“İçimdə hər gün bir adam ölür”
Biri yaxından, biri uzaqdan,
Biri haqlı ikən ölür,
biri nahaqdan,
Biri intihar edir,
biri başın sürtür bıçağa,
birinin ölümü əcəldir,
birininki də gəlir O haqdan!
Ölüb gedənlərlə ölmürəm,
Qabağa baxıram, geri dönmürəm!
Amma…
Birinin dalınca baxdım uzaqdan,
Dilsiz, ağızsız idi o,
Bir az xətalı, bir az diqqətsiz,
Bir az sözün bilməyən, bir az ağılsız…
amma günahsız idi o….
Çarəsizdi, dinləmədi o məni…
Mən güclü idim, o zəif,
Mən böyük idim, o kiçik,,
Mən səsli idim, o səssiz,
Harayına çatmadı içim,
Əbədəyə düşmüşdü sanki,
Eləcə Diri-diri öldü getdi…
Öldürməsəm də, ölümünü izlədim…
Sonra, sonra yenə Vicdanımı dinlədim,
Qəfil məzarını aradım,
Nə məzar vardi, nə də baş daşı,
İçim dönmüşdü daşa,
Adam çevrilmişdi yaddaşa…
Dözmədi qəlbim, dözmədi,
Bağırdı ki, eyyy, yaşa, yaşa…
Gerçəkliksə mənə səsləndi,
Haşa, haşa, haşa…
Rustəm Behrudiyə nəzirə.
Dekabr
