Aylıq arxivlər

Aprel 2017

Azərbaycan Elmi Elmi-pedaqoji

Detektiv roman və ciddi ədəbiyyat anlayışları

Detektiv romana verilən müxtəlif təriflər mövcuddur. Bu təriflərdən danışmazdan öncə “detektiv” və “detektiv roman” terminlərinin məna fərqini müəyyənləşdirməyimiz daha düzgün olardı. Çünki detektiv roman xüsusi bir janr yolunda addımladığı bir zamanda detektiv hekayə, detektiv film, detektiv serial kimi ifadələr ayrıca bir mövzudur. Əgər bir az dərindən düşünsək, baş vermiş hadisənin üstündən sirr pərdəsinin götürülməsi, hadisənin necə baş verdiyinin müəyyən sujetlə oxucuya çatdırılması detektivlikdirsə, o zaman bütün bədii əsərlərdə bu var. Davamına bax

Elmi Elmi-pedaqoji Rus

Место жанра романа в современной азербайджанской литературе Детективная литература

 

Жанр романа, который начал «завоевывать» свое достойное место в азербайджанской литературе уже с начала ХХ века, с XXI столетия стал еще более популярным. Эта популярность выдвинула жанр романа на передний край современной литературы. В настоя-щее время большинство наших писателей обращается именно к жанру романа (хотя это вовсе не означает, что современный роман по всем своим художественным достоинствам всегда отвечает высоким литературным требованиям и выделяется высокой поэтикой). Боль-шая часть читателей также отдает предпочтение именно роману. Davamına bax

Azərbaycan Elmi Elmi-pedaqoji

İsa Muğanna romanlarında vahid din konsepsiyası

Bu gün dünyanı bürümüş müharbilər və çaxnaşmaların əksəriyyəti dini zəmində yarananan münaqişələrdən doğduğunu hamımız yaxşı bilirik. İnancsız bəşər ola bilməz. Mehmet Dikicinin dili ilə desək, “din bir inancdır, lakin hər inanc bir din deyil”[1] (S.24 ) Fikrimizcə, bu inanclar bir ideologiya halına gəldikdə, dinə çevrildikdə böyük bir təhlükə mənbəyi olur. Hələ ki, bu təhlükə mənbəyinin pultu bir qrup insanın, imperialistin, dövlətin, xüsusən şər qüvvələrin əlində ola, o zaman daha təhlükəlidir. Davamına bax

Azərbaycan Elmi Elmi-pedaqoji

Türk hökmdarlarının sözü və qılıncı

Those who possess power of the word control the world and divert it. That’s why from the creation of the world people are captives of the word. Although the word doesn’t change its form it changes its meaning qualities, and the presentation forms from time to time. Presenters of the word placed mysteries to its subconscious deliberately or unintentionally. But, Davamına bax

Haqqında yazılanlar

“ODƏRLƏR”: İDEYA VƏ OBRAZ YENİLİKLƏRİ

Şəmil Sadiqin “OdƏrlər” romanı oxucular arasında diskussiyaya səbəb olub. Bu, bir tərəfdən yazıçının əsərdə əks etdirdiyi bədii-fəlsəfi baxışları, digər tərəfdən yeni obraz yaradıcılığı məsələləri ilə əlaqədardır.

Şəmil Sadiqin bədii-fəlsəfi görüşlərinin və ədəbi mövqeyinin üç böyük mütəfəkkir sənətkarın irsindən – Cəlil Məmmədquluzadə tənqidi realizmindən, Hüseyn Cavid romantizmindən və milli ədəbiyyatımıza SafAğ elmini gətirmiş İsa Hüseynov konsepsiyasından maya tutduğu aydın görünür. Eyni zamanda, Davamına bax

Bədii yaradıcılıq Köşə

“Dəli şeytan”azadlığın özüdür…

 

Son zamanlar yadıma düşən bir ifadə diqqətimi yaman çəkir – “Dəli şeytan”… Nədənsə hər dəfə ürəyimizin dərinliyində, özümüzün özümüzə etiraf edə bilmədiyimiz hissləri, duyğuları, adətən, “dəli şeytan”ın üstünə yıxırıq. Halbuki dəli şeytanın dedikləri, istədikləri bəzən ədalət naminə yerinə yetirilməsi vacib bir işdir. Davamına bax

Haqqında yazılanlar

“OdƏrlər”dəki müharibə proqnozları doğru çıxır..

