Aylıq arxivlər

İyul 2023

Ustad Dərgisi

Qəzetbaz

(“Ustad” dərgisi, 18-ci say)

Uzun illərdi gömrükdə işləyirəm. Hər gün başıma yüz cür maraqlı hadisə gəlir. Bu gün eşitdiyim hadisəysə məni xeyli düşündürdü. Üstəlik, gülməkdən uğunub getmişəm. Deməli…

İllərdi vətəndən uzaqda olan dostum Bakıya gəlmiş, mənə də adını ilk dəfə duyduğum təmtəraqlı bir içki gətirmişidi. İçki aludəçiliyim olmasa da, Allah şahiddir ki, içki məclislərində kimsə mənimlə sona qədər otura bilməz. Bir də fürsət düşdükcə fərqli içkilərin dadına baxmağı sevirəm. Hər gün gömrükdən o yan-bu yana şütüyən dostlarım xasiyyətimə bələddi: onlara elədiyim yaxşılıqların əvəzini bircə yolla verə bilərlər – mənə heç tanımadığım yeni bir içki hədiyyə etməklə.

İnanın, axırıncı dəfə dilimə nə vaxt araq dəyib, xatırlamıram. Avropaya, Türkiyəyə gedib-gələn dostlarım çox olduğuyçün viski, likör, şərab, martini, cintonik kimi nemətlərlə keçirirəm mey güzəranımı. Bu məqamda haşiyəyə gərək duyuram – məqsədim sizə içkini təbliğ eləmək deyil. Əsla və əsla. Şükr yaradana ki, məhərrəmlik və səfər aylarında bir müsəlman kimi bu şeytan əməlindən uzaq oluram. Yasımı tutub bitirəndən sonra ürəyiməyatan məclislər olanda özümçün bala-bala gillədirəm. Bir də hərdən kefim yaxşı olanda bir-iki qədəh vurub istirahət edirəm. Bu gün də elə həmin sevda ilə evə gedirəm. Çünki uzun illər Dubayda yaşayan bir dostum nəhayət ki, vətənə dönüb və mənə tekila adlı qəribə bir araq gətirib. Dediyinə görə, məni iki qədəhdə aşırdacaq. Hətta möhkəm-möhkəm tapşırdı: “Az iç haa! Bu özəl nemətdi!” Ağzı sulana-sulana izah elədi ki, zavod malı deyil, onunçün xüsusi göndərilib. Başa düşdüyüm qədəriylə “damaşnıy” tekilaymış. Rənginə görə arağa bənzəyən bu içkini o qədər təriflədi ki, sanasan hər damlası quş südüdü. Əlqərəz, bu içki məsələsini qoyaq bir kənara, sizə dostumun bu gün nağıl elədiyi əhvalatı danışım. Etiraz eləmirsizsə, fürsət düşdükcə arada da yüz-yüz vurum.

Evə girən kimi arvadımın parıldayan gözlərindən öpüb dedim:

– Qəşəng bir yemək hazırla möcüzəli bir içki gətirmişəm. Onun dadına baxacam.

Kompüteri də açıb dostumun danışdığı əhvalatı sizə nəql eləməkçün hazır vəziyyətə gətirirəm. Bir yazıçı dostum kimi əvvəlcə düşündüm əhvalata ad qoyum. İlk ağlıma gələn “Vətənpərvər” oldu, vaz keçdim. Posmodernistlər bəyənməyəcək, pafoslu addı deyəcəklər. Haqq qazandırıram. Bəlkə “Pomidor” olsun? Yox, məncə, bu da qətiyyən diqqətçəkici ad deyil. Yaxşısı budur hekayəni yazım, adını sonra qoyarıq…

Mən ad get-gəllərindəykən arvad süfrəni urvatlı şəkildə bəzəmişdi. Oturub masadakı naz-nemətə tamaşa eləməkçün iki göz lazımıydı. Mənim gözlərimsə tekilaya baxırdı – məhəbbətlə, şövqlə, xoşbəxtcəsinə. Əlim əsə-əsə bir əllilik süzüb, zəhər içirmiş kimi qorxa-qorxa içəri yolladım. Söhbətin şirin yerində dostumun səsi hardansa peyda oldu:

– Yüz bəsindi!

Qanım bir az qaraldı. Bir-iki tikə də yarpaq dolmasından yeyib yazmağa başladım.

Hə… Dostum (tekilanı hədiyyə edən) bir vaxtlar Azərbaycanda yaxşı bir vəzifədəymiş. Bir xeyli var-dövlət sahibi olandan sonra bunun qara-qura işlərinin üstü açılır və atırlar içəri. Yuxarılarda adamı olduğuyçün çox keçməmiş təzədən buraxırlar. Tapşırırlar ki, yığdıqlarını götür, bir müddətlik ölkədən yoxa çıx. Çaşarsan, kiminsə gözünə dəyərsən, bil ki, sonrası bizlik deyil. Yedikləri burnundan gəlməmiş, tələm-tələsik çantasını yığıb, ailəsi ilə sağollaşıb Dubaya gedir. O, vəzifədə olanda hələ biz tanış deyildik. Onunla tanışlığımız bir vəzifəli şəxsin mənə zəng edib bu adamı yola salmağımı xahiş eləməsindən sonra başlamışdı. Dilli-dilavər olduğuyçün qısa müddətdə söhbətimiz alınmışdı. Hava limanında olduğumuz bir-iki saat müddətində aramızda daha da səmimi münasibət yarandı. Onun dilindən eşitdiyimçün taleyinə acımışdım da. Adam deyirdi ki, bir vicdansıza görə elimdən, obamdan, ailəmdən didərgin düşürəm. “Vicdansız” deyəndə, onun zibil işlərinin üstünü açan adamı nəzərdə tuturdu. Həmin adamın qarasıyca hədə də biçirdi ki, bəs, başına oyun gətirəcəm. Özünü belə mələk kimi qələmə verməyə çalışanda lap əsəbiləşirdim. Beləcə, onun halından xəbərdar olmuş, ailə-uşağından ayrılma məcburiyətinə görə ürəyim də ağrımışdı. Yola salmışdım. Sonradan təşəkkürçün Dubaydan mənə qəşəng bir telefon alıb göndərmişdi. Bu da sonrakı dostluğumuzu davam etdirimiş, ara-sıra votsapla yazışır, feysbukda “layklaşırdıq”.

Bayaqdan yazıram, amma bu tekilanın təsirini hiss eləməmişəm. Yoldaşım da məhəbbətlə mənə baxır, hərdən uşaqlara “susun” deyirdi. Klaviaturadan əlimi çəkib bir əlli də vurdum. Sonra dedim:

– Arvad, qoyma ha çox içim! Deyirlər, bu yaman tez kefləndirir.

Mənə elə gəldi ki, içəndə kompotaoxşar bir tam hiss elədim. Bəlkə də yanılıram. Guya pəncərədən baxmaqçün ayağa qalxdım. Məqsədim durumumun necə olduğunu müəyyənləşdirməkdi. Heç nə hiss eləmədim. Dedim, yəqin, gec elər, güc elər. Ona görə də yaxşısı, yazını davam edim.

Harda qalmışdıq? Hə, onunla virtual dostluqdan. Tanışlığımızdan bir neçə il keçmişdi. Günlərin bir günü dostumdan mənə mesaj gəldi:

– Qardaş, səndən bir xahiş edim. Mənə Azərbaycan dilində bir az qəzet göndərə bilərəsən? Nə qədər çox göndərsən, başının ucalığıdır. Bir dənə də olsun Azərbaycan dilində nəsə oxuya bilmirəm. İlan qurbağa yazıları görməkdən bezmişəm artıq.

Deyim sizə, bu mesajı oxuyanda ağlamışdım. Qabağıma keçən hər kəsə danışırdım. Vətən həsrətinin necə ağrılı olduğunu dostumun o iki cümləsində hiss eləmişdim. Təsəvvür eləyin, qulağın ana dilini eşitməsin, gözün canı-qanı bir olan türk qardaşını görməsin, əlin torpağına, daşına toxunmasın… Bundan ağır nə ola bilər ki? Burda yadıma başqa bir dostumun da danışdığı hadisə düşür, siz allah, səbriniz olsun. Bəlkə də, haşiyələrim sizi bezdirəcək, amma inanın axırda bunun sonun eşitməyə dəyəcək. Bu arada deyim ki, hələ də keflənməmişəm, canımda heç bir istilik-filan da yoxdu. Tələsik birini də içim, deyirəm… müəmmalı bir tamdır, heç məsləhət görmürəm.

Dostum deyirdi ki, ay Esyar, bu ana dili bir başqa şeydi. Bir dəfə Rusiyada taksi şöferinin pulun kəsmək istədim. Sən demə, o da azərbaycanlıymış. Azərbaycan dilində anamı elə qəşəng söydü ki, ürəyimə yağ kimi yayıldı. Neçə ildi orda oxuyurdum, bir dənə də olsun azərbaycanlı ilə tanış deyildim. Deyirlər ha, burnumun ucu göynəyir, mənim də qulağımın içi göynəyirdi ana dilim üçün. Qardaşın söyüşü həmin an mənə lay-lay kimi gəlmişdi. Doğma dil belə gözəldir. Bunun qədrini bilin, çünki ürəyinizdən gəldiyi kimi danışırsız, deyirsiz, gülürsüz…

O mesajı oxuyanda Rusiyadan yeni gələn dostum Ozanın bu fikirləri yadıma düşmüşdü. Ona görə də dostumun bu həsrətini söndürmək üçün həmin gün 30-a yaxın qəzet alıb ona göndərdim. Üstündə də yazdım ki, “Millətini unutmayan qardaşlara sayğılarla…”

Qoyun birində içim ee, deyəsən, bu zəhrimardan bir səs-soraq yoxdu.

Həəə, onu deyirdim axı, qəzetləri göndərim, dostum da hər iki-üç aydan bir qəzet istəyir, mənsə çamadan-çamadan yollayırdım. Beləcə, üstündən 4-5 il keçdi. Bizim bu qəzet məhəbbətimiz davam edirdi. Hətta bir dəfə kitab da göndərdim. Amma dostum dedi ki, qardaş kitab yaxşı deyil, mən istəyirəm elimin, dilimin gündəlik həyatını oxuyum. Palaz-palaz qəzet də olsa, lazımsız məlumat da olsa, hərəsini bəlkə də 3-4 dəfə oxuyuram. Bu neçə ildə bəlkə yüz adama dostumun vətənpərvərliyindən danışıb, kövrəltmişəm.

Artıq dostum Bakıya qayıdıb, neçə gündür zəng edir ki, gəl, görüşək, sənin əmanətin var. Bu gün də görüşdük, dərdləşdik, keçən günlərdən danışdıq. Elə tekilanı da onda verdi. Tekila demişkən bu “damaşnıy” tekila heç nə eləmir axı.

– Ay canım gözüm, ordan böyük stəkan ver, deyəsən, bu su imiş.

Arvad da cavabında bir az deyinib, stəkanı gətirdi. Töküb çəkdim başıma və düşündüm ki, bu dəqiqə mədəm partlayacaq, heç olmasa meyxoş olacam. Vallah, heç nə hiss eləmirəm. “Cəhənnəmi ki” – deyib butulkanı başıma çəkdim və yaza-yaza yıxılıb yatacağımı düşündüm.

Keflənməyimi gözləmək öz yerində, sizə söhbətimizin davamını danışım. Deməli, kefimizin yaxşı yerində özümdən asılı olmayraq, qəfildən dedim, yekə kişisən, o qəzetləri neynirdin elə. Əslində, cavabını bilirdim, amma nədənsə söz olsun deyə soruşdum və soruşduğuma da bir az utandım. Yersiz sual olduğunu düşünüb, söhbəti dəyişmək istəyirdim ki, dostum gülüb, o tərəf, bu tərəfə bic-bic baxandan sonra dedi ki, qardaş soruşdunsa, düzünü deyəcəm. Deməli, bir neçə ay Dubaydan yığdıqlarımı yeyib dağıdandan sonra düşündüm ki, burda nə qədər qalacağımı bilmirəm. Bir işdən zaddan tapmaq lazımdır. Nə dil bilirəm, nə də bir iş əlimdən gəlir deyə düşünürdüm, bir məclisdə azərbaycanlılardan biri dedi ki, bu gün Vətəndən pomidor gəlib. Əl çantasından qəzetə bükülmüş 3 dənə pomidor çıxartdı. Diqqətimi qəzetin Azərbaycan dilində olması çəkdi. Və beləcə ağlıma gələn ideya ilə işə başladım. Sənin göndərdiyin qəzetlərə ordan pomidor alıb bükür, orda vətəndən iş-güc dalınca gələn azərbaycanlılara “vətən pomidoru” satmağa başladım. Bunu deyib, elə xısın-xısın iyrənc şəkildə gülürdü ki… O anda özümü sevgilisinin xəyanətinə uğramış sadəlövh kənd uşağı kimi hiss elədim. Qanım beynimə vurdu. Əsəbiləşməyimi hiss etməyən bu bədheybət duyğu ticarətçisiysə susmurdu:

– Qarabağ qaçqınlarına pomidorları “Qarabağ pomidoru” adıyla sırıyırdım. Guya bir gürcü dostum erməni dostuna xahiş edib, Şuşadan gətizdirirmiş.

Onun bu söhbətindən sonra dayanmayıb uzaqlaşdım. “Uşaqda fərasətə bax” düşüncəsiylə evə gəldim. Əhvalat beləydi.

Sizi bilmirəm, bu söhbətdən sonra dəm olmusuz, ya yox, bu tekila bitdi, ancaq mən hələ də heç nə hiss eləmirəm. Siz sağ və salamat, mənsə gözləyim, görüm bu mey mələkləri nə vaxt zühur edəcək…

 

Ustad Dərgisi

DONMUŞ İLHAM PƏRİSİ

(“Ustad” dərgisi, 17-ci say)

Gecənin bir aləmi idi. Yerimə həmişəkindən tez girsəm də, yata bilmirdim. Yatağımın içində fırlana-fırlana qalmışdım. O qədər fırlanmışdım ki, artıq qulaqlarım da od tutub yanırdı. Elə gözümü yumub yatmaq istəyirdim ki, ilançayan fikirlər, düşüncələr başıma doluşur, rahatlanmağıma bilmərrə imkan vermirdi. Gah yadıma yeni yazmaq istədiyim romanın taleyi düşür, gah da ağlıma maraqlı sujetlər gəlirdi.

