edərək Sultan Rayevin başçılığı ilə həyata keçirilən önəmli layihələrdən danışıb və bu günlərdə Azərbaycanın həmin önəmli layihələrdən birinə evsahibliyi etdiyini deyib. 20 – 22 may tarixlərində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin ev sahibliyi ilə keçirilən “TÜRKSOY” II Beynəlxalq Tələbə Tamaşaları Festivalından danışan E.Qafarlı bu kimi layihələrin gənc sənətçilərin inkişafında mühüm rol oynadığını bildirib.

S.Rayevin Azərbaycanda ilk dəfə çap olunan əsərinin geniş oxucu kütləsi qazanacağına inandığını deyən çıxışçı layihədə zəhməti keçən hər kəsə uğurlar arzulayıb.

Tanınmış kinorejissor Vaqif Mustafayev Sultan Rayevin “Daşqın” romanını oxuduğunu bildirib və son illərdə oxuduğu ən mükəmməl əsər adlandırıb. Kinorejissor “Dəlixana”nın da yüksək nəsr nümunəsi olduğuna inamını ifadə edib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova müəllifi və layihə iştirakçılarını təbrik edib. Belə əsərlərin tərcüməsinin teatr və kino sənəti ixtisaslarında təhsil alan tələbələr üçün çox önəmli olduğunu deyən rektor tələbələrin səhnələşdirməkləri üçün dram əsərlərinin də tərcüməsinin vacibliyini vurğulayıb.

Kitabın redaktoru Cavid Qədir redaktə zamanı tərcüməni bir neçə dildəki versiyası ilə tutuşdurmağından, eləcə də Sultan Rayevin necə usta qələm sahibi olduğundan danışıb. O, çıxışında redaktə institutuna qarşı diqqətin azlığını da dilə gətirib.

Çıxış edən Sultan Rayev hər kəsə minnətdarlığını bildirib, Azərbaycanda ilk dəfə kitabının çap olunmasından sevincini ifadə edib.

Bundan başqa, tədbirdə AYB katibi Elçin Hüseynbəyli, Sumqayıt Poeziya Evinin direktoru İbrahim İlyaslı, Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı, sosioloq Əhməd Qəşəmoğlu, filologiya üzrə fəlsəfə doktoru Şərəf Cəlilli və başqaları çıxış edərək Sultan Rayevin yaradıcılığından danışıb, əsər münasibəti ilə təbrik ediblər.

Sonda müəllif tədbir iştirakçıları üçün kitab imzalayıb.

TÜRKSOY baş katibinin kitabı - ilk dəfə Azərbaycan dilində

TÜRKSOY baş katibinin kitabı - ilk dəfə Azərbaycan dilində

TÜRKSOY baş katibinin kitabı - ilk dəfə Azərbaycan dilində

TÜRKSOY baş katibinin kitabı - ilk dəfə Azərbaycan dilində TÜRKSOY baş katibinin kitabı - ilk dəfə Azərbaycan dilində TÜRKSOY baş katibinin kitabı - ilk dəfə Azərbaycan dilində TÜRKSOY baş katibinin kitabı - ilk dəfə Azərbaycan dilində TÜRKSOY baş katibinin kitabı - ilk dəfə Azərbaycan dilində TÜRKSOY baş katibinin kitabı - ilk dəfə Azərbaycan dilində TÜRKSOY baş katibinin kitabı - ilk dəfə Azərbaycan dilində TÜRKSOY baş katibinin kitabı - ilk dəfə Azərbaycan dilində

Xəbərlər

I Türk İnteqrasiya Olimpiadasının finalı Bakıda keçiriləcək!

