Bölmə baxışı

Xəbərlər

Xəbərlər

Bir qrup media nümayəndəsi “Hədəf”ə tuş gəldi

Bu gün bir qrup mətbuat nümayəndəsi Milli Mətbuat Günü münasibətilə “Hədəf-15” döş nişanına layiq görülüb.

İqtisadiyyat.az xəbər verir ki, “Hədəf Şirkətlər Qrupu”nun baş ofisində təşkil edilən tədbirdə şirkətin təsisçisi və baş direktoru Şəmil Sadiq milli təhsil brend olan “Hədəf Qrup” haqqında geniş məlumat verib:

“15 il müddətində qarşıya qoyduğumuz hədəflərə çatdıq, təhsil sahəsində mühüm işlər gördük. Məzunlarımız nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq şansı qazandılar. Eyni zamanda qeyd etmək istəyirəm ki, şəhid ailələri, müharibə iştirakçılarının ailələri kimi imtiyazlı kateqoriyadan olan gənclər üçün xüsusi güzəştlərimiz var. “Hədəf Şirkətlər Qrupu”na Hədəf Liseyi, Hədəf nəşrləri, Xan nəşriyyatı, Kitabevim.az kimi tanınmış brendlər daxildir. Bundan sonra da cəmiyyətimizə xidmət göstərməyə davam edəcəyik”, – deyə Ş.Sadiq bildirib.

Bir qrup media nümayəndəsi "Hədəf"ə tuş gəldi - FOTOLAR

Bir qrup media nümayəndəsi "Hədəf"ə tuş gəldi - FOTOLAR

O, həmçinin göstərdikləri dost münasibətə görə media nümayəndələrinə təşəkkürünü bildirib və qeyd edib ki, “Hədəf Şirkətlər Qrupu” idarə heyətinin qərarı ilə təsis edilən döş nişanı elm, təhsil, mədəniyyət kimi sahələrin inkişafında xidmətlərinə görə Azərbaycan ziyalılarına təqdim edilir.

Bir qrup media nümayəndəsi "Hədəf"ə tuş gəldi - FOTOLAR

Tədbirdə “Yeni Müsavat” Media Qrupun rəhbəri Rauf Arifoğlu, teleaparıcı, “İqtisadiyyat.az”ın məsul redaktoru Rahil Sayadoğlu, o cümlədən tanınmış jurnalistlər İlqar Rəsul, Aqil Ələsgər, Elnur Rüstəmli, Günel Mönsümova, Elnur Eltürk, Zaur İbrahimli, Şahin Nəcəfov, Cavid Qədir, Toğrul Allahverdi döş nişanı ilə təltif olunub.

Bir qrup media nümayəndəsi "Hədəf"ə tuş gəldi - FOTOLAR

Bir qrup media nümayəndəsi "Hədəf"ə tuş gəldi - FOTOLAR

Ümumilikdə, milli-mənəvi dəyərlərin təbliğində, dövlətçilik ideyaların aşılanmasında və gənclərin maariflənməsində xidmətlərinə görə 70 media nümayəndəsi “Hədəf-15” döş nişanına layiq görülüb.

Xəbərlər

1 Avqust Azərbaycan dili və Azərbaycan Əlifbası Günü

Azərbaycan dili milli-mənəvi sərvətimizdir!
Ümummilli lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı fərmana əsasən, avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.
Dil ilə bütün dünyanı da əkmək olar, əl ilə bir parça torpağın öhdəsindən gəlmək çətindir.

Xəbərlər

Hədəfli Mətbuatçılar!

Milli-mənəvi dəyərlərin təbliğində, dövlətçilik ideyaların aşılanmasında və gənclərin maariflənməsində xidmətlərinə görə 70 nəfər media nümayəndəsi “Hədəf -15 Döş Nişanı”na layiq görülüb.
Hədəf Şirkətlər Qrupu idarə heyətinin qərarı ilə təsis edilən döş nişanı elm, təhsil, mədəniyyət kimi sahələrin inkişafında xidmətlərinə görə Azərbaycan ziyalılarına təqdim edilib.

 


Milli Mətbuat Günü münasibəti ilə Hədəf Liseyi Abşeron filialında təşkil edilən tədbirin moderatoru dosent Elvin Əliyev Heydər Əliyev və müstəqil Azərbaycan mediası haqqında çıxış etdi, giriş sözü ilə Hədəf Şirkətlər Qrupunun qurucu-direktoru Şəmil Sadiq milli təhsil brendimiz olan Hədəf Qrup haqqında geniş məlumat verdi, mətbuatla sıx əlaqələrindən danışdı, mükafatçıları təbrik edib Hədəfə gəstərdikləri dost münasibətə görə təşəkkürünü bildirdi.

20230725180904_IMG_071720230725184324_IMG_079820230725182206_IMG_073020230725174822_IMG_0687
Tədbirdə mediamızın tanınmış nümayəndələri: Ümid Rəhimoğlu, Elçin Mirzəbəyli, Yunus Oğuz, Vüqar Rəhimzadə, Əkbər Qoşalı, Eltən Qədimbəyli, Çingiz Özgür, Anar Cəbrayıl, Azər Həsrət, Orxan Cabbarlı, Aqil Camal, Ceyhun Musaoğlu, Nadir Azəri, İlham Tumas, Rasim Sadıxov, Elçin Zahiroğlu, Nüşabə Hüseynova, Fira Cəlilova və s. iştirak etdi.

20230725174059_IMG_0675169040753839320230726_18235320230726_182300
Çıxış edənlər Hədəf Şirkətlər Qrupunun Azərbaycan təhsilindəki yerindən, qazandığı uğurlardan, təhsilimizə verdiyi töhfələrdən və Hədəf Konseptindəki yeniliklərdən danışdılar. Qonaqlar Zəfər otağını, laboratoriyalarını, tədris otaqlarını gəzib liseydəki şəraitlə tanış oldular.
Sonda isə Eltən Qədimbəylinin moderatorluğu ilə oxatma təlimi keçirildi.

Xəbərlər

“Hədəf”li Respublika birincisi

Hədəf Kursları Xırdalan filialında 11 il müəllim kimi fəaliyyət göstərən Mahmudova Ülviyyə Elm və Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin işə qəbulu imtahanında Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə Respublika birincisi olmuşdur. Bu münasibətlə Hədəf Şirkətlər Qrupunun baş direktoru fil.f.d Şamil Sadiq tərəfindən “Hədəf döş nişanı” və müxtəlif hədiyyələrlə təltif olunmuşdur.

Qeyd edək ki, Ülviyyə xanım iki dəfə “Hədəf döş nişanı” ilə təltif olunan yeganə müəllimdir.

Ülviyyə müəllimi bir daha təbrik edir, ona uğurlar arzu edirik.

Xəbərlər

Repetitorluğu aradan qaldırmalı, yoxsa repetitorlar?

Repetitorluğu aradan qaldırmalı, yoxsa repetitorlar?

Əvvəlki hissədə qeyd etdiyimiz kimi, repetitorluğun bu cür vüsət almasının real və qeyri-real səbəbləri var. Bunun aradan qaldırılması üçün ciddi təhsil islahatlarına start verilməli, Elm və Təhsil Nazirliyi ilə DİM ciddi şəkildə birgə işləməyə başlamalı, rəqib qurumlar kimi yox, bir qurum kimi fəaliyyət göstərməlidir. Burada daha çox iş Elm və Təhsil Nazirliyinə düşür. Necə ki kütlənin qarşısına sinə gərib açıq və şəffaf işlər görür. Öz iradəsini ortaya qoyur, eləcə də burada elə olmalıdır. Bu fikrə gəlməyimin əsas səbəbləri var, aşağıda qeyd edəcəyəm. Çünki sifarişçi Elm və Təhsil Nazirliyidir, ona görə də tədris prosesini poazacaq addımların atılmasına qəti etiraz bildirməli və bu prosesi dayandırmalıdır.