– Əşşi, bu nədir ee, görəsən, nə vaxt gedəcəyəm yuxuya, – deyib yorğanı başıma çəkdim. Bu dəm də yeni bir məqalə ideyası məni girinc etməyə başladı. – İlahi, bu nə gündür mən yaşayıram? Axı sabah gərək tez duram, çıxış etmək üçün konfransa hazırlaşmalıyam. Bu nədir belə? – deyib ayağa qalxaraq mətbəxə yollandım. Gözümə sataşan ilk əşya uşaqların divanın üstündə qoyduğu qələm oldu. Fikir vermədim, bir alma götürüb həyətə çıxdım ki, bəlkə, təmiz hava alam, bir az yuxu gətirə mənə. Amma nə fayda? Heç xeyri olmadı. Bir dəli şeytan deyir ki, aç kompüteri, başla yarım qalan işlərini görməyə, sonra nəsə, kimsə dəli şeytanın qulağına bir şeylər pıçıldadı və beləcə o, asanlıqla olmasa da, məndən əl çəkdi.

Geri qayıdıb yenidən yerimə girdim, telefonu götürüb internet səhifələrində qurcalanaraq vaxt keçirmək istəsəm də, özümə qoyduğum qadağa ucbatından bu fikirdən də əl çəkməli oldum. Nəsə… Məni narahat edən hekayə, məqalə, roman haqqında düşüncələri unudub,yenidən yatmaq istədim.

Həmişəkindən fərqli olaraq, bugün baş verənləri heç yada salmaq istəmirdim. Heç nə olmamış kimi uzanmışdım. Bu gün yersiz olaraq xətrinə dəydiyim dostlarımdan biri heç yadıma da düşmürdü. Heç özümü sorğu-sual edib məzəmmət də etmək istəmirdim.

Mən sadəcə üstümə hücum çəkən ideyaları iti qovan kimi beynimdən qovub, rahatca yaşamaq və səhər yuxudan rahatca, yəni adam kimi oyanmaq istəyirdim. Elə buna görə də sadəcə gözlərimi bərk-bərk sıxır, fikirləri beynimdən qovurdum… Amma alınmırdı… Əsəbiləşib, bir neçə gün öncə həkimdən aldığım yuxu dərmanını əlimə aldım. İçməmək üçün, sanki iradəmlə əlbəyaxa çəkişirdik. Qəfildən ürəyimdən keçdi ki, bundan elə beş-altısını birdən atım və birdəfəlik yatım. Axı həkim demişdi ki, ehtiyatlı ol; dörd-beş dənəsi adamı öldürə bilər. Nə isə… Bu fikri də həmin dəqiqə beynimdən rədd edir, bir dənəsini çıxarıb iki yerə bölərək atır və yuxunun gəlməsini gözləyirəm. Yuxu da, sanki bir ay parçası kimi gözəl olub, özünü qoyub naza. Elə naz-qəmzə ilə gəlir ki, adamın lap ürəyi çəkilir. Həsrəti də adamı elə dəli-divanə edib ki, görən kimi sarılıb, həmin andaca vüsala çatmaq istəyirsən.

Elə bu an qəfildən bir seir gəlir ağlıma. “Yazmayacam”, – deyib, üzümü o yana çevirirəm.

Beləcə, çox keçmir ki, ağlıma gələnlərin hamısını rədd edib, vicdanımın səsini eşitmədən insan övladının icadı ilə özümü yuxusuzluqdan xilas edirəm. Yavaş-yavaş yanıma gələn yuxunun qoynuna girib, mışıl-mışıl yatıram.

Səhər duranda hiss edirəm ki, başım dumanlıdır. Elə bil yer ayaqlarımın altında oynayır. Nəsə hər şey birtəhərdi.

Qalxıb asta-asta həyətə çıxmaq istəyirəm. Amma nə qədər dartıramsa, qapı açılmır. Güc edirəm. Birtəhər qapıdan boylanıram. Görürəm ki, vicdanımla ilham pərim sarmaş-dolaş olub oturublar… İlham pərim vicdanımı bütün ruhu ilə bərk-bərk qucaqlayıb. İlham Pərimin Vicdanıma dəlicəsinə sarılması mənə üzüm koluna sarılmış küzü xatırladır. Bir az da diqqətlə baxıram, görürəm ki, onlar soyuqdan donub ölüblər. Çovğunun qapımıza çırpdığı qar hər ikisinin qapıda qalan dırnaq izlərinin üstünə yağıb.

Onların qabağında diz çökürəm. Bütün qəlbimlə İlham Pərimlə Vicdanımın ölməməsini arzulayıram. Daşlaşmış ürəyim donmuş cəsədlərin qarşısında öz acizliyinə ağlayır. İstəyirəm vicdanımı məzəmmət edim, deyim “ay alçaq, ay insafsız, ay daşürək, sən bunları axşam niyə çöldə qoydun ki, onlar da öldülər?”

Amma vicdan nə gəzir? Hardadır o? İndi meyiti gözümün qabağındaca yerə sərilib…

Sonra istəyirəm: “Hardasan, ay İlham Pərim, gəl, birlikdə ağı deyib ağlayaq bu hala, bu qəzaya”, – deyim. Amma o zaman da yadıma qarşımdakılar düşür.

Hə… Bir də onu xatırlayıram ki, deyəsən, axşam ağlıma gələn fikirləri iti qovan kimi qov-muşdum axı. Onlara xəyanət etmişdim axı…

Elə bu düşüncələr beynimin içində var-gəl edirdi ki, birdən vicdanımın dodaqlarının tərpəndiyini hiss etdim. O nəsə deyirdi. Deyəsən, hələ ölməmişdi. “O yaşayır!” – deyib, sevinirəm.

O isə asta və xırıltılı səslə pıçıldayırdı: “Biz gecə çox cəhd etdik evimizə girmək üçün, amma sən qapını açmadın ki…”

 

Ustad Dərgisi

“İblisin intiqamı” Və İkinci dünya müharibəsi

(“Ustad” dərgisi, 15-ci say)

Sülhpərvər qüvvələrin qələbəsi ilə bitən “İblisin İntiqamı” pyesı jan­rına görə dramdır. Bu, Cavidin yeganə dram əsə­ri­dir ki, orada Sovet hökumətinin, onun nüma­yən­də­lə­ri­nin, ümumiyyətlə, onun varlığının adı çəkilir. Qeyd etmə­liyik ki, Cavidin irili-xırdalı digər bədii əsər­lə­rin­də sovet hakimiyyətinin adı və yaxud atributlarına rast gəlinmir. Bu baxımdan əsər xüsusi maraq doğur­maq­dadır. Doğrudur, onun “Telli saz” pyesində So­vet Azərbaycanından bəhs olunur, lakin bu əsər əli­miz­də olmadığından, bizə gəlib çatan üç kiçik par­ça­ya əsaslanaraq, onun haqqında geniş fikir yürütmək çə­­tindir. “İblisin intiqamı” əsərinin qəhrəmanı Birinci Dün­ya müharibəsi əleyhinə yazılmış “İblis”faciəsinin əsas qəhrəmanlarındandır. Əsərin təsir obyekti bütün dün­ya imperializmidir. Buna görə də əsərdə İblis şey­tan­lardan istifadə edir. Buradakı Arif “İblis”dəkinə bən­­zəmir. O, artıq ”Şərqin mütərəddid çocuğu” deyil, əksinə, sülhü bütün varlığı ilə müdafiə edən bir mü­ca­hiddir. Əsərdə İblisə qarşı insanlara kömək edən iki sim­­volik obraz da vardır. Bunlar sülh pərisi Sima və Tun­cərdir. Sima özünü “…bir çox şairlərin, filosofların kön­lünü ovlayan, ən yüksək və dərin düşüncələrdə qa­nad çalan bir dilək pərisi, … bəşəriyyət üçün çır­pı­nan, qan izlərini silməyə çalışan sülh pərisi” ad­lan­dı­rır. Tuncər sülh pərisi Simanın keşiyini çəkmək üçün sülh­­­pərvər bəşəriyyəti təmsil edən Spartak qiyafəli bir qəhrəmandır. Əsərdə onun hansı xalqın, hansı döv­­­lətin nümayəndəsi olduğu dəqiq söylənilmir. Doğ­rudur, Arif: “Gerçəkdən Tuncərmi? Mən onu çox­dan tanıyıram. Söylə, indiyə qədər haralarda idin?” – de­­­yirsə də, bizi daha çaşbaş salır. “İblis”dəki Arifin əs­­­lən İstanbullu olub Bağdad civarında yaşadığını bi­lir­­­dik, buradakının isə hardan gəlib, hara getdiyi də­qiq məlum deyil. Tuncər adına Cavidin nə “İblis”, nə də ki digər əsərlərində rast gəlmişik.

Professor Ə.Cəfərin redaktorluğu ilə Hüseyn Ca­vid külliyyatının IV cildində ilk dəfə çap olunan “İb­li­sin intiqamı” pyesində bu ad Tüncər yox, Tuncər kimi ve­­­­rilmişdir. M.Cəfərin tədqiqatında “tunc heykəli” Tun­­­cərin Tüncər kimi verilməsi də təəccüblüdür. Tunc sözündən yaranmış Tuncər adını A.Həsənoğlu da Tüncər kimi qəbul edərək aşağıdakıları yazır: ”Bü­tün bunlara qarşı şair Tüncəri qoymuşdur. Tün­cə­rin mə­nası münbit torpağa səpilən toxum mənasını ifa­də edir ki, bu da bütün dünyada sülhün, əmin-aman­­lığın təbii inkişafı, ədalətin, tərəqqi və təka­mü­lün poe­tik­ləş­dirilməsindən ibarətdir”. Nə qədər gözəl və poetik səs­lənsə də, biz hər halda akad. M.Cəfərin “tunc hey­kəl” ifadəsini və prof. Ə.Cəfərin redak­tə­sin­də­ki Tun­cər adını qəbul etsək, daha yaxşı olar. Tun­cə­rin Spar­tak qiyafəsində olması onun mübarizəyə qalx­­mış məz­lum siniflərin ümumiləşdirilmiş, rəmzi bir obraz ol­duğuna dəlalət edir. Hörmətli şairimizin qı­­zı Turan xa­nı­mın tərtibatı ilə Hüseyn Cavidin 2005-ci ildə 5 cild­­də çap olunan əsərlərinin V cildində bu söz Tün­cər yox, Tuncər kimi verilmişdir.

1936-1937-ci illərdə əsər yazılarkən Cavid bəşə­riy­yə­ti gözləyən böyük bir müharibəni və onun qanlı nə­ti­­­­cələrini əvvəlcədən duyub görmüşdü. Qeyd etmək la­­­zımdır ki, bunu duyub-görənlər az deyildi. Lakin onun nəticələrini düzgün təyin etmək bacarığı yalnız da­­­hilərə məxsusdur. Cavid gələcək müharibədə fa­şiz­min məğlubiyyətini labüd bilirdi. O duymuşdu ki, qa­lib gələn demokratik qüvvələr məğlub olan irticanın məh­­­kəməsini onların öz ölkəsində, öz vətəndaşlarının iş­­­ti­rakı ilə aparacaq və bu proseslərdə bütün beynəlxalq sülhsevər insanlar iştirak edəcəklər. Elə təkcə Nürn­­­­berqdə müharibə canilərinə qurulmuş bey­nəl­xalq mühakiməni buna misal göstərsək, kifayətdir. Al­­­­man, italyan və yapon faşizminə qurulan məh­kə­mə­­­lər həmin ölkələrin ərazisində, geniş xalq küt­lə­lə­ri­nin gözü qarşısında olmuşdur. “İblisin intiqamı”nda so­­­vet nümayəndəsinin əsərin sonunda söylədikləri bu ba­­­xımdan Cavidin peyğəmbərliyi idi. Çünki Hüseyn Cavid bir dahi kimi 1945-ci ildəki proseslərin proqnozunu vermişdir bu əsərində.

 

Tuncər. Əsla mümkün deyil. Biz bunlara öz əllərimizlə cəza verməliyik.

“Sovet Nümayəndəsi. Xayır. Siz deyil onlar…Bəli onlar…Hər ölkənin əzənləri və əzilənləri var. Bizim intiqam tək tək insanların deyil milyonların intiqamıdır.(İtalyan diplomatının qolundan tutaraq italyan qiyafətli bir işçi ilə bir təyyarəçiyə verir)  Alınız, bu siz italyanların!…( Alman diplomatını alman bir əsgərlə, alman bir topçuya verir. Bu da siz almanların… (Yapon diplomatını yapon qılıqlı bir işçi ilə bir balıqçıya verir) Bu da siz yaponların…

(Lordu da ingilis matroslarına verir). Bu da siz ingilislərin!…(Tuncərlə yoldaşlarına). İştə bunlara, bu qara yüzlü kabuslara biz deyil, öz vətəndaşları, öz əməkçiləri  cəza verməlidir. Bütün dünya bilir ki, biz hər şeydən əvvəl sülh tərəfdarıyıq. Lakin bu maskalı xainlərlə əlbir olan faşizm generalları yeni bir yanğın, yeni bir müharibə hazırlarsa, əmək qəhrəmanlarımız bu həyasızlığa seyirci qalmayacaq. Yıldırım sürəti ilə mübarizə meydanına atılacaqdır. Həm də döyüş səhnəsi inqilab yurdunda deyil, faşizm ölkələrində olacaqdır. (Tuncərlə yoldaşlarına) Əvət sizlər!…Sizinkilərlə bərabər bütün cihan əməkçiləri əmin olmalıdır ki, sülh düşmanlarının bulanıq, qanlı dalğaları bizim hüdudun pulat divarlarına çırpılıb qırılacaq, azğın orduları da ər-gec sərab olmuş ümidlər kibi sarılıb məhv olacaqdır”.

İrihəcmli əsərlərinin, demək olar ki, hamısında bu və ya digər tərzdə ədəbiyyatımıza yeniliklər gətirən bö­­yük sənətkar burada da öz ənənəsini davam et­dir­miş­dir. “İblisin intiqamı”ədəbiyatımızda ictimai-si­ya­si məzmunda yazılıb böyük beynəlxalq məclislərin bə­dii təsvirini verən ilk dram əsəridir.

