Bölmə baxışı

Xəbərlər

Xəbərlər

TÜRKSOY Baş katibi Hədəf Liseyində!

TÜRKSOY Baş katibi Hədəf Liseyində!

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi, Qırğızıstanın xalq yazıçısı Sultan Rayev və yazıçı-publisist Yunus Oğuz Hədəf Liseyini ziyarət ediblər. Qonaqları Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, dosent Şəmil Sadiq qarşılayıb.
Görüş zamanı Hədəf Şirkətlər Qrupu ilə TÜRKSOY arasında mümkün əməkdaşlıq imkanları və gələcək birgə layihələr müzakirə olunub. Müzakirələrdə təhsil və mədəniyyət sahəsində ortaq təşəbbüslərin həyata keçirilməsi, Türk dünyasında gənclərin maarifləndirilməsi, mədəni əlaqələrin inkişaf etdirilməsi və milli-mənəvi dəyərlərin təbliği istiqamətində potensial layihələr diqqət mərkəzində olub.
Qonaqlar Hədəf Liseyi və Hədəf Konsepti ilə yaxından tanış olub, fil.ü.f.d Şəmil Sadiqin Hədəf Liseyinin milli təhsil konseptinin əsasını təşkil edən “Bilgə insan” haqqında təqdimatını maraqla qarşılayıblar.
Hədəf Liseyində yaradılan tədris mühitini və keçirilən layihələri yüksək qiymətləndirən Sultan Rayev bu cür təşəbbüslərin Türk dünyasında gənc nəslin inkişafına mühüm töhfə verdiyini vurğulayıb. Sonda tərəflər gələcək əməkdaşlığın daha da genişləndirilməsi və təhsillə bağlı ortaq layihələrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.
İlkin razılaşmaya əsasən TÜRKSOY II Türk İnteqrasiyası Olimpiadasının əsas təşkilatçısı kimi çıxış edəcək, gələcəkdə bu olimpiadanın digər türk dövlətlərində də keçirilməsi tövsiyə edilib.

Xəbərlər

Dosent Şəmil Sadiq II. Uluslararası Kıbrıs Araştırmaları Sempozyumunda iştirak edib

Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, dosent Şəmil Sadiq, KKTC Türk Birliyi Dayanışma Dərnəyinin dəvəti ilə II. Uluslararası Kıbrıs Araştırmaları Sempozyumunda iştirak edib. Tədbirdə 20-yə yaxın ölkənin ictimai xadimləri, millət vəkilləri, mətbuat nümayəndələri bir araya gəlib.
Konfrans iştirakçılarını ilk olaraq Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Prezidenti, hörmətli Ersin Tatar qəbul edib. Konfransın ilk günündə məruzələr dinlənilib və müxtəlif mövzularda müzakirələr aparılıb.
Tədbirin ikinci günü qonaqlar Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin Heydər Əliyev Mədəniyyət Mərkəzində təşkil etdiyi toplantıya qatılıblar. Tədbiri giriş sözü ilə Dostluq Cəmiyyətinin sədri Orxan Həsən oğlu açaraq Azərbaycan və Kıbrıs Cümhuriyyəti arasındakı dostluq əlaqələrindən danışıb.
Tədbirdə iştirak edən KKTC Prezidenti konfrans nümayəndələrini salamlayaraq qonaqlarla çay süfrəsi arxasında səmimi söhbətlər aparıb. Dosent Şəmil Sadiq isə “İlham Əliyevin Ortaq Türk dilinə baxışı” mövzusunda çıxış edib və müxtəlif rəsmilərlə təhsil sahəsində danışıqlar aparıb.
Xəbərlər

“Hədəfdə STEAM – 7”: təhsildə yeniliklər və texnologiyanın zəfəri!

“Hədəfdə STEAM – 7”: təhsildə yeniliklər və texnologiyanın zəfəri!

Yanvarın 27-də Hədəf STEAM Liseyində Beynəlxalq “Hədəfdə STEAM – 7” təlim-treninqi keçirilib. Hədəf STEAM Liseyi və “Robotzade” Türkiyənin təşkilatçılığı, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı, EduHek Konsaltinq, ELTA Beynəlxalq İngilis Dili İmtahan Mərkəzi və Hədəf Global tərəfdaşlığı və eyni zamanda 200-ə yaxın müəllim heyəti və təhsil işçilərinin iştirakı ilə “Hədəfdə STEAM – 7” beynəlxalq interaktiv təlim-treninqi baş tutub.

Liseydən verilən xəbərə görə, genişmiqyaslı təhsil, texnologiya və innovasiya sahəsində ən son trendləri öyrənmək üçün təşkil olunan tədbirdə həm Azərbaycan, həm də beynəlxalq mütəxəssislərin iştirakı ilə STEAM metodunun incəlikləri, texnoloji yeniliklər və təhsildə innovativ yanaşmalar müzakirə edilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilib. Moderator Nərmin Səlimova təlim-treninqin əsas vəzifələri, qarşısına qoyduğu məqsədlər haqqında məlumat verəndən sonra Hədəf Şirkətlər Qrupunun baş direktoru və Hədəfdə STEAM layihəsinin rəhbəri Şəmil Sadiq, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə, “Educo group”un ortaq icraçı direktoru Kadir Özer, Qazaxıstan və Qırğızıstan nümayəndələri olan Nurbolat Nyşanbayev və Akınbek Ergeşov çıxış edib, “Hədəfdə STEAM – 7” layihəsinin əhəmiyyətindən danışıb, dünyadakı müasir çağırışlardan söz açıblar.

Təhsil sahəsində STEAM metodunun müasir dövrün tələblərinə uyğun tətbiqi və XXI əsrin bacarıqlarını inkişaf etdirmək üçün nəzərdə tutulan bu tədbirdə yerli və beynəlxalq mütəxəssislərin maraqlı çıxışları, innovativ yanaşmaları və praktiki dərsləri təqdim olunub.

STEAM metodu, bu metodun Azərbaycan, eləcə də Türkiyədə, Qırğızıstanda, Qazaxıstandan tətbiqi, perspektivləri, faydaları, təhsildə süni intellekt və müasir texnologiyaların tədris prosesinə təsiri, teleportasiya maşını, elmin, texnologiyanın sərhədlərini genişləndirən yeni yanaşmalar, təhsil blokları təqdim edilib. Sözügedən təlimlər 5 əsas bloka bölünüb: Junior, ICT, Nature, humanitar və xarici dillər. Tədbirdə Hədəf Liseyinin 61 müəlliminin iştirakı ilə ümumilikdə 60 dərs təşkil edilib. Həmçinin adı çəkilən xarici ölkələrən ümumilikdə 50 nəfər təhsil işçisi iştirak edib.

Təlim-treninqdə süni intellektin təhsildə inqilabi rolu, tətbiqi, STEAM metodunun tədris proqramlarına effektiv inteqrasiyası, bu layihələrin real faydaları, uğurlu tətbiq nümunələri, elm və texnologiyada gələcək trendlər öyrədilib. Müəllim və şagirdlərin hazırladıqları 3D modellər, resurslar və ekoloji mövzulara dair kompozisiyalar təqdim edilib.

“STEAM Azərbaycan” öz layihələrini təqdim edərək sahibkarlıq və texnologiya mövzularında dəyərli məlumatlar verib.

STEAM konseptinə ART əlavə etməklə milli adət-ənənələrimizi və qədim sənət nümunələrini qorumaq təşviq olunub.

Şəkinin şəbəkə ustası Tofiq Rəsulov da tədbirdə iştirak edib. Onun tarix dərsində fənn müəllimi ilə birgə iştirakı təmin olunub. Tədbir zamanı şagirdlərin asudə vaxtlarında kitab oxumaq, şahmat oynamaq və ox atmaq kimi fəaliyyətlərinə qoşulmaq imkanı yaradılıb.

Tədbirin əsas məruzəçiləri və mövzuları aşağıdakılardır:

– ADPU STEAM Mərkəzinin rəhbəri, dosent Arzu Daşdəmirov – “STEAM metodunun orta məktəb kurikulumlarına inteqrasiyası”;

– ASAN xidmətin sədr müavini, rəqəmsal və innovasiyalar üzrə ekspert Ceyhun Salmanov – “Təhsildə süni zəka”;

– Oş Dövlət Universitetinin dekanı, professor Çinarə Kulueva – “Qırğızıstanda STEM təhsilinin əsas çağırışları və perspektivləri”;

– Türkiyə Robotzadə şirkətnin mütəxəssisi STEM və innovasiya mentoru Ahmed Bahadır Özdemir – “Teleportasiya maşını necə hazırlanır?”;

– Qazaxıstanın Merkan rayonu Jambıl vilayətinin “Şabıt” Məhdud Məsuliyyətli Tərəfdaşlıq məktəbinin direktoru Nurgül Tolenovna Şulakova – “Özəl məktəblərdə STEM dərslərinin keçirilməsinin xüsusiyyətləri”;

– “SERCE Akademi” Rəqəmsal Təhsil Platformasının qurucusu Mert Doğan – “STEM çalışmaları və faydaları”.

 

İki günlük Təlim-treninqin əsas məqsədi təhsil sahəsində yeni yanaşmalarla müəllimlərin bilik və bacarıqlarını artırmaq, elm və texnologiya sahəsindəki yeniliklərdən ilham almaqdır.

Təlim-seminarların ardınca iştirakçılar öz ixtisas fənləri üzrə qruplara bölünüblər. Beləcə, müəyyən olunan bloklar üzrə təlimlər keçirilib, fərqli metodlarla dərs nümunələri izah olunub.

Sonda iştirakçılar sertifikatla təltif olunublar.

Xəbərlər

Türkiyənin Bil Kolleclərinin direktorları Hədəf Liseyində!

Türkiyənin Bil Kolleclərinin direktorları Hədəf Liseyində!

19 yanvar tarixində Türkiyənin ən böyük şəbəkə liseyi olan Bil Kolejlərinin müxtəlif şəhərlərdə fəaliyyət göstərən 35 liseyinin qurucu ditektorları Hədəf Liseyinin qonağı olub.

Liseydən verilən xəbərə görə, tərəflər Bil Təhsil Müəssisələri baş direktoru Elif Pehlevan, Françayzinq şöbəsi müdiri Şükrü Nurçin, Strateji İnkişaf Şurası sədri Ümid Kalkonun da qatıldığı görüşü iki ölkə arasında təhsil sahəsindəki əlaqələrin möhkəmləndirilməsi üçün mühim addım kimi qiymətləndiriblər.

Azərbaycan milli təhsil brendi olan Hədəf Liseyinin qurucu direktoru, dosent Şəmil Sadiq qonaqlara Azərbaycan təhsil sistemi, rəhbərlik etdiyi təhsil ocağı, və Hədəf konsepti mövzusunda çıxış edib.

Şəmil Sadiq Hədəf Konsepti, xüsusən də, konseptin əsas sütunu olan tədrisdə dəyərlər, liseyin özünəməxsus şagird və müəllim dəyərləndirmə sistemi barədə danışıb.

Görüşdə Şəmil Sadiqin müəllifi olduğu və Hədəf liseyində 6 ildir ki, xüsusi fənn kimi tədris edilən “Dəyərlər” fənninin dərs vəsaiti Bill Kollecinin qurucuları tərəfindən maraqla qarşılanıb. Bu vəsaitin Bil kolejlərinin tədris proqramına əlavə edilməsi ilə bağlı müzakirələr aparılıb.

Sonda qonaqlar çay süfrəsi ətrafından əməkdaşlıq məsələrini danışıb. Tədbir oxçuluq təlimləri ilə yekunlaşmışdır.

Xəbərlər

Sertifikasiyamı, Pedaqoji Kadrların Performans Dəyərləndirilməsimi?

Sertifikasiyamı, Pedaqoji Kadrların Performans Dəyərləndirilməsimi?

Hər bir müəssisə və ya təşkilat işçilərin peşəkarlıq səviyyəsinin müasir dövrün tələbləri ilə uyğunlaşmasını təmin etmək üçün müxtəlif təlim-treninqlər, görüşlər, konfranslar, peşə turları həyata keçirir. Görülən tədbirlərin effektivliyini yoxlamaq üçün kadrların bilik və bacarıqlarının ölçülməsi məqsədilə imtahanlar təşkil edir. Texnologiyalar əsrində hər bir qurum mütəxəssislərinin peşəkarlıq səviyyəsinin müasir tələblərə cavab verməsini təmin etmək üçün bu prosesin təşkilinə səy göstərir.

Cəmiyyətin aparıcı sahəsi olan təhsil sistemi və onun kadrları inkişafın barometri sayıla bilər. Təhsil sistemindəkilərin peşəkarlıq səviyyəsi digər sahə mütəxəssislərinin də analoji səviyyəsinin təminatçısıdır. Bu baxımdan onların peşəkarlıq səviyyəsi daim nəzarətdə saxlanılmalı, elmi-metodiki bacarıqlarının zamanla uyğunlaşdırılması təmin edilməli və bu bacarıqlar müntəzəm ölçülməlidir. Pedaqoji prosesə “çörək ağacı” kimi baxmaq kimi yanlış yanaşmadan uzaqlaşmaq təkcə müasir dövrün deyil, bütün tarixin tələbidir. İşin ciddiyyətini əsaslandırmaq üçün xeyli arqument gətirməyə ehtiyac yoxdur. Ömürboyu təhsil pedaqoji kadrların hər gün baş verən yeniliklərlə tanış olmağını təmin edir, bu təminatın səviyyəsi isə müxtəlif üsullarla ölçülə bilər. Bu barədə bir az sonra qeydlərimiz olacaq, indi isə təhsilimizin bu günü və ora gəldiyimiz yol barədə söz açaq.

Azərbaycan dövlət müstəqilliyi əldə etdiyi ilk dövrlərdə təhsil sistemimizdə əsaslı dəyişiklik etmək üçün onun əsasını təşkil edən yeni Təhsil Qanunu qəbul edildi, ali məktəblərə qəbul sistemində inqilabi dəyişiklik edildi. Sonrakı dövrlərdə də müəyyən islahatlar aparıldı, lakin bu islahatlarda bir sistemsizlik özünü göstərirdi. Təhsilin müxtəlif səviyyələri: orta təhsillə ali təhsil arasında eyni zamanda islahat aparılmaması bir çox hallarda uyğunsuzluq yaradırdı.

Son dövrlərdə baş verən islahatlar, bir çox hallarda tənqidlə qarşılansa da, prosesə ümidlə baxıram. Bu ümid prosesin davamlı və sistemli keçəcəyinə ümidlə şərtlənir. MİQ imtahanları, məktəb idarəetməsinin əsas simaları olan direktor və müavinlərinin müsabiqə yolu ilə təyin edilməsi, təhsilin müxtəlif sahələri üzrə təlim-treninqlərin təşkili, müxtəlif mövzularda aparılan müzakirələr, Təhsil Nazirliyi rəhbərliyinin cəmiyyətə açıq olması, təhsil idarələrinin struktur dəyişikliyi də bu ümidi artırır.