Repetitorluğun belə geniş vüsət almaması üçün atılmalı olan vacib addımlar var. Düzdür, heç bir halda əmin olmaq olmaz ki, bu proses kökündən kəsiləcək, amma ən azından el qınağından qurtulmaq, xalqın istəklərinə qismən də olsa, nail olmaq olar. Tez-tez səsləndirdiyimiz məsələ odur ki, dünyanın hər bir ölkəsində repetitorluq var və qarşısını süni yolla almaq mümkün deyil. Amma xeyli zərbə vurmaq, zəiflətmək, yavaş-yavaş aradan qaldırmaq olar. Bunlar hansı addımlardır?

1. İlk olaraq görülməli olan ən birinci iş fənn kurikulumlarına və onlar əsasında hazırlanan dərsliklərə, dərs saatlarına baxılmalıdır. Əgər 10-11-ci siniflərdə sadəcə universitetə hazırlıq proqramı olarsa, dərsliklər 9-cu sinifdə əsas kursu bitirərsə, xeyli irəliləyiş olar. Çünki məhz o siniflərdə müəllimlər yeni dərsi yox, DİM qəbul proqramına uyğun aşağı siniflərdən təkrara başlayar, öhdəsinə düşən saatları hazırlığa sərf edərlər.

2. İkinci əsas məsələ isə 10-11-ci siniflər lap kursların proqramına oxşar qruplar üzrə müəyyənləşdirilsə, 9-cu sinifdən təmayül siniflərin işini düzgün qura bilsək, 10-11-ci sinifdə dərs keçən müəllimlər, məktəb direktorları düzgün dərs bölgüsü ilə apararsa, nəticəsi qəbulda yaxşı olan müəllimlərin maaşı ciddi şəkildə fərqlənərsə, məhz dövlətin ayırdığı büdcə ilə məktəbdə repetitorluq sistemini elə məktəbin öz imkanları hesabına həll etmiş olarıq. Çox da çətin proses deyil, bir müəllimin haqqı olan maaşı qismən də olsa, təmin edəriksə, məsələ həllini tapar. Hamımız yaxşı bilirik, yaxşı repetitorlar məktəbdə işləməkdən boyun qaçırır, bir-iki sinfi də ona görə götürür ki, uşaq yığa bilsin. Bunun mətbəxini bilən adam kimi sizi əmin edirəm. Hə, sözsüz ki, ixtisas quruplarına görə dərs saatlarına da baxılmalıdır ki, ən azından bir fənnə dörd-altı saat arasında saat düşsün. Onsuz da, bu gün məktəblərimizdə 9-dan başlayaraq heç bir məktəb attestata yazılan qeyri-ixtisas fənn qiymətlərini obyektiv yazmır, uşağın ixtisas qrupunda göstərdiyi performansa görə müəyyənləşdirir. Bir-iki istisna varsa da, bu nümunə aid edilə bilməz. Və 9-cu sinifdən peşə məktəblərinə göndərilmə bir növ məcburi olmalı, onsuz da, əksər hallarda uşaq sıxlığından əziyyət çəkən məktəblərin işini yüngülləşdirməliyik.

3. Digər bir məsələ isə buraxılış və qəbul imtahanlarının vaxtı ciddi şəkildə müzakirə olunmalı, ən tez iyun ayından başlanmalıdır. Bildiyimiz kimi, son illər mart ayına qədər gəlib çıxan bu imtahanlar şagirdlərin hazırlıq imkanlarını ciddi şəkildə əlindən alır. Az-az özü, məktəbin köməyi ilə hazırlaşan uşaqlar var idisə də, artıq yoxdur, əmin olun. Çünki beş-altı aya on beş səhifəlik kitabları oxuyub əzbərləmək mümkün deyil, xüsusi tipli suallarla alışdırma etmək şagirdlik deyil, onu çeynəyib şagirdin ağzına qoyacaq müəllimlərə hökmən ehtiyac var. Elə buna görə də şagirdlər və valideynlər narahat olur. İmtahanların əvvəldə verilməsi şagirdlərin məhz müəyyən mövzuları oxumamasına gətirib çıxarır, xeyli mövzu qalır. Məhz buna görə deyirəm ki, imtahanların önə çəkilməsi heç bir halda Elm və Təhsil Nazirliyinin iradəsi ola bilməz!

4. Bütün bunlarla yanaşı 10-11-ci siniflər üzrə hazırlanan dərsliklər DİM-in birbaşa nəzarəti ilə olmalı, məhz proqrama uyğun hazırlanmalıdır ki, şagird dövlətin verdiyi ödənişsiz kitabları qoyub DİM-in və ya digər müəlliflərin kitablarına üz tutmasın.

Axı bizə nə lazımdır? Azərbaycanlı gəncin hazırlaşıb, yaxşı bal toplayıb universitetlərə girib savadlı kadr olmasını istəmirik? Əminəm ki, hər iki qurum bunu birmənalı istəyir, o zaman səmimi olub, eqomuzu kənara qoyub, bu prosesi birləşdirək da. İstər elm və təhsil naziri, istərsə də DİM sədri həmişə ictimaiyyətə açıq olub, brifinqlər keçirib, suallara cəsarətlə cavab veriblər. Nə olar ki, bir dəfə də hər ikisi bir yerdə, mütəxəsislərin iştirakı ilə bu mövzunun müzakirəsini təşkil etsinlər. Əminəm ki, daha yaxşı yollar tapılacaq. Kitabları dövlət sifarişi edək əvvəlki kimi, DİM də publik hüquqi şəxs olaraq test toplularını satışa çıxarsın, bundan sadə nə ola bilər ki?! Və qəbul proqramı və test modelləri hər iki qurumun birgə imzası ilə hər ilin avqust ayında dərs bölgüsü elan edilən zaman cəmiyyətə təqdim edilsin. Halbuki ən yaxşı halda DİM bunu yanvar ayında elan edir.

5. Son məsələ isə… DİM sual tiplərinə yeni yanaşma sərgiləsin, əzələ nümayiş etdirib kiməsə sübut etmək ki, təhsilin vəziyyəti ağırdır prinsipindən uzaqlaşsın. Bu nə ölkəmizə, nə də valideynlərimizə stresdən, əsəbdən başqa heç nə vermir. Özəl təhsil sektorunu hər il baltalayır, bir neçə reytinqli universitetdən başqa qalanlarına yüz əlli-iki yüz (150-200) bal aralığında qəbul gedir. Onlar da özlərini əzilmiş, ən zəif uşaqlara sahib kimi hiss edirlər. Şagirdlərimizin isə burada aldığı travma onlarla gəzir. Gəncliyin ən gözəl anlarında həyatı yarış atı kimi keçirmək sonradan onları məhv edir. Artıq çoxdan sınaqdan çıxıb aşağı bal toplayan uşaqlara, sonradan daha uğurlu insanlara çevrilir. Maraqlı olardı ki, indiyə qədərki yeddi yüz (700) ballıq uşaqların harada və necə işləməsi ilə bağlı yaxşı bir tədqiqat aparılsın və nəticələr ictimaiyyətə açıqlansın. O uşaqlar ömürlərini çürüdürlər o nəticələri əldə etmək üçün. Əgər bu milləti sevir və gələcəyini qurmaq istəyiriksə, ona güvən verməli, özünü doğrultması üçün şərait yaratmalıyıq. Bunun isə yolları çox sadədir: istək, iradə və cəhd!