­Pyesi dəfələrlə oxuyub, Cavidin digər dram əsərləri ilə müqayisəli surətdə tədqiq edəndən sonra gəl­diyimiz nəticə ondan ibarətdir ki, ”İblisin inti­qa­mı” dil və bədii cəhətdən onun digər əsərlərindən kəs­kin surətdə fərqlənir. Bədiilik baxımından onu deyə bi­­lə­rik ki, əsərin əlimizdə olan variantı Cavidin sə­nət­kar­lıq cəhətdən ən zəif əsəridir. Pyes, əsərin ta­mam­lan­­mamış bir qaralama variantını xatırladır. Bizi bu şüb­hələrə gətirib çıxaran ikinci pərdədən sonra əsər­də olan natamamlıq və tələskənlik, pyesin dili, ora­da­kı şeir parçalarıdır. Əsərin birinci və ikinci pərdəsində olan hadisə və məzmunun genişliyini və gərginliyini üçün­cü, dördüncü və beşinci pərdələrdə görmürük. Son üç pərdə hələ üzərində işlənəcək bir yazını xatır­la­dır. Cavidin bütün əsərlərində özünəməxsus bir dil var­dır. Bu dil onun məişətdəki dilindən fərqlidir. Onun nəsrlə yazılmış son dram əsərləri “Topal Tey­mur” və “İblisin intiqamı”dır. “Topal Teymur”dakı dil Cavidin “Maral”, “Şeyda”və “Afət”kimi əsərləri ilə çox yaxın olduğu halda, “İblisin intiqamı”ndakı dil onun məktublarının üslubuna və leksikasına ya­xın­dır. Deməli, Müşkinaz xanımın köçürdüyü və bizə gə­lib çatan bu nüsxə əsərin son bitkin variantı deyil. Görünür, Cavid onun dili üzərində işləməyə vaxt tap­ma­mış və ya əsərin əsas variantı itib-batmışdır. Fikir­lə­rimizi pyesdəki üç şeir parçası da təsdiq edir: birin­ci pər­dədə qaraçıların, ikinci pərdədə Xalidin oxu­du­ğu par­çalar bədii cəhətdən çox güclü olduğu halda, dör­dün­cü pərdədə İblisin oxuduğu şeir Cavid şeiriy­yə­tinin tələblərinə cavab vermir.  Müqayisə üçün on­la­rın hərəsindən bir bəndə diqqət yetirək. Birinci pər­də­də qaraçıların:

 

İnsan ömrü dalğa kimi keçər, gedər.

Hər gələn bir sevgi yolu seçər, gedər.

Dərdi burax, zövqünə bax, unutma ki,

Hər kəs əcəl badəsini içər, gedər.

 

– şərqisi heca vəzninin 12-lik ölçüsündə dörd he­ca­lı böl­gülərin üç dəfə təkrarı ilə yazılmışdır. Nə forma, nə məzmun, nə də qafiyə sistemində hər hansı bir xə­ta­sı olan bu şeir sənətkarlıq nümunəsidir.

 

İkinci pərdədə Xalidin nəğməsi:

 

Səni ürkütdümü halım, çiçəyim!

Öylə yan baxma, aman sevdicəyim!

O baxışlar, o duruşlar, o əda

Qoparır fırtınalar ruhumda.

 

Şeir əruz vəzninin üçbölümlü incə naqis rəməl növün­də-fə’ilAtün fə’ilAtün fə’ilün ölçüsündə yazıl­mış­dır. Bədiilik, vəzn, qafiyə və mənasına irad tutmaq müm­kün deyil. İndi isə dördüncü pərdədəki şeirin bir parçasına diqqət edək:

 

Alqış sevda gecələrini oxşayan qaranlıqlara!

Alqış qaranlıqlar içində süzülən işıqlara!

Alqış ipəklər içində qıvrılan qanadsız quşlara!

Alqış oynaq və incə ayaqlardakı nazlı uçuşlara!

 

Nə əruz, nə də heca vəzninə uyğun gələn ritorik sə­tirlər 16, 19, 17, 18 hecadan ibarətdir. Cavidin ya­ra­dı­cılığında belə bir şeyə rast gəlməmişik. Müasirləri içə­ri­sində vəzn baxımından ən yüksək pillədə duran bir şair belə bir yazını şeir formasında tamamlanmış, bit­kin bir əsərə sala bilməzdi. Deməli, əsərin sonuncu üç pərdəsinə və bu şeirə Cavidin yenidən, təkrarən əl gəz­dirməsi fikri olmuşdur. O, şübhəsiz ki, “İblis”dəki mo­­noloqlara bənzər tərzdə bu əsərdə də nəsə ya­rat­ma­lı idi. Əlimizdəki varianta əsasən əsərin na­ta­mam­lı­ğı barədə şübhələrimizi Cavidin, bəlkə də, hansı ar­xiv­dəsə yatan, sonralar əlimizə keçəcək bitkin variantı doğ­ruldub aradan götürə biləcəyinə ümidimiz çox­dur.

Xəbərlər

Hədəfli Mətbuatçılar!

Milli-mənəvi dəyərlərin təbliğində, dövlətçilik ideyaların aşılanmasında və gənclərin maariflənməsində xidmətlərinə görə 70 nəfər media nümayəndəsi “Hədəf -15 Döş Nişanı”na layiq görülüb.
Hədəf Şirkətlər Qrupu idarə heyətinin qərarı ilə təsis edilən döş nişanı elm, təhsil, mədəniyyət kimi sahələrin inkişafında xidmətlərinə görə Azərbaycan ziyalılarına təqdim edilib.

 


Milli Mətbuat Günü münasibəti ilə Hədəf Liseyi Abşeron filialında təşkil edilən tədbirin moderatoru dosent Elvin Əliyev Heydər Əliyev və müstəqil Azərbaycan mediası haqqında çıxış etdi, giriş sözü ilə Hədəf Şirkətlər Qrupunun qurucu-direktoru Şəmil Sadiq milli təhsil brendimiz olan Hədəf Qrup haqqında geniş məlumat verdi, mətbuatla sıx əlaqələrindən danışdı, mükafatçıları təbrik edib Hədəfə gəstərdikləri dost münasibətə görə təşəkkürünü bildirdi.

20230725180904_IMG_071720230725184324_IMG_079820230725182206_IMG_073020230725174822_IMG_0687
Tədbirdə mediamızın tanınmış nümayəndələri: Ümid Rəhimoğlu, Elçin Mirzəbəyli, Yunus Oğuz, Vüqar Rəhimzadə, Əkbər Qoşalı, Eltən Qədimbəyli, Çingiz Özgür, Anar Cəbrayıl, Azər Həsrət, Orxan Cabbarlı, Aqil Camal, Ceyhun Musaoğlu, Nadir Azəri, İlham Tumas, Rasim Sadıxov, Elçin Zahiroğlu, Nüşabə Hüseynova, Fira Cəlilova və s. iştirak etdi.

20230725174059_IMG_0675169040753839320230726_18235320230726_182300
Çıxış edənlər Hədəf Şirkətlər Qrupunun Azərbaycan təhsilindəki yerindən, qazandığı uğurlardan, təhsilimizə verdiyi töhfələrdən və Hədəf Konseptindəki yeniliklərdən danışdılar. Qonaqlar Zəfər otağını, laboratoriyalarını, tədris otaqlarını gəzib liseydəki şəraitlə tanış oldular.
Sonda isə Eltən Qədimbəylinin moderatorluğu ilə oxatma təlimi keçirildi.

Ustad Dərgisi

Millət kimi adam

(“Ustad” dərgisi, 14-cü say)

Azərbaycan ədəbiyyatı min illərdir müxtəlif söz ustaları ilə birgə yol gəlir. Bizə məlum olan ilk inancımız tenqriçilikdir. Sonradan şamanizmlə birgə addımlayıb söz sahibləri. Lap sonralarsa xristianlıq və islam dini ilə tanış olub. Əlbəttə ki, hər bir inancın, dinin ədəbiyyata ciddi təsiri olub. Türklər islamla tanışlıqdan sonra onu öz törələrincə yaşamağa başlayıb və hər dəfə alt şüurunda gizlənən türk törəsini islamla çuğlaşdırıb, onu zənginləşdirib. Bütün xalqlar belədir, qəbul etdiyi dini öz ənənəsi ilə yaşayıb. Fars da, ərəb də özü kimi yaşayır dinini, həmçinin də, türklər. Orta əsrlərdə irfan sahibləri dini milli ruhla təqdim etməyə cəhdlər etsə də, təəssüf ki, sona çatdıra bilməyiblər. Yunis Əmrənin, Nəsiminin, Nəiminin, Xətainin, Bektaşinin bu istiqamətdə gördüyü işlər bir yerdə qırıldı və davamı gəlmədi. Halbuki, onlar dinə yeni rəng qataraq milliləşdirmək və o cür yaşamaq niyyətində idilər. Xətainin qızılbaşlıq inancından sonra XX əsrdə bu arzu bir də Hüseyn Caviddə başladı. Onun da kökünü sovetlər kəsdi. “Tanrının sözünü şairlər çatdırar” inancı insanın düşüncəsində həmişə var və olacaq da, yəqin. Hüseyn Cavid, Almas Yıldırım, Əli bəy Hüseynzadə ilə bitən milli şeir bir də əsrin sonlarında Bəxtiyar Vahabzadə və Xəlil Rza Ulutürklə başladı. Ümumtürk şeirinin parlaq nümayəndəsi olan Xəlil Rzadan sonra Azərbaycan ədəbiyyatında bu günə qədər həmin missiyanı öz çiynində daşıyan şəxs Rüstəm Behrudidir. Bu mənada Rüstəm Behrudi müstəqillik dövrü Azərbaycan ədəbiyyatının Nihal Atsızı oldu.  Mirəli Seyidov deyirdi ki, “türk mifik düşüncə tərzi, Turan ideyası və türk milliyyətçiliyi XX əsrin sonlarında Rüstəm Behrudinin şeirləri ilə yenidən həyat qazandı”.

Akademik İsa Həbibbəyli yazır ki, “Rüstəm Behrudinin 1989-cu ildə yazılmış “Salam, dar ağacı” şeiri müstəqillik ərəfəsi Azərbaycan vətəndaşlıq poeziyasının  möhtəşəm proloqu idi. Bu, xalqın milli azadlıq təşnəsi haqqında istedadla və cəsarətlə  yazılmış kəskin poetik nümunədir”. Bəli, daha çox “Salam dar ağacı” şeiri ilə könülləri fəth edən milli düşüncə şairi Rüstəm Behrudi zaman-zaman həm publisistikası ilə, həm də dədəm Qorqudun ruhunu daşıyan söz-sovu ilə 40 ilə yaxındır ki, söz dağına yorulmadan külüng çalır. Yeri gələndə sözü ən mahir dəri ustası kimi aşılıyır, ən mahir dəmirçi kimi döyüb-döyüb parıldadır, yeri də gələndə dağ çayında qumlardan qızıl alar kimi ələyib-ələyib altunu tapır.

Bu günlərdə şairin 60 illiyidir. Neçə illərdir ki, şeiri ilə, özü ilə yaxından tanış olsam da, nəsə yazmağa cəhd eləməmişəm. Çünki mən söz deyənin kim olduğunu dəqiq bilmədən, onu tanımadan sözünü də sevə bilmirəm. Nadan da, arif də eyni sözü deyə bilər, amma niyyətləri fərqli olar. “Arifin sözü özü qədər arif olar” deyirlər. Bu baxımdan bəylə yaxından və dərindən tanış olmağa ehtiyac var idi. Və tez-tez oxucularından “niyə Rüstəm Behrudinin şeirləri satışda yoxdur” sualına cavab olaraq 60 illik yubileyi üçün şeirlər kitabının çap olunması zərurətini bildirdim və işə başladıq. Bunun üçün də ara-sıra görüşür, kitabdan başqa hər şeydən danışırdıq. Və uzun danışıqlardan sonra Rüstəm Behrudinin şeirlər kitabının çap edilməsinə nail oldum. Kitabı çapa hazırlayarkən tez-tez görüşməli olur, milli narahatlığımızı bölüşürdük. Bütün bunlar onu tanımağa mənə çox kömək etdi. Şeirlərindən və şəxsindən yaranmış təəssüratlarımı kağızla bölüşməyə də imkan yarandı.

Bir gün Məmməd Arazdan soruşurlar ki, Rüstəm Behrudi sizin üçün kimdir? Cavab belə olur: vətən, vətən, vətən. Mənə görə isə vətən, vətən, vətən yox (bizim indi başa düşdüyümüz anlamda), millət, millət, millət olmalıdır. Baxın, bu başdan deyim, söz həm də sirdir, bilirsiniz. Bu sözdə müəlliflər sirr gizlədir ariflər üçün. Ona görə də mənim “Millət adam” ifadəmi pafos kimi qəbul edib əsəbləşməyin, məncə. Bir insana millət demək onu çox böyük şəkildə şişirtmək demək deyil, mənə görə, ona zərrəsinə qədər sahib olduğu millətin özüsən, millət də sənsən deməkdir. Rüstəm Behrudi də zərrəsinə qədər bu millətin özüdür. Fars əxlaqından kirlənməmiş, ərəb təfəkkürü ilə zəhərlənməmiş, rus siyasətinə yuvarlanmamış bir türk. O türk ki, hələ o zamanlar başıqapazlı olmağa öyrənməmiş, gözüqıpıq qorxaq insan roluna girməmişdi. “Desəm öldürərlər, deməsəm ölləm” tipli ikili yola düşünmədən, daşınmadan üçüncü yolu tapıb deyib və yaşamağı bacaran bir türk!

Özbəöz türk… Çılğınlığı ilə, etirazçılığı ilə, səbirsizliyi ilə, cəhənnəmə olan laqeyd münasibəti ilə, mənini Tanrı ilə müqayisə edə biləcək qədər cəsarətə sahib olması ilə, qadına, kişiyə olan münasibəti ilə, özünü sevməsi ilə, özgüvənilə millətimin özüdür ki, var. Bu gün Rüstəm Behrudini yaxından tanıyanlar bilirlər ki, o, söhbət edəndə, elə bil, Behrud kəndindən bir addım da kənara çıxmayıb. Hərdən “Şəmil, hınnn” dediyi anda ağlıma gələn ilk fikir “Behrud kəndindən bir addım da kənara çıxmamasıdır”, amma “hınn” nidasından sonra:

Tanrıdan gələn bir səsəm,

Gəldim rüzgarlartək əsəm.

Öləcəksiz mən ölməsəm,

Öldürün məni, öldürün!

– kimi fikirləri eşidəndə fikrim alt-üst olur və düşünürəm ki, insanlar sadəcə yeri gəzib dolaşa bilər, bəxti gətirənlər isə qalaktikamızın digər bir planetini görə bilər, amma öz kəndindən kənara çıxmadığı qədər sadə görünən bu insan Tanrını görüb gəldiyinə iddialıdır. Behrud kəndində olmamışam, elə bilirəm ki, uca dağların görünməz bir yerində gizlənib, necə ki bir zamanlar türklər ərgənəkondan çıxıb dünyaya yeni sistem gətirməyə nail oldu, sanki Rüstəm Behrudinin də kəndi min illərdir tarixin heç bir iyrəncliyini, fırtınasını görmədən öz ruhunda, Tanrının insana verdiyi genetikası ilə (hansı ki, o heç bir erroziyaya uğramayıb) yaşayan bir obadır.

Digər tərəfdən, Rüstəm Behrudinin misralarının arealı sərhədləri bəlli olan torpaq parçasından daha böyükdür. Vətən deyiləndə torpaq nəzərdə tutulursa, millət deyiləndə insan nəzərdə tutulur. Vətən sadəcə yer kürəsi ola bilər ən böyük anlamda, insan isə yeri, göyü, xeyri, şəri, allahı, iblisi özündə birləşdirən mükəmməl ifadədir. Əgər allahda təkcə tanrılıq, iblisdə də iblislik varsa, insanda bunların ikisi də var.

