Cavidi tanıya bilmək üçün sadəcə əbədi adın kölgəsində kölgələndik… Elə tanıtmaq üçün də bu kölgənin böyüklüyündən danışdıq. Amma sadəcə özümüzə… Heç yovşan ətirli əngin çöllərə Cavid deyə hayqıra bilmədik. Bu böyük kölgəni yaradan isə Cavid dühası idi. Həmin düha bir günəş idi ki, Cavid adının üstünə işıq saçaraq bu kölgəni yaratdı. İnsandan danışdı, insandan yazdı… İnsan yetişdirdi… İnsan yetişdirmək üçün ideyalar aləmi yaratdı… İnsanı dərk etdi… İnsandan bəhrələndi… İnsan xislətini gördü, onu anladı… İnsanın uydurduğu həqiqətlər sistemindən şübhələndi… Həqiqətin kağızlarda, əşyalarda yox, düşüncələrdə olduğuna inandı… İnsanın özü yaradıb əsirinə çevrildiyi İblisin kim olduğunun tərifini verdi… “İblis” əsəri ilə insanlara insanı tanıması üçün güzgü verdi. İnsanı sevdi, insan oldu… Amma insanın qara niyyətlərinin qurbanına çevrildi… Elə bir ana obrazı yaratdı ki, xeyir aynası, insanlıq aynası, mərhəmət dünyası… Şeyx Sənan haqqı arayıb bulmuş, həqiqətin sadəcə sevgidə olduğuna inanmış, inandığını yaşamış, yaşadıqca haqqa doğru gedən yolda göylərlə vəhdətdə olmuşdur. Bütün dinlər onun ideyalarından qat-qat aşağıda qaldı.
Məktəbli bir qız yaratmaqla sadəliyi, gözəlliyi, insanları sevdiyini ən pak bir varlığın dili ilə səsləndirdi. Öksüz Ənvər Azərbaycan pedaqogikasına böyük töhfə verdi, müəllimliyin nə olduğunu anlatdı. Maral mollaların əsrlərlə qurduğu sindromu sındırdı, Qadına-Ürəyə azadlıq istədi. Amma Cəlilin, Sabirin, Cəfərin qadın azadlığından fərqli, romantik üsyan yaratmaqla… Amma bu azadlığa dəvət edənlərin zatı qırıq olması azadlığın məzar olması deməkdir dedi…
Ərəb İbn Yəmini yaratdı… Şərin özünü… Türk Elxanı yaratdı – Tanrının ədalət yaradan qılıncını… Afəti yaratdı… Anjeli yaratdı… Südabəni yaratdı… “Hep qadın cürmi-ehtirasatı!” – dedi və gözəlliklə şeytanın vəhdəti… Göyərçin yaratdı paklıq və saflıq rəmzi… Xumar yaratdı, dinlərin daşıya bilməyəcəyi eşq yaşatdı ruhunda… İsmət yaratdı namusu ilahi kimi toxunulmaz… Sevda yaratdı, sevgisi hökmdarlara diz çökdü- rən. Sürüklənən bəşəriyyətin qadınla yüksələcəyinə inandı. Səyavuş yaratdı, İranla Turanın ayrılmaz, danılmaz həqiqəti, odla günahların yuyulmasını göstərdi. Çin sərhəddinə qədər türk ellərinin yaşadığını və hökmünü bağırdı, bu hökmün və Tanrı qılıncının bir qadın gücü ilə necə yox olmasını hayqırdı. Turan ellərinin ərlik rəmzi olan Teymuru yaratdı, təkəbbürün və nəfsin qardaşa necə zərbə vurduğunu göstərdi… Bu dünyanın zərrə qədər dəyəri olmadığını 7 dedi, amma “Cahan bir nazənin dilbər” də söylədi. Bu nazənin dilbərin isə bir igidə layiq olduğuna inandı da… Ana yaratdı… Aşiq yaratdı… Məşuq yaratdı… Xə- yanətkar ər yaratdı… Qatil yaratdı… İnqilabçı yaratdı… İnqilabın əzdiklərini yaratdı… Ər-Ərən yaratdı… Hökmdar yaratdı… Mələk yaratdı… İblis yaratdı… Peyğəmbər yaratdı – Bəşər yaratdı, Bəşəriyyət yaratdı…
Ədəbiyyatla bütövləşmiş şəxsiyyətlər ,Hüseyn Cavid – 132 .