Bütün bu sadaladıqlarımın kökündən həlli on iki illik təhsilə keçid, vahid təhsil konsepti, təhsildən nə gözlədiyimizi, hədəflərimizi açıq şəkildə ifadə etmək, ali məktəblərimizin təhsil keyfiyyətini yüksəltmək və etibarlı təhsil sistemi qurmaqdan keçir.

Xəbərlər

Sertifikasiyamı, Pedaqoji Kadrların Performans Dəyərləndirilməsimi?

Sertifikasiyamı, Pedaqoji Kadrların Performans Dəyərləndirilməsimi?

Cəmiyyətin aparıcı sahəsi olan təhsil sistemi və onun kadrları inkişafın barometri sayıla bilər. Təhsil sistemindəkilərin peşəkarlıq səviyyəsi digər sahə mütəxəssislərinin də analoji səviyyəsinin təminatçısıdır. Bu baxımdan onların peşəkarlıq səviyyəsi daim nəzarətdə saxlanılmalı, elmi-metodiki bacarıqlarının zamanla uyğunlaşdırılması təmin edilməli və bu bacarıqlar müntəzəm ölçülməlidir. Pedaqoji prosesə “çörək ağacı” kimi baxmaq kimi yanlış yanaşmadan uzaqlaşmaq təkcə müasir dövrün deyil, bütün tarixin tələbidir. İşin ciddiyyətini əsaslandırmaq üçün xeyli arqument gətirməyə ehtiyac yoxdur. Ömürboyu təhsil pedaqoji kadrların hər gün baş verən yeniliklərlə tanış olmağını təmin edir, bu təminatın səviyyəsi isə müxtəlif üsullarla ölçülə bilər.

Bəzən faktoloji biliyi üst səviyyədə olmayan müəllimlər olur ki, o həm sevilir, həm də ciddi hörmət sahibidir. Onun digər bacarıqları biliyinin tam olmamasını əvəzləyə bilir. Çünki orta məktəbin vəzifəsi təkcə universitetlərə tələbə yetişdirmək deyil. Bu bütün təhsil sənədlərində ifadə edilir. Bu zaman müəllimin dəyərləndirilməsi də sadəcə elmi biliklərlə yox, digər sahələrlə də aparılmalıdır. Çünki bu gün cəmiyyətə bilikli robot yox, vicdanlı, ədalətli, mərhəmətli, çevik zəkalı, tərbiyəli insanların yetişdirilməsi daha çox vacibdir. Buna görə də Sertifikasiya imtahanlarının keçirilməsi üçün uzun müddətdir ki, üzərində işlədiyim və Hədəf Konseptinin tərkib hissəsi olduğu üçün artıq sınaqdan çıxardığımız bir sistemi təklif edirəm. Biz bu sistemin adını PKPD – Pedaqoji Kadrların Performans Dəyərləndirilməsi qoymuşuq. Bu sistem düzgün işlədilərsə, bir müəllimin bütün tərəflərini dəyərləndirmək və haqqı olanı vermək imkanına sahib olarıq.

Gələn həftə Azərbaycan müəllimi qəzetində gedəcək böyük bir yazıdan, kiçik bir parçanı bölüşüm. Yeni təklif, yeni sistem…

Xəbərlər

 NİYƏ HƏDƏF LİSEYİ?

 

✔️Azərbaycan, ingilis, rus bölmələri üzrə məktəbəqədər təhsil pilləsində 11-ci sinfə qədər tədris.

✔️Həftəlik 45 saat, 8:30-dan 16:35-a kimi dərslər

✔️Valideyn, şagird və müəllimlərin birgə istifadəsi üçün elektron idarəetmə

✔️STEAM əsaslı təhsil

✔️Robotexnika və Proqramlaşdırma dərsləri

✔️Beynəlxalq və yerli olimpiadalara, müsabiqələrə hazırlıq.

✔️8-14 saat praktik ingilis dili tədrisi

✔️Gündə bir dəfə yemək, iki dəfə qəlyanaltı

✔️5-11-ci sinif şagirdlərinə məktəbli forması

✔️Həftəlik 5-8 saatlıq dərnək və klublar

✔️Dərsliklərlə təminat

✔️9-11-ci siniflərdə buraxılış, blok, YÖS, SAT imtahanlarına hazırlıq

✔️Nəqliyyat xidməti

✔️Yerli və beynəlxalq yay və qış düşərgələrinin təşkili

✔️İldə dörd dəfə sınaq imtahanı

✔️Mütəmadi psixoloq va koucinq xidmati

✔️Hər sinfə həm sinif rəhbəri, həm də köməkçi müəllim nəzarəti

✔️Təhlükəsizlik kameraları ilə təhciz olunmuş siniflər

✔️Maksimum 18 nəfərlik sinif otaqları

✔️Smart lövhələrlə təhciz edilmiş siniflər

Xəbərlər

“İş dünyası-100 ilin zirvəsi”

Azərbaycan və Türkiyənin mövcud potensialı iqtisadi sferada əlaqələrin, xüsusən də qarşılıqlı ticarət dövriyyəsinin həcminin indiki ilə müqayisədə xeyli dərəcədə artırılmasına imkan verir. Son günlər bu istiqamətdə bir sıra mühüm addımlar atılıb.

Bununla, Azərbaycan və Türkiyə KOB subyektləri arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə Türkiyə Respublikasının İstanbul şəhərində 13-14 iyul tarixlərində MÜSİAD Genel Mərkəzdə “İş dünyası-100 ilin zirvəsi” layihəsi həyata keçiriləcək. Biznes forum-sərgi Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi və Türkiyə Respublikasının 100 illiyinə həsr olunacaqdır.
Tədbirin əsas məqsədi iki ölkə arasında kiçik və orta sahibkarlığın inkişafına, şirkətlərarası təcrübə mübadiləsinin aparılmasına, müxtəlif sahələr üzrə texnoloji yeniliklərin öyrənilməsinə, şirkətlərin Türkiyə və Azərbaycan vasitəsilə xarici bazara satış etmək imkanlarına, mövcud investisiya imkanlarının araşdırılmasına dəstək göstərməkdir.

Hədəf Şirkətlər Qrupu olaraq biz də həmrəylik, inkişaf, səriştəlilik və ləyaqət kimi dəyərlər işığında burada iştirak edirik.

Hədəfimiz- beynəlxalq arenaya Azərbaycanın Milli təhsil brendi olaraq açılmaqdır!

Xəbərlər

“Təbiətdə STEAM”

Hədəf daha bir ilkə imza atdı. Azərbaycanda ilk STEAM məktəbi olan Hədəf STEAM Liseyi davamlı olaraq hər il müəllimlər üçün STEAM təlimləri təşkil edir və bu təlimlər sayəsində yüzlərlə müəllim STEAM əsaslı dərslərin keçirməsində təcrübə qazanır.

 

Bu dəfə də ilk dəfə təbiət qoynunda, gözəl Balakən rayonunda “Təbiətdə STEAM” adlı 3 günlük təlim-treninq keçirildi.

Gördüyümüz işlərin davamı olaraq da Hədəf Liseyi, STEAM Eğitimcileri Derneği və Manisa Celal Bayar Universitetinin təşkilatçılığı ilə Azərbaycanda dəfə təşkil olunan “Təbiətdə STEAM” adlı təlimlərində müxtəlif ixtisaslı 20-dən çox müəllim iştirak etmişdir.

Təlimçi STEM Educators Association Chairman of the Board-Mehmet Nuri Ögüt “STREAM Nedir?” “Doğada STEM örenekleri”
“STREAM temel eğitimin dünü,bugünü,yarını” və “Ahəng Psixologiya Reabilitasiya Mərkəzi” nin rəhbəri, psixoloq-təlimçi Vüsalə Əmiraslanova
”Emosiyaların idarə olunması”, “Stress Menecment” mövzularında maraqlı və yada qalan təlim-treninqilər keçdilər.