 

Daha qulam büsbütün

İçimdəki sevdama,

Mən sevda yolçusuyam,

Mənimki məndən keçib.

Mən sənin olmamışam,

Vətən, heç vaxt, sən demə,

Sənə dəyən zərbələr

Adlayıb məndən keçib.

 

Rüstəm Behrudinin insan sevdası öz millətinə olan sevda ilə tərənnüm olunur. Turan, türk milləti sevdasını bu cür izah edir əziz dostum: Sibirdə ovçu bir yakut ilə, ucsuz-bucaqsız çöldə heyvan bəsləyən bir qazax, urmici yaxınlığında bir kənddə bir əkinçi ilə istanbullu bir tüccar, bir hun savaşçısı ilə VIII əsrdə Monqolustanda bir karvançı, XV əsrdə Azərbaycanda olan bir sufi, hurifi ilə, XVI əsrdə Avropada savaşan bir osmanlı paşası, çağdaş altaylardakı bir şamanla kommunist şair H.Hikmət arasındakı bağın adı nədi görəsən? İki min ildən çox zaman içində qopub tükənməyən bu bağın şaman dualarına bürüdüyüm bircə adı var – Turan.

Çox qəribədir, Rüstəm Behrudini Qazi Bürhanəddinə bənzədirəm. “Yataqda ölən erkək deyil”, – deyən şair adamlarla savaşıb yorulanda sözlərə qılınc çəkirdi, onlarla döyüşürdü. Sabir Rüstəmxanlı şair haqqında haqlı olaraq deyir ki, “sən şeirə döyüş kimi baxmısan, evdarlıq kimi yox!”

Rüstəm Behrudinin ruhundakı döyüşkənlik isə Qazidən Nəsimiyə keçən döyüşkənlikdir ki, Xətai ikisini də bir arada aparmağı bacarmışdı bir müddət. Rüstəm Behrudinin misraları isə can almasa da, bəzən elə ağır bir yara vurur ki, qılıncla, söz yarasının birgə endirdiyi zərbənin acısını verir adama:

 

Allah, dahimi də yad qadın doğub,

Müqəddəs dilimin ruhun qırıbdı.

Bu  nə  cür  məmləkətdi,

Bəndəsi  haqq  istəmir.

Torpaq  da  bizdən  bezib,

Vətən  olmaq  istəmir.

 

Əziz müəllimim akademik Tofiq Hacıyevin bu mövzudakı fikri daha maraqlıdır bu məqamda: R.Behrudinin şair səsində, poeziya nəfəsində bu günümüz üçün çox gərəkli olan iki aydın çalar var, bu iki çalar – türklük və nəsimiçilik – oxucunun duyğularını, zehnini iki qol kimi qucaqlayır.

Bu məqaləni yazanda düşünürdüm ki, Rüstəm Behrudi haqqında yazılan “və yaxud Rüstəm Behrudinin özü haqqında bilmədikləri” kitabda sonda verim başlığını “son söz” qoyum, amma həm şeirlər kitabını, həm də haqqında yazılanları oxuduqca fikrimdən vaz keçdim. Akademiklər İsa Həbibbəyli və Tofiq Hacıyevin, Mirəli Seyidovun, Xəlil Rza Ulutürkün, Sabir Rüstəmxanlının, Nizami Cəfərovun fikirlərini yekunlaşdırma məsuliyyəti çox ağır gəldi. Həmçinin, bu məqalənin sonluğu… Ona görə də məqaləni ulu şair Xəlil Rza Ulutürkün təvazökarcasına dediyi beytlə bitirmək qərarına gəldim:

 

Oxudum kitabını, hər misran qana batmış inci, dürr.

Bir söz çıxdı dilimdən – Rüstəm məndən güclüdür.

 

Ustad Dərgisi

Soldat, nişan yes?

(“Ustad” dərgisi, 13-cü say)

– Soldat, panama yes?
– Soldat, remen yes?
– Soldat, heç olmasa nişan yes?
Bu kəlmələrin mahiyyətini indiki gənclər bilməz. Bu hər bir azərbaycanlı uşağın Sovet əsgərinə ünvanladığı sözlər idi… Bizim kəndimiz İran adlanan dövlətlə – yəni Cənubi Azərbaycanımzla sərhəd bölgəsində və evimiz də kəndin girişində olduğu üçün tez-tez qapımızdan keçən əsgər maşınlarının dalınca qaçır, “çest” verərək bu ifadələri işlədirdik. Tank, BTR kimi zirehli maşınlardan, əlisilahlı əsgərlərdən belə qorxmazdıq, az qalırdıq özümüzü maşınların altına ataq. Ona görə qorxmurduq ki, onlara güvənir və sevirdik. Soldatlar da bu durumdan məmnun olurdu. Hansı xalqdan, hansı ölkədən olması da maraqlı deyildi. Onlar bizim əsgərlər idi. İstər qardaş qazax-özbək olsun, istər erməni. Biz onlara güvənirdik, əsgərlərə hörmət edirdik. Ağır-ağır gedən əsgər maşınları bizim üçün sanki çərpələng idi. Maşınlar keçəndə hamımız ilk olaraq yol kənarına düzülüb, birinci olaraq “Soldat, panama yes?” deyirdik, əgər cavab gəlməsə, “Soldat remen yes?” deyərdik. Əgər buna da cavab gəlməsə, “Nişan yes?” deyib maşınların dalına düşərdik. Bəxtimiz gətirəndə, soldatlar səxavətli olanda papaq və ya remen alardıq. Bunlar olmasa, hökmən nişan olardı. Nişan sovet hökumətində uşaqlar üçün çox dəyərli bir şey idi. Oktyabryat nişanı, Komsomol nişanı o qədər mötəbər bir şey idi ki… Necə sevinc bəxş edərdi bizə. Soldatlar da özlərini çox önəmli adam hesab edərdilər bizim bu hərəkətlərimizə görə.
Bir hadisə də olmuşdu. İndi də evimizdə hərdən deyib gülərik. Həyətimiz kəndin girişində olduğundan, hasarımız da yoldan bir xeyli aşağıda bir metr yüksəklikdə ucaldığından tez-tez qapımız döyülüb nəsə istənirdi. Hansısa yolçu su istəyər, hansısa yolçunun maşını xarab olduğundan açar və s. istəyərdi. Lap nağıllardakı kimi, yol kənarında olan qarı nənənin evi kimi idi. Atamdan gördüyümüz qonaqpərvərliyi biz də davam etdirərdik. Amma ağlımıza gəlməzdi ki, hansısa əsgər gəlib bizim həyətdə bitən bir kolu istəsin. Biz bir gün evdə oyanayarkən qapımız döyüldü. O zaman hələ balkonumuz olmadığından ev qapımız birbaşa həyətə açılırdı. Küçə qapımız da sadəcə görüntü üçün olduğundan kim istəsə rahatca həyətə keçə bilərdi. Düzünü deyim o dövrlər nəsə oğurluq-falan söhbəti də yox idi elə bil… Qapımız döyüləndə anam qəhvəxanada sakitcə uzanıb mürgüləyirdi. Səsi eşidəndə anam “gəl də, sən də” – dedi. Bir də döyüldü, bu dəfə anam “diqalə də” deyərək gülümsündü. Əslində atamın hərdən evə gələndə qapını bu cür zarafatla döyməsi anama bu cür rəftar etməyə imkan verirdi… Üçüncü dəfə döyüləndə anam yerindən dik atılıb, qapıya gedib, qəfil açaraq, atamı diksindirmək istəmişdi. Amma qapını açanda elə qorxmuşdu ki, səsi indi də qulaqlarımdadır. Anamın təşviş içində qorxa-qorxa qışqırması qapını döyən əsgəri də qorxutmuşdu. O da geri çəkilmiş, rusca xatırlamadığım kəlmələr işlətmişdi. Tez-tələsik yaşmağını çəkən, yaylığını düzəldən anam, “Nə istəyirsən, a bala?” deyə yarıqorxulu, yarıtəəccüblü halda əsgərin üstünə qışqırmışdı. Dilimizi bilməyən bu sarışın rus əsgəri həyətimizi göstərib nəsə deyirdi. Təqribən həyətdən nəsə istəyən əsgərə anam “get, nə istəyirsən götür” demişdi. Əsgər də bu əl-qol hərəkətini başa düşüb həyətə getmiş və bizim o vaxt nə olduğunu bilmədiyimiz Çətənə kolundan yapışmışdı. Kolun kökündən yapışıb “Olar, qopardım” deyirdi soldat. Əslində nə o anamın, nə də anam onun dilini bilirdi. Sadəcə işarələrlə anlaşırdılar. Anamın “Əşşi çıxart, rədd ol da burdan” deməsini əsgər başa düşmüş, kolu bir göz qırpımında yerindən çıxarıb, imam qapısından çıxar kimi arxa-arxaya gedərək, təşəkkür etmişdi.
Əsgərdən birinci dəfə onda bir az qorxmuşduq. Amma atam gəlib bu söhbəti eşidəndə gülümsəməsi, bizi bir az yüngülləşdirmişdi. Bu kolun nə qədər önəmli olduğunu düşünmüş, bəlkə bundan verib, nişan almaq olar deyə ürəyimdən də keçirmişdim. Hətta sonralar əvəzində bir şey istəmədiyimə görə peşman olmuşdum.

* * *

Sovet soldatına qarşı məhəbbət və qorxuma bir böyük hadisə də səbəb olmuşdu. Belə ki, 80-ci illərin sonunda kəndimizdə bir əsgər ordudan qaçmışdı. Bu o zamanlar idi ki, yavaş-yavaş üsyanlar başlayır, müstəqil olmaq üçün xalq etiraz edirdi. Amma Sovet hökuməti hələ də var olduğundan ordudan qaçmaq böyük bir xəyanət hesab edilirdi. Buna görə də bir həftə boyunca yüzlərlə əsgər bizim qapımızın açıldığı yola səpələnmiş, gecə-gündüz növbə çəkmişdilər. Biz yenə qorxmurduq onlardan. Yenə çest verib, papaq istəyirdik. Ən çox nişanı da onda yığmışdım. Çünki nənəm gündə iki dəfə onlara çay göndərir, hərdən də yemək verirdi. Bunları da soldatlara mən apardığımdan onlarla aramız yaxşı idi. İlk dəfə silaha da onda yaxından baxmış, hətta əlimi də vurmuşdum. O boyda sovet ordusu bizim məhəllə uşaqlarının əyləncəsi olmuşdu. Onlar üçün də xoş idi deyəsən. Səhərdən axşama, axşamdan səhərə qədər yolu güdən əsgərlər də bizimlə əylənirdilər.

* * *
İl 1990…. Bakıda 20 yanvar hadisəsi baş verdi…. artıq onda mənim 12 yaşım vardı. Bir az qanırdım. O ərəfələrdə əsgər maşınları görəndə “çest” versəm də maşının dalınca düşüb qaçmazdım. Kəndə səs düşmüşdü ki, əsgərlər gəlir. İndiyə qədər qapımızdan keçən tankların evimizi belə titrətməsi nə qədər əyləncəli idisə, indi bir o qədər vahiməli gəlirdi. Bunu bu cür başa düşməyimizin səbəbi böyüklərimizdən gəlirdi. Çünki atam tələsik evə gəlib, işıqları söndürün və qapıya çıxmayın demişdi. Nəsə qeyri-adi bir şey baş verirdi. Nənəm qarğış tökürdü, hərdən də dolmalarım burnunuzdan gəlsin deyirdi. Deyəsən, 20 yanvar faciəsini eşitmişdi. Dünənə qədər əyləncəmiz, güvənc yerimiz olan tanklar birdən-birə od püskürən əjdahaya dönmüşdü. İndi nəinki biz ona yaxın gedə bilmir, heç uzaqdan da baxa bilmirdik. Həmin gecə çox qorxulu və vahiməli bir gecə oldu. Səhər də ehtiyatlı olmaq tapşırılmışdı. Amma uşaq fəhmilə nələrin baş verdiyini anlamırdıq. Tanklara və əsgər maşınlarına uzaqdan baxırdıq. Maraqlıdır ki, sanki soldatlar da dəyişmişdi. Əlləri tətikdə sağa-sola baxa-baxa tankların üstündə oturmuşdular. Bu şanlı əsgərlər indi qanlı-qanlı baxırdılar bizə. Balaca uşaqlardan biri bu dəhşəti başa düşmədiyi üçün qəfil “Soldat nişan yes?” deyə soruşdu… Soldatın tərs-tərs ona baxması, heç gülümsəməməsi bizi yaman qorxutdu. Və qaçdıq həyətə…
Və beləcə soldatlara olan sevgimiz o gündən öldü. Ondan sonra sərhəddən yavaş-yavaş çıxan soldatlara biz də tərs-tərs baxırdıq. İmkan düşəndə gizlincə dallarınca daş da atırdıq.
Soldat kəlməsinin yerinə doğmaca Əsgər kəlməsi gəldi. Artıq biz böyümüş, Soldat sözünü unutmuş, Əsgərimizin özümüz olduğunu dərk etmişdik. Düzdür, bəlkə də indiki əsgərlər uşaqlara nişan vermir, amma o da düzdür ki, bizim əsgər heç zaman bizə silah çevirməz. O silah həmişə düşmənə tuşlanıb…
İndi isə uşaqlar “Ən böyük əsgər, bizim əsgər” deyir.

