Xəbərlər

Sertifikasiyamı, Pedaqoji Kadrların Performans Dəyərləndirilməsimi?

Sertifikasiyamı, Pedaqoji Kadrların Performans Dəyərləndirilməsimi?

Cəmiyyətin aparıcı sahəsi olan təhsil sistemi və onun kadrları inkişafın barometri sayıla bilər. Təhsil sistemindəkilərin peşəkarlıq səviyyəsi digər sahə mütəxəssislərinin də analoji səviyyəsinin təminatçısıdır. Bu baxımdan onların peşəkarlıq səviyyəsi daim nəzarətdə saxlanılmalı, elmi-metodiki bacarıqlarının zamanla uyğunlaşdırılması təmin edilməli və bu bacarıqlar müntəzəm ölçülməlidir. Pedaqoji prosesə “çörək ağacı” kimi baxmaq kimi yanlış yanaşmadan uzaqlaşmaq təkcə müasir dövrün deyil, bütün tarixin tələbidir. İşin ciddiyyətini əsaslandırmaq üçün xeyli arqument gətirməyə ehtiyac yoxdur. Ömürboyu təhsil pedaqoji kadrların hər gün baş verən yeniliklərlə tanış olmağını təmin edir, bu təminatın səviyyəsi isə müxtəlif üsullarla ölçülə bilər.

Bəzən faktoloji biliyi üst səviyyədə olmayan müəllimlər olur ki, o həm sevilir, həm də ciddi hörmət sahibidir. Onun digər bacarıqları biliyinin tam olmamasını əvəzləyə bilir. Çünki orta məktəbin vəzifəsi təkcə universitetlərə tələbə yetişdirmək deyil. Bu bütün təhsil sənədlərində ifadə edilir. Bu zaman müəllimin dəyərləndirilməsi də sadəcə elmi biliklərlə yox, digər sahələrlə də aparılmalıdır. Çünki bu gün cəmiyyətə bilikli robot yox, vicdanlı, ədalətli, mərhəmətli, çevik zəkalı, tərbiyəli insanların yetişdirilməsi daha çox vacibdir. Buna görə də Sertifikasiya imtahanlarının keçirilməsi üçün uzun müddətdir ki, üzərində işlədiyim və Hədəf Konseptinin tərkib hissəsi olduğu üçün artıq sınaqdan çıxardığımız bir sistemi təklif edirəm. Biz bu sistemin adını PKPD – Pedaqoji Kadrların Performans Dəyərləndirilməsi qoymuşuq. Bu sistem düzgün işlədilərsə, bir müəllimin bütün tərəflərini dəyərləndirmək və haqqı olanı vermək imkanına sahib olarıq.

Gələn həftə Azərbaycan müəllimi qəzetində gedəcək böyük bir yazıdan, kiçik bir parçanı bölüşüm. Yeni təklif, yeni sistem…

Oxşar yazılar