MİQ imtahanlarının keçirilməsi təhsilverənlərin keyfiyyətinin müəyyən edilməsinə xidmət edirdisə, Sertifikasiya imtahanları – bu istiqamətdə artıq ilk addımlar atılır – təhsilverənlərin peşəkarlıq səviyyəsinin inkişaf dinamikasını izləməyə xidmət edəcək. İlkin məlumatlara görə, sertifikasiyanın test mərhələsində təhsilverənlərə təqdim edilən iki istiqamətdə suallarla onların ixtisas bilikləri ilə yanaşı müasir təlim metodları və üsulları, fəal-interaktiv təlim texnologiyaları, interaktiv dərsin mərhələləri və ona verilən tələblər, kurikulumun mahiyyəti və məzmunu, innovativ pedaqoji fəaliyyətin xüsusiyyətləri mövzularını və s. əhatə edir.

İmtahanın ilkin mərhələsində aparılan müşahidələrdən çıxan nəticə belədir ki, imtahanqabağı aparılan qaralama kampaniyası iflasa məhkumdur. İmtahandan yüksək bal toplayanların özünəinamı, digərlərinin də hazırlaşma mərhələsində əldə etdikləri bilik və bacarıqlardan yaranan öyrənmə həvəsi, bacarıqsızların giley-güzarını kölgədə qoyacaq. Digər tərəfdən öz bacarığına inanan müəllim daim öz üzərində işləməklə inkişafını təmin edəcək, əməyinin daha yüksək əməkhaqqı ilə dəyərləndirilməsini təmin edəcək. Bu isə müəllimin əməyini stimullaşdırmaqla yanaşı digər təhsilverənlər üçün nümunə olmaqla təhsilin keyfiyyətinin yüksəlməsini təmin edəcək. Düşünürəm ki, imtahan nəticəsində yaranan müəllim özgüvəni gələcəyin azad və müstəqil müəllimini formalaşdırır. Azad düşüncəli müəllimin yetişdirdiyi vətəndaş da azad olacaq. Bu baxımdan Sertifikasiya imtahanı haqqında qərar gecikmiş olsa da, hədəfə köklənmiş, uzun proses tələb edən bir qərardır və davamlı olarsa, azad, demokratik Azərbaycanın formalaşma prosesinin sürətini artıracaq. Lakin fikirləşirəm ki, bu imtahan sadəcə biliyin ölçülməsi ilə kifayətlənməli deyil, daha genişmiqyaslı olmalıdır. Çünki bu günün müəllimi sadəcə biliklə sinifdə lider ola bilməz. Digər tərəfdən müəllimlik üçün bilikdən daha vacib dəyərlər var: nitq, ünsiyyət bacarığı, davranış, psixoloji durum, emosional zəka və s.

Bəzən faktoloji biliyi üst səviyyədə olmayan müəllimlər olur ki, o həm sevilir, həm də ciddi hörmət sahibidir. Onun digər bacarıqları biliyinin tam olmamasını əvəzləyə bilir. Çünki orta məktəbin vəzifəsi təkcə universitetlərə tələbə yetişdirmək deyil. Bu bütün təhsil sənədlərində ifadə edilir. Bu zaman müəllimin dəyərləndirilməsi də sadəcə elmi biliklərlə yox, digər sahələrlə də aparılmalıdır. Çünki bu gün cəmiyyətə bilikli robot yox, vicdanlı, ədalətli, mərhəmətli, çevik zəkalı, tərbiyəli insanların yetişdirilməsi daha çox vacibdir. Buna görə də Sertifikasiya imtahanlarının keçirilməsi üçün uzun müddətdir ki, üzərində işlədiyim və Hədəf Konseptinin tərkib hissəsi olduğu üçün artıq sınaqdan çıxardığımız bir sistemi təklif edirəm. Biz bu sistemin adını PKPD – Pedaqoji Kadrların Performans Dəyərləndirilməsi qoymuşuq. Bu sistem düzgün işlədilərsə, bir müəllimin bütün tərəflərini dəyərləndirmək və haqqı olanı vermək imkanına sahib olarıq.

PKPD – Pedaqoji Kadrların Dəyərləndirilməsi meyarları

Pedaqoji heyətin dəyərləndirilməsi aşağıdakı meyarlar üzrə ümumi 100 ballıq şkala ilə qiymətləndirilir. Bura aiddir:
Pedaqoji işçinin
– balabilgə dəyərləndirilməsi – 30 bal
– özünüqiymətləndirmə – 10 bal
– rəhbərlik qiymətləndirməsi – 10 bal
– müəllimin peşəkər inkişaf portfoliosu – 50 bal

  1. Şagird dəyərləndirilməsi – 30 bal

1.1. Şagirdin fənni mənimsəməsi – 15 bal

İllik qiymətlərin ortalamasına əsasən şagirdlərin biliyinin mənimsəmə faizi əsas götürülür. Belə ki, bir müəllimin 2 sinfi və hərəsində 15 şagirdi varsa, sinfin fənn üzrə ortalama balı 15 bala nisbətdə müəyyənləşdirilir. Məsələn, sinfin ortalama mənimsəmə balı 100 üzərindən 50-dirsə, deməli, müəllimə bu parametr üzrə 7,5 bal yazılacaq.

Burada əldə etdiyimiz müəllimin öyrətmə bacarıqlarını, işinə olan məsuliyyətini dəyərləndirək.

 

s/s Ad, soyad, ata adı BİQ ( İxtisas üzrə nəticə)
1 Məhərrəmli Zamin 100 bal
2 Əsgərli Ayişə 50 bal
3 Məmmədli Nuridə 100 bal
4 Məmmədli Selcan 50 bal
5 İsmayıllı Aybikə 100 bal
  Ortalama 80 bal

 

X =  15 ————– 100

Y ————- 80

X =  =  = 80 bal Y =  = 12 bal

1.2. Şagird sorğusuna əsasən – 15 bal

Birinci yarım ilin sonunda şagirdlərlə onlayn anonim sorğu keçirilir, şagirdlər müəllimləri 100 ballıq şkala ilə qiymətləndirir, onun nəticəsindən çıxan ortalama nəticə 15 bala nisbətdə müəyyənləşir. Bu bizə imkan verir ki, müəllimin şagirdlərə olan münasibətini, davranışını, sevgi ilə yanaşmasını ölçək.

 

s/s Meyarlar 100 bal üzərindən
1 Savadlılığı 10 bal
2 Yumor hissi 40 bal
3 Sinfi idarəetməsi 70 bal
4 İnkişafıma təsiri 50 bal
  Ortalama 28 bal

 

X = =  = 28 bal

 

15 ————– 100

Y ————- 28

 

Y =  = 4,2 bal

  1. İşçinin öz-özünü qiymətləndirmə bacarığı – 10 bal

Hər bir təhsilverən özünü qiymətləndirməyi bacarmalı, özünə hesabat verməlidir. Özünü düzgün qiymətləndirməyi bacaranlar heç zaman ədalətsiz ola bilməz. Biz bu qiymətləndirmə ilə müəllimi özünü ölçməyə, özünə kənardan baxmağa sövq edirik. Bu zaman o öz problemlərini yaxşı bilib üzərində işləməyə məcbur olur. Özünüdərk təhsilin ana təməllərindən biridir.

Meyarlar:

2.1. Nizam-intizam qaydalarına riayət etmə bacarığı

2.2. Komandada iş bacarığı

2.3. Şagirdlə ünsiyyət bacarığı

2.4. Fərdi inkişaf bacarığı

  1. Rəhbərlik tərəfindən (Direktor, Tədris işləri üzrə direktor müavini, Tərbiyə işləri üzrə direktor müavini, Kafedra müdiri və s.) müəllimin qiymətləndirilməsi – 10 bal

Meyarlar:

3.1. Nizam-intizam qaydalarına riayət etmə bacarığı

3.2. Komandada iş bacarığı

3.3. Şagirdlə ünsiyyət bacarığı

3.4. Fərdi inkişaf bacarığı

Bu qiymətləndirmə ilə biz müəllimin kollektivçilik, ünsiyyət, komanda bacarıqlarını ölçmüş oluruq. Məktəb bir cəmiyyətdir, müəllimin həmkarları ilə münasibətinin yaxşı olması, valideynlərlə ünsiyyət bacarığı, məktəbin ictimai həyatındakı aktivliyi onun əsas dəyərlərindəndir. Bir insan nə qədər yaxşı mütəxəssis olur-olsun, komandada işləmə bacarığı yoxdursa, deməli, görülən işin keyfiyyəti də yüksək ola bilməz.

  1. Akkreditasiya – 50 bal

4.1. Attestasiya imtahanı – 30 bal

Burada il sonunda müəllimin ixtisas biliyi ölçülür. Bu bizə imkan verir ki, müəllim həmişə öz ixtisasını oxumaq və inkişaf etdirmək qabiliyyətinə malik olsun. Daimi təhsil, yeniliyə açıq, tələblərə cavab verən. Digər bir məsələ isə ixtisas biliyi ilə yanaşı öncədən müəyyən olunmuş pedaqoji vəsaitlər tövsiyə etməklə həmin vəsaitlərdən də suallar əlavə edirik. Beləcə, biz müəllimi özünüinkişafa sövq edir, onu təkmilləşdiririk.

4.2. Portfolio – 20 bal

4.2.1. Təhsil pilləsi üzrə qiymətləndirmə (max. 3 bal)

4.2.2. İşə davamiyyəti (HR) (max. 5 bal)

4.2.3. Beynəlxalq və ölkədaxili təlimlərdən sertifikatı; elmi-metodiki nəşrlərdə müəllifliyi; məqalə; təlimlərdə və konfranslarda çıxışı (max. 4 bal)

4.2.4. Olimpiada və digər fənn müsabiqələrində şagirdlərinin nəticəsi (max. 4 bal)

4.2.5. Məktəbdə təşkil etdiyi tədbir və həyata keçirdiyi layihələr, dövlət və digər təşkilatlarda həyata keçirdiyi və ya iştirak etdiyi qrant layihələr (max. 4 bal)

Portfolio məktəbin direktoru və kadrlar şöbəsi tərəfindən müəllimin illik fəaliyyəti əsasında aparılır. Bu zaman biz müəllimin nizam-intizamı, pedaqoji bacarıqları, elmi-metodiki fəaliyyəti, təşkilati işləri və s. ölçür, onu düzgün qiymətləndiririk.

PKPD hesablanma nümunə cədvəli

 

Ad və soyad Vəzifə Balabilgə dəyərləndirilməsi Özünü dəyərləndirmə Rəhbərliyin dəyərləndirilməsi Akreditasiya Nəticə
    BFM BSN     İmtahan Portfolio    
Ayxan Turan Azərbaycan dili müəllimi 10 11 7 6 25 8 67  
Elçin Həsənli Biologiya müəllimi 15 15 10 10 30 10 90  

 

Attestasiya komissiyası pedaqoji işçinin attestasiyasının nəticəsi olaraq aşağıdakı qərarı verir:

– tutduğu vəzifəyə uyğundur: 30 – 100 bal;

– tutduğu vəzifəyə uyğun deyil: 0 – 29 bal.

Gördüyünüz kimi, 4 ana istiqamətdə aparılan dəyərləndirmə müəllimin təkcə il sonu yox, il ərzindəki fəaliyyətini əhatə etməklə yanaşı həm ixtisas biliyi, həm də müxtəlif fəaliyyəti dəyərləndirilir. Bu bizə imkan veririr ki, müəllim il boyu ayaqda olsun, bütün fəaliyyəti yüksək səviyyədə olsun. Təkcə bilik imtahanı onu göstərir ki, il sonu iki-üç aylıq hazırlıq və əzbərçiliklə üstə çıxmasın, bir müəllim olaraq kompleks müəllimlik bacarığı ilə fərqlənsin. Digər tərəfdən də obyektivlik təmin olunsun. Ona həm həmkarları, həm şagirdləri, həm də özü qiymət verir. Həmçinin ixtisas biliklərini müəyyənləşdirmiş olur.

  1. Pedaqoji Kadrların Performans Dəyərləndirilməsinin nəticələri yekunlaşandan sonra müəllimlərin topladıqları bala görə yeni tədris ili üçün müəllimlərin stimullaşdırıcı prosesi başlayacaq ki, bu zaman ballara əsasən müəllimlər aşağıdakı standartlara görə bölgüləndirilir.

1.1. Tələblərə tam cavab verən (90 – 100 bal)

Bu vəzifə funksiyası müstəsna qaydada və səmərəli şəkildə icra edilir. Mütəmadi olaraq qarşıya qoyulan tələblər üstələnir. Göstərilən təşəbbüskarlıq işin keyfiyyətinin artırılmasına müsbət təsir göstərir. Bu vəzifə funksiyasının icra edilmə keyfiyyəti əldə edilə bilən ən yüksək səviyyədədir. Bu vəzifə funksiyasının icra edilməsi digər işçilər üçün nümunəvidir. Bu vəzifə funksiyası üzrə digər işçilərə inzibati, metodiki rəhbərlik edə bilər.

1.2. Tələblərə cavab verən (80 – 89 bal)

Bu vəzifə funksiyası yüksək keyfiyyətlə icra edilməsə də, tələblərə cavab verəndir. Bir çox hallarda işin icrasında gözləntilər üstələnərək müəyyən edilmiş tələblərə tam olaraq cavab verilir. Vəzifə funksiyalarını icra edərkən zəruri bilik və bacarıqlar nümayiş etdirilir.

1.3. Tələblərə, əsasən, cavab verən (60 – 79)

Bu vəzifə funksiyası tələb edilən səviyyədə icra edilir. İnkişaf etməsi vəzifə funksiyalarının icrasının səmərəliliyini daha da artıra bilər. Bilik və bacarıqları vəzifə funksiyalarının icrası üçün kifayətdir.

1.4. İnkişaf etdirilməsi zəruri olan (50 – 59)

Müəyyən hallarda bu vəzifə funksiyasının tələblərə uyğun şəkildə icra edilməsində çətinlik çəkilir. İşin tələblərə uyğun şəkildə icra edilməsi üçün inkişafa ehtiyac var. Bu vəzifə funksiyasının icra edilməsi üçün bilik və bacarıqları zəruri olan səviyyədən aşağıdır. Əhəmiyyətli dərəcədə inkişafa ehtiyac var, növbəti ildə fəaliyyət tam nəzarətə götürülərək şans vermək olar.

1.5. İnkişafı aşağı olan (30 – 49)

Bir çox hallarda bu vəzifə funksiyası icra edilə bilmir və ya bu vəzifə funksiyasının icrası gözlənilən tələblərdən çox aşağı keyfiyyətdədir. Bu vəzifə funksiyasının tələblərə uyğun şəkildə icra edilməsi üçün lazımi bilik və bacarıqları yoxdur. Əhəmiyyətli dərəcədə inkişafa ehtiyac var. Qarşıdakı ili sadəcə şərtli müqavilə ilə əməkdaşlıq etmək olar.

1.6. İnkişafı çox aşağı olan (0 – 29)

Tələbləri tamamilə ödəmir. Dəfələrlə yönləndirilsə də, nəticə çıxarmır. Bilik və bacarıqları bu funksiyanı icra etmək üçün həddindən artıq dərəcədə aşağıdır. Pedaqoji vəzifəyə yararlı deyil, yeni tədris ilindən anlaşma ləğv edilə və ya sadəcə təcrübəçi kimi fəaliyyətinə davam edə bilər.