Bu barədə Türk İnteqrasiya Olimpiadasının ideya müəllifi və layihə rəhbəri, dosent Şəmil Sadiq bildirib.
O, layihə ilə bağlı qeyd edib ki, andiçmə mərasimində cənab Prezident İlham Əliyevin dediyi tarixi fikirlər Türk İnteqrasiya Olimpiadasının mayakı oldu: “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu bizim üçün prioritetdir”.
Azərbaycan Respublikasının yürütdüyü dövlət siyasəti Türk Dövlətləri Təşkilatına baxışımızı çox aydın şəkildə göstərməkdədir. Məhz bu məqamı vurğulayan dövlət başçımız Türk Dövlətləri Təşkilatını yeganə ailəmiz adlandırdı: “Bu bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.
TİO 10 ildən çoxdur ki, Hədəf Şirkətlər Qrupu tərəfindən keçirilən Fənlərin Dostluğu Olimpiadası (FDO) əsasında yaradılıb. Bir sualın şərtində və cavab variantlarında 2 – 5 fənnin inteqrasiyası öz əksini tapır. TİO-da hər sualda inteqrasiya olunacaq fənlərdən biri mütləq türk dünyasının coğrafiyası, ədəbiyyatı, tarixi, mədəniyyəti və ortaq elmi haqqındadır.
Bu gün dünyada elmin bütün sahələrində inteqrasiya prosesi gedir. Hazırda fənn kurikulumlarında inteqrativ yanaşma üstünlük təşkil edir. Bu proses elmlər arasında olduğu kimi xalqlar arasında da vacib şərtlərdəndir.
300 milyonluq türk xalqının ortaq dilə, elmə, mədəniyyətə, tarixə, coğrafiyaya, sahib olduqlarını nəzərə alaraq bu ortaqlığı elmlə vəhdətdə təqdim etmək məqsədilə yolan çıxan olimpiadanın dörd əsas məqsədi var:
1. Türk xalqlarının ortaq dil, əlifba və dərslik ideyasına dəstək;
2. Türk dünyasında orta məktəb şagirdlərinin ortaq bilgisinin formalaşması və paylaşılması;
3. Türk xalqlarının yeniyetmələri arasında TİO vasitəsilə əməkdaşlığın qurulması;
4. Türk xalqlarının “işdə, dildə, əməldə birliy”in fərqində olmaları və ortaq mədəniyyətə sahib olduqlarını əyani təqdim etmələri.
Olimpiadanın əhatə dairəsi – Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Tacikistan, Cənubi Azərbaycan, QKTC, Tatarıstan, Krım, Qaraçaylar, Qaqauziya, Çuvaşıstan, Bolqarıstan, Başqırdıstan, Altay, Tuva, Saxa-Yakutiya, Xakasiya, Qərbi Trakiya, Kərkük türkləridir.
Ölkəmizin regionda elm mərkəzi olmaq şansı çoxdur və belə addımlarla biz bunu sürətləndirə bilərik. Niyə türk dünyasına elm günəşi Azərbaycanda doğmasın və bunda bizim də dəstəyimiz olmasın?!
Artıq TİO-nun ölkə mərhələləri bitib, 27 may tarixində Bakıda final turu və Türk Dünyası Ortaq Mədəniyyət Festivalı keçiriləcək; olimpiadada 10-dan çox ölkədən 100-ə yaxın şagird iştirak edəcək.
Qeyd edək ki, Türk İnteqrasiya Olimpiadası (TİO) türk dövlətləri və milli qurumlarının məktəbliləri arasında keçirilən olimpiadadır.

Xəbərlər

Naxçıvanda “Qoşqar – Riyaziyyat və Məntiq”yarışının bağlanış və mükafatlandırma mərasimi

11 may 2024-cü il tarixində Hədəf Şirkətlər Qrupunun təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi, müəllim Qoşqar Ömərovun xatirəsinə həsr olunan “Qoşqar – Riyaziyyat və Məntiq”yarışının bağlanış və mükafatlandırma mərasimi keçirildi.
Mərasimdə şəhid müəllim Qoşqar Ömərovun həyat və fəaliyyəti, 44 günlük müharibədə göstərdiyi igidlik və rəşadət tamaşaçıların diqqətinə çatdırıldı. Şəhid Qoşqar Ömərovun xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan olundu. Hərbi orkestrin müşayiətilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra Hədəf Kurslarının qurucu-direktoru Şəmil Sadiqə söz verildi. Şəmil Sadiq də Qoşqar müəllim haqqında xatirələrini bölüşəndən sonra onun xatirəsinin əbədiləşdirmək üçün hər il təşkil olunan “Qoşqar – Riyaziyyat və Məntiq” yarışı haqqında məlumat verdi.
Sonra bu yarışın keçirilməsində öz dəstəyini əsirgəməyən Naxçıvan MR Təhsil Nazirliyinə təşəkkür edərək Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşına söz verdi.
Bu layihə haqqında məlumat vermək üçün “Qoşqar – Riyaziyyat və Məntiq” yarışının Təşkilat Komitəsinin sədri dosent Elvin Əliyev kürsüyə dəvət olundu.
Yarışın əsasnaməsinə uyğun olaraq hər sinif üzrə ilk 5 yerin qalibləri diplom, Fəxri Fərman, medal və müxtəlif qiymətli hədiyyələrlə mükafatlandırıldılar.
Mükafatlandırma mərasimində qalib şagirdlərin valideynləri, Vətən müharibəsi iştirakçılarının ailələri, təhsil işçiləri qonaq qismində iştirak etdilər.
Sonda xatirə şəkli çəkdirildi.

