Döndü bizim bu köhnə dövran da müasir oldu.
Satdı pula imanı, vicdan da müasir oldu.
Sırğa salıb qulağina, yoldu qaşın o, qız tək,
Sevdi kişi bu aşiq oğlan da müasir oldu.
Yatdı pişik oteldə bir itlə yaman əzizcə,
Atdı oğurluğun bu heyvan da müasir oldu.
Gündə sevib bir oğlanı fəxr elədi əməllə,
Satdı pula vəfanı canan da müasir oldu.
Sadiqa, eyləyib bu qədər ahu-fəğan dolanma,
Çün unudub bir haqqı insan da müasir oldu.