Sözsüz ki, bu, layihənin ilkin və bir hissəsidir. Üzərində işləyərək müfəssəl varianta salmaq mümkündür. Xüsusi komissiya yaradaraq indidən bu prosesi başlatsaq, ən azı üç il çəkər, həyata keçməsi üçün. Onun üçün də gec qalmadan başlayıb təhsilimizi inkişaf etdirməliyik. Bu mövzuda Elm və Təhsil Nazirliyi maraqlı olarsa, əlbəttə, bir təhsil mütəxəssisi olaraq bütün gücümü sərf etməyə hazıram.

 fil.ü.f.d. Şəmil Sadıqov

“Azərbaycan müəllimi” 21 iyul 2023-cü il

Xəbərlər

Təhsildə Özünüdərk və Dəyərlər

Təhsildə Özünüdərk və Dəyərlər
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təhsil siyasəti nəticəsində, ölkəmizdə təhsil infrastrukturunun yenilənməsi, müəllim peşəsinin nüfuzunun artırılması və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışlarında vurğulamışdır ki, təhsil cəmiyyətin gələcəyini formalaşdıran əsas sütundur. Onun fikrincə, Azərbaycanın inkişafı üçün milli dəyərlərə bağlı, lakin qlobal düşüncə tərzinə sahib bir nəsil yetişdirmək vacibdir. Bu yanaşma təhsilin yalnız bilik ötürməkdən ibarət olmadığını, həm də insanın şəxsiyyətini və kimliyini formalaşdırma funksiyasını daşıdığını göstərir. Prezident İlham Əliyev bildirib ki, “gənclərimiz milli kimliyinə sahib çıxaraq, bəşəri dəyərlərə açıq olmalı və dünya səviyyəsində rəqabət apara biləcək bacarıqlara yiyələnməlidirlər.”
Müasir dünyada sürətlə dəyişən sosial, iqtisadi və texnoloji münasibətlər cəmiyyətin bütün sahələrində, xüsusilə təhsildə yeni yanaşmaların tətbiqinə ehtiyac yaratmışdır. Artıq ənənəvi pedaqoji metodlar qlobal çağırışların təzyiqi altında yenilənməli, müxtəlif elmi sahələrin inteqrasiyası, fərqli mədəniyyətlər və yenilikçi texnologiyalar ilə vəhdətə gətirilməlidir. Bu şəraitdə, yalnız biliklərin ötürülməsi deyil, həm də mənəvi, əxlaqi, sosial və emosional bacarıqların formalaşdırılması təhsil prosesinin əsas məqsədinə çevrilir. Milli və bəşəri dəyərlərə əsaslanaraq, müasir dövrün tələblərinə cavab verən çevik zəkalı, yaradıcı və bacarıqlı insanlar yetişdirməyi hədəfləyən bir təhsil modeli həmişə diqqət mərkəzində dayanır. Dəyərlər təhsil prosesinin fəlsəfi əsasını və təhsil siyasətini müəyyən edən mühüm faktordur. Dəyərləri yalnız bir ölkənin təhsil sisteminin məqsədini deyil, eyni zamanda həmin ölkənin gələcəkdəki sosial və mədəni inkişafını müəyyən edir.
Artıq 10 ildir ki, təcrübədən keçirdiyimiz “Hədəf Konsepti” beş əsas prinsipə (özünüdərk, sağlamlıq, bacarıq, yaradıcılıq və bilik) əsaslanır ki, onlardan biri də özünüdərkdir. Bu prinsiplər birgə insanın daxili dünyasını və onun sosial mühitlə əlaqəsini hərtərəfli inkişaf etdirməyi nəzərdə tutur. Müasir tədqiqatlar (P.Gardner, 2010; M.Asad, 2015) göstərir ki, əgər təhsil yalnız biliklərlə məhdudlaşırsa, bu, uşaqların psixoloji və sosial tələbatlarını yetərincə ödəyə bilmir. Nəticədə, innovasiya, komanda işi, tənqidi düşüncə və ən əsası mənəvi bütövlük kimi keyfiyyətlər arxa planda qalır. Bu sahədə biz zəruri olan bilik və texniki bacarıqları, milli, mənəvi və bəşəri dəyərlər kontekstində formalaşdıran bir yanaşma təklif edirik. Həmçinin “Təhsildə Beşlik” konsepti adlandırdığımız bu yanaşma məhz bu çağırışlara cavab olaraq, təhsil prosesində özünüdərk anlayışını milli və bəşəri dəyərlərin inteqrasiyası əsasında daha geniş şəkildə təqdim edir.
Özünüdərk insanın kimliyini anlama və dərk etmə prosesidir. Bu proses, tarixi, psixoloji və mədəni kontekstlərdə araşdırılaraq, şəxsin həm özünə, həm də ətrafına qarşı daha sağlam və məsuliyyətli mövqe tutmasına kömək edir. Özünüdərk prosesi, ilkin olaraq milli və bəşəri dəyərlərdən başlayır, çünki dəyərlər bizim düşüncə və davranışlarımızın etik çərçivəsini formalaşdırır. Bizə görə, özünüdərk edən insan vicdanlı, ədalətli, humanist və öz hüquqlarını bilən, daim özünü təkmilləşdirən fərddir. Bu xüsusiyyətlər insanın mənəvi sütunlarını gücləndirir və cəmiyyətin inkişafına zəmin yaradır.
Elmi araşdırmalar ( Toker-Gökçe, 2021: Öngider, 2013: Yüksel,2009 ) göstərir ki, insanların dəyərlər sistemi erkən uşaqlıq dövründə formalaşır. Uşaqların ətraf mühitdən, ailə və məktəb mühitindən aldıqları mənəvi mesajlar, sosial qaydalar və mədəni örnəklər onların şəxsiyyət quruluşunu müəyyən edir. Azadlıq, cəsarət, güc, novatorluq və özünəinam kimi dəyərlər insanın özünüdərk səviyyəsini formalaşdırır. Beləliklə, özünüdərk yalnız şəxsi inkişafın deyil, eyni zamanda mədəniyyətə və tarixi mirasa bağlılıqdan törəyən kompleks bir prosesdir.
Milli kimlik və bəşəri dəyərlər
Özünüdərk prosesi, bir qanadı milliliyə, digər qanadı isə bəşəri dəyərlərə bağlı olan şəxsiyyətin möhkəm və tarazlı şəkildə yetişməsinə kömək edir. İnsan milli olduğu qədər bəşəri də ola bilər və olmalıdır. Milliliyi olmayanın bəşəriliyi də möhkəm təməl üzərində dayana bilməz. Məsələn, Hallın (1992) “Mədəniyyət və Kimlik Nəzəriyyəsi” insan kimliyinin formalaşmasında qlobal dəyərlər qədər milli dəyərlərin də həlledici rol oynadığını vurğulayır. Müxtəlif ölkələrdə aparılan sorğular (PISA, TIMSS və s.) göstərir ki, öz mədəni və tarixi köklərinə sahib çıxan, lakin qlobal dəyərlərə də açıq olan şagirdlər, tənqidi düşünmə və yaradıcı tətbiq kimi bacarıqlarda daha yüksək nəticələr əldə edirlər. Sosioloji araşdırmalar da (Hofstede 2009) sübut edir ki, milli kimlik və bəşəri dəyərləri bir arada yaşadan toplumlar daha dayanıqlı sosial inkişafa nail olur.
Bir gəncin özü haqqında “Mən kiməm?” sualına aydın cavab tapa bilməsi üçün, ona həm milli köklərini, həm də dünya mədəniyyətinin universal dəyərlərini tanıdacaq mühit qurmaq lazımdır. Bu sual daima mütəfəkkirləri düşündürmüş, bunula bağlı məqalə və kitablar yazmış, hər bir insanın öz kimliyini dərk etməsinin önəmini vurğulamışdır. Təsadüfi deyil ki, Əhməd bəy Ağaoğlunun “Mən kiməm?” kitabı, Əhməd Cavadın “Mən kiməm?” şeiri, Cəlil Məmmdəquluzadə Azərbaycan məqaləsində “Mənim anam kimdir?” sualını verir və ürək yanğısı ilə insanın özünüdərkin vacibliyindən danışır.
Bununla bağlı təhsil müəssisələri müxtəlif mədəniyyətlərə dair layihələr həyata keçirməli, şagirdləri həm yerli, həm də qlobal kontekstdə fəal iştirakçı olmalarına təşviq etməlidir. Bu, şagirdlərdə ətraf mühitə qarşı empati, tolerantlıq və sosial məsuliyyət hissini gücləndirir.
Milli kökləri tanımaq üçün nə edilməlidir? Ailəsini, məhəlləsini, kəndini, şəhərini, rayonunu, ölkəsini sevmək və tanımaq üçün uşaqlara doğma mühitlərinin tarixi, mədəniyyəti, folkloru öyrədilməlidir.
“Hədəf konsepti”nin ana xəttində qeyd olunur ki, insan məhsuldar bir özünüdərk üçün millətinin tarixini, elm adamlarının uğurlarını, sərkərdələrinin cəsarətini, rəvayət və nağıllarını, ədəbi irsini dərindən öyrənməlidir. Tarixi araşdırmalar (Təhlükəsizlik nəzəriyyəsi, Kimlik Nəzəriyyəsi və s.) sübut edir ki, xronoloji faktlar və tarixi şəxsiyyətlərlə tanışlıq, gənclərin şəxsiyyət kimi inkişafına iki şəkildə təsir edir. Birincisi gənclərdə özünəinam yaradır. Öz tarixi qəhrəmanlarını, məşhur alimlərini, ixtiraçılarını, sənətkarlarını tanıyan gənc, “Mənim millətim bunları bacarıb!” duyğusu ilə böyüyür. Bu “Millətin bir parçası olmaq” hissi insanın ruhunda mənlik dəyərini artırır, öz imkanlarına inamı qüvvətləndirir. İkincisi isə gəncləri əzilmişlik kompleksindən xilas edir. Tarixdə parlaq şəxsiyyətlər, uğurlar və nailiyyətlər görməyən cəmiyyətlərdə “özünə güvənsizlik” sindromu yaranır. Bu sindrom zamanla həm fərdi, həm də sosial həyatda passivliyə, fatalizmə gətirib çıxarır. Şagirdlər Tonyukukdan, Bilgə Kağandan, Orxon-Yenisey kitabələrindən, Nəsirəddin Tusidən, Əl-Fərabidən, Əl-Xarəzmidən, Piri Rəis və Həzərfan Əhməd Çələbidən, Yusif Məmmədəliyevdən, Lütfi Zadə və Əziz Sancardan xəbərdar olduqca, onların elmi və mədəni fəaliyyətinə dərin maraq göstərdikcə, onlarda “mən də bacararam” düşüncəsi formalaşır.
UNESCO-nun müəyyən etdiyi təhsil istiqamətləri (Learning to Know, Learning to Do, Learning to Live Together, Learning to Be) çərçivəsində mədəni kimliyin və tarixi informasiya bazasının zəngin olduğu məktəblərdə şagirdlərin özünə inam səviyyəsi daha yüksək ölçüldüyünü müşahidə edilir. Bu da tarixi bilgilərin, milli fəxr hissinin və özünüdərk prosesinin qarşılıqlı əlaqəsini aydın şəkildə sübut edir.
Özünüdərk və Psixoloji İnkişaf
Özünüdərk, həmçinin psixoloji bir prosesdir. İnsan özünü tanıdıqca daxili motivasiya, emosional idarəetmə və mənəvi dəyərlərlə bağlı daha sağlam mövqe qazanır. Erik Eriksonun psixososial inkişaf mərhələlərinə əsasən, yeniyetməlikdə formalaşan kimlik qazanma prosesi yetkinlik dövründə özünüdərk səviyyəsini müəyyən edir. Yəni gənc nəyə inandığını, kimə dəyər verdiyini və öz rolunu dəqiq müəyyən edir. Maslovun “özünü-gerçəkləşdirmə” nəzəriyyəsi də göstərir ki, şəxsin özünə dəyər verməsi, bacarıqlarını tanıması və məqsədlərini formalaşdırması onun tam şəkildə inkişaf etməsi üçün vacibdir.
Bu mərhələdə məktəbin rolu əvəzsizdir. Divarlardakı plakatlardan tutmuş, zənglər üçün seçilmiş musiqilərə qədər, şagirdin cəlb olunduğu hər bir nüans onun emosional fonuna və özünüdərk səviyyəsinə təsir edir.
Məktəbin dizaynından dərs prosesi sonuna qədər: sistemli yanaşma
Hədəf konseptində deyildiyi kimi, özünüdərk sadəcə ayrıca bir dərs prosesi kimi qəbul edilməməlidir. Bu, şaquli (vertikal) və üfüqi (horizontal) inteqrasiya yolu ilə bütövlükdə məktəb həyatına yerləşdirilməlidir. Bu, məktəbin bütün strukturlarına, tədris metodlarına, məktəbin dizaynına və valideyn-müəllim münasibətlərinə inteqrasiya olunmalıdır
Bununla bağlı məktəb divarlarında milli mədəniyyəti, tarixi, qəhrəmanları və elm adamlarını əks etdirən portretlər, motivasiyaedici sözlər yerləşdirilməlidir. Məktəbin girişində “Vətən xatirəsi guşəsi”, “Tarixi nailiyyətlər stendi” kimi xüsusi məkanlar yaratmaq lazımdır ki, uşaqlar gündəlik ora baxıb qürur hissi duysunlar. Bununla yanaşı ədəbiyyat dərslərində milli qəhrəmanların həyatına psixoloji yanaşma, tarix fənnində milli dövlətçilik ənənələrinin öyrənilməsi, biologiya dərsində dövlətə məxsus fauna və floraya xüsusi önəm, riyaziyyatda tarixi türk-İslam alimlərinin kəşflərinin praktiki tətbiqi kimi inteqrasiya olunmuş “özünüdərk tapşırıqları”na geniş yer verilməlidir. Layihə əsaslı öyrənmə vasitəsilə isə şagirdlər qrup şəklində yerli kənd təsərrüfatının inkişafı, tarixi abidələrin qorunması kimi yerli problemlər üzərində işləyə, həm özlərinə, həm də ətraf mühitə fayda yaratmağın sevincini yaşaya bilərlər.
Hər bazar ertəsi himnin, hər cümə günü “balabilgə andı”nın səslənməsi ilə birlikdə, dəyərlər mövzulu qısa çıxışlar (“Bu həftə nələr öyrəndik, milli ruhumuz nə dedi?”) şagirdlərdə özünüdərk prosesinin daim fəal qalmasına kömək edir:

Balabilgə andı
Mən fəxr edirəm ki, azərbaycanlıyam!
Bir balabilgə olaraq and içirəm:
Milli duyğularımı itirmədən,
Təbiəti, insanlığı sevən,
Dəyərlərə hörmət edən,
Vicdanlı, ədalətli,
Millətimə və dövlətimə sədaqətli,
Bilgə İNSAN olmaq üçün
Hədəfimdən yayınmayacaq,
Həqiqət yolundan dönməyəcəyəm!
And içirəm, and içirəm, and içirəm!

