Xəbərlər

Bakıda Təhsil Texnologiyaları Sərgisi keçiriləcək

Dekabrın 20-də Bakıda təşkil ediləcək III Təhsil Menecerləri Forumu çərçivəsində ilk dəfə xüsusi Təhsil Texnologiyaları Sərgisi keçiriləcək.

Sərgi təhsil sahəsində çalışan mütəxəssislərə ən son texnoloji yenilikləri bir arada görmək, təcrübədən keçirmək və innovativ həllərlə tanış olmaq imkanı yaradacaq: Yeni nəsil interaktiv tədris texnologiyaları, rəqəmsal təhsil və LMS platformaları, İKT əsaslı idarəetmə və monitorinq sistemləri, məktəblər üçün innovativ proqram və tətbiqlər, robotika, STEAM və VR/AR təhsil mühitləri, smart cihazlar, ölçüləbilən tədris alətləri izləyicilərə təqdim olunacaq.

“Təhsilin gələcəyi ilə tanış olun” devizi ilə açılacaq sərgi təhsil liderləri üçün texnologiya ilə daha yaxından tanış olmaq, müasir həllər seçmək və yeni əməkdaşlıqlar qurmaq üçün yaxşı fürsətlərdən biri kimi dəyərəndirilir.

Qeyd edək ki, III Təhsil Menecerləri Forumunun təşkilatçısı Azərbaycan Dövlət İqtisad Universiteti və Hədəf Şirkətlər Qrupudur. Təhsildə innovasiya, rəqəmsallaşma və effektiv idarəetmə modellərinin əsas istiqamət kimi götürüldüyü forum təhsil sahəsinin liderlərini bir araya gətirərək yerli və xarici ekspertlərin ən aktual trendlər, innovativ yanaşmalar, tətbiq edilə bilən həllər barədə çıxışlarının təqdim edəcəyi böyük platformadır.

Oxşar yazılar