Xəbərlər

“Təbiətdə STEAM” təlimi

 

Hədəf Liseyi, Beynəlxalq STEAM dərnəyi və Manisa Cəlal Bayar Universitetinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə təşkil olunan “Təbiətdə STEAM” adlı təlimlər baş tutub. Azərbaycan müəllimləri ilk dəfə olaraq STREAM nədir adlı məruzə dinləyiblər.

Müsahibələr Xəbərlər

Repetitorluq təhsilimizi niyə ağuşuna alıb?

 

Repetitorluq mövzusu bu gün təhsilimizdə ən çox danışılan sahələrdəndir. Həmişə də sual o qədər sərt qoyulur ki, hansısa həllə nail olmaq mümkün olmur. Əslində, repetitorluq deyəndə bizim cəmiyyətdə ən çox 9,10,11-ci siniflərin universitetlərə məktəbdənkənar hazırlıq prosesi assosiasiya olunur. Etiraf edək ki, cəmiyyət bunu normal qəbul edib, uyğunlaşıb, belə də olmalı imiş kimi düşünür. Lakin məktəbdənkənar dərslərin nəinki 9,10,11-ci siniflərdə, hətta məktəbəqədər hazırlığına qədər enməsi cəmiyyətimizdə məktəbdənkənar repetitor məktəblərinin ciddi şəkildə fəaliyyət göstərməsinə gətirib çıxarır. Repetitorlara böyük hörmət, təşəkkür borcu hiss edən cəmiyyətimiz çox maraqlıdır ki, repetitorluğu təhsilin üz qarası da adlandırır. Yəni məhz repetitorluq məktəblərimizin durumunun ən aşağı olduğunu göstərir, amma sağ olsun repetitorlar, onlar olmasa idi, təhsilimiz məhv olardı, onların sayəsində bu gün uşaqlar universitetlərə qəbul olunur kimi fikirlər deyir. Bu mövzuda çox yazmaq olar, amma düşünürəm ki, repetitorluğun yaranma və genişlənmə səbəblərini, həmçinin qarşısının qismən də olsa, necə alınmasından yazım.

Repetitorluğun yaranma səbəbləri:

1. Test tipli tapşırıqlarla ölçmə-dəyərləndirmə mexanizmi qurulandan sonra abituriyentlər xüsusi hazırlıqlara yön aldı, yəni 1992-ci ildən. Niyəsi odur ki, təhsilin məzmunu, dərsliklər, tapşırıqlar, tamam başqa formatda, sonda yoxlama başqa formatda oldu. Yəni sovet dövrünün təfəkkür məktəbini oxuyan şagirdlər birdən-birə yaddaş məktəbinin tələbləri ilə imtahan edildilər. Məktəbdə keçirilən dərslər və öyrədilən metodlarla qəbul imtahanına düşən sual formatları fərqli oldu, bütün müəllimlər də bu prosesə ayaq uydura bilmirdi. Məsələn, mən 1994-cü ildə hazırlaşırdım, kəndimizdə tanıdığım xeyli yaxşı müəllim var idi ki, yeni sistemi bəyənmir və qəbul etmir, bunun bir gün dəyişəcəyini deyir və bu tip testlərlə məşğul olmurdu. Yenə öz dərslərini klassik metodla keçirdi və bu halda həmin şagirdlər universitetdə uğur əldə edə bilmirdi, onun üçün də bu tələbə cavab verən xüsusi müəllimlər formalaşmağa başladı. Təəssüf ki, bu proses məktəbdən kənarda gedirdi. Sanki məktəbə heç bir dəxli yox idi. Məhz bu amil ilk olaraq repetitorluğun təhsilin ayrıca bir qolu kimi formalaşmasına gətirib çıxardı.

Hə, burada qətiyyən yanlış anlamayın ki, testlə qəbul imtahanının əleyhinəyəm. Çünki çürümüş sovet qəbul imtahanı ancaq və ancaq bu yolla yenilənə bilərdi və yeniləndi. Lakin məktəblər və tədris bu yeniliklərdən geri qaldı. Uzun illərdir ki, ədalətli və şəffaf qəbul sisteminin şahidiyik. Amma müəyyən ilaclar kimi repetitorluğun bir tərəfdən faydası olsa da, zərərli tərəfləri də var.

2. Repetitorluğun inkişaf etməsinin əsas səbəblərindən bir də heç bir zaman qəbul prosesini aparan qurum tərəfindən qəbul edilməyən proqram və test nümunələrinin məktəb proqramından fərqli olması idi. İş o yerə gəlib çatdı ki, testlərin çətinliyindən, yeni tələblərə cavab verməsindən şikayətlənən müəllim və şagirdləri razı salmaq üçün DİM (ovaxtkı TQDK) test kitabları, hazırlıq vəsaitləri çap etməyə başladı. Və biz müəllimlər dərslikləri kənara qoyub TQDK-nın hazırladığı vəsaitləri oxutmağa, tapşırıq modelləri işlətməyə başladıq. Bu da bir həqiqətdir ki, TQDK-nın bu cür inkişaf prosesi, yeni modellər təqdim etməsi qarşısında Təhsil Nazirliyi çox geridə qalırdı. Yəni dərsliyində bir dənə də olsun, sxem test nümunəsi görməyən şagird məktəbdə keçdikləri faydasız olduğundan üzünü TQDK-nın işığına tuturdu. Bu prosesdə isə bir az gözüaçıq, üzərində işləməyi bacaran müəllimlər önə çıxmağa başladılar, TQDK-nın proqramlarını izlədilər, test nümunələrindən məzmuna qayıtdılar, yeni test texnologiyaları öyrəndilər və bunun da qarşılığında ödənişli dərslər verməyə başladılar. Burada əlavə gəlirin daha çox olduğunu görən müəllimlər məktəblərdən uzaqlaşdılar.

3. Üçüncü səbəb isə bir az da başqa idi. Bir az keçdi, bu dəfə nazirlik yeni sistem – bu gün “kurikulum” adlandırdığımız formanı tətbiq etməyə başladı, kurikuluma görə şagird 11-ci sinifdə bütün fənlərdən buraxılış imtahanı verməli idi. 2006-cı ildən birinci siniflərdə başlanan kurikulumu bir-iki il sonra nazirlik tələm-tələsik bütün məktəblərə elan etdi ki, bütün fənlərdən hamı imtahana girəcək. Düşünün, indiyə qədər sadəcə ixtisas qrupu üzrə imtahana hazırlaşan, digər fənlərin qiyməti də bu fənlərə nisbətən yazılan şagird birdən-birə düşdü yeddi-səkkiz fənnin qaynar qazanına. Qoymahaqoyma, repetitorluq bir də burada qızışdı, yolunu tapanlar tapdı, tapmayanlar yenə üz tutdular biçarə repetitorların üstünə ki, elə et, heç olmasa, övladım bir-iki sual yazsın. Beləcə, bir partiyada belə qızışdıq repetitorluq hazırlıqlarına. O zaman nazirlik bu addımı atmaqla bir növ TQDK-nın əlindəki təhsil rıçaqını almağa çalışırdı və özünü sübut etmək istəyirdi. Amma sonda necə oldusa, buraxılış imtahanı da keçdi TQDK-nın, indiki DİM-in balansına.