“Müəllim geyinsin ki, balabilgə görsün” prinsipindən irəli gələrək, Milli Geyim Günləri və digər tədbirlər mütləq ilk olaraq müəllimlər tərəfindən ən parlaq şəkildə həyata keçirilməlidir.
Unutmaq olmaz ki, uşaq yalnız məktəbdə deyil, evdə də öz dəyərlərinə sahib çıxan bir model görməlidir. Bu səbəbdən, məktəb müntəzəm olaraq valideyn seminarları, birgə layihələr təşkil etməli, ailelərlə kommunikasiya zəncirini gücləndirməlidir. Milli bayramlarda, mədəniyyət günlərində valideynləri də prosesə cəlb edərək, övladın damarlarında axan milli köklərin real həyatla necə vəhdətdə olduğunu göstərmək mümkündür.
Özünü dərk edən insan, öncə özünə dəyər verir, sonra başqalarını dərk edir və onlara hörmət bəsləyir. Bu, hər bir millətin gəncliyinə lazım olan ən vacib amildir. Şəxsi keyfiyyətlərlə yanaşı, elmi, mədəni və tarixi biliklərə sahib olmaq, insanı passiv izləyici olmaqdan daha çox fəal iştirakçı statusuna yüksəldir.
Təhsil, yalnız bilik verən bir vasitə olmaqla qalmır, həm də şəxsiyyətin inkişafına, milli kimliyin qorunmasına və bəşəri dəyərlərin təbliğinə xidmət edir. Ölkənin təhsil siyasətində əsas məqsəd, gələcək nəsillərin yalnız akademik deyil, həm də mənəvi və sosial baxımdan güclü şəxsiyyətlər olaraq yetişməsidir. Bu yolda özünüdərk prosesi mühüm rol oynayır. Şagirdlərin öz daxili dünyalarını kəşf etməsi, öz kimliklərini formalaşdırması və müstəqil düşünən fərdlər kimi yetişməsi ölkənin gələcək uğurları üçün əvəzsiz əhəmiyyət kəsb edir. Özünüdərk prosesi insanın dəyərlərdən qaynaqlanan, tarixi şüur və milli kimliklə qüvvətlənən, psixoloji və bəşəri səviyyədə formalaşan mürəkkəb bir inkişaf xəttidir. Bu proses həm məktəbin, həm ailənin, həm də ümumilikdə cəmiyyətin sistemi içində davam etməli və şəxsiyyətin hərtərəfli yetişməsinə xidmət göstərməlidir. Qeyd etdiyimiz bu fikirlər, elmi əsaslar və faktlarla yanaşı, tarixdən gələn örnəklər və müasir psixoloji yanaşmalarla birləşdikdə, gələcəyin ağıllı, savadlı, humanist və özünə dəyər verən gənclərini yetişdirməyə zəmin yaradır.
Ədəbiyyat siyahısı
Toker-Gökçe, A. (2021). Küreselleşme ve eğitimde değerler: Küreselleşmenin eğitimde bireysel ve toplumsal değerlere yansıması. İçinde E. Oğuz & K. Yılmaz (Edi.). Prof. Dr. İnayet Aydın’a Armağan (2. Bölüm, ss. 355-370). Pegem Akademi.
Öngider, N. (2013). Anne-baba ile okul öncesi çocuk arasındaki ilişki. Psikiyatride Güncel Yaklaşımlar, 5(4), 420-440.
Yüksel, A. (2009). İlköğretim 5. sınıf öğrencilerinin empatik becerileriyle aile işlevleri ve benlik kavramları arasındaki ilişkinin incelenmesi. Pamukkale Üniversitesi Eğitim Fakültesi Dergisi, 25(25), 153-165.
Hall, S. (1990). Cultural identity and diaspora. In J. Rutherford (Ed.), Identity: Community, culture, difference (pp. 222-237). London: Lawrence & Wishart.
Hofstede, G. (2009). Geert Hofstede cultural dimensions.
Filologiya üzrə fəlsəfə doktoru, dos. Şəmil Sadiq

Xəbərlər

24 dekabrda XIV Fənlərin Dostluğu Olimpiadasının mükafatlandırma mərasimi keçirildi.

Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.

Daha sonra çıxış üçün söz layihənin ideya müəllifi fil.ü.f.d., dos. Şəmil Sadıqova verildi. O, FDO-nun yaranma tarixindən və illər ərzində keçdiyi yoldan danışıb.

Şəmil Sadiq tədbir iştirakçılarını imtahanda düşən sual nümunələri ilə tanış edib: “Fənlərin Dostluğu Olimpiadası fənlər arası inteqrasiyanı təmin edir. Şagirdlər bu imtahanda uğur qazanması üçün bütün fənlərə yaxşı bələd olmalıdır. Biz istəyirik ki, şagirdlərimiz təkcə öz ixtisas fənlərini deyil, digər fənləri də onlar qədər öyrənsinlər”.

Hədəf Kurslarının həmtəsisçisi Vüqar Tarquliyev kürsüyə dəvət olunub. O da öz növbəsində imtahanda uğur qazanan şagirdləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.

Hədəf Şirkətlər Qrupu Baş direktorun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müavini Elvin Əliyev FDO-nun uğurla həyata keçirilməsində dəstək göstərən tərəfdaşlar barəsində məlumat verib. Fənlərin Dostluğu Olimpiadasının bu ilki 14-cü buraxılışının təşkilatçısı Hədəf Şirkətlər Qrupudur.
Hədəf STEAM Liseyi Abşeron və Bakı filiallarında, Hədəf Kursları Sumqayıt, Əhmədli və Naxçıvan filiallarında və Bərdə, Şəmkir, Xaçmaz, Balakən, Qax, Şəki, Tovuz şəhərlərindəki imtahan mərkəzlərində təşkil olunan olimpiadada şagirdlər 2 saat müddətində 50 sual cavablandırdılar. Olimpiadada suallar fənnlərin bir-birinə inteqrasiyası şəklində təqdim olunur. Hədəf Liseyləri üzrə icraçı direktor Nizami Hüseynov imtahan suallarını səviyyələrinə görə izahını təqdim etdi.

2010-cu ildə Hədəf Nəşrləri tərəfindən təsis edilən Olimpiadanın bu ilki buraxılışının tərəfdaşları isə Hədəf Kursları, Evrika Liseyi və Hədəf STEAM Liseyi, SinKOD yayın və dağıtım şirkəti, Eduhek, Sınaq İmtahan Mərkəzi, Kitabevim.az kitab mağazaları şəbəkəsi, senet.az portalı, “Ustad” dərgisi və Hədəf Globaldır.

II – X siniflər arasında qızıl, gümüş, bürünc medallarla mükafatlandırılma mərasimi baş tutdu. Qonaqlardan “Məktəb guşəsi” saytının və jurnalının baş redaktoru Məzahir Məmmədli qaliblərə mükafatlarını təqdim etdi. Ümumi olimpiadada ən yüksək nəticə toplayan 6 şagirdə xüsusi hədiyyələr təqdim olundu. Tədbir imtahanda yer qazanmış şəxslərin mükafatlandırılması prosesi ilə davam edib.

Sonda xatirə şəkli çəkilib. Olimpiadada iştirak edən şagirdlərə, tərəfdaşlara dərin təşəkkürümüzü bildiririk. XV Fənlərin Dostrluğu Olimpiadasında görüşmək diləyilə!

Xəbərlər

Nazir naşirləri niyə təəccübləndirdi…

Nazir naşirləri niyə təəccübləndirdi…
Bu gün sərginin son saatlarında tələbəlik dostum, dəyərli ziyalımız Gəncə Aqrar Universitetinin rektoru Zəfər Qurbanov zəng etdi ki, Cənab nazirlə sərgiyə gəlirik. Rektor təyin olunandan tələbələrin sevimlisi, universitetin elmi potensialının yüksəlməsinə daimə xidmət göstərən Zəfər müəllim hər sərgimizdə iştirak edərək şərəfləndirir!
Açığı ilk ağlıma gələn Təhsil naziri oldu… Amma gələndə məlum oldu ki, Kənd Təsərrüfatı naziri Cənab Məcnun Məmmədov qonağımızdır. Etiraf edim ki, adətən, bu cür tədbirlərdə, rəsmiləri sərgi ilə tanış edəndə çətinlik çəkirəm… Niyəsini siz təsəvvür edin, mən Məcnun müəllimdən danışım sizə. Bütün stendləri səbirlə, bir kitabsevər kimi gəzdi. Həm də necə… Kitablara baxır, sorğu-sual edir, seçdiyi kitabları alır. Hətta kitablara baxa-baxa arada telefonuna göz atır. Sonra bizə məlum olur ki, bütün kitabxanasını telefonda kataloqlaşdırıb, hansılar var, hansıları oxuyub, baxır, yenidən satıcı ilə dialoqa keçir. Bizim stenddə mən həvəslə Xatirə ədəbiyyatı seriyamızı təqdim edirəm, deyir, bəli, 55 cildi var bunun, ardı çıxıbsa, verin… Naşirlər bir-birinin üzünə baxır… Sanki gözləri ilə deyirlər ki, belə də nazir olar?! Çünki alışmadığımız durumdur… Sonra Teas presə yaxınlaşırıq, Rəşad həvəslə kitablar təqdim edir, bunu almışam, bunu çoxdan oxumuşan, bu seriya da var… Kataloquna baxır, hə, bu seriya yoxdur…
Sonra Çapar nəşriyyatını soruşur…
Bildiyiniz şokdayıq…
Yaza-yaza düşünürəm ki, biz niyə bu qədər təəccüblənirik, ilahi, axı niyə…
Bir nazir səfərdə olarkən eşidə ki, kitab sərgisi var, yolüstü ora vaxt ayıra bilməzmi?
Bəyəm bir nazir kitab oxuyan ola bilməzmi?!
Bir nazir heç bir hədiyyə kitab qəbul etməyərək, özü ala bilməzmi?
Bir nazir nəyi və niyə oxuyacağını özü müəyyən edə bilməzmi?!
Bir nazir kitabla bu qədər yaxın təmasda ola bilməzmi?
Bir nazir Bakıdakı sərginin nə vaxt keçiriləcəyini öz qeyd dəftərinə yaza bilməzdimi?
Bir nazir hansı nəşriyyatın hansı mövzulu əsərlər çap etdiyini bilə bilməzdimi?
Bir nazir, bir məmur…
Bu günümüzə rəng qatdığı və sözün əsl mənasında bizi təəccübləndirdiyi üçün hörmətli Məcnun müəllimə və Zəfər müəllimə dərin təşəkkürlərimi bildirirəm!
Xəbərlər

Hədəf Liseyində tətil ərəfəsində müəllimlər üçün geniş təlim və seminarlar keçirildi!

Hədəf Liseyi Bakı və Abşeron filiallarında müəllim heyəti ilə görüşlər, təlimlər və seminarlar təşkil olundu. Bu görüşlərdə müəllimlərin peşəkar inkişafı və təhsil keyfiyyətinin daha da artırılması məqsədilə geniş müzakirələr aparıldı.
Baş direktor Şəmil Sadiq müəllimlərlə ümumi görüş keçirdi. Görüşdə müəllimlərin anonim sorğu vasitəsilə verdikləri təklif və suallar müzakirə edildi və cavablandırıldı.

Hədəf Liseyi filiallarında baş direktor Şəmil Sadiqin heyət ilə ümumi görüşü baş tutdu.
Hər iki filialın müəllimlərinin sorğuda anonim şəkildə qeyd etdikləri təkliflər və suallar Şəmil müəllim tərəfindən cavablandırıldı.
Nəsimi korpusunun icraçı direktoru Vəli Vəlizadənin sinif rəhbərləri və köməkçi müəllimlər üçün “Vəzifə təlimatları və öhdəlikləri” mövzusunda təlimi oldu.
Fənn müəllimləri ilə də görüş keçirildi və Vəli müəllim KİQ 1 imtahanı nəticələrinin analizi, BİQ 1 imtahanına hazırlıq, akademik nəticələrin inkişafı üçün görüləcək işlər, təlim-tərbiyə işinin təşkili üzrə nəticələr və göstəricilər və cari məsələlərlə bağlı danışdı.
Daha sonra isə akademik direktor Təranə Sadıqzadənin “Dərsi dərsdə öyrədək, Balabilgələri qiymət yarışından uzaq tutaq” mövzusunda təlimi müəllimlərə təqdim olundu.

Qurtuluş korpusunun icraçı direktoru Məmməd Məmmədlinin sinif rəhbərləri və köməkçi müəllimlər üçün “Vəzifə təlimatları və öhdəlikləri” mövzusunda təlimi oldu.
Daha sonra isə akademik direktor Fatimə Kərimlinin “Balabilgələri qiymət yarışından uzaq tutaq. Dərsi dərsdə öyrədək” mövzusunda təlimi müəllimlərə təqdim olundu.

Təhsil keyfiyyəti və müəllim peşəkarlığı fokusda olan
Hədəf Liseyi hər zaman müəllimlərinin peşəkar inkişafını prioritet hesab edir. Tətil ərəfəsində keçirilən bu geniş təlim və seminarlar, təhsil keyfiyyətini artırmaq və akademik nəticələri daha da inkişaf etdirmək məqsədilə mühüm rol oynayır.

Hədəf Liseyi ailəsi olaraq müəllimlərimizin zəhmətini yüksək qiymətləndirir və onları təhsilin öncül qüvvəsi hesab edirik!

Xəbərlər

Oxumaq Bacarığı Yüksək, Amma Mütaliə Zəif: Problemlər və Həll Yolları

Azərbaycanda mütaliə vərdişi digər ölkələrlə müqayisədə çox aşağıdır. Təəssüf ki, bu, danılmaz faktdır. Di gəl savadlılıq baxımından müqayisə aparsaq, heç də aşağı sırada olmadığımızı görərik. Yəni statistikalara inansaq, on beş yaşdan yuxarı əhalinin doxsan doqquz faizi oxuyub-yazma bacarığına malikdir. Bu göstərici Avropa ölkələrinin çoxundan yüksəkdir. Yəni oxuya bilirik, amma oxumuruq. Onda necə olur ki, oxuyub-yazma bacarığı yüksək şəxslər dünyagörüşlərini artırmaq, intellektual kimi formalaşmaq üçün mütaliəyə vaxt ayırmırlar? Bu sualın otuz illik tarixi var, itirdiyimiz illəri geri qaytarmaq da, bəlkə, daha otuz ilimizi alacaq. Adətən bu mövzu səslənəndə ilk günahlandırdığımız zümrə gənclik, dövlət qurumu kimi isə Mədəniyyət Nazirliyi olur. Çünki kitab siyasətini formalaşdıran və idarə edən qurum, ilk növbədə, Mədəniyyət Nazirliyi, oxumağa daha çox ehtiyacı olan zümrə isə gənclikdir.