Ustad Dərgisi

İsanın iki yazıçısı – Hüseynov və Muğanna

(“Ustad” dərgisi, 12-ci say)

İyunun 12-si ustad sənətkar, filosof-yazar İsa Muğannanın 89 yaşı tamam olur. Bizimlə yaşasaydı 90 illiyinə birgə hazırlaşacaqdıq. Amma indi o, nəfəs almasa da, verdiyi nəfəslə dünyamızda yaşayır…
Bu möcüzəli yazarın mistik, magik həyatı maraqlı olduğu qədər, yaradıcılığı da maraqlıdır. “Məhşər” romanından sonra yeni bir yaradıcılq yolu başlayan sənətkar ədəbiyyatımızda iki ayrı düşüncəli, üslublu, fərqli baxış sərgiləyən iki yazarı bir bədəndə yaşatdı. Amma birini qəddarcasına öldürüb, ikincisinə ilahi nəfəs verdi. Birinci yazarın – Hüseynovun yaradıcılığı nə qədər çox oxunsa da, təhlil edilsə də, danışılsa da, Muğannanın “İdeal”dan sonra yazdığı əsərlərin tarixi, yazılma və çap olunma dövrləri, çapdakı maneələr və müəllifin əsərlərinə dönə-dönə qayıtmasının səbəblərini, İsa Muğannanın bir postmodernist və magik realizmin banisi, yeni ideoloji konsepsiyanın yaradıcısı kimi, dinə olan yeni baxışının, romanlarının poetikası ədəbiyyatşünaslıq tərəfindən bir o qədər az diqqət çəkdi.
Bunun müxtəlif səbəbləri ola bilər, yəqin ki, gələcək yazılarımızda buna toxunacağıq. Bu yazıda isə Muğanna yaradıcılığının “İdeal”dan sonra əsərlərinin yazılma tarixi və Muğannanın onlara dəfələrlə qayıtmasının səbəblərindən danışacağıq.
İsa Muğanna 1986-cı ildə ilk dəfə “İdeal” romanı çap olunanda əsərin ön sözündə qeyd edir ki, “Müəllif belə qərara gəldi ki, bütün ömrünü bir kitaba həsr edəsi olsa da, “örtüyü” qaldırıb əcdadının hikmətindən xəbər tutmalıdır1”. Bəli, belə də oldu, o, 70-ci illərdən başlayaraq ömrünü sadəcə bir kitaba “İdeal”a və “İdeal”ın şərhinə həsr etdi. 1970-ci illərdə İsa Hüseynovu İsa Muğannaya çevirən “İdeal” romanından başlanan ədəbi-fəlsəfi yol 2014-cü ildə “Mənim məhəbbətim” adlı yarımçıq əlyazması ilə dayandı.
İsa Muğanna “İdeal” romanının ilk nəşrinin ön sözündə “Hüseynov”dan “Muğanna”ya keçməsini bu cür izah edir: “Ulularımızdan irs qalmış tərki-dünyalıq bahasına, gecələrimi gündüzlərimdən seçməyib o mənanı və hikməti ifadə eləməyə çalışdım. İş qurtaranda isə qeyri-rəsmi daşıdığım “Muğanlı” familiyası əvəzinə, dünyadan üzüörtülü gedən əzabkeşlərimin şərəfinə “Muğanna” oldum”. 2
“İdeal” əsəri ilk dəfə “Yazıçı” nəşriyyatı tərəfindən 1986-cı ildə nəşr edilmişdir. Ona qədər isə bu roman “Yanar ürək” adı ilə ilk dəfə 1956-cı ildə yazılmış, 1965 və 1979- cu illərdə çap edilmişdir. “Yanar ürək” romanından “İdeal”a keçidi müəllif “Həyatımdan səhifələr” adlı xatirələrində bu cür izah edir: “Bir gün dərin sükut içərisində, balaca stolumun arxasında oturub “Yanar ürək” romanının yeni variantı üzərində işləyirdim. Birdən başımda səs eşitdim: “Nə yazırsan?” Bu səsi sarsıntılar içində, sükunətli çardaqda tək-tənha oturmağımla bağladım; güman etdim ki, beynimdə nə isə qeyri-adi dəyişiklik olub. Amma bir az sonra səs təkrar olunduqda başa düşdüm ki, səs uzaqlardan – qeybdən gəlir. İstər-istəməz diqqət kəsildim. Səs dedi: “Bir romanın neçə variantını yazmaq olar?! Sizin xalqın həyatındakı ictimai-siyasi fəsadlar yalnız siyasi quruluşda, kommunist partiyasının siyasəti ilə bağlı olsaydı, mən sənin “Yanar ürək” romanının təzə variantına etiraz eləməzdim. Xalqın həyatındakı planetində insan həyatının üç tarixi məlumdur. Birinci tarix irəli sananan əlli minillik, ikinci tarix geri sananan əlli minillik tarix, üçüncüsü yeni era adlandırdığınız tarixdir. Mən sənə bu tarixlərdə Yer planetində baş vermiş hadisələri danışacam, bu məlumat əsasında “İdeal” adında roman yazacaqsan”.təhriflərin tarixi çox qədimdir. Yer
Əslində, İsa Hüseynovun yaradıcılığının ikinci mərhələsi “Məhşər” romanının yazılması ilə başlayır. Bu isə XX əsrin 60- cı illərinin sonuna təsadüf edir. Düzdür, “Məhşər” romanı ilk dəfə 1978-ci ildə “Gənclik” nəşriyyatı tərəfindən çap edilsə də, bunun əsası “Nəsimi” filminin ssenarisinin yazılması sifarişi ilə qoyulmuşdur. İsa Muğanna həmin hadisəni bu cür izah edir: “1971-ci ildə mənə Mərkəzi Komitədən zəng vuruldu, dedilər: – “Heydər Əliyev səni çağırır.” Sevincək getdim və qəbul otağına girəndə sevincim daha da artdı: Ulu öndər məni gülərüzlə qarşıladı və dərhal mətləbə keçib: 1971-ci ildə Heydər Əliyev tərəfindən
– Nəsimi haqqında ssenarini sənə tapşırıram, – dedi. Sonra əlavə etdi: – Bilirsən də, bu, dövlət sifarişidir. Filmin çəkilişinə nə qədər lazımdı, o qədər pul buraxılacaq.
Mən bir qədər fikrə getdim, dedim:
– Mən Nəsimi haqqında heç nə bilmirəm.
Məlum oldu ki, xalq şairi Rəsul Rza Hələb şəhərinə bir aylıq məzuniyyətə göndərilib ki, Nəsimi haqqında Suriyada mövcud olan materialların hamısını yığıb gətirsin. Rəsul Rza Hələbdən qayıdanda məni yenə Mərkəzi Komitəyə çağırdılar. Nəsiminin iki “Divan”ı əsasında çap olunmuş böyük şeirlər kitabını və azərbaycancaya tərcümə olunmuş bir aləm material – məqalələr, jurnal məlumatları verdilər və mən Nəsimini öyrənməyə girişib, əvvəlcə roman yazmağa başladım. Bir neçə ay sonra isə ssenarinin ilk epizodlarını filmin rejissoru Həsən Seyidbəyliyə oxudum. Həsən bircə kəlmə: – Yaxşıdı, – dedi. Bundan sonra mən, demək olar ki, hər gün Həsənin evinə təzə epizodlar aparıb oxuyurdum və Həsəndən eyni cavabı: – Yaxşıdı, – eşidirdim”.4
“Nəsimi” filmi 1973-cü ildə çəkilmişdir, lakin İsa Muğannanın qeybdən səs eşitməsi və bu təlatümlü hadisələrin başlanğıcı isə 1968-ci ildə baş vermişdi. Müəllifin həyat yoldaşı Firuzə Muğanna bunu uzun müddət çap olunmasında problem yaşanan “Türfə” romanının nəşrə təqdim olunması üçün AMEA-nın müxbir üzvü Nizami Cəfərova yazdığı məktubda daha aydın təsvir edir: “1968-ci ildə alihəzrət Dəmirəlin zamanının başlandığında, Azərbaycan yazıçıları nümayəndəliyinin tərkibində Türkiyəyə getdik. İstanbulu, İzmiri, Ankaranı, Bursanı və sair yerləri gəzdik, Bolu bəyin kəndini, Koroğlunun Çənlibelini gördük. İstanbula qayıdanda məscidləri gəzdik. Ayasofiya məscidində İsa uşaq saxlamışıq, özümüzə övlad istəməmişik. Mən səni tanımıram. Əgər varsansa, Firuzəyə bir övlad ver. Oğlan da istəmirəm. Bircə qız. Bircə qız!” (Ş.S. Tanrı ailəyə yeganə övladı Sevinc Muğannanı 19 ildən sonra bəxş etmişdir). Hotelə üzünü göyə tutub dedi: “Biz çoxlu qayıtdıq. Yorulmuşdum, divanda uzanıb yatdım. İsa kresloda oturdu. Bir azdan məni oyadıb dedi: “İndicə, ayıq-sayıq vaxtımda bir altı-yeddi aylıq, gözəl, gombul qız uşağı gördüm. İməkləyib gəlib dizlərimdən yapışdı, qucağıma mindi, burnunu boğazıma söykəyib mışıl-mışıl nəfəs aldı. Səni oyatmaq istədim, uşaq yox oldu. Nəfəsini indi də boğazımda hiss edirəm. Qızımız olacaq”. Mən inana bilmədim. Bakıya qayıtdıq. Bir ildən sonra İsanın o gördüyü qız – Sevincimiz doğuldu. Bundan sonra mənim həyatıma fərəh gəldi. İsanın da işləri yaxşılaşdı. Dalbadal əsərləri çap olundu. İsa məni Rusiyanın şəhərlərində kurort zonalarında gəzdirdi. Bolqariyada, Qara dəniz sahillərində, Pribaltika ölkələrində, bir neçə Avropa ölkəsində gəzdirdi. Yetmişinci illərdə çox qəribə hadisə baş verdi: İsa birdən-birə kainatla bağlandı, özünün dediyi kimi, EySarla danışmağa başladı. EySar, İsUsun, İsa peyğəmbərin həqiqi adı – odu – rütbəsidir. “Ey” – Uca deməkdir. “Sar” – hökmdar deməkdir. EySar – uca hökmdar deməkdir. Bu Od – həqiqət qədim türk dilində – OdƏr dilindədir. EySar İsaya OdƏr dili öyrətməyə başladı. OdƏr dilində indiyə qədər heç yerdə, heç kəsə məlum olmayan məlumatlar verməyə və tamam yeni ruhda əsərlər yazmağa kömək etdi. “İdeal” romanı, “Peyğəmbərin möhürü”, “Məhşər” və bir sıra başqa əsərlər belə yarandı. İndi oxuculara təqdim olunan “Türfə” əsəri də bu qəbildəndir”.5
Məhz buna görədir ki, İsa Muğanna hələ 1978-ci ildə “Məhşər” romanını bitirdikdə bundan sonra yazacağı əsərləri “Karvan”6 silsiləsi adlandırır və yerdəki ömrünün sonuna qədər bu karvanın mənzilə çatması üçün bir anlıq da yolundan sapmır. Ötən əsrin 80-ci illərindən bu tərəfə həm ölkənin həyatında baş verən ictimai-siyası, həm də özünün həyatında baş verən iki infarkt onu bu idealdan ayırmır.
1990-cı illərdə çap olunan yazılarının hamısında oxucuya onun bu silsilədən olan əsərlərini hansı ardıcıllıqla oxumasını israrla tövsiyə edirdi: “Yaxın və uzaq keçmişimizin tarixi hadisələr, bədii süjetlər içində verilmiş SafAğ həqiqətlərinin qavranılmasını asanlaşdırmaq məqsədilə mən “İdeal” romanını yenidən və sonuncu dəfə işlədim. Bu əsərlə tanış olmayan oxucu altılığa daxil edilmiş romanlarda SafAğ elminin təfsilatını dərk edə bilməz. Həmin romanlar – “Məhşər” (Ənşər -mən şər”) “Qəbiristan” “GurÜn”, “İsahəq, Musahəq”, “Cəhənnəm”, burada göstərilən xronologiya əsasında oxunmalıdır ki, lazımınca yaxın və uzaq keçmişimizdən tarixi hadisələr, bədii süjetlər içində verilmiş SafAğ həqiqətlərinin qavranılmasını asanlaşdırmaq məqsədilə fayda versin. Muğanna, 27.01. 2013”.ində verilmiş SafAğ həqiqətlərinin 7
Gördüyümüz kimi, müəllif xronoloji baxımdan “Məhşər”i birinci yazsa da, məhz onu “Karvan” silsiləsinin başlanğıcı kimi qeyd etsə də, öz sağlığında “Hədəf” nəşrlərində çap olunan son əsərlərində “Məhşəri” ideya baxımdan “İdeal”ın izləyicisi hesab edir.
İsa Muğanna əsərlərinin yazılma və nəşr tarixini araşdırarkən xeyli problemlərlə qarşılaşırıq.
Bu, əlbəttə ki, müəllifin bir əsərə dəfələrlə yenidən qayıtması, yenidən qayıdandan sonra həmin əsəri artıq yeni bir əsər kimi təqdim etməsindən irəli gəlir. Bunu “İdeal” romanının nəşr tarixlərini araşdırarkən də görürük, sonrakı əsərlərində də. Ehtimalımıza görə “İdeal” əsərinin üzərində müəllif 6 dəfə dəyişiklik etmişdir. İlk dəfə “Yanar ürək” adı ilə 1956-cı ildə yazılan əsər 1965- ci ildə nəşr edilərkən, 1979-cu ildə yenidən nəşr edilərkən, 1984-cü ildə “İdeal” adı ilə ilk dəfə çap edilərkən, 1997-ci ildə “Peyğəmbərin möhürü” hissəsi əlavə edilərək çap edilərkən (bu variantda heç bir nəşr ili və ya nəşriyyat göstərilməmişdir. Yəqin ki, Peyğəmbərin möhürünə verilən yeni yozumun yarada biləcəyi narahatlıqdan qaynaqlanır. Hətta əsərdə hansısa bir redaktor və ya tərtib edən də yoxdur. Məhz bu baxımdan nadir nəşrlərdən hesab edilir və çox da tapılmır), 2009- cu ildə “Avrasiya” nəşriyyatında 6 cildlik seçilmiş əsərləri çap edilərkən və ən nəhayət, 2013-cü ildə redaktorluğumla hazırlanan nəşrlərdə. Özünün də qeyd etdiyi kimi son nəşr mükəmməl və bitmiş nəşrdir. Çünki nöqtə-vergülünə qədər yenidən baxıb, “EySar Çarmıxda” adlı bölməni əlavə edərək nəşrə təqdim etmişdir. Hətta əvvəlki bölmələrin arasına xeyli əlavələr də etmişdi. “İdeal” romanından sonra həm yazılma tarixi, həm də ideoloji cəhətdən “Qəbiristan” romanı gəlir. Bu əsərin əmələ gəlməsi də mənim bioqrafiyamla bağlıdır. L.N.Tolstoy deyir: “Lamartin yazır ki, yazıçı yaşadığı mühitdən yazır.” Doxsan beşinci ildə mən arada infarkt keçirsəm də, demək olar ki, gözlənilmədən ağır xəstələnib reanimasiyaya düşdüm. Beyin işemiyası nəticəsində yaddaşımı itirmişdim. Çox uzun – doqquz dəqiqə sürən klinik ölümün nə olduğunu bildim. Mərhum atam ölümündən qırx üç il sonra ətrafında beş nəfər adamla ağ geyimdə palataya gəldi, divar dibində, kresloda oturub gözlərini mənə dikdi. Mən, demək olar ki, heç nə hiss etmirdim. Yalnız onu fikirləşdim ki, əlli üçüncü ildə öldürüləndə qırx üç yaşı olan atamın, hesabla, indi səksən beş yaşı olsa da, sifətində, qədd-qamətində heç bir dəyişiklik yoxdur. Gözlərini mənə diksə də, dodaqları tərpənmədi. Səssiz təlqinli ünlə dedi ki, yanımdakılar əmilərindi. Biz OdAğÜz BağOdƏrdən heç yana çıxmamışıq. Hamımız canlı insan qədər canlı işıqdan ibarətik. Sənin beynini sağaltmağa, yaddaşını bərpa eləməyə, klinikadan çıxandan sonra təzə roman yazmaq üçün kömək eləməyə göndərilmişik. Sən EyƏr planetində bizim BağÜn EvƏrimizsən (Bağ Ünü – Ev işığımızsan). “İdeal” romanında SafAğ elminin əsasını yazmısan, amma hələ kifayət qədər geniş izahını verməmisən. Buna görə də romanın davamını “Qəbiristan” adında romanda yazmalısan”.Özünün qeydinə görə bu hadisə 1995-ci ildə baş vermişdir. Lakin “Qəbiristan” romanının yazılma tarixini son nəşrində8 2004-2005 yazdı. Diqqət çəkən məqamlardan biri də bu əsərin yazılma tarixini və xronoloji ardıcıllığını fərqli göstərməsidir. Biz “Məhşər” romanını “İdeal”dan sonra oxunmasını tövsiyə etməsində də görmüşdük bu cür yanaşmanı, halbuki “İdeal” romanından daha öncə yazılmışdır. “Həyatımdan səhifələr” adlı biblioqrafiyasında isə biz görürük ki, “GurÜn” və “Cəhənnəm” romanları “Qəbiristan romanından öncə yazılmışdır. Yəqin burda da müəllif sonradan işlədiyi variantı nəzərdə tutaraq bu cür qeyd etmişdir.
“Qəbiristan” romanından sonra mən 1993-cü ildə “Dünya” jurnalında çap etdirdiyim “GurÜn” və “Cəhənnəm” əsərlərini yenidən işləməyə başladım. Daha sonra köhnə əsərlərə yenidən qayıtmaq vərdişimi davam etdirərək “Doğma və yad adamlar” romanının da yeni variantını yazıb adını da dəyişdirdim: “İsahəq, Musahəq” adlandırdım.10 Gördüyümüz kimi, həm 93-cü ildə ilk variantı çap olunan “GurÜn” və “Cəhənnəm” romanlarını, həm də 93-cü ildə yenidən üzərində işlənməsinə baxmayaraq, hələ 1958-1960-cı illərdə “Doğma və yad adamlar” adı ilə yazılan “İsahəq, Musahəq” romanlarını xronoloji ardıcıllıq baxımından birinci Qarabağ müharibəsinə həsr etdiyi “Qəbiristan” romanından sonra göstərir müəllif. Təəssüflər olsun ki, bir çox əsərlərinin yazılma tarixi bu qarma-qarışıqlıqda it-bata düşdüyündən izi tam istədiyimiz kimi apara bilmirik.
“Qəbiristan” romanın ilk mətbu variantına 2006-cı ildə “Azərbaycan” jurnalının 3-cü nömrəsində rast gəlirik.
Müəllifin təqdim etdiyi xronoloji ardıcıllığa sayğı ilə “GurÜn” romanın nəşr tarixini araşdırmaq istəsək də, təəssüflər olsun ki, “Həyatımdan səhifələrdə” 1993-cü il “Dünya” jurnalında çap olunması ilə bağlı qeyddən sonra nə vaxt tamamlandığı haqqında dəqiq məlumat əldə edə bilmirik. Nə 2009-cu ildəki 6 cildliyində, nə də sağlığında “Hədəf” nəşrlərinin çap etdirdiyi kitablarda romanın yazılma tarixi haqqında məlumat yoxdur. Ola bilsin hansısa mətbu orqanda çap edilib və ya məlumat gedib, lakin biz əldə edə bilmədiyimizdən, düşünür ki, son və tam variantı 2013-cü ildə ayrıca kitab şəklində “Hədəf” nəşrləri tərəfindən çap olunandır.
1958-1960-cı illərdə yazılan “Doğma və Yad adamlar” romanının müəllif xatirələrində “İsahəq, Musahəq” adı ilə yenidən işlədiyini qeyd edir: – “Mən “İsahəq, Musahəq” romanına da, “Qəbiristan”dakı, “GurÜn”dəki, “Cəhənnəm”dəki kimi təzə əsər həvəsi ilə girişdim və nəticəsini gördüm”.11 Halbuki ilk dəfə birinci hissəsi 1962-ci ildə və sonra “Yanar ürək”lə birgə 1979-cu ildə çap edilmişdir. Bu əsərin də yazılma tarixi 90-cı illər olsa da, ilk dəfə kitab şəklində çapı 2009-cu ildə 6 cildliyində görünür. çap edilmişdir. Bu əsərin də yazılma
Bundan sonra isə “Azərbaycan” jurnalının 2007-ci il 2-ci sayında “Cəhənnəm” romanının çapını görürük. Romanın ilk variantının 1993-cü ildə “Dünya” jurnalında çap edildiyini qeyd etmişdik. Ondan sonra isə deyəsən, sadəcə “Azərbaycan” jurnalında nəşr edilmişdir. Əlbəttə ki, müəllifin əsərlərinin çapının bu cür ara ilə çap olunmasının səbəblərindən biri də 90-cı illər hadisələri olmuşdur. “Cəhənnəm” romanı da 2013-cü ildə ayrıca kitab şəklində “Hədəf” nəşrləri tərəfindən çap olunandır ki, burda da əsərin tarixini müəllifdən dəqiqləşdirərək yazmaq diqqətdən qaçmışdır.
Nədənsə müəllif heç bir müsahibəsində, çıxışında son yazdığı povest və romanları “İdeal” silsiləsinə aid etməmişdir. Halbuki “İdeal” romanına ön sözü 2013-cü ildə yenidən işləmişdir ki, bu zaman həm “Türfə” romanı (müəllif povest adlandırır), həm də “Qırx kisə qızıl”, “İlan Dərəsi”, “Söz yarası” povestlərini həmin zaman yazıb yekunlaşdırmışdır. Həmin bu adlarını çəkdiyimiz əsərlər də SafAğ elmi əsasları üzərində qurulmuş, “İdeal” romanında verilmiş tezis xarakterli fikirlərin izahı öz əksini tapmışdır. “Türfə” romanının yazılması tarixini müəllif öz əlyazması ilə 2009-cu ilin fevral ayının 20-si qeyd edir. Bəzi müsahibələrində bu romanın çap olunmamasından gileylənsə də, nədənsə əsərinin çapına sanki özü də tərəddüdlü idi. Hətta söhbətlərimizdə bu romana görə fanatiklər tərəfindən sui-qəsdə uğrayacağından da qorxduğunu qeyd edirdi. Nizami Cəfərova inandığından və hörmət etdiyindən, onun “hələ vaxtı deyil” deməsi də müəllifin bir az geri çəkilməsinə səbəb olmuşdur. “Türfə” romanı ilk dəfə 2015- ci ildə ölümündən bir il sonra “Hədəf” nəşrləri tərəfindən mənim redaktorluğumla çap edilmişdir.12
Digər üç povesti “Qırx kisə qızıl”, “İlan Dərəsi və ya Peyğəmbərin taleyi” və “Söz yarası” isə müxtəlif zamanlarda “Azərbaycan” jurnalında nəşr edildikdən sonra üçü bir kitabda “İlan dərəsi” adı ilə 2013-cü ildə “Hədəf” nəşrləri tərəfindən çap olunmuşdur. Müəllifin “İdeal”dan sonra bədii əsər adına 5 romanı: “Qəbiristan”, “GurÜn”, “İsahəq, Musahəq”, “Cəhənnəm”, “Türfə”, üç povesti; “Qırx kisə qızıl”, “İlan Dərəsi və ya Peyğəmbərin taleyi” və “Söz yarası”, bir səhifəlik “Mənim məhəbbətim” adlı simvolik romanı və bir də bir səhifəlik yarımçıq əlyazması oxuculara bəxş etmişdir. Maraqlıdır ki, İsa Muğanna son və “Yarımçıq əlyazma”sı haqqında danışarkən söyləyirdi ki,“EySar deyir ki, təzə tsikl başlayacaqsan. Birinci əsərin böyük romandır. Amma nə məzmunu, nə də ideyası haqda heç nə demir… Amma deyir gözün açılsın sonra deyəcəm. Stolumun üstündə bir səhifəlik yazı var, hər səhər gedib o yazıya baxıram ki, görüm gözüm düzəlir, ya yox. Bu səhər baxdım gördüm ki, oxuya bilirəm az-az”. 27.03.2014.”sonra bədii əsər adına 5 romanı: 13
Yuxarıda qeyd etdiyim fikirləri o, 27 mart tarixində onunla son görüşümüzdə demişdi. Və 2014- cü ilin 31 mart – 1 aprel tarixinə keçən gecə dünyasını dəyişdi. Mistik bir hadisə isə burda baş verir – “Sirr qoxuyan kişi” taleyində. Yaradıclığının üçüncü dövrünü başlayacağını demişdi ona EySar… O, doğrudan da, yeni yaradıcılığa başladı, amma bu dünyadan çox-çox uzaqda…
Muğannanın müstəqillik dövrü ədəbiyyatımıza gətirdiyi yeni üslub, yeni era, yeni məktəb təkcə onun bədii əsərlərində deyil, publisistik yazılarında və müsahibələrində də davam edirdi.
Məhz bu səbəbdən araşdırmamızı İsa Muğannanı İsa Hüseynov yaradıcılığından tam ayrı bir şəkildə, əlaqə yaratmadan təhlil etməyi qarşımıza məqsəd qoyub, romanları və povestləri üzərində işləməyi daha vacib sayır, gələcək yazılarımızda və monoqrafiyada bu məsələləri geniş şəkildə araşdırmağı düşünürəm.