4. Dördüncü bir məsələ isə kurikulumdan doğdu. Məktəb əl-ayağa düşdü, testlər, nümunələr, iş dəftərləri və s. çap edildi, şagirdlərə test formaları öyrədildi və beləcə, təhsili idarə edən Təhsil Nazirliyi ilə TQDK bir balaca yaxınlaşdılar. Birdən-birə yeddi yüz (700) bal toplayan şagird sayı pik həddə çatdı, ballar yüksəldi. Məktəb TQDK-nın sirrini çözməyə yaxın idi, əzbərləyib testləri yazmağa nə vardı ki, hələ çıxdaş falan da olduğu halda. Burada yeddi yüz (700) bal toplayan şagirdlərin beş-altı illik statistikasına diqqət edək:

On beş ildən sonra ilk dəfə 2007-ci ildə qəbul imtahanında üç nəfər şagird maksimum balı –yeddi yüz (700) balı toplayıb.Gördüyünüz kimi düz on beş il sonra.

2008-ci ildəaltı abituriyent yeddi yüz (700) bal toplaya bilib.

2009-cu ildə iki abituriyent yeddi yüz (700) bal toplaya bilib.

2010-cu ildə yeddi abituriyent yeddi yüz (700) bal toplaya bilib.

2011-ci ildə dörd abituriyent yeddi yüz (700) bal toplayabilib.

2012-ci ildə beş abituriyent yeddi yüz (700) bal toplayabilib.

2013-cü ildə isə altı nəfər yeddi yüz (700) bal toplayıb.

2014-cü ildə doqquz abituriyent yeddi yüz (700) bal toplaya bilib.

2015-ciildə on beş abituriyent yeddi yüz (700) bal toplaya bilib.

2016-cı ildə isə on abituriyent yeddi yüz (700) bal toplaya bilib.

2017-ci ildə on beş abituriyent yeddi yüz (700) bal toplayıb.

2018-ciildə iyirmi doqquz abituriyent yeddi yüz (700) bal toplaya bilib.

2019-cu ildən sonra isə birdən-birə bu yüksək bal toplayan şagirdlər qırmızı kitablıq oldu, bu günə qədər bir-iki nəfər. Gördüyünüz kimi statistika da qeyd etdiklərimi faktla sübut edir.

Elə yenicə məktəblilər TQDK-nın qəbul formatını çözür, ona yetişirdi ki, gözünə döndüyüm DİM yenə öz fərqini qoydu ortaya və bu dəfə də başladı təfəkkür məktəbi formatında nazirliyin təqdim etdiyi kurikulumun tələblərinə cavab verən nümunələr təqdim etməyə, mətn, situasiya, açıq, qapalı və s. tipli fərqli testlərlə şagirdləri ölçüb dəyərləndirməyə. Yenə də burada bir zamanlar kurikulumu bəyənməyən repetitorlar fərqləndilər. Biznes belədir, ya yeniliklə ayaqlaşacaqsan, ya da iflas olacaqsan. Repetitor yazıq nə etsin ki, böyük qurum təhlükəni görüb sükanı çevirənəcən vaxt keçəcək, ona görə də qapıdan, pəncərədən düşüb arxasınca gələnləri də daha asan yolla ünvana çatdırır. Məgər müəllimlik də bu deyilmi? Burada mən DİM-in inkişaf prosesini qətiyyən sual altına almaq istəmirəm. Təkcə yeddi yüz (700) balların statistikasına baxsaq, aydın olar ki, aşağı bal həddində də keçid balları yüksəlib. Bu bir növ təhsili inkişafa məcbur edən amil olsa da, milli təhsil sistemini ciddi şəkildə sual altına salır. Axı niyə keçid balı yüz əlli (150) olsun, qoy elə üç yüz (300) olsun, yeddi yüz (700) bal toplayanların da sayı çox olsun, uzaqbaşı beş-on nəfər kasıb balası Prezident təqaüdündən faydalanacaq, məgər o təqaüdü onlar üçün ayırmayıblar? Qoy Elm və Təhsil Nazirliyi də hesabatlarında desin ki, ölkədə təhsilin səviyyəsi yüksəlib. Bu kimi və niyə narahat edir, iyirmi ildir ki, çözə bilmirəm. Bu bizə həm də onu göstərir ki, xaricə tələbə axını başlayır, attestatla xarici univerisitetlərə qəbul genişlənir. Bu, ölkədən ciddi maliyyə axını, özəl universitetlərimizin iflasına gətirib çıxarmırmı?

5. Digər bir səbəbi isə valideynlərimiz yaradır. Universitetə girmək, tələbə olmaq peşə, sənət işindən daha çox dəb işinə çevrildi, ona görə də hamı övladının universitetə girməsini istəyir. Beləcə, valideynlərin xaraxterindən, cibindən asılı olaraq 1-ci sinifdən 11-ci sinifə qədər hazırlıqlara üz tutuldu. Sözsüz ki, burada işbazlar da peyda olmamış deyil. Bir-birinin bəhsinə girən valideynlər, müəllim arayışına çıxdılar, bu məktəbin şagirdləri başqa məktəbin, başqa məktəbin şagirdləri bu məktəbin müəllimlərinin yanına hazırlıqlara gəldilər. Uşaq dedi ki, məktəbdə dərs keçmirlər, valideyn də inandı və çarələr axtarmğa başladı. Quru da yandı yaşın oduna, dərs keçmək istəyən, keçən müəllimlər də, beləcə, yuxarı siniflərdə dərslərini qura bilmədilər, ağızlarını açan kimi, “Müəllim, onsuz da, hazırlıqda keçəcəyik, müəllim evə tapşırıq çox verib, icazə verin, biz onları işləyək, çatdıraq” – deyə şagirdlərin hayqırtısı başladı. Bəziləri vicdandan, bəziləri isə tənbəllikdən razı oldular. Beləcə, bu gün gəldiyimiz nəticə 10-11-ci siniflərdə nazirliyin verdiyi proqram, çap etdiyi vəsaitlər boşuna və lazımsız hala çevrildi, uşaqlar hazırlıq yükündən əziyyət çəkdikləri üçün müəyyən yollarla məktəbdən yayınmağa başladılar, bu da məktəb prosesini pozan ən əsas amillərdən oldu. Düzdür, Elm və Təhsil Nazirliyi son bir neçə ildə bu məsələyə xüsusi diqqət ayırıb, uşaqların məktəbdən yayınma hallarının qarşısını almağa çalışır. Direktorlara bu mövzuda ciddi tənqid edilib, nəzarətə götürülüb. Amma və lakin bu, sadəcə zor durumda olan günü qurtarmağa çalışmaqdan başqa bir şey deyil.

6. Ən vacib elmi məsələ isə nə şagirdin, nə də müəllimin qəbul imtahanına düşəcək suallara cavab vermək üçün biliyi məktəbdə mənimsəməyə və mənimsətməyə yetir. Çünki biz hələ də on iki illik təhsil sisteminə keçməmişik, dərsliklərimiz də son sinifə qədər yeni mövzularla zəngindir. Ona görə 11-ci sinifdə oxuyan şagird həm məktəbin həmin günə olan dərsinə hazırlaşmalı, həm də 5-ci sinifdən başlanan hazırlıqlara. Həmçinin də müəllim, əgər öz dərsini qoyub keçsə aşağı siniflərə, bu dəfə də proqramdan geri qalacaq, tədris prosesini pozacaq. Buna görə məktəbdən birbaşa universitetə qəbul imtahanına hazır olmaq mümkündür. Olsun ki, bir neçə şagird özü hazırlaşaraq qəbul olur, bu o demək deyil ki, o, hazırlaşmır. O da hazırlaşır, sadəcə bir az zəkidir və özü hazırlaşır. Yəni beş fəndən (bəzi qruplarda altı) beş sinifi götürsək, iyirmi beş kitab edir, bunun da iyirmi beş test toplusunu götür, toplam əlli kitab, əllini də vursaq, heç olmasa, üç yüz səhifəyə, edir on beş min səhifə, bu o deməkdir ki, şagird yüz iyirmi suala cavab vermək üçün on beş min səhifəlik materialı əzbərləməlidir. Digər tərəfdən də, hər dəfə fərqli, müasir, tapıntı sual tipləri… Çünki rəqabət var və kim az və ya zəif oxusa, aşağı qiymət alacaq. Məhz buna görə şagirdlər belə sürətli, çevik oxuma və anlama, texniki yollarla daha tez öyrədən müəllimlərə ehtiyac duyur və repetitorluq batan şagirdin əlindən yapışıb qalır. Məktəbdə tədris ən yüksək səviyyədə də qurulsa, məktəb bu işin öhdəsindən gələ bilməz.