O da var ki, “Gənclər oxumurlar” deyəndə də onlara haqsızlıq edirik. Çünki azdan-çoxdan kitaba yaxın olan elə gənclərdir. Amma iş orasındadır ki, gənclər, əsasən, azərbaycanca yox, türkcə, rusca, qismən də ingiliscə oxuyurlar. Türk ədəbiyyatı, eləcə də türk dilində çap edilən orta statistik xarici ədəbiyyatı belə oxuyan gənclik nə Azərbaycan ədəbiyyatını, nə də azərbaycanca dünya ədəbiyyatını oxumağa meyillidir. Təbii ki, yenə otuz ilin üst-üstə yığılan problemlərinin ucbatından gənclərin Azərbaycandilli ədəbiyyata inamı ciddi şəkildə zədələnib, yazıçılarımızla əlaqələri itib. Etiraf etməliyik ki, oxu vərdişləri daha çox məktəbdə formalaşır. Hazırkı mənzərə isə gənclərin mütaliə vərdişinin məktəbdə yox, sonradan öz imkanları hesabına yarandığını göstərir. Sözügedən vərdiş məktəbdə formalaşsa, müəllimlər onlara kitab tövsiyələri etsələr və gənc nəsil məktəb yaşlarından oxumağa başlasa, elə böyüyəndə də Azərbaycandilli ədəbiyyata maraq göstərərdilər. Ən azından klassik ədəbiyyatla tanış ola bilərdilər. 2004-cü ildə cənab Prezident İlham Əliyevin sərəncamı ilə xeyli kitab latın qrafikası ilə nəşr edilib, məktəb kitabxanalarına verilib. Digər məsələ tərcümə ədəbiyyatının azlığı olanların da keyfiyyətsizliyidir. Son dövrlər nəşriyyatlar arasındakı rəqabətin formalaşması keyfiyyətsiz tərcümələrin, demək olar, bazardan çıxması mənasına gəlir. Çünki tərcümə edilən əsərlər sadəcə bir-iki köklü nəşriyyatın yox, ciddi şəkildə rəqabətə qoşulan yeni yaranmış nəşriyyatların da diqqət mərkəzindədir.

Bəli, gənclər ədəbiyyatdan uzaq düşüb, bu da o deməkdir ki, mütaliə vərdişi yaratmaq üçün gecikmişik. Amma gələcək öz əlimizdədir. Bəs nə etməli, haradan başlamalıyıq? Əlbəttə, məktəbdən. Bəs bunu kim etməlidir? Əlbəttə, Elm və Təhsil Nazirliyinin bu sahəyə məsul qurumları. Çünki oxu vərdişlərini məktəb dövründən inkişaf etdirməsək, gələcək nəsillər də eynilə indiki kimi olacaq. Axı “Kitab bilik mənbəyidir” ifadəsi birbaşa Elm və Təhsil Nazirliyinin fəaliyyətini ifadə edir. Onda biliyin mənbəyindən niyə uzaq düşək? Niyə oxu vərdişlərinin inkişafı üçün konsept hazırlayıb xüsusi layihələr həyata keçirməyək?

Hörmətli elm və təhsil naziri Emin Əmrullayevin bir neçə dəfə vurğuladığı oxuyub-anlama səviyyəsinin aşağı olması məsələsi mütaliə vərdişlərinin zəifliyi ilə birbaşa bağlıdır. Belə ki, PISA – 2018 nəticələrinə diqqət yetirsək, aşağıdakı fikrin əsassız olmadığını görərik:

– Azərbaycanlı şagirdlərin oxu üzrə orta balı 389 idi, bu isə OECD ölkələrinin orta balından (487) əhəmiyyətli dərəcədə aşağıdır.

– Azərbaycan bu nəticələrlə təxminən 79 ölkə arasında 67-ci yerdə qərarlaşıb.

Sözügedən nəticələr Azərbaycan məktəblilərinin mətni oxuyub-anlamaqda və təhlil etməkdə çətinlik çəkdiyinin göstəricisidir.

Uzun illər müəllim işlədiyim, orta məktəb təhsili ilə yaxından tanış olduğum üçün deyə bilərəm ki, prosesi müsbətə doğru dəyişmək üçün Elm və Təhsil Nazirliyinin məktəblərdə mütaliə vərdişini formalaşdırmaq istiqamətində atmalı olduğu addımlar çoxdur. Çünki indiki vəziyyəti köklü şəkildə dəyişə bilmiriksə, ən doğru addım sabaha köklənmək olar.

Bir neçə təklifi bu məqalə vasitəsilə tirajlamaqla ümumi konsepsiya hazırlanana qədər, heç olmasa, məktəb direktorları, müəllimlər öz təşəbbüsləri əsasında fərqli nələrsə etmək istəsələr, faydamız olacağını düşünürəm:

Müasir kitabxana infrastrukturunun qurulması və mütəmadi yenilənməsi
Hazırda Azərbaycanda 4500 məktəb kitabxanası fəaliyyət göstərsə də, etiraf edək ki, əksəriyyəti müasir tələblərə cavab vermir. Dövrün intellektual mirasından xəbərdar olmaq üçün zəngin məktəbli kitabxanalarına həmişə ehtiyac var. Bu mənada məktəblərdə oxucular üçün cəlbedici müasir kitabxana mühiti yaradıla bilər. Kitabxanaların uşaqların yaş qruplarına uyğun maraqlı, rəngarəng, tələbata cavab verən və müxtəlif mövzularda kitablarla təmini məqsədəuyğun olar. Düzdür, Elm və Təhsil Nazirliyi hər il məktəb kitabxanaları üçün kitab alır, amma düzünü desək, bu, birmənalı olaraq kifayət deyil. Üstəlik, kitab alışının həcmi və hansı meyarlarla, nə zaman həyata keçirildiyi ilə bağlı nəinki ictimaiyyətin, heç bu sahənin insanlarının da məlumatı olmur. Təklifimiz odur ki, kitab alışı ilə bağlı öncədən elanlar verilsin, nəşriyyatların bu işə cəlbi və təşviqi prosesi yaradılsın.

Məktəb kitabxanaçılarının inkişaf etdirilməsi
Məktəb kitabxanaçılarının təkmilləşməsi, kitabın təşviqi və təbliği istiqamətində görülməli işlər də vacib məsələdir. Təəssüf ki, məktəb kitabxanaçıları adətən dərsliklərin təhvil-təslimi ilə işlərini bitirmiş hesab edirlər. Amma onlara müəyyən imkanlar yaradılsa, kitabla bağlı daimi tədbir və layihələr həyata keçirilsə, seçilən oxuculara, kitabxanaçılara müəyyən stimulverici qiymətləndirmə ilə yanaşılsa, məktəblilərin mütaliə vərdişlərində ciddi canlanma baş verər.

“Məktəblinin oxumalı olduğu 100 vacib əsər” siyahısının müəyyənləşdirilməsi
Vahid mütaliə strategiyasının elan olunması üçün “Məktəblinin oxumalı olduğu 100 vacib əsər” siyahısının tərtibinə ehtiyac var. Siyahı klassik və müasir əsərləri ehtiva etməli, həm məktəb proqramına uyğun olmalı, həm də dövrün intellektual mirasına cavab verməlidir. Bu əsərlərin vaxtlı-vaxtında, təyinatı üzrə mütaliəsi üçün müxtəlif təşviq proqramları işlənə bilər. “Ayın kitabı” və “Oxu saatı” layihələri bu mənada effektiv olar.

“Ayın kitabı” kitabların siniflər üzrə metodiki əsasla aylıq seçildiyi və ayın sonu müzakirə olunduğu layihədir. Eyni zamanda, hər ay müəyyən vaxtlarda “Oxu saatı” təşkil edilə bilər. Bu çərçivədə bütün şagirdlər müəllimlərin rəhbərliyi altında kitab oxuya, müzakirə apara bilərlər. Həmçinin “Oxu saatı”nı interaktiv formatda keçirməklə şagirdlərə oxuduqları kitabları paylaşmaq imkanının yaradılması mümkündür.

Oxucu klublarının qurulması
Məktəblərdə şagirdlər arasında kitab müzakirələrini təşviq edən oxucu klubları yaratmaq mütaliə vərdişinin inkişafına kömək olar. Bu klublarda kitab müzakirələri aparıla, şagirdlərə kitab tövsiyələri verilə və hər ay müxtəlif mövzulara aid kitabların mütaliəsi təşviq edilə bilər. Bu klubların sistemləşməsi məktəb kitabxanalarında tələb-təklif prinsipini formalaşdırar, kitabxanaların effektiv təmininə töhfə verər. Eyni zamanda, bu klublar dövlətin illik mədəni və ictimai siyasətinə elastik reaksiya vermək, bu mənada tematik kitabların oxunmasını təmin etmək baxımından da önəmlidir.

Kitab festivalları və “Oxu Günü” kimi tədbirlərdə şagirdlərin iştirakına şərait yaradılması
Hər il Mədəniyyət Nazirliyinin təşkil etdiyi Bakı Beynəlxalq Kitab Sərgisi, o cümlədən Azərbaycan Nəşriyyatları Assosiasiyasının (ANAİB) təşkil etdiyi Bakı Kitab Sərgisi və Uşaq Kitab Festivalında paytaxt məktəblərində təhsil alan şagirdlərin sistemli iştirakına təşviq planları hazırlana bilər. Bölgələrdə təhsil alanlar üçün isə il ərzində ANAİB-in Sumqayıt, Gəncə, Lənkəran, Şəki, Quba, Naxçıvan və digər bölgələrdə mütəmadi təşkil etdiyi kitab sərgilərində iştirak tam effektiv təsir bağışlayar. Bir zamanlar start verdiyim “Oxu Günü” layihəsinə, 2018-ci ildən Elm və Təhsil Nazirliyi tərəfindən ölkə üzrə elan etdiyi “Oxu Günü” tədbirinin keçirilmə formatına yenidən baxıla, daha praktik hala gətirilə bilər. İl ərzində müəyyən əlamətdar günlər münasibətilə Elm və Təhsil Nazirliyinin təşəbbüsü əsasında silsilə kitab sərgilərinin keçirilməsi bu istiqamətdə atılmış önəmli addım olar. Bu təşəbbüslər uşaqlarda kitab sevgisi yaradar və mütaliədən zövq almağa həvəsləndirər.

Hədiyyəli mütaliə yarışlarının və marafonlarının təşkil edilməsi
Məktəblərdə sistemli mütaliə yarışları təşkil edilə, ən çox kitab oxuyan şagirdlərə hədiyyələrin verilməsi, fərqlənənlərə sertifikatların təqdim olunması, aylıq “Ən yaxşı oxucu” mükafatının təsisi kimi motivasiya tədbirləri həyata keçirilə bilər. Həmçinin ilin əvvəli elan edilən kitablar əsasında siniflər üzrə oxuyub-anlama və sürətli oxu yarışlarının keçirilməsi, ölkə, şəhər, kənd üzrə qaliblərin müəyyənləşdirilməsi, mükafatlandırılması mümkündür. Bu mənada ANAİB-in mütəmadi təşkil etdiyi, hər dəfə coşqu və uğurla yadda qalan “Kitabqurdu” Oxu Marafonu formatı da tətbiq oluna bilər.

Yazıçı, şair və naşirlərlə şagirdlərin silsilə görüşlərinin təşkil olunması
Tədris ili müddətində müxtəlif layihələr çərçivəsində, yaxud əlamətdar günlərdə yerli yazıçı, şair və naşirlər məktəblərə dəvət oluna, onların şagirdlərlə görüşləri təşkil edilə bilər. Bu cür təşəbbüslər şagirdlərin həm yerli və dünyəvi intellektual tendensiyalardan xəbərdar olmasına, həm kitablarını oxuduğu ədibləri yaxından tanımasına, həm də şəxsiyyət kimi yetişməsində uğur qazanmış insanlardan müsbət nümunə götürməsinə səbəb olar.

Müəllimlər üçün mütaliə təbliğatı təlimlərinin təşkil edilməsi
Təəssüf ki, müəllimlər az oxuyur, ona görə də şagirdlərin mütaliəyə təşviqində xüsusi həvəsləndirmə prosesinə uyğunlaşa bilmir. Oxu vərdişinin inkişafına təşviq mövzusunda xüsusi təlimlər təşkil oluna, onlarda müəllimlərin iştirakı təmin edilə bilər. Bu təlim prosesində proqram qurulması, yazıçı və naşirlərin fəal iştirakı mümkündür. Müəllimləri mütaliəyə həvəsləndirmək üçün müəyyən marafonlar da təşkil etmək olar. Bu addım çərçivəsində kitablar seçilə, hər müəllimin oxumalı olduğu kitablar tövsiyə edilə, attestasiya, yaxud sertifikasiyada qoyulan hədəfə çatanlara xüsusi bonus ballar verilə bilər. Üstəlik, müəllimlər şagirdləri həvəsləndirən maraqlı üsul və interaktiv oxu metodları öyrənməklə dərslərdə mütaliə mədəniyyətini dəstəkləyə bilərlər.

Ailə ilə birlikdə oxu təşəbbüslərinin təşviq olunması
Ailələr üçün oxu təşviq planları hazırlamaqla valideynləri də bu prosesə cəlb etmək mümkündür. Valideynlərin uşaqları ilə birgə kitab oxuması şagirdlərin mütaliə vərdişlərinin möhkəmlənməsinə kömək edər.

Rəqəmsal kitab platformalarına əlçatanlığın təmin edilməsi
Məktəblərin rəqəmsal kitab platformaları ilə təmini və şagirdləri elektron kitablarla tanış edilməsi də əhəmiyyətli addımlar siyahısındadır. Bu, oxuma prosesini rəqəmsal mühitə inteqrasiya edərək daha əlçatan və maraqlı hala gətirə bilər. Eyni zamanda, yerli və xarici audiokitab platformaları ilə əməkdaşlıq çərçivəsində bəzi dərsləri “Səsli kitab”la təmin etmək olar. Bu təşəbbüs yeni nəslin dərsləri öyrənməsinə və sinifdənxaric oxuya yönəlməsinə effektiv təsir göstərər.

Məktəb kitabxanaları və şagirdlərin ədəbiyyat, sənət və elm dərgilərinin abunəliyinə cəlb olunması
Məktəb kitabxanalarının dövri mətbuatla təmini təhsil müəssisələrinin həm ədəbi, həm sənət, həm də elmi yeniliklər prosesini yaxından izləməsinə səbəb olar. Bu mənada yerli jurnalların seçilməsi dərgiçilik ənənəmizə də müsbət təsir edər, həmin dərgilərin yaradıcı heyəti öz strategiyalarını təhsil sisteminə uyğunlaşdırmağa maraq göstərər. O cümlədən müəllim və şagirdlərin faydalı yerli jurnallara abunə yazılması üçün təşviq planı hazırlana bilər. Məktəb kitabxanalarının bu prosesə birbaşa nəzarəti işin daha sistemli və effektiv həyata keçməsinə səbəb olar.