 

Təsadüf, ya uzaqgörənlik?..

 

Təqribən bir il bundan əvvəl mübahisələr yaradan, istər süjet, istərsə də mövzu baxımından birmənalı qarşılanmayan bir əsər oxuculara təqdim olundu. Bəziləri daha çox əsərdəki dini mövzularda olan fikirlərə görə müəllifi tənqid atəşinə tutdu. Əslində isə əsərin ideya xəttində tamam başqa motivlər yer alırdı. Davamına bax

Səfər qeydləri və xatirələr

Kiprdə yaşayan azərbaycanlı qızıl Nazim

İnsan qəribə məxluqdur. Necə ki canının qədrini bilmir, elecə də əzizlərinin. Bəlkə də, bilir göstərə bilmir, ya göstərməyə ehtiyac duymur. Görüldüyünü zənn edir bəlkə də… Bəlkə də bütün bu fikirlər bir təsəllidir. Amma əsas odur ki, bunu özü dərk edir. Dərk edir ki, dəyərlilərin qədrini layiqincə bilmir. Bu dərk prosesi varsa, demək, vicdan hələ də səninlədir. Amma vicdana güvənib bu hissi göstərməyə tələsmirsənsə, bir gün gec ola bilər. Davamına bax

Səfər qeydləri və xatirələr

Hun Qurultayindan reportaj

Bu yaxınlarda Macarıstanda Turan Qurultayi keçirilib. Qurultaya Azərbaycan nümayəndələri də qatılıb. İştirakçılardan biri – AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, fəlsəfə doktoru, dosent Şəmil Sadiq tədbirlə bağlı təəssüratlarını Axar.az üçün yazıb.

Davamına bax

Köşə Manşet

Erməni qadın və Səməd Vurğun

İnsanların qövmlərə ayrılması ilə başladı insanlığın faciəsi… Elə başladı ki, gülmək, ağlamaq, hiss etmək, sevmək, nifrət etmək duyğusu eyni olan şüurlu canlı varlıq bir-birinə düşmən kəsildi. Davamına bax

Layihələr

“Pedaqoji Seminar” Layihəsi

Layihənin adı : Pedaqoji Seminar
Layihə müəllifi : Şəmil Sadiq
İcraçı : Elvin Əliyev
Artıq ənənəyə çevirilən Pedoqoji Seminar layihəsi hər il Hədəf Kurslarının baş direktoru f.ü.f.d Şəmil Sadiqin başçılığı ilə həyata keçirilir.Layihə Hədəf Kurslarında müəllim qəbulu imtahanının test və müsahibə mərhələsini uğurla keçmiş müəllimlər üçün nəzərdə tutulmuşdur və gənc müəllimlərin pedaqoji ustalıqlarının artırılmasına xidmət edir.İştirakçılar 3 gün ərzində dəyərli pedaqoqların seminarlarında iştirak edirək bilik və bacarıqlarını inkişaf etdirirlər.Mövzular aşağıdakı şəkildə təqdim olunur:

“Sinfin təşkili. Pedaqoji bacarıqlar”
“Şagird – müəllim- valideyn üçbucağı”
“Tədris müəssələrimizdə nizam-intizam qaydaları və iş strukturu”
Tədris proqramları və jurnallara tanışlıq”
“Kurs dinləyicilərinə psixoloji yanaşma”
Kurrikulumun kurs tədrisinə uyğunlaşdırlması. Mümkün variantlar”
Layihələrimiz və Sosial həyatımız”
“Liderlik”

Sonda iştirakçılar Sertifikatla mükafatlandırılır.