Şeir

Bu türk daha o türk deyil…

May be an image of 2 people, tree and text
Bu türk daha o türk deyil…
Nə vaxtadək qalacaqdır yerdə, qardaş,
Suçsuz axmış şəhid qanı?
Nə vaxtadək donacaqdır çöldə, qardaş, Yurdsuz qalan ruhun anı?
Əlbəttə ki, buna dözməz gözdə qan-yaş, Əlbəttə ki, buna dözməz çöldə dağ-daş,
Nə vaxtadək çaqqal gəlib qurd yerində Yabılarla at oynadar?
Gələr yurda çapıb talar?
Kef nə istər onu edər?
De, görmürmü bunu boz qurd?
Nə vaxtadək səbir eyləyər?
Nə vaxtadək rüşvət alıb ətək-ətək,
Kef içində kef eyləyər?
Vətən oğlu, vətən daşı, Qardaşımın qan qardaşı,
Sirdaşımın o sirdaşı, Sirdaşımın bu sirdaşı, Biqeyrətmi türkmənbaşı?
Nəyə dalıb türkün başı?
Bəlkə, durub dilə gəlsin Kəbəmizin qara daşı?!
Yox! Yox!
Bu türk daha o türk deyil!
Yəqin bilin!
Damarında axmır onun türkün qanı,
İstəyirsiz parçalayın, İstəyirsiz məni didin,
Bu türk daha o türk deyil,
Yəqin bilin! Hansı ki, o Asiyadan Avropaya,
Afrikadan Asiyaya xaqan idi. Hansı ki, o, od vuraraq Moskvaya,
Haqq-hesabı soran idi.
Vuran idi, yıxan idi,
Öc qoymazdı, alan idi.
Ya durmayıb igid Qazan Dağa, daşa lərzə salan
Yuxusundan.
Ya da ki,… Ya da ki,…
Dilim gəlmir desin bunu,
Bəlkə, küsər Qorqudumun yatmış ruhu,
Bəlkə, küsər Turan deyən Cavid soyu,
Yox! Yox! Deyəcəyəm…
Deyəcəm ki, bəlkə bilsin!
Türk elinin sabahkı oğlu.
Ya da ki,
Türk qanına girib əlbət,
Tülkü qanı.
Düşmənimlə axır onun birgə qanı, Düşmənimdir ona dayı.
Bəli, budur yıxan bizi, Tapdalayıb əzən bizi, Zirvələrdən salan bizi. And içirəm,
Teymurumun səbrinə mən,
Türkdən qorxan çinlilərin səddinə mən, And içirəm,
Xətayinin qəbrinə mən.
Beyrəyimin igid təkin əhdinə mən.
And içirəm,
yovşanımın ətrinə mən,
Ana dilli laylaların sətrinə mən, And içirəm!
And içirəm, düzdür sözüm, Kor deyiləm, görür gözüm.
Yoxdur daha, yoxdur dözüm, Vardır mənim bircə sözüm. İstəyirsiz belə yozun,
İstəyirsiz elə yozun,
Bu türk daha o türk deyil!…
***
Dədəm Qorqud söyləmişdir o vaxt bizə,
Yalnız gələr Təpəgözdən bəla sizə.
Bəlli deyil Təpəgözdən
Mələk olmuş anası kim.
Mələkdimi, insandımı Fərqimi var?!
Qanası kim? İç Oğuzla Dış Oğuzu
Bir-birinə düşmən edən,
Var-dövlətin zərrəsinə. Üsyan!!!
Boz qurdlara qardaş deyən,
Tülkülərin hiyləsinə. Üsyan!!!
Tülkülərlə birgə yatan,
Qaş-gözündən şəhvət saçan,
Boz qurdların bircəsinə. Üsyan!!!
***
Parçalayıb qəlbimizi,
Cərrah kimi yarmalıyıq Xainləri zorla ordan Çıxardaraq atmalıyıq.
Olmasaydı içimizdə düşmən əgər, Yıldırım qərbə, Teymur şərqə
Xanlıq edər, Torpaqları fəth edər,
İstəsə lap Marsa gedər,
Sancar ora türk bayrağın,
Böyüdərdi türk elinin dağ-yaylağın,
Şah İsmayıl, Sultan Səlim,
Dost olardı bir-birinə,
Uymazdılar heç iblisin şər felinə,
Fars da gəlib minməzdi heç türk belinə,
“Papa”lar da girməzdi heç
“Dədəm” deyən türk dilinə.
Ermənidə nəydi cürət,
Girə türkün yurd, elinə.
Düz deyibdir babam bizə:
“Türkün dostu yoxdur türkdən başqa” Fəqət…
Türkün dostu kimi
Yox düşməni türkdən başqa.
Ey Türk!…
Qüvvət ver özünə, qürrələn sən özünlə! Yaşamısan, yaşa sən, əməyinlə sözünlə,
Türk olduğun bəllidir ərliyinlə, dözümlə!!!
Dön tarixə bir də bax, qıyıq qartal gözünlə, Ki, utanmasın zirvələrdə duran al bayrağın
Yovşan ətri duysun sənin dağ-yaylağın, Anadoludan Tibetəcən olmuş olan,
Yurd oylağın!
Ki, utanmasın zirvələrdə duran al bayrağın!
Ustad Dərgisi

Məhəmməd Füzulimi, Mirzə Fətəli Axundzadəmi ağıllı adam idi?