Bütün təkliflərin əlavə müzakirəyə yol açması, formatı və təyinatının araşdırılmasına ehtiyac yaranması istisna deyil. Bu səbəbdən sədri olduğum ANAİB bu prosesdə Elm və Təhsil Nazirliyinə peşəkar dəstək verməyə həmişə hazırdır. ANAİB-in kitabla bağlı bütün tədbirlərinə Elm və Təhsil Nazirliyi həmişə qapı açmış, hətta bir çox sərgilərimizi regional idarələrlə birgə təşkil etmişik. Məhz bu baxımdan inanıram ki, daha ciddi işlərə imza ata bilərik.

ANAİB-in kitab işinin təkmilləşməsi ilə bağlı təkliflərini cənab nazirə göndərməyə hazırlaşırıq. Düşüncə, qayə, amal eyni olanda milli şüurun daha düzgün formalaşması üçün əl-ələ verib işləməyə həmişə ehtiyac var.

Şəmil SADİQ

“Hədəf Şirkətlər Qrupu” MMC-nin qurucu direktoru, fil.ü.f.d., dos.

Xəbərlər

“Vətəndaş A” – Azərbaycan serial tarixində və müəllimlik sənətində yeni era!

“Vətəndaş A” – Azərbaycan serial tarixində və müəllimlik sənətində yeni era!

“Vətəndaş A” serialını rəsmi və qeyri-rəsmi tənqid edənlər var. Sözsüz ki, bunu məqsədli hesab edirəm. Məhz bu seriala görə İTV rəhbərliyinə, filmin ssenari müəllifinə, rejissoruna, ümumiyyətlə, heyətə böyük təşəkkür düşür.
Mənə görə, bu serialı Azərbaycan serial istehsalı tarixində bir dönüş nöqtəsi hesab etmək olar. Həm texniki, həm mövzu, həm də aktyor işi baxımından xeyli irəliləyiş var. Filmin texniki, aktyor işi və sairə məsələləri qoy kinoşünaslar qiymətləndirsin, amma məni düşündürəm mövzu və ona yeni yanaşmadır.
Film Cəfər Cabbarlının “Almaz” pyesi əsasında müasir tələblərə uyğunlaşırılaraq çəkilib. Filmdə günümüzün reallıqları o qədər incəliklə və sevgi ilə yaradılıb ki, əmin olursan ki, film heyəti Azərbaycan sevgisi ilə alışıb yanır. Rüşvətxor, yaltaq məmur, bunun qarşısında əzilən və alçaldılan cəmiyyət, 21-ci əsr olmasına baxmayaraq, geridə qalmış təfəkkür, avamlıq, qorxaqlıq çox qəşəng ifadə edilib və ikrah doğura bilir insanda. Həmçinin günümüzün məktəblərindəki durum, ucqar kəndlərimizdə təhsilin vəziyyətin açıq və çılpaq “tərənnümü” möhtəşəmdir!
Bütün bunlar böyük cəsarət tələb edir ki, bu mesajı da film çox rahat verə bilib.
Müəllim obrazı da yüksək səviyyədə işlənib. Kimlərəsə görə dikbaş, qıcıqlandıran, özündən razı, replikalarından geri qalmayan, hər şeyə etirazçı olan bir obrazdır və bəzən bunu günümüzün müəllim obrazına yaraşdırmırlar. Qətiyyən razı deyiləm, bütün işini gücünü atıb, şəhərin komfortuna yox deyən, ziyalı və intellektual müəllim ucqar bir kəndə maarifçilik arxasınca gedirsə, elə belə də olmalı idi. Bu bizim təfəkkürümüzdə formalaşan qorxaq, ürkək, ehtiyacdan boynubükük gəzən, yalançı təvazökar müəllim kompleksini darmadağın edir, yeni: etirazçı, cəsarətli, qorxmaz, eqoist, mübariz müəllim obrazı yaradır. Əminəm ki, məhz bu obrazdan çoxlu müəllimimiz ilham alacaq. Ona qarşı duran cəmiyyətlə döyüşməkdən qorxmayacaq, mübarizəsindən əl çəkməyəcəkdir.
Ən önəmlisi isə qadın obrazı olması və bunu bir qadın kimi aparmasıdır. Cəbiş müəllim obrazından fərqli olaraq yeni müəllim orbazı yaradır. Hə, bəzilərinin xoşuna həm də müəllimin inancı gəlmir, deyəsən. Halbuki bu cür xarakterlərə məxsus şəxslər gavurun cibini bol edən hacılara qarşı da böyük bir nümunədir. Yeni ideallar açır, qanı yeniləyir. Hələ ki, filmin beş seriyasına baxmışam və baxımlılıq baxımından çox bəyənirəm. O cür cəmiyyətə qarşı elə bu cür müəllim lazımdır ki, prosesi dəyişsin, təsir edə bilsin! Həm də ona görə bəyəndim ki, axır ki, özündənrazı müəllimimiz də oldu )).
Bura qədərki fikrimdə deyə bilərəm ki, film həm də “Ölülər” əsərini də xatırladır, sadəcə müəllim obrazı İskəndərdən fərqli olaraq cəmiyyətin taleyi ilə razılaşmır və döyüşür. Digər obrazlarda demək olar ki, işıq yoxdur. Qonşu – şorgöz şair, iş adamı – fırıldaqçı Hacı, bələdiyyə sədri və direktor – qorxaq rüşvətxor, digərləri isə elə Məşədi Cəfər kimi məzlumlar…
İTV-ni və bütün yaradıcı heyəti təbrik edirəm!

Manşet Xəbərlər

Şəmil Sadiq yaradıcılığı

2000-ci illərdə yaradıcılığa başlayan, ədəbiyyat aləminə şeir və nəsr nümunələri ilə daxil olmaqla bərabər, elmi və müəllimlik fəaliyyəti ilə də məşğul olan Şəmil Sadiq (Şəmil Kamil oğlu Sadıqov) 1978-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublika­sında, Babək Rayonunun Nehrəm kəndində doğulmuşdur. C.Məm­mədquluzadə adına 1 №-li orta məktəbdə təhsil aldıqdan sonra 1996-cı ildə BDU-nun filologiya fakültəsinə qəbul olunmuş, baka­lavr və magistr pillələrini fərqlənmə diplomu ilə bitirmişdir.

Ədəbi fəaliyyətə başlamamışdan əvvəl– 2003-2006-cı illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspirantı olmuş, 2007-ci ildə “Hüseyn Cavid yaradıcılığında qəhrəmanlıq konsep­siyası“ mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Uzun illər fəaliyyəti daha çox müəllimliklə əlaqədar olmuşdur.

Şəmil Sadiqin ilk mətbu əsəri 2002-ci ildə “Yeni Azər­bay­can” qəzetinin Ədəbiyyat əlavəsində işıq üzü görmüşdür. O, uzun müddət əruz vəznində şeirlər yazmışdır. İlk kitabı 2003-cü ildə Ağa Laçınlının ön sözü ilə çap edilmiş “Qəlbin Fəryadı” şeirlər kitabı idi ki, burada da əruz və heca vəznli şeirləri və “Türkün faciəsi” adlı birpərdəli pyesi, həmçinin Hüseyn Cavidin “Azər” poemasının təsiri ilə qələmə alınmış “Əsrimizin Azəri” adlı poeması yer al­mışdır.

Daha sonra Şəmil Sadiq “Kitabi Dədə Qorqud” dastanının motivləri əsasında “Qana qan qarışdı” pyesini yazmış, bu əsər 2005-ci ildə çap edilən eyni adlı kitaba salınmış və pyes 2010-cu ildə Naxçıvan Dram Teatrında səhnələşdirilmişdir.

Şeirlərində Nəsimi və Cavidin təsiri duyulan Ş.Sadiqin, nəsr əsərlərində Cəlil Məmmədzuqulzadə üslubunun, İsa Muğanna ideologiyasının izləri aydın görünür.

2005- 2012-ci illər arasında bədii yaradıcılığında durğunluq hiss edilsə də, Şəmil Sadiq 2013-cü ildə çap edilən “Bu türk daha o türk deyil” şeirlər kitabı ilə yenidən ədəbi mühitdə varlığını gös­tərmişdir.

Şəmil Sadiq daha çox türkçülük ideologiyası ilə bağlı əsərlər yazmağa üstünlük versə də, diqqətə layiq olan əsərlərindən biri kimi, 2012-ci ildə Müşfiq Xanla birgə yazdığı “Ümidlərin izi ilə” romanının adını qeyd etmək olar. Oxucular tərəfindən ciddi rəğ­bətlə qarşılanan bu əsər 2016-cı ildə rus dilində çap edilmişdir.

Roman Xocalı soyqırımında azərbaycanlıların başına gətirilən faciələrdən, gördükləri dəhşətli işgəncələrdən bəhs olunur və bütün bu hadisələr əsərin əsas qəhrəmanı olan Aytəkinin timsalında ümu­miləşdirilir. Roman həmmüəllifli olsa da, verilən müsahibə­lərdən, aparılan təhlillərdən hiss olunur ki, əsərin detektiv-araşdırma his­səsini Müşfiq Xan, lirik-psixoloji təsvirlərini isə Şəmil Sadiq qələmə alıbdır. Əsərin ən güclü tərəfi məhz Aytəkinin ruhunun, yaşantılarının lirik-psixoloji təsvirinin verildiyi, hadisələrin həd­din­dən artıq realistik-çılpaq ifadəsinin müşahidə edildiyi hissələrdə özünü göstərir.

Romandakı hadisələr ermənilərə əsir düşmüş Aytəkinin yaz­dığı gündəlik əsasında qələmə alınır. Amma Xocalı faciəsi ancaq bir rakursdan göstərilmir, bu məhdudluq müşahidə edilmir. Əsas qəhrəman Aytəkin olsa da, ümumilikdə əsir götürülən insanların faciəsi tam bir dolğunluqla əks edilir. Bir qızın başına gətirilənlər bir qadının deyil, ümumilikdə düşmən əlinə düşən qadınların fa­ciəsini realistcəsinə oxucuya çatdıra bilir. Xüsusilə də düşməndən uşaq dünyaya gətirən qadının faciəsi də, psixoloju sarsıntısı da çox dəqiqlik və həssaslıqla qələmə alınmışdır. Xocalıda anadan olan, BDU-nun Tarix fakültəsinin birinci kursunda oxuyarkən Ramillə yaşanan sevgi hissi əsərin sonuna qə­dər də Aytəkinin ruhunda – eyni zamanda da Ramilin ruhunda qo­runub saxlanılır. Bu əsərdə nəinki Azərbaycan ədəbiyyatında, eyni zamanda da son dövrlər dünya ədəbiyyatında hiss olunan belletristika xüsu­siyyətləri, detektiv çalarlar qabarıqdır. Əsərin diqqət çəkən tərəfi– dinamika dəyişikliyi də elə bununla bağlıdır. Birinci hissədə Aytəkinin başına gələn hadisələr əsərin yarısına qədər dinamika ilə inkişaf etdirilir. Ancaq romanın yarısından sonra qəribə bir tələs­kənlik, sürətlənmə hiss olunur. Əsər informasiya baxımından ikinci hissədə daha çox yüklənir. O da xüsusi olaraq qeyd edilməlidir ki, əsərdəki əsir qızın başına gətirilən hadisələrin təsvirindəki çıp­laq­lıq, səmimiyyət və hiperrealizm özünü təsdiqləyir. Aytəkin hissləri, yaşantıları ilə oxucunu özünə inandırır. Aytəkinin düşüncələri o qədər maraqlı bir templə dəyişir ki, onun Allaha üsyan etməsi, özü ilə polemikaya girməsi yetərincə maraqlı alınır. O situasiyanı yaşayan adam, həqiqətən də, üsyan etməli idi. Onun birdən-birə fransıza vurulması, daha doğrusu, insani münasibətə qarşı insani reaksiya verməsi də oxucunu inandırır. Amma müəllifin bir qəh­rəman üzərində fokuslanması digər qəhrəmanın – Ramilin daha zəif xarakter kimi alınmasına səbəb olur. Sevdiyi qadın kirlənmiş, düş­mən əlinə düşmüş bir kişinin 20 il müddətində ülvi hisslərlə ya­şamasından söhbət gedir. Amma Aytəkinin 20 il ərzində baş­qaları ilə münasibətdə ola-ola, “Ramilə xəyanət etdim” deyə-deyə özündə yaşatdığı hislərin ifqdəsi daha dəqiqdir. Əsərin başqa uğurlu tərəflərindən biri də iki müəllifin bir-birini əvəzləməsinin yaxşı qurulmasıdır. Oxucu bunu sezmir, vahid bir əsər kimi qəbul edə bilir. Amma qəbul olunmayan süni detallar var ki, bu da romanın detektiv tərəfi ilə bağlıdır. Bizim əməkdaşın gedib orada üç nəfəri öldürməsi, 20 ildən sonra ermənilərin izinə düşməsi, cəzalandırması, ermənilərin bir-birini məhv etməsi və s. Əsərin yaddaqalan əsas surətlərindən biri də Qədim kişidir. Səbri ilə, uzaqgörənliyi ilə seçilən Qədim kişinin xilası bu hadisədə açar rolu oynayır. Çünki Aytəkin haqqında əsas informasiya daşı­yıcısı odur.

“Ümidlərin izi ilə” romanı Şəmil Sadiqin yaradıcılığında əhə­miyyət daşıyan nümunələrdən birincisidir. Onun “Odərlər” romanı isə müəllifin ölkədən kənarda da tanınmasında mühüm rol oynamış, Türkiyədə, daha sonra isə Almaniyada çap edilmişdir. Roman Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl Kəlmə” mükafatına layiq görülmüşdür. “Odərlər” romanının ön sözünü müəllifin özünə ustad hesab etdiyi İsa Mu­ğan­na yazmışdır. “Hüseyn Cavid yaradıcılığında qəhrəmanlıq konsepsiyası” adlı dissertasiya müdafiə edən, filologiya üzrə fəlsəfə elmləri doktoru adını alan yazıçı “Odərlər” əsərində tez-tez Hüseyn Cavidi də yada salır, onun qəhrəmanlarına göndərmələr edir.

Odərlər Dədə Əfəndi deyilən bir ağsaqqal tərəfindən idarə olunur. Dədə Əfəndi türkün dastanı “Kitabi-Dədə Qorqud”dakı Dədə Qorqudun prototipidir. Postmodern estetikada yazılan əsərdə təsadüfi deyil ki, kəşfiyyata yollanan beş qəhrəmanın, beş igidin əsas tapşırıqlarından biri işğal altında olan Şuşa şəhərində Cıdır düzündəki mağaralardan birində gizlədilmiş kitabı, türkün keçmişindən bəhs edən sirli mətni tapıb gətirmək olur. Vətən müharibəsində qazanılan qələbənin yetişməsində bu cür əsərlərin də rolu az olmayıb və “Odərlər”in də zəfər çalmağımızda olan müəyyən payını qeyd etməliyik. Əsər Milli Qəhrəman Mübariz İbrahimova həsr olunub. Elə romanın qəhrəmanları da Mübariz İbrahimov igidliyində, ruhunda olan gənclərdir. Onlar beşi də ölümün gözünə dik baxaraq, qorxmadan, çəkinmədən düşmənin üzərinə gedirlər. Bu igidlərin hər biri üçün ən ali həqiqət vətənə sevgi, vətənə sədaqətdir. Hətta onların arasında dini əqidələri bir-birindən fərqli olanlar da var. Biri qatı dindardır, biri sünni, biri şiədir, digəri deistdir və sair. Ancaq son məqamda onların hər biri üçün hər şeydən üstün vətən, millət sevgisidir, türkçülükdür.