Repetitorluğu aradan qaldırmalı, yoxsa repetitorlar?

Əvvəlki hissədə qeyd etdiyimiz kimi, repetitorluğun bu cür vüsət almasının real və qeyri-real səbəbləri var. Bunun aradan qaldırılması üçün ciddi təhsil islahatlarına start verilməli, Elm və Təhsil Nazirliyi ilə DİM ciddi şəkildə birgə işləməyə başlamalı, rəqib qurumlar kimi yox, bir qurum kimi fəaliyyət göstərməlidir. Burada daha çox iş Elm və Təhsil Nazirliyinə düşür. Necə ki kütlənin qarşısına sinə gərib açıq və şəffaf işlər görür. Öz iradəsini ortaya qoyur, eləcə də burada elə olmalıdır. Bu fikrə gəlməyimin əsas səbəbləri var, aşağıda qeyd edəcəyəm. Çünki sifarişçi Elm və Təhsil Nazirliyidir, ona görə də tədris prosesini poazacaq addımların atılmasına qəti etiraz bildirməli və bu prosesi dayandırmalıdır.

Repetitorluğun belə geniş vüsət almaması üçün atılmalı olan vacib addımlar var. Düzdür, heç bir halda əmin olmaq olmaz ki, bu proses kökündən kəsiləcək, amma ən azından el qınağından qurtulmaq, xalqın istəklərinə qismən də olsa, nail olmaq olar. Tez-tez səsləndirdiyimiz məsələ odur ki, dünyanın hər bir ölkəsində repetitorluq var və qarşısını süni yolla almaq mümkün deyil. Amma xeyli zərbə vurmaq, zəiflətmək, yavaş-yavaş aradan qaldırmaq olar. Bunlar hansı addımlardır?

1. İlk olaraq görülməli olan ən birinci iş fənn kurikulumlarına və onlar əsasında hazırlanan dərsliklərə, dərs saatlarına baxılmalıdır. Əgər 10-11-ci siniflərdə sadəcə universitetə hazırlıq proqramı olarsa, dərsliklər 9-cu sinifdə əsas kursu bitirərsə, xeyli irəliləyiş olar. Çünki məhz o siniflərdə müəllimlər yeni dərsi yox, DİM qəbul proqramına uyğun aşağı siniflərdən təkrara başlayar, öhdəsinə düşən saatları hazırlığa sərf edərlər.

2. İkinci əsas məsələ isə 10-11-ci siniflər lap kursların proqramına oxşar qruplar üzrə müəyyənləşdirilsə, 9-cu sinifdən təmayül siniflərin işini düzgün qura bilsək, 10-11-ci sinifdə dərs keçən müəllimlər, məktəb direktorları düzgün dərs bölgüsü ilə apararsa, nəticəsi qəbulda yaxşı olan müəllimlərin maaşı ciddi şəkildə fərqlənərsə, məhz dövlətin ayırdığı büdcə ilə məktəbdə repetitorluq sistemini elə məktəbin öz imkanları hesabına həll etmiş olarıq. Çox da çətin proses deyil, bir müəllimin haqqı olan maaşı qismən də olsa, təmin edəriksə, məsələ həllini tapar. Hamımız yaxşı bilirik, yaxşı repetitorlar məktəbdə işləməkdən boyun qaçırır, bir-iki sinfi də ona görə götürür ki, uşaq yığa bilsin. Bunun mətbəxini bilən adam kimi sizi əmin edirəm. Hə, sözsüz ki, ixtisas quruplarına görə dərs saatlarına da baxılmalıdır ki, ən azından bir fənnə dörd-altı saat arasında saat düşsün. Onsuz da, bu gün məktəblərimizdə 9-dan başlayaraq heç bir məktəb attestata yazılan qeyri-ixtisas fənn qiymətlərini obyektiv yazmır, uşağın ixtisas qrupunda göstərdiyi performansa görə müəyyənləşdirir. Bir-iki istisna varsa da, bu nümunə aid edilə bilməz. Və 9-cu sinifdən peşə məktəblərinə göndərilmə bir növ məcburi olmalı, onsuz da, əksər hallarda uşaq sıxlığından əziyyət çəkən məktəblərin işini yüngülləşdirməliyik.

3. Digər bir məsələ isə buraxılış və qəbul imtahanlarının vaxtı ciddi şəkildə müzakirə olunmalı, ən tez iyun ayından başlanmalıdır. Bildiyimiz kimi, son illər mart ayına qədər gəlib çıxan bu imtahanlar şagirdlərin hazırlıq imkanlarını ciddi şəkildə əlindən alır. Az-az özü, məktəbin köməyi ilə hazırlaşan uşaqlar var idisə də, artıq yoxdur, əmin olun. Çünki beş-altı aya on beş səhifəlik kitabları oxuyub əzbərləmək mümkün deyil, xüsusi tipli suallarla alışdırma etmək şagirdlik deyil, onu çeynəyib şagirdin ağzına qoyacaq müəllimlərə hökmən ehtiyac var. Elə buna görə də şagirdlər və valideynlər narahat olur. İmtahanların əvvəldə verilməsi şagirdlərin məhz müəyyən mövzuları oxumamasına gətirib çıxarır, xeyli mövzu qalır. Məhz buna görə deyirəm ki, imtahanların önə çəkilməsi heç bir halda Elm və Təhsil Nazirliyinin iradəsi ola bilməz!

4. Bütün bunlarla yanaşı 10-11-ci siniflər üzrə hazırlanan dərsliklər DİM-in birbaşa nəzarəti ilə olmalı, məhz proqrama uyğun hazırlanmalıdır ki, şagird dövlətin verdiyi ödənişsiz kitabları qoyub DİM-in və ya digər müəlliflərin kitablarına üz tutmasın. Axı bizə nə lazımdır? Azərbaycanlı gəncin hazırlaşıb, yaxşı bal toplayıb universitetlərə girib savadlı kadr olmasını istəmirik? Əminəm ki, hər iki qurum bunu birmənalı istəyir, o zaman səmimi olub, eqomuzu kənara qoyub, bu prosesi birləşdirək da. İstər elm və təhsil naziri, istərsə də DİM sədri həmişə ictimaiyyətə açıq olub, brifinqlər keçirib, suallara cəsarətlə cavab veriblər. Nə olar ki, bir dəfə də hər ikisi bir yerdə, mütəxəsislərin iştirakı ilə bu mövzunun müzakirəsini təşkil etsinlər. Əminəm ki, daha yaxşı yollar tapılacaq. Kitabları dövlət sifarişi edək əvvəlki kimi, DİM də publik hüquqi şəxs olaraq test toplularını satışa çıxarsın, bundan sadə nə ola bilər ki?! Və qəbul proqramı və test modelləri hər iki qurumun birgə imzası ilə hər ilin avqust ayında dərs bölgüsü elan edilən zaman cəmiyyətə təqdim edilsin. Halbuki ən yaxşı halda DİM bunu yanvar ayında elan edir.