(“Ustad” dərgisi, 11-ci say)

Bu yaxınlarda qohumlardan biri ilə kiçik mübahisəmiz oldu. Deməli, o, 10 yaşlı qızını qapandırır, yəni qız uşağı örtünür. Buna etiraz edəndə və yanlış addım olduğunu deyəndə söylədim ki, o hələ qanmır axı, uşaqdır, din isə şüurlu şəkildə qəbul edilməli ideologiyadır. Uzun sözün qısası, qohumu bir az tənqid etdim!
Adam qəfil elə bir sual verdi ki, hələ də lakonik cavab tapmaqda çətinlik çəkirəm. Dedi ki, uşaqlarını niyə 6 yaşından məktəbə qoyursan, özü getmir?. Mən dili qafil də debat bacarığımı unudaraq dedim ki, o nə qanır, onu yönləndirmək lazımdır. Dedi ki, bəs indi bu da belədir də, bu nə qanır ki, din yaxşı şeydi, ya pis, örtünmək lazımdır, ya yox?! Bunu da yönləndirmək lazımdır. Kənd arvadları demiş, əlim ağzımda qaldı. Açığı, cavab üçün gərək xeyli mübahisə edərdik və etdik də, amma adam beynində cavabını tapdığı suala digər cavab eşitmək istəmədiyində dediklərin bihudə gedər. Məktəblə örtünməni, dini bu cür müqayisə etməyin özü belə çox şeydən xəbər verir.
Söhbətimiz uzandı, mübahisə oldu, sonra incikliyə qədər gedib çıxdı ki, bunu qohumluqda birtəhər ört-basdır etmək mümkündür.
Qohumumun bir sualı da oldu, sən Füzulidən ağıllısan (şiə olduğunu anlarsınız yəqin)? Bu sualı ona görə verirdi ki, Məhəmməd Füzuli vəsiyyət edibmiş, öləndən sonra məni İmam Hüseynin ayaqları altında dəfn edin. Adam bunu deməklə mənə çatdırmaq istəyir ki, Füzuli İmam Hüseyni sevirmiş və bütün insanlar da sevməli imiş. Amma əmin olun ki, Füzulinin Kərbəla müsibətini ifadə edən “Rövzətüş-şühəda”, “Məqatilit-talibin” və “Hədiqətüs-süəda” kimi iri həcmli əsərlər yazmasından xəbəri belə yox idi. Hətta Sabirin mərsiyələrinin olduğunu da deyib, mövzuya ədəbiyyat damarımdan girirdi. Mərsiyələrin adlarını soruşmadım, çünki bilirəm ki, təkyələrdə gecə-gündüz sinə vurub, başını süni şəkildə o tərəf – bu tərəfə fırladaraq kədərləndiyini, təəccübləndiyi və ağlamsındığını göstərdiyi mərsiyələrin adını bilməmiş olmazdı?
Bu cür sualları yəqin ki tez-tez eşidirsiniz, hətta savadlı dindarlar olanda bu mövzuda daha dərində üzürlər. Məsələn Fərabi, ibn Sina, Şəbüstəri, Sührəverdi, Nəsimi, Xətai kimi büyük zatları da misal gətirərlər, hətta bir az da milli damarı yaxşı işləsə, Mahmud Kaşğarinin Divani-Lüğət-Ət Türk əsərindən də nümunə gətirib İslamı təbliğ etməyə cəhd göstərərlər öz aləmlərində. Sənin o böyük zatlara xüsusi rəğbətin olsa, hətta həmin zatları kumirlərindən biri kimi görsən, onda gəl səsini çıxart da… Məsələn, mən Şah İsmayılı İmperatorumuz kimi çox sevirəm, hətta idealım da hesab edirəm. Amma bu din məsələsi gələndə, lap misralarından birində özünü ‘’seyid’’ adlandırmasını oxuyanda ikilikdən əziyyət çəkirəm. Amma tez də onun dini məsələsinə baxmadan digər tərəflərini göz önünə gətirib, daxilimdəki çəkişməni yatırıram.
Bunları danışmaqda bir məqsədim var. Ona görə girişi belə əhvalat xarakterli etməyə çalışdım. Əslində, insan oğlu meyarsız, qaydasız yaşaya bilmədiyindən bu cür hallar doğur. Özü-özünü çərçivəyə salmaq, idarə olunmaq, inandırılmaq, yönləndirilmək istəyir. Bu xislət ona elə hopmuş ki, onu bundan ayırmaq olmur. Adəmin özü belə o qadağan olunmuş meyvəni yemək üçün, babalı Həvvanın boynuna deyib, yedi. Bir-birilərinə dəstək olmasa idilər, tək yeməkdən qorxardılar.
Örtünmə ilə bağlı verilən sualı cahilcə hesab etdiyimdən cavab axtarmağa baş sındırmadım. Amma ikinci məsələdə dözmədim. Ona dediyim və demək istədiyim bir neçə fikri yazmaq istəyirəm və savadlıların da bu sualı verməsinə heyrət edirəm.
Mənə görə ağlı başında olan insan öz cinsindən olan heç bir insanın izi ilə getməyi özünə xüsusi vəzifə bilməməlidir. Qəbul etdiyi fikri ola bilər, fikrinə hörmət edə bilər, ağıllı fikirlərindən yararlana bilər, amma onun fətvası ilə canını belə qıya biləcəyi dərəcəyə qalxmasını heyvani hiss hesab edirəm. Heç bir insan heç bir insana nə Allah, nə peyğəmbər, nə imam, nə də alim ola bilməz.
Məhəmməd Füzuli mənim üçün yaxşı şairdən başqa bir kimsə deyil. Hətta lirik şair desəm, daha düzgün səslənər. Maraqlı fikirləri də ola bilər, bəyənərəm də, bəyənmərəm də. İmam Hüseynə olan sevgisini də anlayışla qarşılaram. Ona görə ki, əgər həmin Məhəmməd Füzuli sovetin qılıncının dalı da, qabağı da kəsən vaxtı Azərbaycanda yaşasaydı, onda Səməd Vurğun kimi, Süleyman Rəhimov kimi düşüncə sahibi olmayacağına kim zəmanət verərdi? Və ya Atillanın dövründə o istedad ilə yaşasaydı, kim zəmanət verərdi ki, Şaman olub ocaq başında dualar oxumayacaqdı?!
İnsan dövr və şəraitə, düşdüyü təsirə görə formalaşır.
Suala sualla cavab da vermək olar. Mirzə Fətəli, Mirzə Kazım bəy, İsa Muğanna, Hüseyn Cavid ağılsız adamlar idimi? Dinin içindən çıxıb, hətta daha böyük formada da sual vermək olar–: Eyşteyn, Freyd, Nitsşe, Viktor Hüqo, Engels, Marks, hətta bu gün elmi kəşfləri ilə dünyanı lərzəyə salan müasirlərimiz kimilər də mi ağılsız idi ki, müsəlman yox, xristian, yəhudi, buddist olmuşdular?
Və ya demək olardı ki, sənin dədən sovet dövründə yaşayıb, dinə biganə idi və gecə – gündüz yeyib – içirdi, necə oldu ki, onun yolu ilə yox, Səid Nursinin, Sistaninin, Xomeyninin yolu ilə gedirsən?!
Savadsızı başa düşmək olur ki, eşitdiyini danışır, bəs savadlısı necə?
Gəldiyim nəticə budur ki, bir inancı kiməsə təqdim etmək üçün hansısa tanınmış şəxsin düşüncəsini, əməlini göstərməklə effektli etmək o qədər də məqbul deyil. Tanrı bizə şüur deyilən bir şey verib ki, həmin şüur işləyirsə, onun yanacağı məntiqdir, məntiq nəyisə qəbul edirsə, əgər min üləma, min övliya gələ səni yoldan döndərə bilməz.
Bu, tarixən belə olub, xalqın bir tərəfinə görə sayıb seçdiyi, hörmət etdiyi şəxsləri düzənbazlar həmişə təbliğat aləti kimi istifadə edib. Sən Füzulini böyük adam hesab edirsən, mən Axundzadəni. Bunları tərəziyə qoyub dartmaq isə ən böyük yanlışdır, hər ikisinin xətası ola bilər, hər ikisi kiməsə görə ideal, kiməsə görə heç kimsə ola bilər. Onları müqayisə etmək və birtərəfli yanaşmaq yanlışdır, amma onları müzakirə, təhlil etmək, bəyənib bəyənməmək isə fərdin düşüncəsidir.
Bu gün bizim Şərqin müxtəlif mövzularda Qərbdən geri qalmasının əsas amillərindən biri də şəxsiyyətləri ehkamlaşdırmasıdır. Qərb İsa peyğəmbəri tənqid edə-edə inkişafını təmin etdi, halbuki xristianlıq mövqeyindən baxsaq, İsa Tanrının oğlu, Məhəmməd peyğəmbərsə elçisi idi. O, Allahın oğlu dediyi şəxsi müzakirə obyekti etdiyi halda, bizə imamı, hansısa bir şairi nəinki müzakirə etməyi, hətta sevməməyi, əsrlərlə qadağan edən ənənələri sırıdılar. Onlara sadəcə gözü bağlı şəkildə inanmağı, sevməyi, ideal bilməyi öyrətdilər, məhz bu səbəbdən durub desəm ki, Məhəmməd Füzuli İmam Hüseyndən böyük adam olub və buna görə də onun ayaqları altında basdırılmağını deməsi özünü kiçiltməyidir, çoxları tənqid edər ki, sən kimsən, Məhəmməd Füzuliyə bu sözü deyirsən?! Mən də el qınağından qorxaraq, susacağam və yalançı təvazökarlıqla, əlbəttə o böyük adam idi, mən onu müzakirə edə bilmərəm deyəcəm və səmimi olmayacağam. Səmimi olmayan bir cəmiyyətdə isə hər şey yalan üzərində qurulur və hamı bir-birini aldadır, necə ki edirik də.
Dərindən düşünəndə görürük ki, İslam Şərqi sadəcə görüntüdə bütləri yıxıb, daxilində isə bunu heç bir zaman bacarmayıb. Bütləşdirmək prinsipindən uzaq ola bilmədiyimiz üçün büt kultunun ən ağır formasını yaşayırıq. – Bu gün əgər insan məntiqlə düşünsə, cavabı müəmmalı məsələləri həmişə sorğular, araşdırar və ən düzgün qərara gələr. Məntiq isə vicdanla dost-doğmaca qardaşdır. Sadəcə vicdanın və məntiqin işləmə mexanizmini öyrənmək, dərk etmək lazımdır.
P.S. “Məhəmməd Füzulimi, Mirzə Fətəli Axundzadəmi ağıllı adam idi” sualına hökmən iki cavab var. Mənə görə, bu, kimin hansı tərəfdən baxmasından asılıdır. Amma əsas odur ki, hər ikisini ağıllı hesab etdiyin qədər də, hər ikisinin yanlışını görüb dilə gətirə biləsən. Bunu edə bildiyin zaman Yaradanın məzhəbindənsən, əks təqdirdə təriqətçisən ki, bu da bölücülük yaradır…

Ustad Dərgisi

Qorqud atanın pıçıltısı və geridə qalan bir il…

(“Ustad” dərgisi, 10-cu say)

Bir il…. Qosqoca bir il gəlib keçdi. Və budur, “USTAD”ın yaşı tamamdır. Dədə Qorqud zamanı olsaydı, ən yaxşı halda, ad qoyma mərasimi indilərdə olmalı idi. Axı əməllər adı doğrultmalıdır. Əgər belə olmazsa, şəxs adının böyüklüyü və ya kiçikliyi altında əzab-əziyyət çəkməli olur. Az hallarda insan öz adına yaraşır. Bu məqamda düşünürəm ki, əslində, qoyulmuş bütün adlar öz sehrini sahibinin üzərinə salır və onu bu adın yükünü daşımağa vadar edir. Bəli, vadar edir. Əgər ad xarakterə uyğun gələrsə, bu zaman vəhdət baş verər ki, onu da daşımaq kimi hansısa bir dərd yaranmaz.

Biz də dərgimizin adını Qorqud Atanın pıçıltısı ilə USTAD qoymuşduq. Dərginin birinci sayında da bu adı qorumağa, ucaltmağa çalışan bir şagird olacağımızı vurğulamışdıq ki, düşünürəm əməl edə bilmişik.

Bir baş redaktor kimi, sizlərə hesabat vermək boynumun borcudur. Mən hesabatımızı verim, dəyəri isə siz verin. Çünki biz dağın ətəyində olduğumuz üçün onun böyüklüyünü və kiçikliyini siz müəyyən edə bilərsiniz, əziz oxucular!

  1. Bu bir il ərzində kimlərlə yola çıxmışdıqsa, indi də həmin komanda ilə davam edirik və sıralarımız günü-gündən genişlənməkdədir. Bir “USTAD” birliyi təmin etməlidir ki, onu da etdi.
  2. Bir atımlıq barıt olmadıq, düzənli inkişaf yolu ilə addımladıq. “USTAD” yol göstərər ki, onu da etdi.
  3. İntriqa, dəstəbazlıq, şüarçılıq lehinə olacağımızı elan etmişdik və “Ustad” buna sadiq qaldı.
  4. Ədəbiyyat və Mədəniyyətə xidmət etməli, maarifçiliyi bayraq etmişdik ki, bayrağı endirmədik.
  5. Ustad-Şagird münasibətlərini hər addımda qoruduq.
  6. Millət və Dövlət sevgimizdən sapınmadıq.
  7. Nəşr keyfiyyətinə daima sadiq qaldıq.
  8. Reallığı romantikamıza qurban vermədik, romantikamızı reallığa çevirdik.
  9. Vəzifəlinin, pullunun ədəbiyyatı olmadıq.
  10. Kim olursan ol, gəl, demədik, Milləti, Vətəni, İnsanı sevirsənsə, gəl dedik!

Bunlar bizim prinsipimiz oldu və əməl etmək üçün çalışdıq. Niyyətimiz yanlış olmadığı üçün, əməlimizdə ola biləcək qüsurları da oxucumuzun anlayışla qarşılayacağına inandıq.

Artıq 10-cu nömrəmizlə qarşınızdayıq. Və bu prinsipləri qoruyacağımıza əminik.

Bu məqamda baş redaktor kimi çox geniş və yorucu olmamaq arzusu ilə…

Xəbərlər

“Hədəf”li Respublika birincisi

Hədəf Kursları Xırdalan filialında 11 il müəllim kimi fəaliyyət göstərən Mahmudova Ülviyyə Elm və Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin işə qəbulu imtahanında Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə Respublika birincisi olmuşdur. Bu münasibətlə Hədəf Şirkətlər Qrupunun baş direktoru fil.f.d Şamil Sadiq tərəfindən “Hədəf döş nişanı” və müxtəlif hədiyyələrlə təltif olunmuşdur.

Qeyd edək ki, Ülviyyə xanım iki dəfə “Hədəf döş nişanı” ilə təltif olunan yeganə müəllimdir.