2015-ci ildə müəllifin “Arvadsız kişi” hekayələr kitabı, 2016-ci ildə isə “Yuxu maşını” adlı uzun hekayəsi işıq üzü görmüşdür. “Arvadsız kişi” adlı hekayələır kitabı Şəmil Sadiqi bu dəfə Cəlil Məmmədquluzadə məktəbinin davamçılarından biri kimi üzə çı­xarır və bu nümunələrdəki yumoristik kalorit, yerli məişətlə, düşün­cə tərzi, xarakter və ruhla bağlı spesifik xüsusiyyətlərin dəqiqliklə tutulması və təsvir edilməsi onda olan yaradıcı potensialın fərqli yönünü nümayiş etdirir. Aparılan yaradıcılıq axtarışlarının hər dəfə müəllifi fərqli istiqamətlərə apara bildiyini, fərqli nəticələr ala bildiyini nümayiş etdirir.

Şəmil Sadiq öz ənənəvi mövzularına, inandığı ideyalara yeni əsərlərində də sadiqdir. Müəllifin “Qorqud atanın dedikləri” və “Qara tut ağacı” əsərlərində türk yurdunun, ulusunun fəlsəfəsinə dair bir çox məsələlərə işıq tutulur. Geniş miqyaslı tədqiqat əsəri təsiri bağışlayan “Qorqud atanın dedikləri” kitabındakı hər yazının özünəməxsus ruhu var. Elə bir ruh ki, oxucuyla müəllif arasında səmimi bir bağ yaradır. “Qara tut ağacı” adlı kitabda isə yazıçının hekayələri və esseləri toplanıb. Amma müəllif hekayələrlə esselərin bir-birindən kəskin konturlarla ayrılmasına qarşıdır. Əksinə, kitabında bu konturların itməsinin, esse ilə hekayənin, ədəbiyyatla həyatın iç-içə keçməsinin tərəfdarıdır.

Şəmil Sadiq eyni zamanda bir maarifçidir. Onun “İnsan mühəndisi” adlı kitabı elmi-kütləvi janrda qələmə alınıb. Kitabda müasir təhsilimizin əsaslı problemləri, hazırkı dünyada işlək olan təhsil konseptlərinin analizi, ən yeni tendensiyaların tətbiqi metodları, məktəb-valideyn-şagird üçlüyünün səmərəli əməkdaşlığı, çağımızın şagirdinə yanaşma üsulları və s. məsələlər geniş şəkildə təhlil olunub. “İnsan mühəndisi” kitabı “Bir kitab oxu, bir ağac ək!” sosial mesajı verən xüsusi tərtibatla hazırlanıb. Belə ki, kitabın üz qapağının arxa tərəfinə, həmin kitabın ərsəyə gəlməsində kəsilən bir ağacın əvəzinə yeni ağac əkmək üçün toxum yerləşdirilib. Oxucular həmin toxumu asanlıqla çıxararaq əkə və bu missiyanı tamamlaya bilərlər. Müəllif bu mesajla XXI əsr təhsilinin yetişdirdiyi insanın təbiəti qorumağa borclu olduğuna işarə edir.

Şəmil Sadiqin elm, maarif sahəsinə verdiyi töhfələr arasında “Hədəf Konsepti”  misilsizdir. Vəsait müəllifin 25 illik pedaqoji təcrübələri və dünyadakı innovativ təhsil metodlarının milli təhsilimizə uyğunlaşdırılması əsasında hazırlanıb. Əsas məqsədi milli dəyərlərə söykənərək müasir təfəkkürlü, yeni dövrün tələblərinə cavab verən “Bilgə” insanlar yetişdirmək olan “Hədəf” konseptinin əsas prinsipləri bunlardır: özünüdərk, sağlamlıq, bacarıq, yaradıcılıq, bilik.

Şəmil Sadiq naşir kimi də fəaliyyət göstərir. Belə ki, o, 2008-ci ildə şəxsi təşəbbüsü və səyi nəticəsində “Hədəf Kursları” MMC-ni, 2009-cu ildə Hədəf Nəşrləri MMC-ni, 2020-ci ildə Azərbaycan Nəşriyyatlar Assosiasiyası İctimai Birliyini təsis etmişdir. “Hüseyn Cavid Yaradıcılığında qəhrəman konsepsiyasi” adlı monoqrafiyanın, orta məktəb şagirdləri üçün “Azərbaycan dili”, “Ədəbiyyat”, xaricdə yaşayan azərbaycanlılar və xarici vətəndaşlar üçün “Azərbaycan dilini öyrənirəm” dərs vəsaitlərinin müəllifi, uşaqlar üçün “Dədə Qorqud” və “Azərbaycanımızı tanıyaq” adlı layihələrin ideya müəllifi və redaktoru, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin keçirdiyi “Oxu Günü” layihəsinin təsisçisidir.

2005-ci ildə “İlin ən yaxşı müəllimi” müsabiqəsində iştirak etmiş, “Ədəbiyyatın İnternetlə Tədrisi” mövzusunda açıq dərs verərək ilin ən yaxşı müəllimi adına layiq görülmüşdür. 2006-2007-ci illərdə  Azərbaycan Respublikası Təhsil Nazirliyinin Qiymətləndirmə şöbəsinin Azərbaycan dili üzrə Kurikulum layihəsində milli məsləhətçi kimi fəaliyyət göstərmişdir. 2010-cu ildə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda  “İlin Ən Yaxşı müəllimi” seçilmişdir. 2010-cu ildə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Fənlərin Dostluğu Olimpiadasını, 2014-cü ildə “Anamın kitabı” ədəbi mükafatını təsis etmişdir. “Yuxu maşını” kitabına görə Rusiya Yazıçılar Birliyinin təşkil etdiyi “İlin yazarı-2018” Ədəbiyyat Mükafatına layiq görülüb.

2016-cı ildə təsis edilən “Ustad” ədəbiyyat və sənət dərgisinin layihə rəhbəri və baş redaktorudur. “Ustad” jurnalının əsas məqsədi ədəbiyyatın ölkədə təbliğini təmin etmək, sənət nümunələrini geniş oxucu kütləsinə çatdırmaq, müxtəlif sənət sahələrində öz möhrünü vurmuş, kulta çevrilmiş şəxsləri cəmiyyətə tanıtdırmaqdan ibarətdir.

I Türk İnteqrasiya Olimpiadasının ideya müəllifi və layihə rəhbəridir. Türk İnteqrasiya Olimpiadası Türk dünyası dövlətləri və milli qurumlarının məktəbliləri arasında ilk dəfə keçirilən olimpiadadır.

Bir müddət “Vətən Övladı” qəzetinin redaktoru olmuşdur.  33 elmi-metodik, 8 bədii kitabın, 50-yə qədər elmi məqalənin müəllifi və ya həmmüəllifi, onlarla kitabın redaktoru və rəyçisidir. 2021-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi”  medalı ilə təltif edilmişdir.

Xəbərlər

Azərbaycan yazıçıları niyə xaricdə çap edilmir

Azərbaycan yazıçıları niyə xaricdə çap edilmir

Yaxşı sualdır, yaxşı da cavabları var. Çünki yazıçı, naşir, kitabçı olaraq hamımızı düşündürür. Bir nəfər çıxıb deyəcək ki, heç Azərbaycanda normal çap edilib satılır ki, xaricdən danışırsınız? Etiraf edim, bu da əla sualdır. Bəlkə də, hər şey buradan başlayır elə… Zənn edək ki, bu məsələni həll etmişik, bizi xaric düşündürür. Ona görə də ikinci problemdən başlayım, bəlkə, yazının sonunda buna da gəlib çıxdıq.
Suala sualla cavab verək: “Kim Azərbaycan yazıçısını dünyaya təqdim etdi, təbliğ elədi ki, xarici naşirlər də tanıyıb çap etsinlər?” Bəli, hər şey buradan başlayır. İndi bir-iki yekəqalstuk yazıçımız, ya da yan-yörələrindəki, gələcəyini yanlış olaraq onların quru təşəkkürnamələrinə bağlayan 45+ yaşlı “gənc yazarlar” çıxıb deyəcəklər ki, niyə çap edilmir? Bəs filankəs, filankəs, filankəs… Elə bu başdan bildirim ki, çap olunmur deyəndə kiminsə kitabının hansısa xarici dilə tərcümə edilib şəxsi əlaqələri, haram, halal yolla qazandığı pulu hesabına xahiş-minnətlə çap olunub anbarlarda yatan, ona-buna hədiyyə edilən kitabları nəzərdə tutmuram. Sualım budur ki, niyə hansısa xarici nəşriyyat azərbaycanlı müəllifin əsərinin müəllif hüquqlarını alıb, qonarar ödəyib, kitabını çap edib açıq satışa çıxarmır? Sualımın əsas məğzi budur. Bəli, hazırda belə yazıçılarımızı barmaqla saymaq olar: bir, iki, üç…
Bunun ilk səbəbi Azərbaycan nəşriyyatlarının düz-əməlli inkişaf etməməsi, strategiya və marketinq planının olmamasıdır. Dünya kitab bazarı çox ciddi inkişaf yolu keçib. Biz isə bu yola çox qısa müddətdir, boylanmışıq. Fəaliyyət dövrü iyirmi ili aşan bir-iki yerli nəşriyyatın adını çəkə bilərik, vəssalam. Onların da heç bir ənənəsinin olmadığını, bu sistemin qurulmasında özlərindən sonrakılara heç bir yol göstərməməsini, nümunə olmamasını görürük. İlk dəfə – 2015-ci ildə Frankfurt Kitab Sərgisinə gedəndə gördüm ki, bizim boy göstərən nəşriyyatlarımızın nümayəndələri orada sadəcə kimdənsə, yaxud xarici ölkələrin qrantı hesabına müəlliflik hüququ alıb, azərbaycancaya tərcümə edib satmaqla məşğuldurlar. Düzdür, çox vacib məsələdir, amma bunda da geridəyik. Son beş ilə qədər (o zaman Azərbaycan Nəşriyyatları Assosiasiyası (ANAİB) hələ yaranmamışdı) bir nəşriyyat görmədim ki, hansısa yerli müəllifin əsərlərini ingilis dilində kataloqlaşdırıb başqa ölkələrə təklif etsin. Demək olar, yox dərəcəsində idi. Xarici sərgilərdə dövlət hesabına qurulan stendlərdə hələ də bu ənənə yoxdur.
Gənc müəlliflərimizin, lap elə klasssiklərimizin, xarici nəşriyyatları maraqlandıracaq yazıçılarımızın yer aldığı hansısa vahid kataloq yoxdur. Bunu kim etməli idi?
Birinci növbədə, aidiyyəti qurumlarımız, sonra nəşriyyatlarımız və nəhayət, müəllif hüquqları agentliklərimiz.
Yenə sonuncudan başlayıram, sizcə, Azərbaycanda özəl müəllif hüquqları agentlikləri varmı, Azərbaycan yazıçılarının, rəssamlarının, bəstəkarlarının beyin məhsullarını xarici təşkilatlara təqdim edib, satıb həm özünə, həm də müəllifinə gəlir cəlb edə bilsin? Qısaca cavab: “Yoxdur!” Bu işi ya agentliklər edə bilər, ya da nəşriyyatlar. Nəşriyyatlarımızda ona görə yoxdur ki, bu sektor inkişaf etməyib, etdirilməyib, o əməkdaşı saxlayacaq güc və motivasiya yetərli deyil.
Nəşriyyatlarımız ya o gücdə olmayıb ki, müəlliflərlə müqavilə bağlasın, onların əsərini alsın, qonarar versin, çap etsin, hətta onu dünya bazarına çıxarsın, ya da buna heç marağı da olmayıb. Çünki burada ciddi gəlir yoxdur, milli təəssübkeşlik də cib doldurmur axı. Azdan-çoxdan gözə görünən müəlliflərimiz isə çırpınır, çabalayır. Aralarında bir-iki nəfərin bəxti gətirib, tale üzünə gülüb, ölkədə az-maz tanınır, oxunur ki, bu da heç bir halda kifayət deyil. On milyonluq ölkədə əsəri beş min tiraj satılan maksimum üç müəllif adı çəkə bilərik. Vəssalam. O da özlərinin hesabına. Özlərini təbliğ edərək, təqdim edərək, döyüşərək. Yenə deyirəm, tiraj sayı deyəndə öz məmur dostlarının, şəxsi imicinin hesabına hansısa dövlət qurumuna satmağı, təqdim etməyi nəzərdə tutmuram. Ondan danışıram ki, kitabı nəşriyyat çap edir, bazara çıxarır və təbii yolla formalaşmış oxucular alıb oxuyur.
Görəsən, nəşriyyatlarımız bu işi niyə təşkil edə bilmir? Çünki ölkəmizdə mütaliə səviyyəsi çox aşağıdır, kitaba maraq məktəblilərdən başlayaraq yuxarı yaş qruplarına qədər ürəkaçan səviyyədə deyil. Ona görə də naşir hələ Biləcəridən o tərəfə keçə bilmir, sözügedən problemlərlə əlləşir. Buradakı məsələni həll etməmiş boylanıb sərhədin o tərəfinə baxa bilmir. Niyə mütaliə səviyyəsi aşağıdır? Çünki dövlət kitabxanalarında klassiklərdən başqa – 80-ci illərdən bu tərəfə formalaşan müəlliflərin əsərləri yoxdur. Niyə yoxdur? Çünki dövlətin kitab sahəsinə ayırdığı pullar göyə sovrulub, bu sahəyə ciddi yanaşılmayıb, kitabxanalar, kitab mağazaları bağlanıb. Bunun da müqabilində müəlliflər ya formalaşmayıb, ya da yazdıqlarını oradan-buradan tapdıqları kiçik məbləğlə çap edib öz əhatələrinə, dost-tanışlarına hədiyyə ediblər. Bu da ona gətirib çıxarıb ki, yazıçılıq, naşirlik, kitabçılıq sənayesi fomalaşmayıb. Ona görə də başqa nəticə gözləməyə dəyməz.
İkincisi, Azərbaycan ədəbiyyatının xaricdə tanıdılması üçün hələ də hansısa dövlət fondu yoxdur ki, bu işi üzərinə götürsün, sözügedən sahədə fəaliyyət göstərsin, strategiya qursun, təbliğat-təşviqat işi ilə məşğul olsun. Uzun illər əvvəl çoxbilmiş məmurlarımız bu adla Türkiyədə nəşriyyat təsis etdirdi. Özü də, tanış-tunuş, qohum-əqraba əli ilə. Sonra başladılar, bir neçə gənc yazıçının əsərlərini türk dilində çap etdirməyə. Axırı da heç nə… Buradan pul silindi, bir-iki rəsmi tədbirdə ortaya qoyub başına fırlandıq, alqış dedik, boy boyladıq, soy soyladıq, bir neçə universitetin, tədqiqat mərkəzinin kitabxanasına hədiyyə etdik, vəssalam.
On beş ildən çoxdur, bu işlə məşğulam, Türkiyədəki bircə kitab mağazasında azərbaycanlı müəllifin əsərinin satıldığını görməmişəm. Olmazdı ki, ədəbiyyata dəstək fondu yaradılsın, nəşrlər xarici naşirlərə təqdim edilsin? Bunun üçün yeni nəsə icad etməyə ehtiyac yoxdur. Əksər ölkələrdə belə fondlar var. “Vikipediya”dan götürdüyüm Türkiyə nümunəsini azərbaycancaya tərcümə etmədən – olduğu kimi bura yerləşdirirəm:
“TEDA nedir?