5. Son məsələ isə… DİM sual tiplərinə yeni yanaşma sərgiləsin, əzələ nümayiş etdirib kiməsə sübut etmək ki, təhsilin vəziyyəti ağırdır prinsipindən uzaqlaşsın. Bu nə ölkəmizə, nə də valideynlərimizə stresdən, əsəbdən başqa heç nə vermir. Özəl təhsil sektorunu hər il baltalayır, bir neçə reytinqli universitetdən başqa qalanlarına yüz əlli-iki yüz (150-200) bal aralığında qəbul gedir. Onlar da özlərini əzilmiş, ən zəif uşaqlara sahib kimi hiss edirlər. Şagirdlərimizin isə burada aldığı travma onlarla gəzir. Gəncliyin ən gözəl anlarında həyatı yarış atı kimi  keçirmək sonradan onları məhv edir. Artıq çoxdan sınaqdan çıxıb aşağı bal toplayan uşaqlara, sonradan daha uğurlu insanlara çevrilir. Maraqlı olardı ki, indiyə qədərki yeddi yüz (700) ballıq uşaqların harada və necə işləməsi ilə bağlı yaxşı bir tədqiqat aparılsın və nəticələr ictimaiyyətə açıqlansın. O uşaqlar ömürlərini çürüdürlər o nəticələri əldə etmək üçün. Əgər bu milləti sevir və gələcəyini qurmaq istəyiriksə, ona güvən verməli, özünü doğrultması üçün şərait yaratmalıyıq. Bunun isə yolları çox sadədir: istək, iradə və cəhd!

Bütün bu sadaladıqlarımın kökündən həlli on iki illik təhsilə keçid, vahid təhsil konsepti, təhsildən nə gözlədiyimizi, hədəflərimizi açıq şəkildə ifadə etmək, ali məktəblərimizin təhsil keyfiyyətini yüksəltmək və etibarlı təhsil sistemi qurmaqdan keçir.

Şəmil SADİQ
Filologiya üzrə fəlsəfə doktoru, dosent

Xəbərlər

Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü

Qalib Azərbaycan Ordusunun 105 illiyini qeyd edirik.

Yaşasın güclü və qalib Azərbaycan ordusu!


 

Sən qalibsən, bütün dünya qələbəndən danışır,

Odlar yurdum, ana Vətən, zəfər sənə yaraşır,

Eşq olsun igidlərə, yaşasın Azərbaycan!

Var olsun mərd millətim, yaşasın Azərbaycan!

 

#Azərbaycan

#MüzəffərOrdu

Xəbərlər

Hədəf STEAM Liseyində IV Məzun Günü

                                   Hədəf STEAM Liseyində IV Məzun Günü keçirilib.

Liseydən  verilən məlumata görə, tədbir Heydər Əliyevin 100, Hədəf Liseyinin isə 5 illik yubileyinə həsr olunub.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında baş tutan tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli, elm və təhsil nazirinin müavini İdris İsayev, Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru Rüfət Əzizov, deputatlar Musa Quliyev, Vüqar İsgəndərov, Dövlət Gömrük Akademiyasının rəisi Qulu Novruzov, AMEA Folklor İnstitutunun baş direktoru Muxtar İmanov, Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru Nadir Məmmədli, Mətbuat Şurasının sədri Rəşad Məcid, MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli, Azərbaycan Respublikası KOBİA İdarə Heyəti sədrinin müavini Samir Hümbətov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru Yusif Alıyev, elm və mədəniyyət xadimləri, iş adamları, valideynlər iştirak ediblər.

 

Əvvəlcə qonaqlara “Heydər Əliyev – 100” rəsm sərgisi və “Heydər Əliyev – 100” STEAM sərgisi təqdim edilib. Hər iki sərgi liseydə təhsil alan balabilgələrin müəllimlərin dəstəyi ilə hazırladığı əl işləri və STEAM layihələrindən ibarət olub.
Tədbirin açılışı lisey balabilgələrinin və Xalq artisti Natiq Şirinovun ifasında “Azərbaycan” kompozisiyası ilə baş tutub. Kompozisiyada milli ruhda musiqilər, rəqslər, idman nömrələri göstərilib, Natiq Şirinovun qaval daşında ifası isə səhnəyə xüsusi rəng qatıb.
Ardınca quruluşçu rejissoru və ssenari müəllifi Hədəf Liseyinin dram müəllimi Cavad Nur olan və lisey balabilgələrinin ifasında hazırlanan “Hədəf məzunları Saturnda” adlı tamaşa təqdim olunub. Balabilgələrin səhnə bacarıqları və ifaçılıq qabiliyyətləri qonaqlar tərəfindən yüksək qiymətləndirilib.

Daha sonra məzunların təltifetmə mərasimi baş tutub. Təhsil aldıqları müddətdə fərqləndiyi istiqamətlər üzrə məzunlara diplomlar təqdim edilib, milli geyim və milli papaq hədiyyə olunub.

Məzunları təbrik edən Hədəf Liseyinin qurucu direktoru Şəmil Sadiq bildirib ki, “Hədəf” balabilgələri Məzun Günü üçün nəzərdə tutulan ənənəvi mantiyadan imtina edərək milli ornamentli bilgə geyimindən istifadə edirlər. Məzun baş geyimi isə milli papaq və araqçınla əvəz olunur. Sonda papaq və araqçınlar Məzun Günü ənənəsinə uyğun şəkildə göyə atılmaq əvəzinə qol üstünə qoyulur.

Daha sonra məzunlar Hədəf Liseyinin marşını səsləndirib, ardınca balabilgə andını içiblər. Bu andla onlar milli duyğularını itirməyən, vətəninə, millətinə sədaqətli, təbiəti və insanlığı sevən, dəyərlərə hörmət edən bilgə insan olacaqlarına söz veriblər.
Tədbirdə çıxış edən İsa Həbibbəyli Hədəf Liseyinin keçdiyi yolu yüksək dəyərləndirib. O, səhnədə təqdim olunan hər bir kompozisiya və çıxışı ayrı-ayrılıqda təhlil edib. İsa Həbibbəyli balabilgələrin hazırladığı tamaşanı istər ssenari və quruluş, istər bədii həll, istərsə də aktyorluq xüsusiyyətinə görə yüksək qiymətləndirib, Hədəf Liseyinin özünəməxsus bilgə andı və “Hədəf” marşını isə digər təhsil müəssisələri üçün nümunə olduğunu qeyd edib. O, tədris ilində fərqləndiyi üçün lisey bilgəsinə verilən “Bilgə papağı”nı liseyin məzunu Emin Məcidliyə təqdim edib.
İdris İsayev məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Qulu Novruzov məzunların hazırladığı kompozisiyaları yüksək qiymətləndirib, Hədəf Liseyinin özünəməxsus xüsusiyyətləri haqqında danışıb.
Daha sonra lisey məzunları çıxış edərək lisey xatirələrini bölüşüb, müəllimlərə və valideynlərə təşəkkür ediblər.
Məzun Günü balabilgələrin və müəllimlərin ifasında “Ey vətən” kompozisiyası ilə başa çatıb.