Layihələr

“Oxu Günü” Layihəsi

Layihənin adı: OXU GÜNÜ

“OXU GÜNÜ” mütaliəyə diqqətin artırılmasını nəzərdə tutan layihədir. Həyata keçirməkdə əsas məqsəd yeniyetmə və gənclər arasında oxu vərdişlərinin inkişaf etdirilməsi, mütaliəyə marağın təbliği, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdır. Layihənin ideya müəllifi və rəhbəri: f.ü.f.d., dosent Şəmil Sadiqov
Layihənin icraçısı: t.ü.f.d. Elvin Əliyev
Layihənin şüarı: GƏLİN BİRGƏ OXUYAQ!
“Oxu Günü” layihəsi kitabın, mütaliənin təbliğinə əsaslanan bir kitab bayramıdır. Bu, açıq havada bir neçə saat müddətində təşkil olunan və insanların kitab ətrafında toplaşmasını, kitablarını paylaşması, kitab hədiyyələri etməsi, müəlliflərlə görüşmək, kitablarını imzalatdırmaq imkanı verən bir mədəni aksiyadır. Ötən illərdə (2015, 2016) təşkil olunan Oxu Günü tədbirlərində bədii-konsert proqramı, məktəblilərin kitaba, təhsilə, mədəniyyətimizə aid səhnəcikləri də təşkil olunmuşdur. “Oxu Günü”ndə yaşından asılı olmayaraq hər kəs iştirak edə bilər. Tədbirə qatılmaq üçün Təşkilat Komitəsinin əsas istəyi hər kəsin gələrkən özü ilə hədiyyə edə biləcəyi bir kitab gətirməsidir. Tədbir boyunca bu kitabları “Oxu Günü”ndəki iştirakçılar bir-birinə qarşılıqlı hədiyyə edirlər. Həmçinin öncədən elan olunmuş saatlarda yazıçıların imza saatları təşkil olunur. Müxtəlif stendlərdə eyni gündə baş tutan imza saatlarında oxucular sevimli yazıçıları ilə görüşmək, əsərləri haqqında -fikirlərini bölüşmə, suallarına cavab almaq imkanı qazanır. “Oxu Günü” tədbiri boyunca təşkil olunan və tədbirin əvvəlindən sonuna qədər davam edən aksiyalardan biri də “Əsgərə Kitab, Əsgərə Məktub”dur. Bu aksiya çərçivəsində yazıçı, oxucu və ümumiyyətlə tədbirdə iştirak edənlər gətirdikləri hədiyyə kitablara əsgərlərimiz üçün ürək sözlərini yazaraq stendə təhvil verir. Bu stenddə toplanan məktublu kitablar Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən bu işə təhkim olunan əməkdaşına təhvil verilir. Və kitablar Nazirliyin xətti ilə hərbi hissələrimizdəki kitabxanalara göndərilir. Tədbir boyunca təşkil olunan ənənəvi aksiyalardan biri də cəmiyyətin yaxşı tanıdığı simaların növbə ilə seçdiyi kitabdan kiçik bir parçanı iştirakçılar üçün qiraət etməsidir. Bununla hər kəs bir daha bir-birini kitab oxumağa, mütaliəyə səsləmiş olur. “Oxu Günü”ndə təşkil olunan daha bir aksiya – 5-10 dəqiqə müddətində hər kəsin özü ilə gətirdiyi kitabı səsli oxumasıdır. Bu maraqlı aksiya kitabların, yazıçıların və ədəbiyyat, kitab ətrafında həmrəylik göstərən bütün insanların dostlaşmasına, birliyinə işarədir. “Oxu Günü”nün vacib əhəmiyyət kəsb edən tərəflərindən biri tədbirdə Azərbaycanda fəaliyyət göstərən bütün nəşriyyatların stendləri ilə iştirak etməsi, yeni işıq üzü görmüş kitablarını sərgiləməsidir. Nəşriyyatlarla yanaşı müxtəlif kitab və ədəbiyyat klubları, habelə müəlliflərin fərdi stendlərini nümayiş etdirməsi üçün “Oxu Günü” təşkilat komitəsi tərəfindən stendlər ayrılır. “Oxu Günü” həm də bir xeyriyyə aksiyasıdır. Keçirilmiş tədbirdə uşaq evləri, aztəminatlı ailələr üçün nəzərdə tutulan stendə hədiyyə olunan kitablar layihənin təşkilatçıları tərəfindən toplanaraq ünvanlarına çatdırılır. “Oxu Günü” kitab, ədəbiyyat, Azərbaycan mədəniyyəti, tarixi, incəsənəti, musiqi, habelə təhsili ilə bağlı bütün yaradıcılıq nümunələrinin, onların müəlliflərinin təbliği üçün hər il yeni ideyaları layihəyə birləşdirməklə il-ildən daha geniş, insanlarımızın daha çox marağına səbəb olacaq bir “KİTAB BAYRAMI”nı hədəfləyir. “
Layihə haqqında bütün görüntüləri linkdən izləyə bilərsiniz : https://www.facebook.com/oxugunu/?fref=ts