Təkcə dövrünün yox, məhəlləsinin yox, regionunun yox bəşəriyyətin şair və ya yazıçısı meyarı ilə araşdırsaq, Azərbaycan ədəbiyyatında yetərincə bu cür şəxsiyyətlər görə bilərik. Bu meyara cavab verən ədiblərimizdən Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Məhəmməd Hadi, Hüseyn Cavid, Yüsif Vəzir Çəmənzəminli, Məmməd Səid Ordubadi, İsa Muğanna və s. kimi şair və yazıçılarımızı misal çəkə bilərik.
Hər bir xalqın ədəbiyyatı digər xalqlar üçün o zaman maraqlı və cəzbedici olur ki, həmin ədəbiyyat öz orjinallığı ilə təqdim edilsin. Dəblə yazılan bədii əsərlər sadəcə dövrü üçün populiyar olar, qısa vaxtda parlar və sönərlər. Lakin milli düşüncənin alt qatındakı ideya ustalıqla və səmimiyyətlə qələmə alınarsa və ümumilikdə bəşəriyyətə xidmət edərsə, o zaman bütün maneələri asanlıqla dəf edər və zirvədə görünər. Buna Mopassan, Viktor Hüqo, Çinciz Aytmatov, Tolstoy, Nəsimi, Hüseyn Cavid, İsa Hüseynov kimi dahilərin yaradıcılığını misal çəkmək olar.
Hüseyn Cavid (1882-1941) XX əsrin əvvəllərindəki Azərbaycan ədəbiyyatının görkəmli sənətkarlarından biridir. Yaradıcılığında poeziya və dramaturgiyadan istifadə edən sənətkar Azərbaycan romantizminin banilərindəndir. Onun “İblis”, “Şeyx Sənan”, “Peyğəmbər”, “Topal Teymur”, “Xəy-yam”, “Səyavuş” kimi pyesləri dünya ədəbiyyatının incilərin-dədir.
Bütün yaradıcılığı boyu xeyirlə şərin mübarizəsini təsvir edən H.Cavid əsas qayəsi, ideyası kimi humanizm, insanpərvərlik mövqeyindən çıxış edərək, müxtəlif mövzularda məhəbbət və fəlsəfi məzmunlu əsərlər yaradaraq sənət, fikir və amalını geniş oxucu kütlələrinə sevdirməyi bacaran bir sənətkardır.
Hüseyn Cavid dühası elə bir işıq idi ki, onun səma-dan yerə enişi və batışı olmadı. O, sonməz bir fikir işığı kimi parladı, parlayır və parlayacaqdır. Dərin fəlsəfi fikirləri və bəşəriliyi ilə Nizami Gəncəvidən sonra Türk, o cümlədən Azərbaycan ədəbiyyatında parlayan böyük ideya sahibi oldu. Yaradıcılığı ilə min illər insanlığın qəlbində, düşüncə-sində, yaşayışında daşlaşmış ehkamlrı bəzən incə, bəzən isə sərt şəkildə qaşıdı, dağıtdı.
Cavidin yaradıcılığı romantik ideyalar üstündə quru-lub. Bütün tədqiqatçılar da bu fikrin təbliğçisi və tədqiqatçısı olmuşdur. Lakin diqqət edilkdə görərik ki, Cavid yaradıcılı-ğında reallıq romantik şəkildə elə düzgün, elə səlis təqdim edilmişdir ki, Cəlilin sərt realizm silləsi kimi sifətimizə dəymir. İstər məişət qayğılarından bəhs edən “Ana”nı, “Uçu-rum”ı, istər yerlə göyün vəhdətini ifadə edən “Şeyx Sənan”ı, istər insan, mələk, tanrı kimi fəlsəfi məsələlərini özündə əks etdirən “İblis”i, “Peyğəmbər”i, “İblisin intiqamı” nı, istərsə də tarixi keçmişi qızıl ədalət tabağında bizə sunduğu “Topal Teymur”, “Xəyyam”, “Səyavuş” kimi əsərlərində oxuduğu-muz və rastlaşdığımız həqiqətlərdən utanmır, əksinə dərs alır və bəzən də qürurulanırıq. Bu Cavid həqiqətidir, bu Cavid fəlsəfəsidir, bu Cavid mənəviyyatıdır. Həqiqətin, gerçəkliyin sevgi və qürurla qucaqlaşmış, bütövləşmiş halı…
Cavid yaradıcılığı və şəxsiyyəti ilə bir bütöv, bir tam-dır. Onun yaradıcılığının qayəsinin ana xəttini təşkil edən insanlıq, mərdlik, alilik, bəşərilik, humanistlik, dəyişməz əqi-də, möhkəm xarakter eynilə şəxsiyyətində də özünü göstərir. Yazdıqları ilə yaşam tərzi bu qədər üst-üstə düşən sənətkar çox azdır. Cavid məhz bu cür bütöv şəxsiyyətə malik sənət-karlardandır.