Xəbərlər

Dürmək, işıq, dəyirman daşı və HƏDƏF

Elmlə məşğul olan adamlar iki cür olur. Bir qismi çox sakit, işində gücündə, digər qisim isə səs-küylü, amma yenə də işində gücündə. Nəticə etibarı ilə, istər sakitcənə, istərsə də hay-küynən edilən kəşflər həmişə bəşəriyyətə xidmət edib. Biz insanları yox, onların etdiklərini, elmə verdiyi töhfələri görmüşük həmişə. Di gəl, şəxsi həyatları da az maraqlı olmayıb.
Konkret misallar verək deyirsizsə, buyurun.
Həcm qanununu tapan Arximed, sevindiyindən hamam vannasından çılpaq çıxıb koridorlarda “Evrika” deyə, bağıra-bağıra qaçırmış. Deyəcəksiz ki, kişi evdə tək imiş, əsla. Tək olsa, biz bu hadisəni haradan bilərdik? Yerin cazibə qanununu kəşf edən Nyuton isə təbiətcə çox sakit adam imiş. Kişini min zülümlə senata seçibmişlər, di gəl, üzv olduğu bütün müddət boyunca bircə dəfə ağzını açıb, müzakirələrdə iştirak etməyib. Dediyi tək bir cümlə olub, o da nəzarətçiyə “pəncərəni bağla, hava cərəyan etməsin” cümləsi imiş. (Yazının bu yerində, şeytan gəlir gəlib deyir ki, yazım və mən də öz təklifimi verim ki, bəlkə Nyutona bizim Milli Məclisin qarşısında heykəl qoyulsun. İllərdir Milli Məclisdə oturub susan xeyli deputatımız var, hər işə gələndə qarşısında təzim edib gül qoyarlar. Amma mövzumuz bu deyil, kənara çıxmayaq.)
Hətta deyilənə görə, o alma ağacdan Nyutonun başına düşəndə, ağacın altında neçə saat imiş ki, oturubmuş, tənbəlliyindən!
Mənim qəhramanımda Arximeddən də, Nyutondan da parçalar var. Bəzən susar, bəzən hay-küy salar. İllərlə sakitcə öz işi ilə məşğul ikən, bir anda səsindən qulaq tutular. “Alması oğurlananda” (yenə də alma!) Məlikməmmədə dönər, divlərlə döyüşər. Quyulara girər, ağ qoçdan, qara qoça, qara qoçdan simurq quşuna… Bir də görərsən yenə işıqlı dünyadadı!
Arada bütün dostlara dürmək paylayar. Yağa bərabər, “Nehrəm pendiri” dürməyi. Bax buna şəxsən şahid olmuşam. Birlikdə Naxçıvana, kitab bayramına uçuruq. Təyyarənin yarısı “bizimkilər”di, hələ əvvəldən gedənlər də var. Enər-enməz hamı bir yerə yığışır. Bir çay içib qafiə ilə “Əshabi-Kəhf” ziyarətinə yollanırıq. Sıldırımlı dağlarda gəzib yorulan dostları aşağıda çox dadlı bir sürpriz gözləyir. Pendir-pomidor dürməyi! Üstəgəl, ana əlləri ilə, obaşdan qalxılıb xüsusi sevgiylə, qayğıyla hazırlanan dürməklər. Yeyənlərin demək olar ki, hamısı pendirin də pomidorun da dadından doya bilmədiyni deyir. Qəhramanımız məmnuniyyətlə gülür, gözlərindən “Mən sizə demişdim axı…” oxunur.
O anda Arximed, Nyuton, Məlikməmməd obrazları ikinci plana keçir, ağlıma nağıl tariximizin ən müsbət qəhramanı Cırtdan gəlir. Dostlarını divdən qurtarıb zülmətdən işığa doğru aparan qəhraman! İndilik bu nağılın sadəcə “dürmək” hissəsində qəhramanlarımız üst-üstə düşür. Üç günlük səfərimiz boyunca bütün şəkillərdə onu mərkəzdə durmağa dəvət edirəm. Yarı zarafat, yarı ciddi. Hadisələrəin tam mərkəzində olan adamlar, fotolarda kənarda qalmamalıdır məncə. Üstəlik, axı o bizə “pendir-pomidor dürməyi” verib.
İllərdir ki, zəm ilə, zəhmət ilə “dağ yarır.” Əlindəki külüng təsis etdiyi şirkətidir. Biz onu gah kitab nəşr edən naşir görürük, gah kitab mağazası açan sahibkar, gah da elə o nəşriyyatda nəşr edilib, o mağazada satılacaq kitabı yazan müəllif. Adına “Hədəf” deyib, hədəfini də məramını da açıqca ortaya qoyub. Hədəf illər öncədən həm nəşriyyat, həm də hazırlıq kursu idi. Və artıq neçə ildir ki, həm də liseydir. Naxçıvan səfərimizdə mənim “hədəfçilər”i daha yaxından tanımaq imkanım oldu. Kurs rəhbərləri ilə yığışdığımız gözəl bir axşam məclisində, onları bir -bir dinləmək, eşitmək imkanım oldu. Burda artıq sevimli nağılımızın bir hissəsi də tamamlandı. Bu adamlar “it hürən tərəfin” yox, işıq gələn tərəfin adamları idi. Ziyalı sözünün birbaşa mənasındakı işığı “Hədəf kursları”nın müəllimlərinin üzündə də, nitqində də aydınca görmək olurdu. Və mənim yazımın qəhramanı hər dəfə söz deməkçün qalxan müəllimlərdən hansı bölgədən olduğunu deməyini də xahiş edirdi. Müəllimlər öz bölgələrini dedikcə, mənim gözüm önündə bu gözəl ölkəmiz bölgə-bölgə, yer-yer işıqlanırdı. “İt hürən tərəflərin sayı azaldıqca, işıq gələn tərəflər” artırdı.
Dünən “Hədəf” liseyinin məzun günü ilə bağlı tədbiri idi. “Hədəf” dostu olaraq mən də dəvətliydim. Törən boyunca edilən çıxışlar, hazırlanan səhnəciklər bütün tamaşaçılar tərəfindən maraqla qarşılanır, zaman-zaman duyğulandırırdı. Bəzən zala çökən qaranlıq, bəzənsə gur işıqlar yenə mənim yadıma dostlarını divdən qurtaran sevimli nağıl qəhrəmanımızı salırdı. Və öz-özümə düşünürdüm. O nağıldakı div əslində qaranlıq dünyadı, cəhalətdi, elmsizlik, savadsızlıqdı. Nağılın qəhramanı cəhaləti məhv edib, ətrafındakı adamları işığa, elmə qovuşdurur. Divi, yəni cəhaləti məhv eləməkçünsə, onun boynuna dəyirman daşı salır.
Mənim qəhrəmanım da illərdir belə edir. Minlərlə övladımızı cəhalətdən, qaranlıqdan, “divdən” xilas etməkçün öz “dəyirman daşını” yəni “Hədəf” şirkətlər qrupunu divin boynundan asıb neçə illərdir ki. Divlər öldükcə, dostlar qurtulur, dünya gözəlləşir. Arada zal işıqlandıqca, “balabilgələr” adlandırdığı şagirdlərin nur tökülən üzləri səhnədən göründükcə mən bir daha əmin olurdum- divlərin hamısı gec-tez zəbun olacaq!
Elm-təhsil adamları iki cür olmur, min cür olur, bəlkə də çox. Amma hamısının bir amalı, bir fikri olur. Cəhalətə qalib gəlmək! Mənim qəhramanımın da, amalı, hədəfi məhz budur. O öz hədəfinə doğru, “Hədəf”lə gedir! Yolu uğurlu olsun!
Sizə hələ də mənim qəhrəmanımın adı maraqlı gəlirsə, qoy deyim. Əslində mənim qəhrəmanım bir şəxs deyil, böyük bir komandadır. Rəhbərindən- mühafizəçisinə, təsisçilərindən birinci sinif balabilgələrinə qədər, böyük bir komanda! Və əlbəttə ki, bu komandanın “kapitanı”, dəyərli, əziz və sevimli Şəmil müəllim- Şəmil Sadiq!
Çingiz Özgür