Xəbərlər

MÜSİAD Azərbaycanın “Ənənəvi Səhər Yeməyi”

MÜSİAD Azərbaycanın “Ənənəvi Səhər Yeməyi” proqramı, Təşkilatlanma və Üzvlərlə Əlaqələr Komissiyasının təşkilatçılığı və “Hədəf Şirkətlər Qrupu”-nun sponsorluğu ilə “Zəncəfil” restoranında həyata keçirilmişdir. Proqramda 55-ə yaxın üzvümüz iştirak etmişdir.

Proqrama T.C. Bakı Səfirliyi Basın müşaviri Alptekin Cihangir İşbilir və ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov qatılmışdır. Qatılımlarına görə Cihangir bəyə, Mürsəl bəyə, qonaqlara və üzvlərimizə təşəkkür edirik.

#MUSİAD #MUSİADAzərbaycan

Xəbərlər

“Təlimdən bacarığa” adlı forum baş tutub

şəmil sadiq

Hədəf Şirkətlər Qrupunun təşkilatçılığı, Hədəf Nəşrləri, Balabilgə Uşaq Bağçası, SİNKod Yayın və Dağıtım Şirkətinin sponsorluğu, eyni zamanda 200-ə yaxın məktəbəqədər təhsil müəssisələrində çalışan müəllimlərin və təhsil işçilərinin iştirakı ilə “Təlimdən bacarığa” adlı forum baş tutub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilib.
Hədəf Şirkətlər Qrupunun qurucu-direktoru Şəmil Sadıqov açılış nitqi ilə çıxış etdi. Forum iştirakçılarına uğurlar arzuladı.
ADPU-nun baş müəllimi, təlim-tədris mərkəzinin müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Xalidə Həmidova “Məktəbəqədər təhsil proqramı ilə işləyərkən yolumuzu necə müəyyən edək?” mövzusundan danışıb. Xalidə xanım strateji yolun müəyyən edilməsi, təlimdə uğurlu olmağa təsir edən amillər, təhsilinin vacibliyindən, müəllimlərin inkişafa meyilli olmasının şagirdlərin də təhsilinə müsbət təsir edəcəyindən söz açıb. Müəllim və şagird münasibətlərinin sağlam qurulması haqqında fikirlərini bölüşüb.
ADPU-nun baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Gülşən Eminovanın “Bağçada inklüziv təlim mühitini necə quraq?” mövzusunda çıxışı olub. Gülşən xanım uşaqyönümlü pedaqogika, öyrənmə üsulları, faydalı təlim imkanları, universal öyrənmə haqqında tövsiyələr verərək təlim-tədris münasibətlərinin möhkəmləndirilməsinə dair nümunələr göstərib.
Pedaqoq, disleksiya üzrə mütəxəssis Təranə Möhsünova “Disleksiyaya fərqli baxış” mövzusunda biliklərini bölüşüb. Disleksiya haqqında bilmədiyimiz nüanslara toxunaraq səbəbləri, dərəcələri, əlamətləri haqqında iştirakçıları məlumatlandırıb. Disleksiyaya baxış tərzini dəyişmək üçün müəyyən nümunə və tapşırıqları iştirakçılara təqdim edib.
Hədəf Liseyinin psixoloqu, həkim-psixoterapevt, uşaq və yetişkin psixoloqu, təlimçi Zarina Əliyeva “Uşaqların sevgi dili” mövzusunda çıxış edib. Zarina xanım bildirib ki, uşaqların sevgi dili aşkarlayıb ona uyğun davranaraq, onlarla daha rahat ünsiyyət qurmaq olar. Əgər biz uşaqlarımıza yetərincə və ehtiyacı olan sevgini verməyi bacarsaq, bu uşaqlarımızı həm inkişafa, həm də uğura aparar.
Ahəng PRİM-in rəhbəri, ailə-uşaq psixoloqu, təlimçi Vüsalə Əmiraslanovanın “Bağçada oyun terapiyası” mövzusunda çıxışı olub. Spiker oyun terapiyası haqqında məlumat verərək, növləri, tədrisdə hansı inkişafa nail olmaq olar, tədrisdə necə istifadə tətbiq olunmalı və digər məsələlər toxunub. İştirakçılara oyun nümunələri təqdim edib.
Pediatr Aytən İsmayılzadə “Bağçada sağlam gün rejimi” mövzularında çıxış edərək həzm sisteminə uyğun, balanslaşdırılmış qida rejiminin seçilməsi, fiziki aktivliyinin təmin edilməsi, sosial münasibətləri, mənəvi dünyasının zənginləşdirilməsi haqqında iştirakçıları məlumatlandırıb və öz tövsiyələrini verib.
Təlim-seminarların ardınca iştirakçılara panellər üzrə təlimlər keçirilib, fərqli metodlarla dərs nümunələri izah olunub.
Sonda iştirakçılar sertifikatla təltif olunublar.