Ülviyyə müəllimi bir daha təbrik edir, ona uğurlar arzu edirik.

Xəbərlər

Repetitorluğu aradan qaldırmalı, yoxsa repetitorlar?

Repetitorluğu aradan qaldırmalı, yoxsa repetitorlar?

Əvvəlki hissədə qeyd etdiyimiz kimi, repetitorluğun bu cür vüsət almasının real və qeyri-real səbəbləri var. Bunun aradan qaldırılması üçün ciddi təhsil islahatlarına start verilməli, Elm və Təhsil Nazirliyi ilə DİM ciddi şəkildə birgə işləməyə başlamalı, rəqib qurumlar kimi yox, bir qurum kimi fəaliyyət göstərməlidir. Burada daha çox iş Elm və Təhsil Nazirliyinə düşür. Necə ki kütlənin qarşısına sinə gərib açıq və şəffaf işlər görür. Öz iradəsini ortaya qoyur, eləcə də burada elə olmalıdır. Bu fikrə gəlməyimin əsas səbəbləri var, aşağıda qeyd edəcəyəm. Çünki sifarişçi Elm və Təhsil Nazirliyidir, ona görə də tədris prosesini poazacaq addımların atılmasına qəti etiraz bildirməli və bu prosesi dayandırmalıdır.

Repetitorluğun belə geniş vüsət almaması üçün atılmalı olan vacib addımlar var. Düzdür, heç bir halda əmin olmaq olmaz ki, bu proses kökündən kəsiləcək, amma ən azından el qınağından qurtulmaq, xalqın istəklərinə qismən də olsa, nail olmaq olar. Tez-tez səsləndirdiyimiz məsələ odur ki, dünyanın hər bir ölkəsində repetitorluq var və qarşısını süni yolla almaq mümkün deyil. Amma xeyli zərbə vurmaq, zəiflətmək, yavaş-yavaş aradan qaldırmaq olar. Bunlar hansı addımlardır?

1. İlk olaraq görülməli olan ən birinci iş fənn kurikulumlarına və onlar əsasında hazırlanan dərsliklərə, dərs saatlarına baxılmalıdır. Əgər 10-11-ci siniflərdə sadəcə universitetə hazırlıq proqramı olarsa, dərsliklər 9-cu sinifdə əsas kursu bitirərsə, xeyli irəliləyiş olar. Çünki məhz o siniflərdə müəllimlər yeni dərsi yox, DİM qəbul proqramına uyğun aşağı siniflərdən təkrara başlayar, öhdəsinə düşən saatları hazırlığa sərf edərlər.

2. İkinci əsas məsələ isə 10-11-ci siniflər lap kursların proqramına oxşar qruplar üzrə müəyyənləşdirilsə, 9-cu sinifdən təmayül siniflərin işini düzgün qura bilsək, 10-11-ci sinifdə dərs keçən müəllimlər, məktəb direktorları düzgün dərs bölgüsü ilə apararsa, nəticəsi qəbulda yaxşı olan müəllimlərin maaşı ciddi şəkildə fərqlənərsə, məhz dövlətin ayırdığı büdcə ilə məktəbdə repetitorluq sistemini elə məktəbin öz imkanları hesabına həll etmiş olarıq. Çox da çətin proses deyil, bir müəllimin haqqı olan maaşı qismən də olsa, təmin edəriksə, məsələ həllini tapar. Hamımız yaxşı bilirik, yaxşı repetitorlar məktəbdə işləməkdən boyun qaçırır, bir-iki sinfi də ona görə götürür ki, uşaq yığa bilsin. Bunun mətbəxini bilən adam kimi sizi əmin edirəm. Hə, sözsüz ki, ixtisas quruplarına görə dərs saatlarına da baxılmalıdır ki, ən azından bir fənnə dörd-altı saat arasında saat düşsün. Onsuz da, bu gün məktəblərimizdə 9-dan başlayaraq heç bir məktəb attestata yazılan qeyri-ixtisas fənn qiymətlərini obyektiv yazmır, uşağın ixtisas qrupunda göstərdiyi performansa görə müəyyənləşdirir. Bir-iki istisna varsa da, bu nümunə aid edilə bilməz. Və 9-cu sinifdən peşə məktəblərinə göndərilmə bir növ məcburi olmalı, onsuz da, əksər hallarda uşaq sıxlığından əziyyət çəkən məktəblərin işini yüngülləşdirməliyik.

3. Digər bir məsələ isə buraxılış və qəbul imtahanlarının vaxtı ciddi şəkildə müzakirə olunmalı, ən tez iyun ayından başlanmalıdır. Bildiyimiz kimi, son illər mart ayına qədər gəlib çıxan bu imtahanlar şagirdlərin hazırlıq imkanlarını ciddi şəkildə əlindən alır. Az-az özü, məktəbin köməyi ilə hazırlaşan uşaqlar var idisə də, artıq yoxdur, əmin olun. Çünki beş-altı aya on beş səhifəlik kitabları oxuyub əzbərləmək mümkün deyil, xüsusi tipli suallarla alışdırma etmək şagirdlik deyil, onu çeynəyib şagirdin ağzına qoyacaq müəllimlərə hökmən ehtiyac var. Elə buna görə də şagirdlər və valideynlər narahat olur. İmtahanların əvvəldə verilməsi şagirdlərin məhz müəyyən mövzuları oxumamasına gətirib çıxarır, xeyli mövzu qalır. Məhz buna görə deyirəm ki, imtahanların önə çəkilməsi heç bir halda Elm və Təhsil Nazirliyinin iradəsi ola bilməz!

4. Bütün bunlarla yanaşı 10-11-ci siniflər üzrə hazırlanan dərsliklər DİM-in birbaşa nəzarəti ilə olmalı, məhz proqrama uyğun hazırlanmalıdır ki, şagird dövlətin verdiyi ödənişsiz kitabları qoyub DİM-in və ya digər müəlliflərin kitablarına üz tutmasın.

Axı bizə nə lazımdır? Azərbaycanlı gəncin hazırlaşıb, yaxşı bal toplayıb universitetlərə girib savadlı kadr olmasını istəmirik? Əminəm ki, hər iki qurum bunu birmənalı istəyir, o zaman səmimi olub, eqomuzu kənara qoyub, bu prosesi birləşdirək da. İstər elm və təhsil naziri, istərsə də DİM sədri həmişə ictimaiyyətə açıq olub, brifinqlər keçirib, suallara cəsarətlə cavab veriblər. Nə olar ki, bir dəfə də hər ikisi bir yerdə, mütəxəsislərin iştirakı ilə bu mövzunun müzakirəsini təşkil etsinlər. Əminəm ki, daha yaxşı yollar tapılacaq. Kitabları dövlət sifarişi edək əvvəlki kimi, DİM də publik hüquqi şəxs olaraq test toplularını satışa çıxarsın, bundan sadə nə ola bilər ki?! Və qəbul proqramı və test modelləri hər iki qurumun birgə imzası ilə hər ilin avqust ayında dərs bölgüsü elan edilən zaman cəmiyyətə təqdim edilsin. Halbuki ən yaxşı halda DİM bunu yanvar ayında elan edir.

5. Son məsələ isə… DİM sual tiplərinə yeni yanaşma sərgiləsin, əzələ nümayiş etdirib kiməsə sübut etmək ki, təhsilin vəziyyəti ağırdır prinsipindən uzaqlaşsın. Bu nə ölkəmizə, nə də valideynlərimizə stresdən, əsəbdən başqa heç nə vermir. Özəl təhsil sektorunu hər il baltalayır, bir neçə reytinqli universitetdən başqa qalanlarına yüz əlli-iki yüz (150-200) bal aralığında qəbul gedir. Onlar da özlərini əzilmiş, ən zəif uşaqlara sahib kimi hiss edirlər. Şagirdlərimizin isə burada aldığı travma onlarla gəzir. Gəncliyin ən gözəl anlarında həyatı yarış atı kimi keçirmək sonradan onları məhv edir. Artıq çoxdan sınaqdan çıxıb aşağı bal toplayan uşaqlara, sonradan daha uğurlu insanlara çevrilir. Maraqlı olardı ki, indiyə qədərki yeddi yüz (700) ballıq uşaqların harada və necə işləməsi ilə bağlı yaxşı bir tədqiqat aparılsın və nəticələr ictimaiyyətə açıqlansın. O uşaqlar ömürlərini çürüdürlər o nəticələri əldə etmək üçün. Əgər bu milləti sevir və gələcəyini qurmaq istəyiriksə, ona güvən verməli, özünü doğrultması üçün şərait yaratmalıyıq. Bunun isə yolları çox sadədir: istək, iradə və cəhd!

Bütün bu sadaladıqlarımın kökündən həlli on iki illik təhsilə keçid, vahid təhsil konsepti, təhsildən nə gözlədiyimizi, hədəflərimizi açıq şəkildə ifadə etmək, ali məktəblərimizin təhsil keyfiyyətini yüksəltmək və etibarlı təhsil sistemi qurmaqdan keçir.

Xəbərlər

Sertifikasiyamı, Pedaqoji Kadrların Performans Dəyərləndirilməsimi?

Sertifikasiyamı, Pedaqoji Kadrların Performans Dəyərləndirilməsimi?

Cəmiyyətin aparıcı sahəsi olan təhsil sistemi və onun kadrları inkişafın barometri sayıla bilər. Təhsil sistemindəkilərin peşəkarlıq səviyyəsi digər sahə mütəxəssislərinin də analoji səviyyəsinin təminatçısıdır. Bu baxımdan onların peşəkarlıq səviyyəsi daim nəzarətdə saxlanılmalı, elmi-metodiki bacarıqlarının zamanla uyğunlaşdırılması təmin edilməli və bu bacarıqlar müntəzəm ölçülməlidir. Pedaqoji prosesə “çörək ağacı” kimi baxmaq kimi yanlış yanaşmadan uzaqlaşmaq təkcə müasir dövrün deyil, bütün tarixin tələbidir. İşin ciddiyyətini əsaslandırmaq üçün xeyli arqument gətirməyə ehtiyac yoxdur. Ömürboyu təhsil pedaqoji kadrların hər gün baş verən yeniliklərlə tanış olmağını təmin edir, bu təminatın səviyyəsi isə müxtəlif üsullarla ölçülə bilər.

Bəzən faktoloji biliyi üst səviyyədə olmayan müəllimlər olur ki, o həm sevilir, həm də ciddi hörmət sahibidir. Onun digər bacarıqları biliyinin tam olmamasını əvəzləyə bilir. Çünki orta məktəbin vəzifəsi təkcə universitetlərə tələbə yetişdirmək deyil. Bu bütün təhsil sənədlərində ifadə edilir. Bu zaman müəllimin dəyərləndirilməsi də sadəcə elmi biliklərlə yox, digər sahələrlə də aparılmalıdır. Çünki bu gün cəmiyyətə bilikli robot yox, vicdanlı, ədalətli, mərhəmətli, çevik zəkalı, tərbiyəli insanların yetişdirilməsi daha çox vacibdir. Buna görə də Sertifikasiya imtahanlarının keçirilməsi üçün uzun müddətdir ki, üzərində işlədiyim və Hədəf Konseptinin tərkib hissəsi olduğu üçün artıq sınaqdan çıxardığımız bir sistemi təklif edirəm. Biz bu sistemin adını PKPD – Pedaqoji Kadrların Performans Dəyərləndirilməsi qoymuşuq. Bu sistem düzgün işlədilərsə, bir müəllimin bütün tərəflərini dəyərləndirmək və haqqı olanı vermək imkanına sahib olarıq.

Gələn həftə Azərbaycan müəllimi qəzetində gedəcək böyük bir yazıdan, kiçik bir parçanı bölüşüm. Yeni təklif, yeni sistem…

Xəbərlər

 NİYƏ HƏDƏF LİSEYİ?

 

✔️Azərbaycan, ingilis, rus bölmələri üzrə məktəbəqədər təhsil pilləsində 11-ci sinfə qədər tədris.

✔️Həftəlik 45 saat, 8:30-dan 16:35-a kimi dərslər

✔️Valideyn, şagird və müəllimlərin birgə istifadəsi üçün elektron idarəetmə

✔️STEAM əsaslı təhsil

✔️Robotexnika və Proqramlaşdırma dərsləri

✔️Beynəlxalq və yerli olimpiadalara, müsabiqələrə hazırlıq.

✔️8-14 saat praktik ingilis dili tədrisi

✔️Gündə bir dəfə yemək, iki dəfə qəlyanaltı

✔️5-11-ci sinif şagirdlərinə məktəbli forması

✔️Həftəlik 5-8 saatlıq dərnək və klublar

✔️Dərsliklərlə təminat

✔️9-11-ci siniflərdə buraxılış, blok, YÖS, SAT imtahanlarına hazırlıq

✔️Nəqliyyat xidməti

✔️Yerli və beynəlxalq yay və qış düşərgələrinin təşkili

✔️İldə dörd dəfə sınaq imtahanı

✔️Mütəmadi psixoloq va koucinq xidmati

✔️Hər sinfə həm sinif rəhbəri, həm də köməkçi müəllim nəzarəti

✔️Təhlükəsizlik kameraları ilə təhciz olunmuş siniflər

✔️Maksimum 18 nəfərlik sinif otaqları

✔️Smart lövhələrlə təhciz edilmiş siniflər

Xəbərlər

“İş dünyası-100 ilin zirvəsi”

Azərbaycan və Türkiyənin mövcud potensialı iqtisadi sferada əlaqələrin, xüsusən də qarşılıqlı ticarət dövriyyəsinin həcminin indiki ilə müqayisədə xeyli dərəcədə artırılmasına imkan verir. Son günlər bu istiqamətdə bir sıra mühüm addımlar atılıb.

Bununla, Azərbaycan və Türkiyə KOB subyektləri arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə Türkiyə Respublikasının İstanbul şəhərində 13-14 iyul tarixlərində MÜSİAD Genel Mərkəzdə “İş dünyası-100 ilin zirvəsi” layihəsi həyata keçiriləcək. Biznes forum-sərgi Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi və Türkiyə Respublikasının 100 illiyinə həsr olunacaqdır.
Tədbirin əsas məqsədi iki ölkə arasında kiçik və orta sahibkarlığın inkişafına, şirkətlərarası təcrübə mübadiləsinin aparılmasına, müxtəlif sahələr üzrə texnoloji yeniliklərin öyrənilməsinə, şirkətlərin Türkiyə və Azərbaycan vasitəsilə xarici bazara satış etmək imkanlarına, mövcud investisiya imkanlarının araşdırılmasına dəstək göstərməkdir.

Hədəf Şirkətlər Qrupu olaraq biz də həmrəylik, inkişaf, səriştəlilik və ləyaqət kimi dəyərlər işığında burada iştirak edirik.

Hədəfimiz- beynəlxalq arenaya Azərbaycanın Milli təhsil brendi olaraq açılmaqdır!