Türkiye Cumhuriyeti Kültür ve Turizm Bakanlığınca yürütülen ve kısa adı TEDA olan “Kültür ve Turizm Bakanlığı Türk Kültür, Sanat ve Edebiyat Eserlerinin Dışa Açılımını Destekleme Projesi”; Türk kültür, sanat ve edebiyatıyla ilgili Türkçede veya başka bir dilde yayımlanmış eserlerin, çeviri ve yayım marifetiyle yurt dışında tanıtılmasını sağlamak için yurt dışında veya yurt içinde faaliyet gösteren yayıncılara teşvik veren bir çeviri, yayım ve tanıtım destek programıdır.
2005 yılında başlatılan TEDA Projesi, Türkiye’nin kültürel ve edebi birikimini yabancı okurlara kendi dillerinde okuma olanağı sunar. Böylelikle Türk yazarların eserlerinin uluslararası kitap pazarlarında görünürlüğü desteklenmiş olmaktadır.
Bakanlıkça yürütülen TEDA Projesi ile Türk edebiyatının dünya çapında dolaşımını desteklemek amacıyla TEDA Danışma ve Değerlendirme Kurulunca uygun görülen başvurular desteklenmektedir”.
Yaxşı, bəs bizdə bu işi kim görməli idi? Ya Mədəniyyət Nazirliyi, ya da Azərbaycan Dövlət Tərcümə Mərkəzi. Halbuki Tərcümə Mərkəzinin fəaliyyət istiqamətlərindən biri də “Azərbaycan ədəbiyyatının beynəlxalq aləmdə, xarici ədəbiyyatların Azərbaycanda tanıdılması və təbliği işinin həyata keçirilməsi”dir. Amma biz bu qurumlardan hansınınsa bu sahə ilə məşğul olduğunu görmürük.
Tarixində ilk dəfə olaraq Türkiyədə keçirilən TÜYAP Kitab Sərgisində bu il qonaq ölkə Azərbaycan olacaq. İndiyə qədər heç bir kitab sərgisində qonaq ölkə olmamışıq. Bu ilkdir. Bu sərgidə Mədəniyyət Nazirliyinin dəstəyi ilə 15, öz imkanları hesabına 10 nəşriyyat – 30 nəfərdən çox yazıçı, şair, ziyalı 2 – 4 noyabr tarixlərində Türkiyədə səfərdə olacaqlar. Kitab sahəsi ilə məşğul olan belə geniş heyətlə ilk dəfə xarici sərgidə iştirak edəcəyik. Daha bir ilk o olacaq ki, sözügedən sərgidə əksəriyyəti dövlət sifarişləri ilə işləyən mətbəələr, dövlət mükafatlarının kölgəsində gəzişən müəlliflər yox, öz ayaqları üstə durmağa çalışan nəşriyyatlar, yazıçılar iştirak edəcəklər. Çox sevindirici haldır. Bir neçə gün əvvəl mədəniyyət nazirinin müavini Fərid Cəfərov səfər proqramı ilə tanışlıq və təqdimat üçün nümayəndə heyətini qəbul etdi, xeyli müzakirə apardıq. Nəyi necə edəcəyimizlə bağlı xeyli danışdıq. Naşirlərin haqlı-haqsız irad və şikayətləri dinlənildi. Amma o qədər işi keçən illərdə görməli idik, görməmişik, indi tökülüb üst-üstə, altından çıxmaq uzun müddət tələb edir. Buna görə adamın nə nazirliyin indiki komandasını qınamağa dili gəlir, nə də naşirləri. Amma yenə ümidvericidir ki, hər görülən iş yandırılan çıraqdır. Ümid edirəm, nazirliyin yandırdığı bu çıraq sönməyəcək, alovlanacaq, alovlanacaq və dünyaya işıq salacaq.
Bir məsələni də qeyd edim ki, 2021-ci ildə yaradılan ANAİB-in 27 üzvü var, onlardan da 20 nəşriyyat bu sərgidə iştirak edəcək. 10 naşir dövlət, 10 nəfər naşir öz hesabına. Bundan əlavə, birliyə üzv olmayan 5 naşir də dövlət hesabına iştirak edəcək. Böyük hadisədir; 25 naşir dünyaca məşhur sərgiyə qatılır. Ən azından bəhsə-bəhs yaxşı bir işin qulpundan yapışmaq imkanı olacağına ümid edirəm. Güman edirəm ki, naşirlərimiz menecerlik bacarıqlarını ortaya qoyacaq, hərəsi, heç olmasa, beş azərbaycanlı müəllifi qardaş türk naşirlərinə təqdim edəcək, satışına nail ola biləcək. ANAİB heyəti olaraq artıq bir neçə ildir, bu sahədə çalışır, sərgilərdə qarşımıza bu məqsədi qoyuruq. Bunun üçün nəşriyyatlar müəlliflərə, müəlliflər naşirlərə inanmalı, aralarında razılıq olmalı, xaricdə tanınmaq üçün bir-birilərinə etibar etməlidirlər. Son bir neçə ildə çox az naşir xarici həmkarına müəlliflik hüququ satmağa nail olub. Bu kiçik də olsa, uğurdur. Hansısa xarici ədəbiyyatı çap edən naşir ilk olaraq o kitabın satılmasında maraqlıdır; bu da həmin kitabın təbliğinə yol açır.
Görüşdə bu məsələ ilə bağlı nazirliyə təklif etdim ki, heç olmasa, otuz kitabın xaricdə çapı üçün müəyyən büdcə ayrılsın, türk naşirlər bu kitabları alıb çap edə, təbliğatı ilə məşğul ola bilsinlər. Heç olmasa, ədəbiyyatımızı Türkiyədə tanıda bilək. Ümid edirəm, qonaq ölkə kimi fondumuzun yaradılacağı günə qədər son zamanlar bu sahəyə xüsusi diqqət ayıran Mədəniyyət Nazirliyi dəstək verə biləcək.
Sonda onu da qeyd edim ki, kitab ümummilli məsələdir, bu, təkcə özəl sektorun ümidinə buraxılmamalı, həm maddi, həm də mənəvi cəhətdən dövlətimizin resursları ilə dəstək görməlidir. Tez-tez deyilir ki, bu biznesdir, dövlət buna niyə dəstək olmalıdır, gedin, özünüz çalışın-vuruşun. Haqlı söz olsa da, düzgün yanaşma hesab etmirəm. Kitab, mədəniyyət birbaşa dövlət dəstəyinə həmişə ehtiyac duyub və duyacaq da. Onun üçün də güclü və böyük mədəniyyətə sahib ölkəmizi sadəcə mədəniyyətimizlə təbliğ edə bilərik. Burada isə sən, mən yox, biz olmalıdır.
P.S. Bu qədər etiraz, şikayət, giley-güzar yazdığım üçün qınana bilərəm: “Sən kimə nə məsləhət verirsən?” – deyənlərə öncədən şəxsimin və sahibi olduğum şirkətin gördüyü bir neçə işi xatırladım. XAN Nəşriyyatı İsa Muğannanın, Əzizə Cəfərzadənin, Rüstəm Behrudinin, Salam Qədirzadənin, müasir yazıçılardan Əziz Yaqubzadənin, Tamerlan İsmayılzadənin, Elayın, Xəyalə Muradın və özümün bir neçə əsəri yer alan ingiliscə kataloq hazırlayıb, İstanbul, Şarja, Frankfurt kitab sərgilərində xarici nəşriyyatlara təqdim edib. Bu il keçirilən Frankfurt Sərgisi üçün Məhəmməd Füzulinin 530 illyinə həsr edilmiş kiçik kitabçanı 300 tirajla çap edib sərgi iştirakçılarına hədiyyə etmişik. Hər dəfə xarici sərgilərə bu məqsədlə gedir, dostlarımızı şəxsən maarifləndirməyə çalışıram. Sərçənin daşıdığı su kimi olsa da, hələlik bacardığımız və gücümüz çatan budur.

Şəmil SADİQ,
Filologiya üzrə fəlsəfə doktoru, dosent

Hekayə Xəbərlər

Peşəsinin ustadı və fəhləsi…

Deyirlər ki, Qulu Məhərrəmlinin 70 yaşı olur. Düzü, mən inanmıram, siz də inanmayın. Qulu müəllimin sözü də, özü də həmişə cavandır. Uzun illərdir ki, şəxsi tanışlığımız var, amma Azərbaycan mətbuatı, ədəbiyyatı, elmi, mədəniyyəti onu çoxdan tanıyır. Ən azı yarım əsrdir, bunu deyəndə fikirləşirəm ki, axı o gəncdir. Necə olur ki, onun bir əsrə yaxın yaşı var. Elə məsələ də burasındadır ki, ustadlar heç zaman qocalmır. Hər zaman dövrünün gənci olur. Çünki həmişə yeni fikir, yeni ideya, yeni vizyon sərgiləyə bilirlər. İnsanlar iki cür yaşlanır, biri sadəcə təqvimdə, biri də cisimdə, ağılda. Qulu müəllim təqvimdə yaşlananlardır. Çağı heç vaxt bitməyənlərdəndir o…
Həmişə gənclərin yanında görürük, harda gənclik var, orda Qulu müəllim var. Aramızda 25 yaşa qədər fərq var, məhz bundan öncəki cümləni yazanda “Harda gənclik var, orda Qulu var” yazdım, sonradan redaktə etdim. Çünki bu münasibəti özü yaradıb. Onu tanıyanların hamısı elə bilir ki, Qulu müəllim onun sinif yoldaşıdır, məhəllə uşağıdır.
Qulu müəllim fikirləri qocalmayan adamdır. Onunla söhbət edəndə, müzakirələr aparanda heç vaxt heç kim deyə bilməz ki, onun yanında özünü biliksiz, təcrübəsiz hiss edirəm. Çünki o uzun ömrün təcrübəsi və zəngin biliyi ilə qarşısındakını sındırmaz, onun anlayacağı dildə, onun eşidəcəyi tərzdə danışar. Sadə, rəvan, obrazlı, amma baməzə söhbətlərini eşitmək adamı motivasiya edir, həvəsləndirir.
Filososf şairimiz Hüseyn Cavid deyirdi: “Mən fəqət hüsnü-xuda şairiyəm, yerə enməm də səma şairiyəm”, Mikayıl Müşfiq isə deyirdi “Göyə uçmam da zəmin şairiyəm”. Bu iki möhtəşəm fikri birləşdirsək, Qulu müəllimdə ifadəsini görə bilirik. Çünki Qulu müəllim səma düşüncəli, zəmin təcrübəli adamdır. Öz peşəsinin həm ustasıdır, həm də fəhləsi. Məhz buna görə Qulu müəllim sevilir, sayılır, yuxarı başa çəkilir. Çünki buna sonuna qədər layiqdir.
Sadəlik onun həyat tərzidir, amma sadəlövhlük yox. Arada düşünürsən ki, bu adamın işi-gücü yoxdur, bütün gənclərin tədbirlərində, təqdimatlarında iştirak edir, çıxışlar edir, yazılar yazır. Sanki hər kəsə yetməyə çalışır. Amma sonra görürsən ki, Qulu müəllimin əsərləri çap edilir, universitetdə tələbələrlədir, elmi yazılar yazır…
Qulu müəllimin gəncliyini, zəhmətkeşliyini görmək istəsəniz, onun sosial şəbəkədəki fəaliyyəti ilə tanış olun deyərdim.

Təbrik edirəm, ustad, sizə can sağlığı, sevgi dolu uzun ömür arzu edirəm!

Xəbərlər

Azərbaycanın ilk dəfə “fəxri qonaq ölkə” olduğu 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisinin açılışı keçirilib

Azərbaycanın ilk dəfə “fəxri qonaq ölkə” olduğu 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisinin açılışı keçirilib
Noyabrın 2-də 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisinin açılışı keçirilib.
“Uşaqlıq şənlikdir” şüarı altında TÜYAP kompleksində təşkil olunan sərgi bu il ölkəmiz üçün xüsusilə əlamətdardır. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan ilk dəfə sərgidə “fəxri qonaq ölkə” qismində iştirak edir.
Sərginin açılışında İstanbul valisi Davud Gül, Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərov, İstanbul Böyükşəhər Bələdiyyəsinin başqanı Ekrem İmamoğlu, TÜRKSOY-un baş katibi Sultan Raev, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Kitabxanalar və Nəşriyyatlar Baş İdarəsinin rəhbəri Taner Bəyoğlu, Türkiyə Yayınçılar Birliyinin sədri Kenan Kocatürk, Azərbaycan Yazıçılar Birliyi sədrinin birinci müavini Xalq yazçısı Çingiz Abdullayev, Xalq yazıçısı Elçin, eləcə də ölkəmizdən və Türkiyədən tanınmış və gənc yazarlar iştirak ediblər.
TÜYAP Sərgi Kompleksinin rəhbərliyindən İlhan Ersözlü çıxış edərək 41-ci İstanbul sərgisi münasibətilə təbriklərini çatdırıb.
İstanbul Böyükşəhər Bələdiyyəsinin başqanı Ekrem İmamoğlu, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Kitabxanalar və Nəşriyyatlar Baş İdarəsinin rəhbəri Taner Beyoğlu, Türkiyə Yayınçılar Birliyinin sədri Kenan Kocatürk, İstanbul valisi Davud Gül, sərginin “fəxri yazarı” Yalvaç Ural və başqaları çıxış edib, sərginin əhəmiyyətini vurğulayıb.
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, belə bir nüfuzlu sərginin “fəxri qonaq ölkə”si olmaqdan məmnunluq duyduqlarını diqqətə çatdırıb. Sərgi haqqında məlumat verərək Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə təşəkürünü bildirib, sərginin işinə uğurlar arzulayıb.
Daha sonra tədbir iştirakçıları sərgi məkanında Azərbaycan stendinin açılışında iştirak ediblər. Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizin böyük stendi qurulub.
Stenddə Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinə üzv 20- dən çox nəşriyyatın ümumilikdə 2000-dən çox nümunəsi də yer alır. Birliyin sədri Şəmil Sadiq naşirlərlə birlikdə sərgi ziyarətçilərini qəbul edərək ədəbi müzakirələr keçirib, imzalı kitablarını hədiyyə edib. Müəllifin “Od Erler” romanı sərgi ziyarətçiləri tərəfindən xüsusi maraqla qarşılanıb.