Cavid Birinci Dünya Müharibəsini, Oktyabr inqila-bını, Demokratik Cümhuriyyətin qurulmasını, yıxılmasını, Sovet hökumətinin qurulmasını, 1930-cu illər represiyalarını görüb yaşayan şəxsiyyətlərdəndir. Bu cür qarışıq və xaotik ictimai şəraitlərin şahidi olub, yaşayıb, amma bu hadisələr-dən 100 ilə yaxın bir zaman keçməsinə baxmayaraq, tarixin verdiyi obyektiv və şərəfli qiymət almaq yalnız dahilərə məxsusdur. Çünki Cavid tarixiə birmənalı şəxiyyət kimi düşdü. Cavid nə yaradıcılığında, nə şəxsiyyətində, nə də ailəsində heç bir ləkəyə bulaşmamış, nə kiçik qığılcımlara, nə də böyük partlayışlara gözü qamaşmamış özünün müəy-yənləşdirdiyi gerçəkliyi uzaqgörənliklə yaşayan bir dühadıdır.
Cavid şəxsiyyətinin yaşam tərzini obrazları ilə müqa-yisə etsək, Şeyxsənan kimi daima haqqa doğru gedən, inan-dığı və bulduğu həqiqətdən bir anda olsun yayınmayan, Arif kimi İblislə, şərlə mübarizəyə qalxan, “Peyğəmbər” kimi tökülən qanların qarşısını almaq istəyən, Elxan kimi ədalət məhkəməsi qurub dünyanı ədalətsizlikdən xilas etmək arzu-sunda olan, Siyavuş və Azər kimi Odla suyun qovuşduğu torpaqdan doğulub odla saflaşan, Xəyyam kimi şərlənməsi-nə, ləkələnməsinə baxmayaraq öz paklığı və idraki ilə mübarizə aparan olduğunu görmüş olarıq. Cavid sanki yara-dıcılığında da öz taleyini yazmışdır.
Bu qədər böyük bir şəxsiyyətin nə qədər sadə və səmimi olduğunu öyrənmək üçün həyat yoldaşı Mişkinaz xanım və qızı Turan xanımın xatirələrinə göz gəzdirmək lazımdır. Dünyaya xoşbəxtlik arzu edən və cəmiyyətin firavan həyat tərzi sürməsini arzulayan şairin faciəli və qürur-verici bir həyat tərzini, Cavidin yanında olanların bir gün-dən sonra yoxa çıxmasını, ailəsinin şanlı, şöhrətli tituldan vətən xaini damğasına qədər əzablı bir yol keçməsini, Cavid-li və Cavidsiz günlərini yaşayan cavidlər ailəsinin keşməkeş-li həyat tərzini oxuculara bir daha çatdırmaq üçün Mişkinaz xanımın 1973-cü ildə qələmə aldığı “Cavid haqqında xatirim-də qalanlar” və Cavid sevdalı, Turan aşiqi Azər Turanın böyük Hüseyn Cavidin qızı Turan xanımla 9 yаnvаr 2004-cü ildə etdiyi xatirə söhbətini yenidən nəşr etdriməyi düşün-dük.
Cavid haqqında xatirələr nəinki gəncliyimiz, hər kəs üçün daima sanballı, gərəkli bir konsepsiyadır. İstər Mişki-naz xanımın, istərsə də, Turan xanımın xatirələrini oxuduq-da bu ailənin böyüklüyünü bir daha görmüş oluruq. Çünki nə qədər ikiüzlü insanlar görmələrinə baxmayaraq, Cavid soyunun nümayəndələri heç bir ad çəkmir, konkret olaraq kimlərsə günahlandırılmır.
Hədəf Nəşrlərinin “Xatirə ədəbiyyatı” silsiləsin VIII kitabı olara çap ediləcək bu xatirələrin kitabsevərlərin, cavid-sevərlərin ürəyincə olacağına da əminik.
Filologiya üzrə fəlsəfə doktoru:
Şəmil Sadiq